ƏLİL
ƏLİYAZÜBİLLAH
OBASTAN VİKİ
Sabir Əlim Xəliloğlu
Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935, Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007, Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib. Doğma kəndi Qaracalarda dəfn olunub.
Anna Əlimərdanova
Anna Əlimərdanova (6 may 1991) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anna Əlimərdanova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Daha sonra Anna Əlimərdanova 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Əlimərdanova 1/16 final mərhələsində Meksika nümayəndəsi Denia Sosaya (3:0), 1/8 final mərhələsində isə İrlandiya təmsilçisi Miçaela Valşa (2:0) qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Ayşe Taşa məğlub oldu (0:3) və mübarizəsini dayandırdı. 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anna Əlimərdanova, turnirin 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Rusiya təmsilçisi Yelena Savelevaya məğlub oldu (0:3) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Anna İvanovna Əlimərdanova "Tərəqqi" medalı ilə təltif edildi. Anna Əlimərdanova 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsində ABŞ nümayəndəsi Virciniya Fuşa qalib gəlsə də (2:0), 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Nicola Adamsa məğlub oldu (0:3) və turniri medalsız başa vurdu. Daha sonra Anna Əlimərdanova 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi.
Aşıq Nəcəf Əlimərdanlı
Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı – 1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olub. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdur Aşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb. Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur. Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib.
Cumart Əlimuradov
Cumart Şıxrəhim oğlu Əlimuradov (31 may 2001, Urva, Qusar rayonu – 5 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cumart Əlimuradov 2001-ci il mayın 31-də Qusar rayonunun Urva kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Düşərsən əlimə! (cizgi serialı, 1969)
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Elvin Əlimov
Elvin Nəsrəddin oğlu Əlimov (8 iyun 1995, Qusar rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əlimov 1995-ci il iyunun 8-də Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2017-ci ildən hərbi xidmətə başladı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əlimov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunun Hövsan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Əlimərdanov
Elvin İlham oğlu Əlimərdanov () — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olmuşdur. Orta məktəbi Gürcüstan respublikasının Bolnisi rayonun Saraçlı kəndində bitirmişdir. Subay idi. == Hərbi xidməti == Elvin Əlimərdanov 6 oktyabr 2020-ci il tarixdə könüllü olaraq cəbhəyə yollanmışdır. O 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi zamanı 16 oktyabr 2020-ci il tarixində Suqovuşanın azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etmiş və Ermənistan ordusunun top atəşi açması nəticəsində səhid olmuşdur. Lakin Elvin Əlimərdanovun nəşi 2020-ci ilin 16 oktyabr tarixindən 1 dekabr tarixinədək tapılmamışdır. Şəhidin nəşi 1 dekabr 2020-ci il tarixində DNT analizi nəticəsində aşkar edilərək ailəsinə təhvil verilmişdir. Şəhid Elvin Əlimərdanov Xırdalan şəhər şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Elvin İlham oğlu Əlimərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elçin Əliməmmədov
Elçin Mehman oğlu Əliməmmədov (18 avqust 1997, Zirə – 6 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Əliməmmədov 1997-ci il avqustun 18-də Bakının Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Elçin Əliməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Horadiz kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əliməmmədov oktyabrın 6-da Horadiz əməliyyatı zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.
