ƏLİQ
ƏLİM
OBASTAN VİKİ
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əlil arabası
Əlil arabası — fiziki narahatçılığı olan və ya hansısa maneə səbəbi ilə yeriyə bilməyən və ya asanlıqla hərəkət edə bilməyən insanların mobilizasyası üçün istifadə edilən vasitədir. Təkərləri müxtəlif ölçülərdə olur. Ümumiyyətlə əl ilə istifadə edilir amma xüsusi ehtiyaclara görə bədənin demək olar hər yeri ilə istifadə edilə biləcək çeşidləri də var. Hərəkət baxımından avtomatik və mexanik olaraq iki növü olur. Hər ölçüyə və hər cür ehtiyaca görə xüsusi olaraq hazırlanırlar. Fiziki məhdudiyyətli şəxslərdən əlavə bu arabanın müşayiətçisi üçün də digər variantlar mövcuddur. İstifadəçilər ehtiyaclarına görə böyüklük və güc seçimində istədiklərin seçə bilərlər. Darısqal məkanlarda istifadə ediləcəksə yığcam quruluşda olması bəzən üstün tutulur, hava şərtlərinə görə istifadə ediləcəksə gücü və davamlılığı ön plana çıxmaqdadır. Əlil arabası ilə edilən onlarla idman növü var və hər idman sahəsinin ehtiyacları istiqamətində fərqli dizayn və xüsusiyyətlərdə əlil arabası modelləri inkişaf etdirilib.
"Qarabağ-Əlil Döyüşçülər" Futbol Federasiyası.
Beynəlxalq Gözdən Əlillər Günü
Beynəlxalq Gözdən Əlillər Günü — hər il 13 noyabrda qeyd olunan xüsusi gün. == Haqqında == Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılmışdır. Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının isə özünəməxsus tarixi səbəbləri var. Belə ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabartmalı şriftlər yaratmışdır. XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaratmışdır. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açmışdır. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilmişdir. Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşmışdır.
Beynəlxalq Əlillər Günü
Beynəlxalq Əlillər Günü — 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. == Tarixi == 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. == Azərbaycanda əlillər == Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb.
Gültac Əlili
Gültac Əlili — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası.[mənbə göstərin] == Həyatı == Əlili Gültac Müzəffər qızı 1 iyul 1987-ci ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr aktyorluğu fakultəsini bitirib. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist solist vəzifəsində çalışır. İşlədiyi müddətdə O. Rəcəbov, A. Babayev"Seytanın yubileyi" Xəyalə, R. Mirişli, M. Haqverdiyev"Qısqanc ürəklər" Leyla, S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu" Qonşu qız, İ. Kalman " İdialı qaraçı" Zari, R. Mirişli, M. Haqverdiyev "Amerikalı kürəkən" Reyhan, O. Rəcəbov, A. Babayev "Əlin cibində olsun" Əsmər, S. Ələsgərov, İ. Məlikzadə "Kələkbazlar" Çiçək, F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana"Gülnaz, R. Hacıyev"Talelər qovuşanda" Nərgiz, Ə. Haqverdiyev "Kimdir müqəssir" Bahar, Nikolay Qoqolun "Evlənmə" Aqafa Tixonovna, Ü. Hacıbəyov "O olmasın bu olsun"Gülnaz R. Heydər O. Kazımi"Qızıl Toy" Aygün, Ə. Səmədli"Toya bir gün qalmış" Kiçik qız.
Məmməd Əlili
Əlili Məmməd Əli oğlu Əlizadə (7 noyabr 1898, Bakı – 13 iyun 1993) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb ailədə doğulmuşdu. Uşaqlığı ağır keçmişdi. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olmuşdu. Cəfər Cabbarlı ilə tanış olandan sonra həyatı dəyişmiş, C. Cabbarlı onu məktəbə cəlb etmişdi. Onların uşaqlıqda başlanan dostluğu sonralar da davam etmişdir. M. Əlilinin incəsənətə bağlılığının tarixi "Pusfilm"in Bakıda çəkdiyi "Neft və milyonlar səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayır. O vaxt mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkildi. İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləmişdi. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzi
Naxçıvan Əlillərin Bərpa Mərkəzi — 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində yaradılmışdır. Mərkəzdə 20 çarpayılıq stasionar, funksional müayinə otaqları, fizioterapevtik müalicə kabinələri, müalicəvi idman, trenajor və duş zalları fəaliyyət göstərir. Mərkəz Yaponiya və Almaniya istehsalı olan müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Burada muxtar respublika ərazisində yaşayan əlillər pulsuz bərpa müalicəsi qəbul edirlər. Mərkəzdə, əsasən, fizioterapevtik müalicə metodlarından istifadə olunur. Müalicə elektriklə, işıqla, infraqırmızı və ultra-bənövşəyi lampalarla, aşağı tezlikli, ultra yüksək tezlikli mikrodalğalı aparat vasitəsilə, masajla, müxtəlif duşlarla (sınaq duşu, yağış tipli, toz tipli duş, sirkulyar duş), burulğanlı vanna, parafin vannası ilə aparılır. Bərpa müalicəsi qəbul edənlər pulsuz yeməklə də təmin edilirlər.
