Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Aygün (albom)
Aygün – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur. == Hazırlanması == Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadənin əsərləri daxildir. Albomdakı "Bir payız gecəsi" mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan ifa etmiş və öz albomuna daxil etmişdir.Əsərin müəllifi Eldar Mansurovdur. == Mahnıların Siyahısı == == Albomdakı video kliplər == "Я и ты" - 2000-ci ildə yayımlanan bu video klip dövrünün ən möhtəşəm klipi hesab olunur. 2012-ci ilə qədər YouTube video saytında Azərbaycan klipləri arasında ən çox izlənən video adlı liderliyini qoruyub saxlamışdır. "Matros" - 2000-ci ildə yayımlanan növbəti klipdir. Klipdəki aşiqin bütün məşuqələrənin rollarını Aygün Kazımova özü ifa etmişdir. "Məhəbbət üçbucağı" - 2000-ci ildə çəkilən və albomdan yayımlanan son video klipdir. Bir ulduzun həyatından və ona olan fenomen tələbatdan bəhs edən bu klipdə Aygün Kazımovanın günlük yaşantısından çoxlu görüntülər istifadə olunmuşdur. Klipdə Aygün Kazımovanın dostlarına və sənət yoldaşlarına da rast gəlmək mümkündür.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Aygün Attar
Aygün Attar (1962, Qubadlı) — professor, Türkiyənin Giresun Universitetinin rektoru (2012–2016). == Həyatı == Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuşdur. == Mükafatları == Aygün Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülüb. 15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür. === Kitabları === Aygün Attar (Haşimzade).
Aygün Bayramova
Aygün Bayramova (tam adı: Aygün Əliqulu qızı Bayramova; d. 13 avqust 1967, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi və opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı. == Həyatı == Aygün Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirmişdir. 1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlamışdır. 1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – "Leyli və Məcnun"da Leyli, "Natəvan"da Müğənni, "Koroğlu"da Xanəndə qız, "Aşıq Qərib"də Şahsənəmi böyük ustalıqla ifa etmişdir. Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aygün Bəylər
Aygün Bəylər (22 avqust 1975, Kirov) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır. 1995 ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998 ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün H.-nın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir. 2002 ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
Aygün Diridağlı
Aygün Diridağlı (tam adı: Həsənova Aygün Vəzir qızı; 30 yanvar 1974, Cəbrayıl rayonu) — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2015). == Həyatı == Aygün Həsənova 1974-cü il yanvarın 30-da Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə orta məktəbi gümüş medalla başa vurub. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. 1996-2010-ci illərdə Azərbaycan radiosunda müxbir, veriliş müəllifi, redaktor vəzifələrində çalışıb. Aygün Diridağlı müəllif adı ilə dövrü mətbuatda, onlayn mediada çox sayda məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. 2013-cü ildə başladılan "Gəzdim Azərbaycanı" videolayihəsinin müəlliflərindən biridir. Çox sayda videoreportajların müəllifidir.
Aygün Hümbətova
Aygün Bəylər (22 avqust 1975, Kirov) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır. 1995 ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998 ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün H.-nın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir. 2002 ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
Aygün Həsənoğlu
Aygün Həsənoğlu (27 sentyabr 1967, Qutqaşen rayonu) - Azərbaycan yazıçısı, dramaturqu, publisisti == Həyatı == Aygün Həsənoğlu 27 sentyabr 1967-ci ildə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuşdur. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1989-1996-cı illərdə Qəbələ 2 saylı orta məktəbdə müəllim, 1996-2002-ci illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissə müdiri, 2002-2007-ci illərdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında referent (2004-cü ildən böyük referent) işləmişdir. 2007-ci ilin dekabrında yaradıcılıqla məşğul olmaq üçün öz ərizəsi ilə işdən ayrılmışdır. 2008-ci ildə "Azərbaycan əbəbiyyatında Şeyx Şamil" mövzusunda dissertasiya işini müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildə "Elmi Araşdırmalar" İctimai Birliyini qurmuş, "Ermənistan, əsir-girovları geri qaytar" təbliğat kampaniyasına başlamışdır. 2012-ci ildə Türkiyəyə yerləşmişdir. Hazırda Türkiyədə yaşayır. Dramaturgiya, ssenari, nəsr yaradıcılığı, publisistika və elmi araşdırmalarla məşğul olur. == İctimai fəaliyyəti == Aygün Həsənoğlu, hələ orta məktəbdə oxuduğu dövrdən ictimai sahədə fəallığı ilə seçilmişdir.
Aygün Kazımova
Aygün Ələsgər qızı Kazımova (26 yanvar 1971, Bakı) — Azərbaycanlı müğənni. Azərbaycan Respublikasının Xalq Artisti (2008). == Həyatı və karyerası == Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü — sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf etmişdir. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Tezliklə o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilir. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir.