Flora Əlimirzəyeva-Mustafayeva
Flora Əlimirzəyeva-Mustafayeva — filologiya elmləri doktoru, professor, “Xarici dillər” kafedrasının müdiri (1988-2000), Azərbaycan folklorşünaslıq tarixində ilk dəfə olaraq Berlin Kral Kitabxanasının “Dits fondu”nda “Kitabi-Dədə Qorqud” un elmə məlum olmayan əlyazmasının saxlanıldıgı faktını aşkara çıxartmışdır. Bir neçə diplom və mükafatlar almışdır. == Həyatı == Flora Davud qızı 1945-ci il yanvar ayının 13-də Qazaxda müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Ağstafada 22 saylı orta məktəbi bitirmişdir. 1961-ci ildə M.F. Axundov adına APDİ-yə ( indiki ADU) daxil olub 1966-cı ildə həmin insitutu alman-Azərbaycan dilləri müəllimi ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. 1966-cı ildə müsabiqə yolu ilə D.Bünyadzadə adına AXTİ-nin (indiki ADİU) “Xarici dillər” kafedrasına müəllim seçilmişdir. 1973-77-ci illərdə S.M.Kirov adına ADU-nun (indiki BDU) qiyabi aspirantı olmuşdur. 1984-cü ildə “Azərbaycan folkloru slman dilində” mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən 2000-ci ilə kimi işlədiyi institutda “Xarici dillər” kafedrasının müdiri olmuşdur. 1991-ci ildə müsabiqə yolu ilə kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Hafiz Əlimərdanov
Hafiz Əlimərdanov (tam adı: Hafiz Mütəllim oğlu Əlimərdanov; d. 01.01.1948, İsmayıllı rayonu, Lahıc qəsəbəsi) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Hafiz Əlimərdanov 1948–ci ildə anadan olmuş, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olmuş, 1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, 2005-ci ildə ona professor elmi adı verilmişdir. == Əsas elmi nailiyyətləri == Beş və altı üzvlü alitsiklik karbohidrogenlərin tsikloolefinlərə qismən dehidrogenləşməsi üçün müvafiq katalizatorlar seçilmiş və reaksiyaların əsas qanunauyğunluqları müəyyən edilmişdir. Tsikloheksan karbohidrogenlərinin polialkilbenzollara dehidrodisproporsiallaşması və C1-C3 biratomlu spirtlərlə dehidroalkilləşməsi prosesləri üçün katalizatorun seçilməsi əsaslandırılmış və prosesin getmə qanunauyğunluqları müəyyən edilmişdir. Beş və altı üzvlü alitsiklik ketonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Beş və altı üzvlü alitsiklik ketonların müvafiq laktonlara oksidləşdirilməsi qanunauyğunluqları öyrənilmiş və bu laktonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Doymamış mono-və bitsiklik karbohidrogenlərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu) maye fazada oksidləşməsi üçün katalizatorların seçilmiş və proseslərin getmə qanunauyğunluqlarının öyrənilmmişdir.
Lalə Əlimuxtarova
Ləman Əlimuradova
Ləman Osman qızı Əlimuradova (29 noyabr 2004, Yasamal rayonu) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Ləman Əlimuradova həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Həyatı == Ləman Osman qızı Əlimuradova 2004-cü il noyabrın 29-da Yasamal rayonunda anadan olub.
Mirzə Əliməhəmməd ağa Sofuoğlu
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa (1747-1797) — Qarabağ xanı İbrahim xanın vəziri. == Həyatı == Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu Qarabağ xanı İbrahim xanın vəziri olub solbəylər silkinə mənsub idi. Qarabağ dövlətinin idarəetmə quruluşu Çingiz idarəetməsindən gələn amirlik və amillik (hərb və dəftərxana) sisteminə söykənirdi. Sağbəylər hərbi elitanı, solbəylər isə daxili-xarici siyasəti təmsil edirdi. Ənənəyə görə səltənətin yüksək idarəetmə sistemində vəzirlərdən biri peyğəmbər övladı olmalı idi. Bu, dövlət idarəetməsində həm xalq arasında nüfuz sahibi olan nəsillərin təmsilçiliyi, həm də Böyük Peyğəmbərimizin dövlətə mənəvi zaminliyi sayılırdı. Mirzə Əliməmməd Ağa Sofuoğlu Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rol oynamış, eləcə də Qarabağ Xanlıq Dövlətinin digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olmuşdur. Yusif Vəzir Çəmənzəminli "İki od arasında" tarixi romanında Seyyid Vəzirin Gürcüstan səfəri haqqında ətraflı məlumat verir. Bu tarixi səfər rus qoşununun Tiflisə yerləşdirilməsi, Rusiya dövlətinin Qafqazda başlatdığı işğal siyasətinin və gürcü çarı ilə məxfi əlaqələrinin öyrənilməsi – kəşfiyyat xarakterli olmuşdur. Mirzə Əli Məhəmməd Ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmiş, Osmanlıdan Qacar dövlətinin təzyiqlərinə qarşı duruş gətirmək məqsədi ilə Qarabağ xanlığına hərbi yardım istəmişdir.
