ŞƏNOL

şən olmaq; sevimli ol, məmnun ol.
ŞƏNNAZ
ŞƏNSOY
OBASTAN VİKİ
Şükür Şənol
Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) (11 fevral 1955, Yevlax) — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü. Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir. "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir. Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir.
Şənol Günəş
Şənol Günəş (1 iyun 1952, Trabzon) — Türkiyəli köhnə futbolçu və məşqçi. Türkiyə yığmasının keçmiş baş məşqçisi Şenol Güneş futbol karyerasına "Erdoğdu Gençlik" komandasında başlayıb. Bundan sonra Trabzonspor komandasının həvəskar komandasına keçərək, buradan da "Sebat Gençlik" komandasına transfer olundu və peşəkar futbolçuluq həyatına başlayıb. 1972-ci ildə "Trabzonspor" komandasına transfer edildi. 15 ilə yaxın "Trabzonspor"da qapıçılıq edib. "Trabzonspor"un heyətində 1975–2011 arasında yeddi dəfə çempion olub, eyni zamanda milli yığma komandasında 31 dəfə (beş dəfə kapitan qismində) iştirak edib. Türk idmanının tarixində birinci liqada ən çox qol buraxmama rekordu ona məxsusdur. Sonradan "Trabzonspor" komandasının məşqçisi vəzifəsinə təyin olunub, Corc Likens kibi məşqçilərin köməkçisi vəzifəsini tutmağa müvəffəq olub. 1987–1988 "Trabzonspor", 1988–1991 "Boluspor", 1991–1992 "İstanbulspor", 1992–1996 yenidən "Trabzonspor", 1996–1997 "Antalyaspor", 1997–1998 sezonunda isə "Sakaryaspor" komandalarını hazırlaşdırıb. "Trabzonspor" 2005-ci ilin yanvar ayında Şenol Güneş ilə üç il yarımlıq bir müqavilə imzalayaraq onu yenidən komandanın məşqçisi vəzifəsinə qaytardı.