Aygün Səmədzadə
Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. == Həyat və yaradıcılığı == Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir. Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir.
Aygün TV
"Aygün" TV – Azərbaycanda fəaliyyət göstərən regional televiziya kanalı. "Aygün" TV 25 yanvar 1996-cı il tarixdə fəaliyyətə başlamışdır. "Aygün" TV 12-ci kanalla yayımlanır. Direktor Abasov Rüstəm Habil oğludur Aygün" TV–nin həftəlik yayımının ümumi həcmi 35 saat təşkil edir. Ümumi efir vaxtının 25,7 faizini ölkədə istehsal olunan proqramlar, 55,3 faizini xaricdə istehsal olunan proqramlar, 19 faizini şəxsi istehsal proqramları təşkil edir. Aygün" TV–nin yayım dilini dövlət dili (50,2%), əcnəbi dil (49,8%) təşkil edir. 14 fevral 2014-cü ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib. MTRŞ televiziya kanalının lisenziyasının uzadılmaması bağlı məsələyə də aydınlıq gətirib.
Aygün Televiziyası
"Aygün" TV – Azərbaycanda fəaliyyət göstərən regional televiziya kanalı. "Aygün" TV 25 yanvar 1996-cı il tarixdə fəaliyyətə başlamışdır. "Aygün" TV 12-ci kanalla yayımlanır. Direktor Abasov Rüstəm Habil oğludur Aygün" TV–nin həftəlik yayımının ümumi həcmi 35 saat təşkil edir. Ümumi efir vaxtının 25,7 faizini ölkədə istehsal olunan proqramlar, 55,3 faizini xaricdə istehsal olunan proqramlar, 19 faizini şəxsi istehsal proqramları təşkil edir. Aygün" TV–nin yayım dilini dövlət dili (50,2%), əcnəbi dil (49,8%) təşkil edir. 14 fevral 2014-cü ildə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. İclasda "Aygün" Müstəqil Televiziya və Radio Kompaniyasının regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti uzadılmaması və ona regional (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi, televiziya yayımçısı kimi yayımının 14 fevral 2014-cü il tarixdə saat 18:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib. MTRŞ televiziya kanalının lisenziyasının uzadılmaması bağlı məsələyə də aydınlıq gətirib.
Aygün Zeynalova
Aygün Mübariz (tam adı:Qurbanova Aygün Mübariz qızı;1979, Bakı) — Azərbaycan Respublikası əməkdar artisti == Həyatı və təhsili == Zeynalova Aygün Mübariz qızı 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə "The British Council Training Centre"- ində təhsili yüksək balla, 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Üniversitetinin bakalavr, 1998-2000-ci illərdə həmin Universitetin magistratura pillələrini "fərqlənmə diplomu" ilə bitirmişdir. 2000-2006-cı illərdə Bakı Musiqi Akademiyasının Azərbaycanın Xalq artisti, prof. Xuraman Qasımovanın "solo oxuma" sinfini yüksək qiymətlərlə bitirmişdir. Üzəyir Hacıbəyovun "Arşın mal alan" operettasında baş rol – Gülçöhrə obrazını özünəməxsus ustalıqla yaratmışdır. 2007-ci ildə SSRİ-nin Xalq artisti Yelena Obraztsovanın Bakıda keçirtdiyi ustad dərslərində (master klassda) çıxış etmiş və gənc vokalçının ifası onun tərəfindən yüksək qiymətləndirilmişdir. === Ailəsi === 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışır. Bülbül adına orta ixtisas Musiqi məktəbində dərs deyir. === Beynəlxalq tədbirlərdə iştirakı === 2006-cı ildə Avstiyanın Vyana şəhərində keçiriləcək vokalçıların Beynəlxalq müsabiqə turunun seçim mərhələsi üzrə Juri nümayəndəsi tərəfindən Bakıda dinlənilib, bəyənilərək "25th International Hans Gabor Belvedere Singing Competition" II turunda iştirak etməyə dəvət almışdı, lakin müəyyən səbəblərdən iştirak edə bilməmişdir.