Mollalar (Əlimədətli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd əhalisi heyvandarlıq,qoyunçuluq,üzümçülük,bağçılıq və digər sahələrlə məşgul olmuşdur. İqlimi mülayim-istidir.. Kəndin ətrafı sıra dağlarla əhatələnmişdir. Mollalar ərazisində duru və sərin bulaqlar mövcuddur. Burada dağ-bozqır bitkiləri(kəklikotu)və s.geniş yayılmışdır.. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. İşgal edildikdən sonra kəndin adı dəyişdirilərək "Nor Aygestan"adlandırılmış və buranın gözəl təbiəti olduğu üçün buraya əvvəllər Agdərənin "Çaylı"kəndində yaşayan Ermənilər köçürülmüşdür.. 2020-ci il 10 noyabr kapitulyasiyasına əsasən Ermənistanın Ağdam rayonunu Azərbayacana təhvil verməsindən sonra bu kənd də 20 noyabr 2020-ci ildə öz azadlığına qovuşdu. == Tarixi == Mollalar kəndinin oykonimi "mollalar nəslinə mənsub olanlar" mənasındadır.
Orxan Əlimuradov
Orxan Roman oğlu Əlimuradov (11 yanvar 1993; Qusar rayonu, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Əlimuradov 1993-cü il Yanvar 11-də Qusar rayonunun Uqur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlimuradov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Əlimirzəyev
Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor. == Həyatı == Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
Xalidə Əliməmmədova
Xalidə Əliməmmədova (tam adı: Xalidə Şıxzadə qızı Əliməmmədova; 5 mart 1973, Xaçmaz rayonu) — aktrisa. == Həyatı == Xalidə Əliməmmədova 1973-cü il martın 05-də Xaçmaz rayonunda doğulub. 1997-ci ildə fərqlənmə bakalavr diplomu ilə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Həmin il sözügedən universitetin «Teatrşünaslıq» fakültəsinə qəbul olub, 1999-cu ildə maqistr pilləsinə yüksəlib. 1995-ci il avqustun 25-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatroqrafiya == Pərvanə - («Yay gecəsində yuxu», V.Şekspir Əsgər - («Hamlet», V.Şekspir) Perespela - («Tədbirə qarşı tədbir», V.Şekspir) Birinci cadugər - («Maqbet», V.Şekspir) Dorote - («Karmen», P.Merime) Qalina- («Ördək ovu», A.Vampilov) Lakusta - («Neron oynayır və ya iblisin komediyası», M.Xubai) Erita - («Herostatı unudun», Q.Qorin) Qulluqçu - («Teh end», J.Seminon) Nata xanım - («Nazirin xanımı», V.Nuşiç) Kərbalai Fatma - («Ölülər», C.Məmmədquluzadə) Qulluqçu- («Qurbanəli bəy», C.Məmmədquluzadə) Şəhla - («Məndən nigaran qalmayın», İ.Məlikzadə) Xeyransa - («İntihar», V.Səmədoğlu) Gəlmə qarı – («Mamay kişinin yuxuları», V.Səmədoğlu) Qisasçı qadın – («Genaralın son əmri», V.Səmədoğlu) III aparıcı – («Uzaq yaşıl ada», V.Səmədoğlu) Dayə – («Hərənin öz ulduzu», Ə.Səmədli) Nənə – («Onun iki qabırğası», Ə.Əmirli) Qüdrət – («Yeddi məhbusə», Ə.Əmirli) Hamilə – («İtkin ər», Ə.Əmirli) Ofa – («Kişi və qadın», Ə.Əmirli) Nuriyyə – («Sevirəm səni Türkiyə», K.Abdulla) Taclı bəyim–(«Şah İsmayıl yaxud hamı,səni sevənlər burdadır», K.Abdulla) Ana – («İnək», N.Hikmət) Kəmalə – («Axırı sakitlikdir», E.Hüseynbəyli) Gəlin – («Dəli Domrul», Dədəqorqudboyu) Qulluqçu – («Tabut», F.Mustafa) Dəvə quşu – («Qəfəs», F.Mustafa) Qatıq satan – («Vida marşı», F.Mustafa) Məryəm – («Qara qutu», F.Mustafa) Kərimə – («Mürafiyə vəkilləri», M.F.Axundov) Xavər – («İblis», H.Cavid) Qadın – («Yad qadının məktubları», S.Sveyq) Tibb bacısı – («Dəlilər», M.