Şıxıyev Hüseyn Mustafa oğlu (25.6.1898, Qazax qəzası -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Hüseyn Şıxıyev | |
---|---|
Hüseyn Mustafa oğlu Şıxıyev | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Rusiya imperiyası |
Vəfat tarixi | ? |
Bakı real məktəbini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Frayberq akademiyasına (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.