ƏHMƏDİYYƏ

müsəlman, islam dinindən olan.
ƏHMƏDƏLİ
ƏHMƏDŞAH
OBASTAN VİKİ
Əhmədiyyə
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920, Oxud, Nuxa rayonu – 11 oktyabr 1994, Şəki) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri,Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası. Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur. 1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Xaçmaz zonası rayonlarında əmək fəaliyyətinə başlayır. 1940-cı ildə Kommunist partiyasına üzv olur. Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.
Əhmədiyyə Ulbaşov
Əhmədiyyə Ulbaşov (qaraç.-balk. Улбашланы Мусаны жашы Ахмадия; 10 mart 1905, Yuxarı Balkariya[d], Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 1965, Nalçik) – balkar şair və nəsr ustası, SSRİ Yazıçılar İttifaqının üzvü. Əhmədiyyə Ulbaşov 1905-ci ilin mart ayında Yuxarı Balkariyanın Şaurdat aulunda Çegemdən olan imam Musa Ulbaşovun ailəsində anadan olub. Kənd məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alıb. 1926-1930-cu illərdə Moskvada yerləşən İ.Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Nalçikdə yerləşən Lenin təlim şəhərciyində müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə haqqında yazılan donosa görə Stalin repressiyalarını tənqid edən silsilə şeirlərinə görə repressiyaya məruz qalaraq 20 il müddətində Kolımaya sürgün edilib. 1955-ci ildə öz cəza müddəti bitdikdən sonra 1944-cü ildə Orta Asiyaya sürgün edilmiş ailəsinin yanına qayıdır. Öz doğma vətəninə isə 1958-ci ildə qayıdıb. 1966-cı ildə Ulbaşovun işinə SSRİ Ali məhkəməsinin hərbi komissiyası tərəfindən baxılmış və o bəraət qazanmışdır.
Əhmədiyyə məscidi
Əhmədiyyə məscidi və ya Hacı Əhməd Paşa məscidi (gürc. აჰმედიეს მეჩეთი, türk. Ahmediyye Camisi) — Gürcüstanın Axısqa şəhərində, Axaltsix qalası daxilində, XVIII əsrin ortalarına aid dini ibadətgah. Məscidin əsas binasına birbaşa bitişik olan minarə məscidin günbəzi ilə eyni hündürlükdədir (təxminən 15 metr). Məscidin layihəsinin memarı Hacı Əhməd Paşa olub. Məscid binasında hazırda muzey fəaliyyət göstərir. Bu dini bina uzun əsrlər boyu Osmanlı imperiyasının Mesxetiya və Çıldır əyaləti paşalığını idarə edən Cakeli sülaləsi nümayəndəsi, banisinin şərəfinə Hacı Əhməd Paşanın məscidi də adlanır. Bölgə Osmanlılar tərəfindən zəbt edildikdən sonra Cakeli sülaləsinin şahzadələri İslamı qəbul etdilər. 1747–1758-ci illərdə Axaltsixdə hökmranlıq edən Əhməd paşa məsciddə özü üçün islam qanunlarına zidd olan xüsusi uca yer təşkil etməyi əmr etdi. Belə bir hüquq yalnız sultanlara aid olduğu üçün İstanbul höküməti belə bir hərəkətdə sultanın ali hüquqlarının təhqirini görürdü.
Əhmədiyyə (Altınova)
Əhmədiyyə — Türkiyənin Yalova vilayətinin Altınova rayonunda kənd. 1880-ci ildən sonra Bolqarıstandan köçmüş türklər tərəfindən Məcidiyyə adı ilə yaradılmışdır. Sonradan adı Əhmədiyyə olaraq dəyişdirilmişdir. Kənd Yalova vilayətinə 30 km, Altınova rayonuna isə 10 km məsafədədir.
Əhmədiyyə (dəqiqləşdirmə)
Əhmədiyyə — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Əhmədiyyə (Altınova) — Türkiyənin Yalova vilayətinin Altınova rayonunda kənd.
Əhmədiyyə Məmmədov
Əhmədiyyə Məmmədov – müəllim, dövlət xadimi, Qəbələ Rayon İcra Hakimiyyəti Başcısının sabiq müavini, YAP Qəbələ Rayon Təşkilatının Qurucusu, "Vətənə xidmətə görə" ordeni laueratı. == Həyatı == Əhmədiyyə Həşim oğlu Məmmədov 25 iyun 1937-ci ildə Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. 1952-ci ildə Bum kənd orta məktəbini bitirmiş və Şəki Dövlət İkiillik Müəllimlər İnsitutunun Fizika-Riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1954-cü ildə insitutu bitirdikdən sonra Qəmərvan kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1954–1956-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1956-cı ildən Xırxatala Kənd Yeddiillik Məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, 1962-ci ildə isə bitirmişdir. Əhmədiyyə Məmmədov 7 dekabr 2007-ci ildə vəfat edib. Qəbələ rayonu Xırxatala Kənd Qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Əhmədiyyə Məmmədov Xırxatala kənd orta məktəbində 1957–60-cı illərdə müəllim, 1960–62-ci illərdə dərs hissə müdiri, 1962-ci ildən 1983-cü ilə qədər isə direktor işləyib.21 illik direktorluğu dövründə Xırxatalanın maarif tarixində əhəmiyyətli işlər görüb.
Əhmədiyyə Cəbrayılovun ev muzeyi
Əhmədiyyə Cəbrayılovun ev muzeyi — İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatının üzvü, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası Əhmədiyyə Cəbrayılovun şəxsi əşyalarının və sənədlərinin mühafizə edildiyi mədəni müəssisə == Yaranması və fəaliyyəti == Əhmədiyyə Cəbrayılovun Şəki şəhərindəki ev-muzeyi 1995-ci ildə yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Hazırda 4 otağı olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yolundan bəhs edən müxtəlif sənədlər, fotolar, haqqında məqalələr dərc edilmiş qəzet və jurnallar, kitablar nümayiş etdirilir. Ev-muzeyi yerli sakinlərin, Şəkiyə gələn yerli və əcnəbi turistlərin tez-tez ziyarət etdiyi məkanlardan biridir. Bu il məlum pandemiya səbəbindən ev-muzeyi qonaq-qaralı olmasa da, karantin rejiminin yumşaldılmasından sonra ziyarətlər bərpa edilib. Muzeyin yaradıcısı, Ə. Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovdur.