ƏLİƏKBƏR
ƏLİƏŞRƏF
OBASTAN VİKİ
Əliəsgər Bahari
Əliəsgər Bahari (fars. علی‌اصغر بهاری‎; 1905, Tehran – 10 iyun 1995, Tehran) - Azərbaycan əsilli musiqiçi və kamança ifaçısı. == Həyatı == O, 1905-ci ildə Tehran şəhərində anadan olmuşdur. Onun valideynləri Həmədan ostanının Bahar şəhristanından olmuşdurlar. === Təhsili === O, ilk kamança təhsilini babası Məhəmməd Tağı Xandan almışdır. 3 ildən sonra isə atası onu dayılarının yanına təhsilini daha da inkişaf etdirmək üçün göndərmişdir. Onun 3 dayısının üçü də o dövrün məşhur kamança ustalarından idilər. == Fəaliyyəti == Əliəsgər Baharinin ilk böyük uğuru hələ 18 yaşında İbrahim xan Mənsurinin orkestrində çıxış etməsi olmuşdur. Məşhəddə özünün musiqi məktəbini açmış, lakin sonradan Tehrana köçmüşdür. Burada Ruhulla Xaliqinin rəhbərliyi altında Hünəristanda kamança müəllimi kimi çalışmışdır.
Əliəsgər Hikmət
Mirzə Əliəsgər xan Hikmət Şirazi (fars. علی‌اصغر حکمت شیرازی‎; 16 iyun 1892, Şiraz – 5 mart 1980, Tehran) — İran Təhsil naziri. == Həyatı == Mirzə Əliəsgər xan Hikmət Şiraz şəhərində, Mirzə Əhmədəli Mustovfinin ailəsində anadan olmuşdu. Siyasətçi idi. Rza şah Pəhləvinin hakimiyyəti dövründə yüksək vəzifələrdə çalışmışdı. Təhsil vəziri olmuşdu. == Mənbə == Bāqer ʿĀqeli, Šarḥ-e ḥāl-e rejāl-e siāsi wa neẓāmi-e moʿāṣer-e Irān I, Tehran, 2001, pp. 586–88. Aḥmad Eqtedāri, Kārvān-e ʿomr: ḵāṭerāt-e siāsi-farhangi-ehaftād sāl ʿomr, Tehran, 1993, pp. 25–26, 205.
Mirmahmud Əliəsgərli
Mirmahmud Ağamirzə oğlu Əliəsgərli (tam adı: Mirmahmud Ağamirzə oğlu Əliəsgərli ; d.1895, - ö.1958, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair. == Həyatı == XX əsrin əvvəllərində yaşayıb-yaradan, klassik şeir ənənələrini yaradıcılığında yaşadan şairlərdəndir. Əlyazmalar İnstitutunda Əliabbas Müznibin və Məmməd Səid Ordubadinin arxivində və fraqmentlər bölməsində Mirmahmud Nurinin tərcümeyi-halı və şeirləri saxlanılır. 5 il üsuli-ətiq üzrə təhsil almış, sonra iranlıların “İttihad” məktəbinə daxil olmuşdur. sonra türklərin “Kiçik zabitan” kursunu bitirmiş və türk ordusunun Bakı bölməsiondə xidmət etmişdir. satiraları “Soyulmuş Əyyar”, lirik şeirləri “Nuri” təxəllüsü ilə çap olunmuşdur.