Orxan Əlili
Qorxmaz Əlili
Qorxmaz Əlilicanzadə (15 oktyabr 1958, Bakı) — Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2019). Qorxmaz Məmməd oğlu Əlilicanzadə 1958-ci il oktyabrın 15-də Bakının Maştağa kəndində anadan olmuşdur. Kiçik yaşlarında onda teatr sənətinə böyük maraq yarandığına görə, öz həyatını bütünlüklə Azərbaycan incəsənətinə bağlamışdır. 1979-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) "Kino və Dram Teatrı Aktyoru" fakültəsini, SSRİ xalq artisti Adil İsgəndərovun kursunu bitirmişdir. 1970-1980-cı illərdə Qorxmaz Əlilicanzadənin estrada sahəsində oynadığı rollar ona böyük şöhrət gətirmişdir. Təsadüf deyildir ki, o 1983-cü ildə respublikamızda keçirilən estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Qorxmaz Əlilicanzadə sonrakı illərdə də bu müsabiqələrin qalibi adını qazanmışdır. 1985 və 1987-ci illərdə o beynəlxalq estrada artislərinin müsabiqələrində iştirak etmiş və bu müsabiqələrin laureatı olmuşdur. Qorzmaz Əlilicanzadə 1985-ci ildə Miniatür teatrını yaratmşdır. Tamaşaçılar bu teatrda oynanılan duzlu, məzəli tamaşaları bu gün də xatırlayırlar.
Qorxmaz Əlilicanzadə

Respublika Gözdən Əlillər Kitabxanası
Respublika Gözdən Əlillər Kitabxanası — 1981-ci ildə fəaliyyətə başlamışdır. Kitabxana gözdən əlillər üçün informasiya müəssisəsidir. Kitabxananın əsas fəaliyyət istiqaməti respublikada olan gözdən əlilləri Brayl yazı sistemi ilə çap olunmuş ədəbiyyatla və "danışan kitablar"la (audiokassetlər, CD-lər) təmin edilməsidir. Gözdən əlillərə kitabxana-informasiya xidmətini daha da yaxşılaşdırmaq məqsədi ilə o zamankı Azərbaycan Korlar Cəmiyyətinin Bakı şəhərindəki obyektlərində yerləşən kitabxana və fonotekaların mərkəzləşdirilməsi zərurəti yarandı.Bu cür kitabxanalar keçmiş müttəfiq respublikalarında da var idi. Buna görə də Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 23 may 1980-ci il tarixli il, 11 nömrəli qərarına əsasən Respublika Mərkəzi kitabxanasının yaradılması sərəncamı verildi. 01 iyun 1981-ci ildə kiabxana fəaliyyətə başladı. Lakin sonralar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin büdcəsində maliyyə çətinliyi yarandığı üçün kitabxanada çalışan işçilərə əmək haqqı verilməsi və yeni "danışan kitablar"ın alınması mümkün olmadı.Buna görədə AzKC Respublika Mərkəzi kitabxanası 01 yanvar 1994-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Bütün yaş kateqoriyalarını əhatə edən kitabxanada kitabxanaçıların əsas vəzifəsi oxuculara fərdi yanaşma tərzidir. Burada oxucunun görmə səviyyəsi, obyektə adaptasiya dərəcəsi, digər xüsusi amillər nəzərə alınır. Tənha yaşayan, sərbəst hərəkət edə bilməyən oxuculara evdə səyyar kitabxana xidməti göstərilir.
Ülviyyə Əlili
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
İradə Əlili
İradə Əlili (tam adı: İradə Zülfəli qızı Əliyeva; 20 aprel 1964, Azərbaycan) — Azərbaycan mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Rəsul Rza" mükafatı laureatı, Prezident təqaüdçüsü. 1964-cü il 20 apreldə Sabirabad rayonunda anadan olub. Uşaqlığının və gəncliyinin bir hissəsi Azərbaycanın Sumqayıt şəhərində keçib. 1981-ci ildə Sabirabad rayonu 1 saylı orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Bakı Mədəni-Maarif Texnikumunun kitabxanaçılıq fakültəsinə daxil olmuş və 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdi. Daha sonra 1988-ci il Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 1994-cü ildə ali məktəbi bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. İradə Əlili Rusiya, Türkiyə və s. ölkələrdə konfranslarda iştirak etmişdir. Həm kitabxanaçı, həm də bu sahəni tədris edən müəllimədir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinində müəllimə, Mədəniyyət Nazirliyinin mədəniyyət işçilərinin ixtisas artirma kursunda müəllimə işləmişdir.