Aygün Əliyeva
Aygün Nazif qızı Əliyeva (tam adı: Aygün Nazif qızı Əliyeva; 29 iyul 1988, Koqalım, Xantı-Mansi Muxtar Dairəsi, Tümen vilayəti) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru (23 noyabr 2021-ci il). == Həyatı == Aygün Əliyeva 29 iyul 1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakultəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib (2006–2012). Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində təhsil alıb (2013–2015). Xəzər Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə doktorantura pilləsində təhsil alıb (2015–2018). Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2010–2012-ci illərdə Azərbaycan Dillər Universitetində Tərbiyə işləri üzrə prorektor köməkçisi, 2012–2013-cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Mərkəzi ofisində Layihələr üzrə koordinator, 2013-cü ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı, 2013–2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020–2021-ci illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri23 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru təyin edilib. === İctimai fəaliyyəti === 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 15 aprel 2009-cu ildən 29 yanvar 2010-cu ilə qədər Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini 10 fevral 2010-cu ildən 2012-ci ilə kimi Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar Təşkilatının sədr müavini 29 yanvar 2010-cu ildən 2015-ci ilə qədər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsinin finalçısıdır (2021). == Təltiflər == 2006-cı il "Milli-mənəvi irsimiz –Bizim tariximizdir" diyarşünaslıq müsabiqəsi 2008-ci il 1918-ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırım faciəsnin 80-ci ildönümü ilə əlaqədar tədbirin təşkilatçısı olduğuna görə 2009-cu il Bakı və Abşeron gəncləri arasında "Heydər Əliyev 86" Biliklər intellektual yarışının müəllifi olduğuna görə 2010-cu il Azərbaycan Dillər Universitetinin ictimai həyatında fəal iştirakına görə 2010-cu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunan ali məktəb tələbələrinin festivalında yüksək nailiyyət qazandığına görə 2010-cu il "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" mövzusunda publisistik məqalə müsabiqəsi 2014-cü il Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2015-ci il Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətində aktiv iştirak edərək uğur qazandığına görə 2019-cu il Yeni Azərbaycan Partiyasının və Binəqədi rayonunun ictimai-siyasi həyatında aktiv iştirak etdiyinə görə 2020-ci il Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2021-ci il Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsinin finalçısı == İstinadlar == Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru təyin edilib.
Taha Akgül
Taha Akgül (22 noyabr 1990, Sivas) — olimpiyaçı, 125 kiloluq divizionda yarışan türkiyəli sərbəst güləşçi, Dünya və Avropa çempionudur. O, Karamanda Karamanoğlu Mehmetbey Universitetində bədən tərbiyəsi və idman üzrə təhsil almışdır. == Həyatı == Atası və qardaşının ardından Taha Akgül də 2003-cü ildə güləşə başlayıb. 2012-ci ildə təşkil edilən Yaşar Şərqi Beynəlxalq Güləş Turniri çərçivəsində 40 qızıl medal qazanıb. Serbiyanın Belqrad şəhərində keçirilən 2012 Avropa Güləş Çempionatında Taha Akgül ağırlıq kateqoriyasında çempion olub. O, 2012-ci ildə baş tutmuş Olimpiadaya qatılıb. Lakin, 16-cı turda rəqibi Rusiyadan Bilyay Makhova məğlub olduqdan sonra dörddəbir finala çıxa bilməyib. 2012-ci ildə Dünya Kubokunda keçirilən güləş üzrə Dünya Çempionatında Finlandiyanın Kuortane şəhərində ağırlıq kateqoriyasında qızıl medal qazanıb. Taha Akgül, Gürcüstanın Tbilisi şəhərində keçirilən 2013 Avropa Güləş Çempionatında Avropa çempionu ünvanını qazanıb. Macarıstanın Budapeşt şəhərində keçirilən 2013 Dünya Güləş Çempionatında bürünc medal qazanıb.
Aygün (film, 1960)
Aygün tammetrajlı bədii televiziya filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1960-cı ildə ekranlaşdırılmışdır. Film Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Filmdə əsas rolları Nəcibə Məlikova, Həsənağa Salayev və Rəna Topçubaşova ifa edirlər. == Məzmun == Film-poemadır. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir.Aygünlə Əmirxan xoşbəxt cütlük idilər. Əmirxanın içkiyə qurşanması onların ailəsini parçalayır. Aygün (Nəcibə Məlikova), Əmirxan (Həsənağa Salayev) və onların qızları Ülkər (Rəna Topçubaşova) əzab çəkirlər. Sonda Əmirxanın içkinin daşını atması və karyerasında nailiyyətləri onların yenidən birləşməsini təmin edir. == Film haqqında == Film Səməd Vurğunun eyniadlı poeması əsasında ekranlaşdırılmışdır.
Aygün Həsənova (Diridağlı)
Aygün Diridağlı (tam adı: Həsənova Aygün Vəzir qızı; 30 yanvar 1974, Cəbrayıl rayonu) — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2015). == Həyatı == Aygün Həsənova 1974-cü il yanvarın 30-da Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə orta məktəbi gümüş medalla başa vurub. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. 1996-2010-ci illərdə Azərbaycan radiosunda müxbir, veriliş müəllifi, redaktor vəzifələrində çalışıb. Aygün Diridağlı müəllif adı ilə dövrü mətbuatda, onlayn mediada çox sayda məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. 2013-cü ildə başladılan "Gəzdim Azərbaycanı" videolayihəsinin müəlliflərindən biridir. Çox sayda videoreportajların müəllifidir.
