ŞUBE
ŞURA
OBASTAN VİKİ
Eynar fon Şuler
Eynar fon Şuler (alm. Einar von Schuler‎; 28 oktyabr 1930, Leypsiq, Prussiya[d] – 14 fevral 1990) — Almaniya şərqşünası. == Həyatı == Eynar fon Şuler 28 oktyabr 1930-cu ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. O, Leypsiqdəki Tomas məktəbində təhsil almışdır. Şuler daha sonra Leypsiq Universitetində və Azad Berlin Universitetində İohann Fridrixin rəhbərliyi altında qədim Yaxın Şərq (xüsusilə hetologiya) üzrə təhsil almışdır. O, 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Şuler daha sonra Heydelberq və Münster Universitetlərində Adam Falkenşteynin köməkçisi olmuşdur. O, Berlinə qayıdaraq habilitasiya təcrübəsindən keçmişdir. Şuler 1963-cü ildə Azad Berlin Universitetində qədim şərq filologiyası üzrə professor olmuşdur. O, 1969-cu ildə Suriyada Həbubə Qəbirə və Təll Munbəqat qazıntılarına rəhbərlik etmişdir.
Fridrix-Verner fon Şulenburq
Fridrix-Verner fon Şulenburq (alm. Friedrich Werner von Schulenberg‎; 20 noyabr 1875 – 10 noyabr 1944, Plyötsenzee həbsxanası[d] və ya Berlin) – alman diplomatı, müqavimət hərəkatının iştirakçısı, qraf. == Həyatı == Lozanna, Berlin və Münxen universitetlərində təhsil almışdır. 1901-ci ildən xarici işlər nazirliyində çalışmış, 1911-ci ildən Tiflisdə konsul vəzifəsində işləmişdir. 1918-ci ilin mayından Qafqazda alman diplomatik missiyasının tərkibində olmuş, Batum konfransındakı Almaniya nümayəndəliyinin tərkibinə daxil edilmişdi. Şulenburq 1918-ci il avqustun 21-də Almaniyanın Baş qərargahında Qafqazla bağlı iqtisadi və nəqliyyat məsələlərinin müzakirə olunduğu konfransda iştirak etmiş, müşavirənin nəticələrini mövzular üzrə sistemləşdirib, qeydlər aparmışdır. Onun Bakı ilə bağlı qeydləri, əsasən, Bakı neftinin nəqli məsələsinə aiddir. Qeydlərdə deyilir: "… a) Bakı Rusiya ağalığı altında qalmaqdadır; b) Neft gəliri Almaniyanın nəzarətinə keçir; c) Bakıdan gələn dəmir yollan və boru kəmərləri alman nəzarəti altında olmalıdır". Şulenburqun yazdığına görə, Bakının tutulmasından sonra neft sahələrini Nobel firması ilə sıx əməkdaşlıq yolu ilə istismar etmək nəzərdə tutulurdu. Şulenburq 1919-cu ilin iyulundan Berlində xarici işlər nazirliyinin mərkəzi aparatında referent vəzifəsində çalışmışdır.
Miroslav Şulek
Miroslav Şulek (16 mart 1993) — Slovakiyalı xizək yürüşçüsü. Miroslav Şulek Slovakiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Miroslav Şulek birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Şulek 3:28.74 saniyəlik nəticəsi ilə 80 atlet arasında 61-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
высокогру́дый Горбачёв доскрести́ женолюби́вый и́счерна- криптографи́ческий леспромхо́з наря́дная охарактеризова́ние по по́чте подме́тить староде́довский батра́цкий вы́качать надува́ние подгла́дить спорынья́ стеко́льный conviction corpse-candle horselaugh scull shamelessly неосязаемый сказываться