Əlili
Əlili, Salvard — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kəngərli türk tayfasına mənsub əlili etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Salvard qoyulmuşdur.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əlillər Evi (Paris)
Əlillər Evi və ya Milli Əlillər Evi (fr. L'hôtel national des Invalides), ya da sadəcə Əlillər (fr. Les Invalides) Parisin memarlıq abidələrindən biri olub, 24 fevral, 1670-ci ildə XIV Lüdovikin əmrinə əsasən hərbi əlillərin (müharibə əlillərinin) şərəfinə inşa edilmişdir. Avropada tikilən ilk əlillər evidir. Bugünkü gündə də əlilləri qəbul etməkdədir. Burada eyni zamanda bir neçə muzey yerləşməkdədir.
Əlillər binası (Novoçerkassk)
Əlillər binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yerləşən bina. Bina 1812-ci il Napoleon müharibəsində yaralanmış əsgərlərin xatirəsinə inşa edilmişdir. Hazırda binada Cənub Federal Universitetinin Geologiya və Neftqaz işləri üzrə fakültə yerləşir. Bina 1913-cü ildə arxitektor Sergey İvanoviç Boldırevin layihəsi əsasında inşa edilmişdir. Əlillər binası Novoçekassk şəhərinin Boqdan Xmelinski və Troyski küçələrinin küncündə qərarlaşır. Bina 1812-ci il Napoleon müharibəsindəki qələbənin yük illiyinə inşa edilmişdir. 1812-ci il Napoleon müharibəsindəki Don kazakları ataman Matvey İvanoviç Platovun rəhbərliyi altında fransız ordusuna qarşı müharibədə böyük hünər göstərmişdir. Bu səbəbdən Don kazakları üçün Novoçekasskdə 25 nəfərlik əlillər evinin inşası qərara alınmışdır.   Bu illərdə bütün Rusiya ərazisində müharibə veteranları üçün çoxlu sayda bu tip binalar inşa edilmişdi. Novoçekassk şəhərində isə bu ilk olmuşdur.
Əlillərin hüquqları haqqında Konvensiya
Əlillərin hüquqları haqqında Konvensiya — 13 dekabr 2006-cı il tarixində BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 3 may 2008-ci il tarixində qüvvəyə minmiş (iyirmi dövlət tərəfindən qoşulma və ya təsdiqlənmənin otuzuncu günü). Konvensiya ilə paralel olaraq, ona Fakultativ Protokol qəbul edildi və qüvvəyə mindi. 2019-cu ilin noyabr ayından etibarən Konvensiyada 181 dövlət və Avropa Birliyi, Fakultativ ilə bağlı Protokolda 96 dövlət iştirak edir. Konvensiyanın qüvvəyə minməsi ilə Əlillərin Hüquqları Komitəsi yaradıldı (əvvəlcə - 80 nəfərin iştirakçısı olan ölkələrin sayının 18 nəfərə çatması ilə əlaqədar olaraq 12 mütəxəssisdən ibarət idi) — Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını nəzərdən keçirmək, onlara dair təkliflər və ümumi tövsiyələr vermək, habelə Protokolun iştirakçısı olan dövlətlər tərəfindən Konvensiyanın pozulması barədə hesabatları nəzərdən keçirmək səlahiyyətinə malik olan Konvensiyanın icrasına nəzarət edən bir qurum. Mətn Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 13 dekabr 2006-cı ildə qəbul edilmiş və 30 mart 2007-ci ildə imzalanmağa açılmışdır. 20-ci tərəf tərəfindən təsdiqləndikdən sonra 3 may 2008-ci ildə qüvvəyə minmişdir. 2020-ci il iyul ayından etibarən 163 nəfər və 182 nəfər tərəfindən imzalanmışdır. partiyalar, 181 əyalət və Avropa Birliyi (23 dekabr 2010-cu ildə təsdiqlədi). Konvensiya Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsi tərəfindən nəzarət olunur və bunun üçün CRPD-yə üzv dövlətlərin illik konfranslarında 2008-ci ildən bəri təlimatlar müəyyən edilmişdir. İştirakçı Dövlətlərin On üçüncü Konfransı 2020-ci ilin iyun ayında Nyu-Yorkda keçirilməli idi və daha sonra təxirə salınaraq təxirə salındı.
Əlilə (Germi)
Əlilə (fars. اليله‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 430 nəfər yaşayır (90 ailə).
Əliləmbəyli
Əliləmbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əliləmbəyli bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliləsər (Germi)
Əliləsər (fars. اليله سر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (32 ailə).
Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi (Vyetnam)
Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi (vyet. Bộ Lao động – Thương binh và Xã hội) — Vyetnamda əmək, məşğulluq, əməyin mühafizəsi, sosial sığorta və peşə hazırlığı, müharibə əlilləri, şəhidlər və ölkəyə xüsusi xidmətləri olan şəxslər üçün siyasətlər, sosial müdafiə və sosial bəlaların qarşısının alınması, uşaqlara qulluq və gender bərabərliyi üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik.

Значение слова в других словарях