Aygün Kazımova diskoqrafiyası
Aygün Kazımovanın 1988-ci ildən bu günə kimi 9 albomu işıq üzü görüb. Albomları Türkiyə, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Almaniya və Azərbaycanda istehsal olunmuşdur. === Albomları === ==== LP albomları ==== ==== Studiya albomları ==== ==== EP albomları ==== ==== Karaoke albomları ==== ==== Yığma albomları ==== ==== Canlı albomları ==== === Sinqlları === == Klipləri == == Saundtrek == == Aygün Kazımova tərəfindən bəstələnmiş mahnıların siyahısı == == Solo konsertlər == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Aygün Kazımovanın diskoqrafiyası
Aygün Kazımovanın 1988-ci ildən bu günə kimi 9 albomu işıq üzü görüb. Albomları Türkiyə, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Almaniya və Azərbaycanda istehsal olunmuşdur. === Albomları === ==== LP albomları ==== ==== Studiya albomları ==== ==== EP albomları ==== ==== Karaoke albomları ==== ==== Yığma albomları ==== ==== Canlı albomları ==== === Sinqlları === == Klipləri == == Saundtrek == == Aygün Kazımova tərəfindən bəstələnmiş mahnıların siyahısı == == Solo konsertlər == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Aygün Kazımovanın filmoqrafiyası
Aygün Kazımovanın filmoqrafiyası — Azərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın rol aldığı filmlərin və serialların siyahısı.
Ayqun müqaviləsi
Ayqun müqaviləsi — 16 may 1858-ci il tarixində Rusiya ilə Çin arasında Ayqun şəhərində imzalanmış müqavilə. Ayqun müqaviləsinə görə Arqun çayının Amura töküldüyü yerdən Amurun ağzınadək Amurun sol sahili Rusiyaya keçmişdir. Ussuri çayınadək Amurun sağ sahili Çində qalmışdır. 1860-cı il Pekin müqaviləsinə əsasən Ussuri çayından dənizədək ərazi də Rusiyaya keçmişdir. Ayqun müqaviləsinə görə Amur, Ussuri və Sunqari çaylarıda yalnız rus və Çin gəmilərinin işləməsinə icazə verilmişdir. Ayqun müqaviləsini 2 iyun 1858-ci ildə Çin boqdıxanı və 8 iyun 1858-ci ildə Rusiya hökuməti təsdiq etmişdir. Rusiya ilə Çin arasında sərhəd qəti olaraq 1860-cı il Pekin müqaviləsi ilə müəyyən edilmişdir. Bu müqavilə Ayqun müqaviləsini və 1858-ci ildə imzalanmış Tyanszin müqaviləsini təsdiq etmiş, Ussuri çayı sərhəd müəyyən olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Айгунский договор 1858 // А — Анкетирование. — М. : Большая российская энциклопедия, 2005.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biridir. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir .1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Aygünlü
Aygünlü — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Aygünlu Şabran rayonunun Gəndob inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Etnotoponimdir. XIX əsrdə Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin əsrin ortalarında Aygunlu, Burbur (Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı kicik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3 böyük kənd icması əmələ gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli" komponenti düşmüşdür. == Tarixi == Arxoloji qazıntılar zamanı indiki yaşayış yerlərindən 0.5 km cənub-qərbdə kənd ərazisində Çaqqallıqtəpə deyilən ərazidə ilk tunc dövrünə (e.ə. 3-cü minillik) yaşayış yeri aşkar olunmuşdur. Yaşayış yeri ilk tunc dövrünün əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.
Aysel
Aysel - qadın adı.
Ayxal
Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır. 2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur. == Coğrafiya == Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür. Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur. == Tarixi == Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur.
Ağgöl
QoruqlarAğgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq.KəndlərAğgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd.BələdiyyələrAğgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə.GöllərAğ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl. Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə axarı olmayan Şirin sulu göl. Ağgöl — Ağdaş rayonu ərazisində göl; Ağgöl — Kəlbəcər rayonu ərazisində göl; Ağgöl — Laçın rayonu ərazisində göl.
Akqula
Ağqula - Manas dastanında adı çəkilən əfsanəvi at. Manas Xanın ən əhəmiyyətli və birinci sırada gələn atıdır. Fövqəladə xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır, sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmənə vəziyyəti anlayaraq və istəyərək hücum edir. Ehtiyac olduqda Manas Xana köməkçi olar. == Etimologiya == Ağ və Kula sözlərinin mürəkkəb halıdır. Ak sözcüyü ağ rəngi ifadə edir. Kula, gövdəsi tünd sarı, quyruğu, qıç tükləri və yelesi qara olan at deməkdir. Kula sözcüyü mənşə olaraq anlamaq və yuxarı sıçramaq mənalarını da daşıyır.