Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi.
== Quranda ==
Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir.
== Ərəb cəmiyyətində ==
Cahiliyyә dövrü әrәb cәmiyyәtindә qәbilәnin hakim ailәsini bildirәn "Əhli-Beyt" ifadәsi islam meydana gәldikdәn sonra Məhəmməd peyğәmbәrin ailәsinә şamil olundu. Quranda "әhl" sözü sahib, tәrәfdar, eyni mәkanı paylaşanlar, bir dinә, yaxud peyğәmbәrә inananlar, zövcә, "beyt" sözü isә ev, Allahın evi (mәscid) vә ailә mәnalarında işlәnmişdir. "Əhli-Beyt" ifadәsinә İbrahimin (11:73), Musanın (28: 12) vә Mәhәmmәdin (33:33) ailәsindәn bәhs edәn üç ayәdә rast gәlinir. Əhli-Beyt-ә kimlәrin daxil edilmәsi barәdә fikirlәr fәrqli olsa da, bunlar, әsasәn, Mәhәmmәd peyğәmbәr, Əli ibn Əbu Talib, Fatimә, Hәsәn әl-Müctәba, Hüseyn ibn Əli vә digәr doqquz imamdan ibarәtdir. İlahi lütfün vә gizli biliklәrin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bәslәnilir.
== Əhli-Beyt sünni nəzərində ==
Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur:
"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.