ƏBDÜLXALIQ

Allahın qulu.
ƏBDÜLHÜSEYN
ƏBDÜLXALİQ
OBASTAN VİKİ
Əbdülxalıq Arrani
Əbdülxalıq əl-Arrani - fəqih, hüquqçu. Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd əl-Arrani Arranın baş şəhəri Bərdədə anadan olmuşdu. Mosul və Əxlat (Xilat) şəhərlərində qanunşünaslıqdan dərs demişdi. Hökmdarlar yanında hörməti vardı. O, 20 iyun 1236-cı ildə Şamın Dəməşq şəhərində vəfat edib.
Əbdülxalıq Axundov
Mirzə Əbdülxalıq Hüseyn oğlu Axundov və ya Axundzadə (1 (13) dekabr 1863, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1950, Tehran, Pəhləvilər İranı[d]) — Azərbaycan tibb alimi, yazıçı, ictimai xadim, publisist, naşir və tərcüməçi. "Səadət" Xeyriyyə Cəmiyyətinin qurucularından və katibi, Müsəlman Xeyriyyə Cəmiyyətinin, "Nəşri-maarif" Cəmiyyətinin və Bakı Şəhər Dumasının üzvü olmuşdur. Mirzə Əbdülxalıq Axundov 13 dekabr (köhnə təqvimlə 1 dekabr) 1863-cü ildə Bakıda dəmirçi ailəsində doğulub. Öncə özəl bir məktəbdə, sonra Mirzə Həsib Qüdsinin İçərişəhərdəki Örtülü məscid mədrəsəsində oxuyub. 1877–1884-cü illərdə Bakı real (edadi) məktəbində təhsilini davam etdirib. O, hələ gənc yaşlarından ərəb, fars və rus dillərini öyrənmiş, 1888-ci ildə Almaniyadakı Erlangen Universitetininin Tibb fakültəsində göz xəstəliklərinə dair yazdığı əsərini magistr elmi dərəcəsi almaq üçün müdafiə etmişdir. Əsər iki il sonra ayrıca kitab şəklində nəşr olunmuşdur. 1892-ci ildə Azərbaycan alimi Mirzə Əbdülxalıq Axundov Azərbaycanda tibb tarixinin araşdırılmasının təməlini qoydu. O, Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən alman dilinə tərcümə etdi. 1893-cü ildə Derpt Universitetində doktorluq disertasiyası müdafiə etmişdir.
Əbdülxalıq Cənnəti
Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi Şair Əbdülxalıq Cənnəti 6 iyun 1855-ci ildə Bakıda anadan olmuşdur. Dini təhsil almışdır. Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir. 1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əbdülxalıq Rzaquliyev
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır. Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.
Əbdülxalıq Yusif
Əbdülxalıq Yusifi, Mirzə Əbdülxalıq Yusif (1853, Bakı – 1924) — Azərbaycan şairi. Bakıda "Məcməüş-şüəra" məclisinin fəal üzvlərindən biri. Mirzə Əbdülxalıq Yusif 1853-cü ildə Bakıda doğulmuşdur. O əvvəllər Aşqabadda ticarətlə məşğul olmuş, sonra köçüb ömrünün axırına kimi Bakıda yaşamışdır. Atasının adı Yəqub olduğu üçün özünə "Yusif" təxəllüsünü götürən şair müasirlərindən Seyid Əzim, Molla Ağa Bixud, Əbdülxalıq Cənnəti, Mirzə Səməndər və başqaları ilə dostluq etmiş, onlarla şeirləşmişdir. Əbdülxalıq Yusif 1924-cü il noyabrın 2-də vəfat etmişdir. Onun Füzuli və digər sənətkarların təsirilə yazılmış aşiqanə qəzəllərdən ibarət kiçik divanı qalmışdır. Əbdülxalıq Yusifi qəzəlləri ilə məşhurdur. O, S. Ə. Şirvani ilə şeir məclislərində iştirak etmiş və onunla əlaqə saxlamışdır. Qəzəllərindən bir neçəsi 1981-ci ildə Bakıda nəşr olunmuş "Deyilən söz yadigardır" kitabında çap olunmuşdur.
Mirzə Əbdülxalıq Yusif

Əbdülxalıq Əbdül Əli oğlu