ŞIXI

"şeyxi" sözündən olub, "şeyxə mənsub olan" deməkdir.
ŞIXƏZİZƏDDİN
ŞIXKƏRİM
OBASTAN VİKİ
Şıxı Yaqubov
Şıxı Miriş oğlu Yaqubov ̈(d.3 fevral 1951, Ağdaş r., Pirəzə k) — Teatr Xadimləri İttifaqı üzvü, aktyor, ”Əməkdar Artist”. == Həyat və fəaliyyəti == Yaqubov Şıxı Miriş oğlu 1951-ci ilin fevral ayının 3-də Ağdaş rayonunun Pirəzə kəndində anadan olub. 1967-ci ildə Pirəzə kənd orta məktəbini bitirib təhsilini davam etdirmək üçün Bakı şəhərinə getmişdir. 1970-1972-ci illərdə Hərbi xidmətdə olmuşdur. 1972-ci ildə Azərbaycanfilm kinostudiyasının aktyorluq məktəbinə daxil olmuş, elə həmin ilin noyabr ayının 16-da Mingəçevir Dövlət Dram teatrına işə qəbul olunmuşdur. Bu illər ərzində 200-ə yaxın rol oynamış, bir çox teatr festivallarında iştirak etmişdir. 1990-cı ildən Teatr Xadimləri İttifaqı üzvüdür. == Mükafatları == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 10 mart 2014-cü il tarixində “Fəxri Mədəniyyət İşçisi” döş nişanı; 2015-ci il 30 dekabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ”Əməkdar Artist” fəxri adına; 2017-2018-ci illərdə və 10 may 2019-cu ildə Prezident mükafatına layiq görülmüşdür.
Fuad Şıxıyev
Fuad Məsim oğlu Şıxıyev - texnika elmləri doktoru, professor, Odessa Milli Dənizçilik Universitetinin hidrotexnika fakültəsinin yaradıcılarından biri. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Fuad Şıxıyev 1913-cü ildə Ağdaş şəhərində dünyaya gəlmişdir. Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Atası Məsim Şeyxzadə 1901-ci ildə Qori seminariyasını bitirmiş, sonra Peterburq Tibb İnstitutunda təhsilini davam etdirmişdir. İnstitutu qurtardıqdan sonra Azərbaycanda malyariya xəstəliyinə qarşı mübarizədə iştirak etmiş, 55 il insanların sağlamlığı keşiyində durmuşdur. F. Şıxıyev 1920-ci ildə birinci sinfə qədəm qoymuş, orta məktəbi bitirdikdən sonra Leninqrad Su Nəqliyyatı İnstitutuna qəbul olmuşdur. F. Şıxıyev texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1952-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir. Texnika probleminə həsr olunan doktorluq dissertasiyasının yazıb qurtarır və onu 1963-cü ildə Leninqradda müvəffəqiyyətlə müdafiə edir. F Şıxıyev 1977-ci ildə vəfat etmişdir.
Hüseyn Şıxıyev
Şıxıyev Hüseyn Mustafa oğlu (25.6.1898, Qazax qəzası -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı real məktəbini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Frayberq akademiyasına (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Mövsüm Şıxıyev
Orxan Şıxıyev
Orxan Raqif oğlu Şıxıyev (29 sentyabr 1989; Daşkəsən rayonu, Azərbaycan SSR — 2 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == şofer olub vaz5103 == Orxan Şıxıyev 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şıxıyev noyabrın 2-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səyyad Şıxıyev
Səyyad Abdul oğlu Şıxıyev (4 sentyabr 1999; Saatlı rayonu, Azərbaycan — 17 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyad Şıxıyev 1999-cu il sentyabrın 4-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Səyyad Şıxıyev 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə əvvəlcə Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə, sonra isə Qax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Səyyad Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səyyad Şıxıyev oktyabrın 17-də Cəbrayılın azad edilməsi zamanı Əşrəf Məmmədli və Aşur Cəmiyev ilə birgə şəhid olub. Saatlı rayonunun Qaralar dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Şıxızadə
Tural Ətraf oğlu Şıxızadə (30 may 2002; Diyallı, İsmayıllı rayonu, Azərbaycan — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Şıxızadə 2002-ci il mayın 30-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Tural Şıxızadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Tural Şıxızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Şıxızadə oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Yeni Şıxımlı