Əliyev) Aygül – («Vicdanın hökmü», H.Mirələmov) Jurnalist – («Əbləhlərin toyu», R.Əlizadə) Kəkilli – («Tık-tık xanım», R.Əlizadə) Bahar – («Keçəlin toyu», R.Əlizadə) Küpəgirən qarı – («Sindibadın səyahəti»,R.Əlizadə) Ana keçi – («Şəngül, Şüngül, Məngül», M.Müşviq) Babrina – («Sənsiz yaşaya bilmirəm», M.Haqverdiyev) Çin gözəli – («Məlikməmməd», Nağıl tamaşa) Ana – («Qızıl dağın kralı», N.Orxan) Dovşan – («Bostan müqəvvası», S.Əliyev) Göyçək Fatma – («Kosmosa səyahət», H.Atakişiyev) Dayə – («Şelkunçik», E.T.A.Hofman») Barbel – («Yatmış gözəl» B.Marvin) Pəri – («Göyçək Fatma» Azərbaycan xalq nağılı) Əminə – («Buzovna kəndinin əhvalatları» Elçin) Qısır qarı – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov) Püstə – («Qaraca qız» S.S.Axundov, AŞaiq) Fregen Bok – («Balaca və damda yaşayan Karlson A.Lindqren) Dayə – («Danışan gəlincik» A.Şaiq) Kahin qadın - Q.Qorin "Henstratı unudun" Jurnalist - R.Əlizadə "Əbləhlərin toyu" 3cu aparıcı -V.Səməd oğlu "Uzaq yaşıl ada" Ofa- Ə.Əmirli"Kişi və qadın" Kərimə - M.F.Axundov "Mürafiə vəkilləri" Dayə-Ə.Səmədli"Hərənin öz ulduzu" "Şelkunçik" -Dayə (Rej. N.Başiyeva 2009.) "Yatmış gözəl" - Barbel (Rej. N.Kazımov 2010) "Revayəti-Şahzadeyi Xəzər" - Qısırqarı (Rej. N.Kazımov 2012) "Balaca və damda yaşayan Karlson"-Freken Bok (Rej.
Xəlil Əlimirzəyev
Əlimirzəyev Xəlil Oruc oğlu (1918, Qutqaşın – 1976, Bakı) — tarix elimlər doktoru, professor. == Həyatı == Xəlil Əlimirzəyev 1918-ci ildə indiki Qəbələ rayonunun (Qutqaşın) Mirzəbəyli kəndində anadan olmuşdur. 1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1948-ci ildə Universiteti bitirib. 1946-1947-ci illərdə Azərbaycan Respublikası MK-da təlimatçı işləyib. 1948-ci ildə Universitetin aspiranturyasının bitirib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 20 monoqrafiya və kitabın müəllifidir. 300 çap vərəqəsi həcmində məqalənin müəllifidir. 2 dəfə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Əli Əlimərdanlı
Əli Əlimərdanlı (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt === Əlimərdanlı Sumqayıt FK akademiyası vasitəsilə inkişaf etmişdir. Əlimərdanlı əsas komanda ilə debütünü 18 oktyabr 2015-ci ildə etmişdir. O, 93-cü dəqiqədə İnter Bakı PİK klubu ilə qarşılaşmada Pərviz Fərcad-Azadı əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə İnter Bakı ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 4 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Əlimuxtar Həsənov
Həsənov Əlimuxtar (tam adı: Həsənov Əlimuxtar Yaqub oğlu, d.1896, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il, 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Əlimuxtar Əliyev
Əlimuxtar Ağakişi oğlu Əliyev (Mirzə Muxtar) — XX əsrin əvvəllərində fəaliyyət göstərən ilk azərbaycanlı həkimlərdən biri. == Həyatı == Əlimuxtar Əliyev 1884-cü ildə Bakıda anadan olmuşdur. Tiflis şəhərində gimnaziyanı bitirən Əlimuxtar Kiyev Tibb İnstitutuna daxil olur və oranı 1914-cü ildə terapevt kimi bitirir. İnstitutu bitirən kimi gənc həkim Ə. Əliyev Birinci dünya müharibəsinə göndərilir. Müharibədə göstərdiyi xidmətlərinə görə Əlimuxtar Əliyev Georgi xaçı ordeni ilə təltif edilir. Georgi xaçı ilə, əsasən, general və zabit heyəti, həmçinin hərbi hissələr