ŞELLİ

I
(İmişli)
yüngülxasiyyət. – Ə:, nə şelli uşağsan, ağır otı, dur dənə
II
(Salyan)
lovğa, özünü çəkən
ŞELLƏNMƏX’
ŞELPİX’
OBASTAN VİKİ
Şelli
Şelli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Şelli kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. Barat Quliyev - filologiya elmləri namizədi, dosent Orxan Zakiroğlu (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.
Corc Şelli
Corc Paul Şelli (ing. George Paul Shelley) — == Həyatı == 27 iyul 1993-cü ildə Böyük Britaniyada, Bristol şəhərində anadan olmuşdur. Kiçik yaşlarından babası ona gitara çalmağı öyrətmişdir. İlk dəfə bəxtini the X-factor musiqi yarışmasında sınayır. Səhnədə Britney Spearsin "Toxic " mahnısını ifa edir. X-factora qatıldığı zaman o həm tələbə həm də qəhvə mağazasında işləyirdi.
Edriyen Şelli
Edriyen Şelli (ing. Adrienne Shelly; 24 iyun 1966[…], Kuins, Nyu-York ştatı – 1 noyabr 2006[…], Manhetten, Nyu-York ştatı) — Amerikalı aktrisa, rejissor və ssenarist. Onun 2007-ci ildə rejissoru və ssenari müəllifi olduğu "Ofisiant" filmi sonralar Brodvey tamaşasına çevrildi. O, 2006-cı ildə yaşadığı mənzildə Diego Pillco adlı şəxs tərəfindən qətlə yetirilib. == Fəaliyyəti == === Rol aldığı filmlər === 1989 - "İnanılmaz həqiqət" (Audri); 1992 - "İnan mənə" (Mariya Koflin); 1990 - "Amerikada tənha" (Çamaşırxanadakı bir qadın); 1992 - "Güclü qadınlar ağlamazlar, mübarizə apararlar " (Stefani); 1992 - "Məni tut, məni həyacanlandır, məni öp" (Dannie); 1993 - "Hexed" (Qloriya O'Konnor); 1994 - "Opera N.1" ( Feyri #2); 1994 - "Yadlarla yatmaq" (Cenni); 1994 - "Teresanın Tatusu" (Teresa/Qloriya); 1994 - "Yol qatilləri" (Red); 1994 - "Mənimlə yat" (Pamela); 1995 - "Kalamazoo"; 1996 - "Gözlənilməz Manhetten" (Donna); 1997 - "Professionallar"; 1997 - "Ağır" (Ceni); 1998 - "Alliqatorlarla güləş" (Meri); 1999 - "Səni oralara aparacam" (Lusi); 2000 - "Bob və Zeldanın kölgələri" (Zelda); 2001 - "İnqilab N.9" (Kim Kelli); 2001 - "Ölü it" (Mme Marquet); 2004 - "Pələng, onun çöküşü və yüksəlişi" (Terri); 2005 - "Faktotum" (Cerri); 2007 - "Ofisiant" (Daun). === Rol aldığı seriallar === 1994 - "Cinayət, küçədəki həyat" (Ines Kuin); 1997 - "Erkən nəşr" (Emma Şau); 1998 - "Oz" (Sarah); 2000 - "Hüquq və qaydalar" (Radia Alston); 2001 - "Atlantik gizli sövdələşmə" (Meriyami).
Meri Şelli
Meri Şelli (30 avqust 1797[…], Somers[d], Midlseks[d], Böyük Britaniya krallığı – 1 fevral 1851[…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı və ya Bornmut, Dorset[d]) — məşhur ingilis yazıçısı. Meri Şelli 1797-ci ildə Londonda anadan olmuşdur. Atası Uilyam Qodvin radikal anarxist, anası Meri Uolstonkraft isə qadın haqları müdafiəçisi olmuşdur. Anası, o anadan olanda öldüyü üçün atası tərəfindən böyüdülmüşdür. Uşaqlığının əsas hissəsini kitab oxumaqla və kiçik hekayələr yazmaqla keçirmişdir. Daha sonraki illərdə fantastik qorxu janrında mühüm əsərlər qələmə almış yazıçı, daha çox Frankenşteyn romanı ilə tanınmışdır. Frankenşteyn fikri Merinin 1816-cı ilin yay ayında gördüyü yuxunun nəticəsində meydana gəlmişdir. Romanın məşhurlaşmasında İngiltərədə sənaye inqilabının, Con Lokk və Tomas Hobbs kimi mütəfəkkirlərin təsiri az olmamışdır. Meri, Frankenşteyn ilə yanaşı, həm də, Lodore (1835), Falkner (1837) və The Last Man (1826) kimi romanların da müəllifidir. Yazıçı, 1 fevral 1851-ci ildə, 53 yaşında vəfat etmişdir.
Şelli Dyuvall
Şelli Aleksis Dyuvall (ing. Shelley Alexis Duvall 7 iyul 1949, Fort Uort, Texas - 11 iyul 2024, Texas) — amerikalı kino və televiziya aktrisası, BAFTA (1978) və Emmi mükafatları laureatı (1988, 1992), Kann Film Festivalında ən yaxşı qadın rolu (1977) prizinin qalibi. O, daha çox “ Neşvill ” (1975), “ Üç qadın ” (1977), “ Ennie Hall ” (1977), “ Parıltı ” (1980), “ Popay ” (1980), “ Bir xanımın portreti ” (1996) filmlərində iştirakı ilə tanınıb.
Persi Bisş Şelli
Persi Biş Şelli (4 avqust 1792[…], Horşam[d], Uest Sasseks[d][…] – 8 iyul 1822[…], Speziya, Liquriya və ya Viarecco, Toskana) — ingilis ədəbiyyatı və romantizm dövrünin ən əhəmiyyətli şairlərindən biri. Etonda təhsil almışdır. 1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə Aksforddan atıldı və atası tərəfindən də rədd edilmiş və Londona getmişdir. Orada Harriet Vestbruk adlı bir qadınla evlənmişdir.
Persi Biş Şelli
Persi Biş Şelli (4 avqust 1792[…], Horşam[d], Uest Sasseks[d][…] – 8 iyul 1822[…], Speziya, Liquriya və ya Viarecco, Toskana) — ingilis ədəbiyyatı və romantizm dövrünin ən əhəmiyyətli şairlərindən biri. Etonda təhsil almışdır. 1811-ci ildə yazdığı "Ateizmin lazımlılığı" adlı məqaləsinə görə Aksforddan atıldı və atası tərəfindən də rədd edilmiş və Londona getmişdir. Orada Harriet Vestbruk adlı bir qadınla evlənmişdir.
Fridrix Şellinq
Fridrix Şellinq (alm. Friedrich Wilhelm Joseph Schelling‎; 27 yanvar 1775[…], Leonberq, Ştutqart[d] – 20 avqust 1854[…]) — alman idealist filosof. Yohann Qotlib Fixte tərəfindən irəli sürülən fundamental qavrayış və idealist düşüncə tərzi fikirlərini qəbul etməklə birlikdə, insan iradəsinə zidd hadisələrin baş verməsi fikrinə qarşı çıxmışdır. Kklassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir.
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.