Yeni Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yeni Şıxımlı oyk. Kürdəmir r-nunun Xırdapay i.ə,v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi köhnə kəndin əsasında yarandığı üçün və köhnə kənddən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 247 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şahəli Şıxıyev
Şahəli Əflatun oğlu Şıxıyev (1 may 1999; İmişli rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahəli Şıxıyev 1999-cu il mayın 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahəli Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahəli Şıxıyev oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şıxılı kənd icması
Şıxılı kənd icması — Cəbrayıl qəzasının tərkibindəki kənd cəmiyyətlərindən biri idi. == İcmanın tarixi == 1875-ci ildən 1921-ci ilədək Cəbrаyıl qəzаsındа Şıхılı kənd dаirəsi və kənd icmаsı fəаliyyət göstərirdi. Bu icmаyа yüzbаşı bаşçılıq еdirdi. Şıхılı icmаsınа yüzbаşılıq еtmiş Həsənəli bəy Əsgərxanovun və bаşqаlаrının аdlаrı məlumdur. 1875-ci ildə qеydə аlınmış Şıхılı (şiə) kənd dаirəsi: Şıxılı (şiə) kənd dairəsi 1.Yağləvənd obası 2.Mirzəcamallı obası 3.Aybasanlı obası 4.II Mahmudlu obası 5.Gecəgözlü obası 6.Şıxılı obası 7.Comərdli obası 8.Dilağarda obası 9.Zərgər obası 1886-cı ildə qеydə аlınmış Şıхılı kənd icmаsı: Şıxlı icması 1.Aybasanlı obası 2.Dilağarda obası 3.Comərdli obası 4.Qorqan kəndi 5.Gecəgözlü obası 6.II Mahmudlu obası 7.Mirzəcamallı obası 8.Şıxılı obası 1892-ci ildə qеydə аlınmış Şıхılı kənd dаirəsi: Şıxlı icması 1.Şıxılı obası 82 kişi 61 qadın 2.Aybasanlı obası 201 kişi 107 qadın 3.Dilağarda obası 452 kişi 330 qadın 4.Qorqan kəndi 32 kişi 24 qadın 5.Gecəgözlü obası 147 kişi 97 qadın 6.II Mahmudlu obası 240 kişi 190 qadın 7.Mirzəcamallı obası 248 kişi 174 qadın == Mənbə == Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
Şıxımlı
Şıxımlı (Füzuli)
Şıxımlı (Füzuli)
Şıxımlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Şıxımlı (Kürdəmir)
Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şıxımlı oyk. Kürdəmir rayonunun Atakişili i.ə.v.-də kənd. Şirvan düzündədir. əsl adı Şıxümmülüdür. Oykonim Şıxiimmü (qəbir pirin adı) va -lü (mənsub. bildirir) komponəntlarindən düzəlib, kənddəki eyniadlı pirin adı ilə adlandırılıb. Pirin adı isə şıx (şəyx) və ümmii (ər. "ana”) sözlərindən düzəlib, "şeyxin anası” deməkdir. Dəyilənə görə, bu pir keçmişdə mömin və ara həkimi olmuş aslan səyid hesab olunan bir qadının məzarıdır.
Şıxımlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şıxımpeştə
Şıxımpeştə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Oykonim şıx (Şeyx) və talış dilində peştə «təpə», «yüksək yer» sözlərindən ibarətdir.
Vüqar Şıxıyev
Şıxıyev Vüqar Xalid oğlu (7 avqust 1971, İsmayıllı rayonu – 8 dekabr 2020, Tərtər rayonu) — Vətən Müharibəsi başlayanda ehtiyatda olan zabit kimi orduya sentyabrın 21-dən cəlb olunmuş, Talış, Suqovuşanın işğaldan azad edilməsində artilleriya zabiti kimi fəal iştirak etmişdir. Vətən Müharibəsində zəfərimizi əldə etdikdən bir müddət sonra dekabrın 8-9 keçən gecə 2020-ci il tarixində hərbi xidməti davam etdirərkən şəhid olmuşdur. == Həyatı == Vüqar Şıxıyev 7 avqust 1971-ci ildə İsmayıllı şəhərində anadan olub. === Təhsili === 1978-ci ildə İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbin ictimai tədbirlərində fəal iştirak edib. 1987-ci ildə riyaziyyat üzrə respublika olimpiadasında iştirak edərək fəxri fərmanla təltif edilib. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetinin Maşınqayırma fakültəsinə qəbul olub, 1992-ci ildə oranı bitirib və ona leytenant hərbi rütbəsi verilib. Fərdi sahibkarlıqla məşğul idi. === Ailəsi === Ailəli idi, iki övladı vardı. Oğlu Naxcıvan Dövlət Universitetində stomotologiya fakultəsində, qızı isə tam orta məktəbdə təhsil alır.