əlvida
əmanət
OBASTAN VİKİ
Voynic əlyazması
Voyniç əlyazması - Məlum olmayan dildə və əlifbada yazılmış kitab. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450 - 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut etmişdir. Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur.
Topqapı əlyazması
Topqapı əlyazması və ya Topqapı Quranı hicri təqvim ilə II əsrin əvvəllərinə (miladi VIII əsr) aid olan Quranın erkən əlyazmasıdır. Bu əlyazma İstanbulda, Topqapı Sarayı Muzeyində saxlanılır. Bu əlyazma ənənəvi olaraq Osman İbn Affana aid edilir. Bu əlyazmanın ölçüsü 41 — x 46 santimetrdir. Quranın tam mətninin 99%-dən çoxunu ehtiva edir. Cəmi iki səhifəsi (23 ayə) çatışmayan bu əlyazma Quranın tam mətninə ən yaxın olanıdır. Misir valisi Mehmed Əli Paşa bu əlyazmanı XIX əsrdə Osmanlı Sultanı II Mahmuda hədiyyə olaraq göndərmişdir.Əlyazmanın Paleoqrafik təhlili onun VIII əsrə aid yazılara uyğun gəldiyini göstərir.
Xəmsə əlyazması (1418)
Xəmsə əlyazması — Nizami Gəncəvi Xəmsəsinin 1418-ci ilə aid əlyazma nüsxəsidir. Əlyazması Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əvvəl əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılırdı. == Təsviri == Əlyazmasında yalnız "İsgəndərnamə"poemasının "Şərəfnamə" adlı birinci hissəsi saxlanmışdır. Mətn, krem rəngli cilalanmış kağız üzərində, İki üztun və dioqanal sahələrdə yaxşı nəstəliq xətti ilə yazılmışdır. Mətn qırmızı və mavi xəttlərdən ibsarət çərçivəyə alınmış, sütunlar bir-birindən qırmızı xəttlə ayrılmışdır.Başlıqlar kinovarla yazılmışdır. Mətnin başlanğıcında yerləşdirilmiş ünvan qzıl, kinovar və mavi boya ilə yazılmışdır. Əlyazmasının 84а səhifəsidə miniatür vardır. Naməlum rəssam tərəfindən çəkilmiş"İsgəndərin atəşgahları dağıtdırması" adlı miniatür ehtimal ki, Şiraz miniatür məktəbinə aiddir. Bu miniatür, keçmiş SSRİ ölkələrinin kolleksiyalarında saxlanan əlyazmalar arasında Nizami poemalarına çəkilmiş ən qədim illüstrasiyadır.Əlyazması hicri 821-ci (miladi 1418) ilə aiddir.
Xəmsə əlyazması (1636)
Xəmsə əlyazması М-207 — Nizami Gəncəvinin “Xəmsə”sindən dörd poemanı ehtiva edən 1636-cı ilə aid əlyazma. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar aşağıdakı ardıcıllıqla düzülmüşdür: “Sirlər xəzinəsi” (1b−38b), “Yeddi gözəl” (39b−129a), “Xosrov və Şirin” (129b−242a), “İsgəndərnamə” (242b−408a). Əlyazması yüksək keyfiyyətdə icra edilmişdir.Əlyazması, qızıl suyu, lazur, belillər və qırmızı boyalarla icra edilmiş yüksək bədii keyfiyyətli çiçək ornamentli frontispislə başlayır. Hər bir poemanın başlanğıcında həmin boyalarla çəkilmiş çox incə və yüksək zövqlü ünvan səhifələri vardır.Əlyazmaya daxil olan on bir incə miniatür İran miniatür məktəblərinə aid olmaqla, XVII əsr miniatür sənətini öyrənmək üçün əhəmiyyət kəsb edir. Əlyazmanın mətnləri dəqiq kalliqrafik nəstəliq ilə dörd sütun şəklində nazik noxudu şərq kağızı üzərində yazılmış və mavi, qara və qızılı xəttlərlə çərçivələnmişdir. Səhifələrin sahələrində nadir hallarda qlosslara rast gəlinir. Əlyazması moruq rəngli dəri ilə üzlənmişdir. Əlyazmanın tarixi 408-ci səhifədə hicri 1046-cı il (1636/1637) kimi qeyd edilmiş, sonradan isə 746-cı ilə dəyişdirilmişdir. Əlyazmanın xəttatı Dust Məhəmməd ibn Darvin ət-Daraqçıdır.