təltif olunurdu. Azərbaycanlı hərbçilərdən Ə. Şıxlinski, S. Mehmandarov, Ə. Əlibəyov Georgi xaçı ordeni ilə təltif olunmuşlar. Əlimuxtar Əliyev yeganə azərbaycanlı həkimdir ki, çar Rusiyasının ən yüksək ordeni olan Georgi xaçı ilə təltif olunmuşdur. Müharibədə olarkən Ə. Əliyev artilleriyanın atası, həmyerlimiz general Əliağa Şıxlinski ilə tanış olur. 1917-ci ildə müharibədən qayıdan Əliyev Bakada həkimliklə məşğul olmağa başlayır, 1921-ci ildə keçmiş Mixaylovsk xəstəxanasına baş hakim təyin olunur və 1937-ci ilə qədər bu müalicə ocağına başçılıq edir.
Əlimədədli
Əlimədədli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Əlimədədli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Əlimədədli (Ağdam)
Əlimədətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyunun 15-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == 1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Əlimədədli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir; Ağdam rayonunun Əliağalı kəndiylə qonşudur. Əlimədədli kəndi 15 iyun 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikasının Göygöl rayonunda da Əlimədədli kəndi var. == Mədəniyyəti == İşğala qədərki dövrdə Əlimədədli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi; Xaçınçay su anbarı da bu kəndin ərazisindədir.
Əlimədədli (Göygöl)
Əlimədədli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Əlimədədli oyk, sadə. Ağdam r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir; Göygöl r-nunun Quşqara i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələri kolanı tayfasına mənsub əlimədədli obasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 358 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əşrəf Əlimirzəyev
Əlimirzəyev Əşrəf Oruc oğlu (8 fevral 1910, Qəmərvan, Nuxa qəzası – 13 yanvar 1982, Qutqaşen) — Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyatı == Əlimirzəyev Əşrəf Oruc oğlu 08 fevral 1910-cu ildə indiki Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, məhz ona görə əmək fəaliyyətinə də çox erkən yaşlarından başlamışdır. 1933–1953-cü illərdə o vaxtkı Qutqaşın rayonunun "Yeni kənd", "Bakı fəhləsi", "Şən həyat" kolxozlarında mühasib, Qəmərvan Kənd Sovetinin sədri, Qutqaşın rayonu heyvandarlıq məhsulları üzrə tədarük müvəkkilinin müavini, 1953–1967-ci illərdə "Bakı fəhləsi", 1967–1976-cı illər "Xanlar" adına kolxozda sədr vəzifəsində çalışmışdır. 1958-ci ildə Heyvandarlıq sahəsində yüksək əmək göstəricilərinə və əmək fəaliyyətindəki nailiyyətlərinə görə Lenin ordeni və 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı, ikinci Lenin ordeninə layiq görülmüş, 1958-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin (V–VI çağırış) deputatı seçilmişdir. 1966-cı Sov.İKP-nın XXIII və 1969-cu ildə Ümumittifaq kolxozçularının III Qurultayının nümayəndəsi seçilmişdir. Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, sərginin 4 qızıl və gümüş medalları ilə təltif edilmişdir. Təhsilə göstərdiyi qayğıya görə Qabaqcıl Maarif xadimi medalına layiq görülmüşdür. İkinci dünya müharibəsinin iştirakçısı olmuş, qələbə medalı ilə təltif edilmişdir. Qəmərvan kəndində sədr işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdir.

Значение слова в других словарях