Quranın Birminhem əlyazması
Birmingem Quran əlyazması, Quranın erkən əlyazmalarından olub 2 yarpağının yazıldığı bir vərəq həcmində perqamentdən hazırlanmış nüsxəsidir. 2015-ci ildə Birmingem Universitetində saxlanılan əlyazma eramızın 568–645-ci illərinə aiddir. O, universitetin Cadbury Araşdırma Kitabxanası tərəfindən saxlanılan Yaxın Şərq əlyazmalarının Minqana Kolleksiyasının bir hissəsidir.Əlyazma ərəb hicazi qrafikası ilə perqament üzərində mürəkkəblə yazılmışdır və hələ də aydın oxunur. Səhifələrsə 18-ci (Kəhf) və 20-ci (Taha) surələrinin ayələri qorunur. Əlyazma 2015-ci ildə Birminhem Universitetində, sonra isə 5 avqust 2016-cı ilə qədər Birminhem Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdirilib Cadbury Araşdırma Kitabxanası əlyazmanın multispektral analizini və mürəkkəblərin XRF analizini həyata keçirib.
Quranın Səmərqənd əlyazması
Quranın Səmərqənd əlyazması - (həmçinin Osman Quranı, Səmərqənd nüsxəsi, Səmərqənd əlyazması və Daşkənd Quranı kimi də tanınır) müasir İraq ərazisində kufi xətti ilə yazılmış VIII və ya IX əsrlərə aid əlyazma Qurandır . Bu gün Özbəkistanın Daşkənd şəhərindəki Həst İmam kitabxanasında saxlanılır. Üçüncü xəlifə Osman ibn Əffana məxsus olduğu deyilir .
Quranın Səna əlyazması
Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir. Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.
Xəmsə əlyazması (1539-1543)
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539-1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Xəmsə əlyazması (1617/8)
Xəmsə əlyazması С-201 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar ənənəvi sıralama ilə verilmişdir. Mətn parlaq və nazik şərq kağızı üzərində dörd sütunla mirvari kalliqrafik nəstəliq xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəb ilə yazılmışdır. Orta Asiya mənşəli üzlük yaşıl rəngdə olmaqla lakla örtülmüş və tünd-moruğu rəngli medalyonlarla bəzədilmişdir. Kiçik medalyonlardan biri üzərində üzlükçü ustanın adı – Molla Məhəmməd Tarsun və üzlənmə tarixi – hicri 1027 (1617/1618) – qeyd edilmişdir. 285 səhifəlik əlyazmasının ölçüləri 19 × 30 sm-dir. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов.
Xəmsə əlyazması (M—462)
Xəmsə əlyazması М-462 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasının mətni dörd sütun şəklində mirvari kalliqrafik nəstəliq ilə yazılmış və və müxtəlif rəngli xətlərlə çərçivəyə alınmışdır. Başlıqlar mavi mürəkkəb ilə yazılmışdır. Əlyazmasının səhifələri noxud rəngli parlaq şərq kağızıdır. 1b - 8b, 351a - 356b səhifələri restavrasiya edilmişdir. 15-16, 139-140, 146-147 səhifələrində lakunalar var, əlyazmasının sonunda isə bir neçə səhifə isə çatışmır. Əlyazmasının ölçüləri 17 × 27 sm-dir.Daha sonrakı dövrə aid üzlük qalın kartondan hazırlanmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XVIII əsrə aid edilir. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (Or. 2265)
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539-1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur. Həmin poemaya Təbriz miniatür məktəbinə məxsus 27 miniatür (126b, 127b, 129а, 130а, 131а, 131b, 132b, 133b, 134b, 135а, 136b 137b, 138b, 139b, 140b, 142, 144а, 145а, 148а, 155b, 158b, 161b 165а, 167b, 169а, 170b, 171b) çəkilmişdir.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi “Xəmsə”sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” və “Yeddi gözəl” poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır.Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır.Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir. Əlyazmasının sonunda bir qəsidə də verilmişdir (699a−570b). Əlyazması müasir üzlənməyə malikdir.Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XV əsrin I yarısına aid edilir.
I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539-1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.

Значение слова в других словарях

беспризо́рница диафра́гма загота́вливать мостова́я отмо́точный прола́щивать разверну́ть доруба́ться истэ́блишмент кома́рник конево́дство обколо́ть отбавля́ться раскла́ниваться смотреть пра́вде в глаза улива́ть casualty ward cross-country effectrix homilist limit pseudoaquatic re-done steamer chair обледенение