ƏRKƏVAN

сущ. бот. пахладиз ухшар емишар, жегьре рангунин цуьквер жедай, хъутӀуьз пешер авадардай са ттар (кул).
ƏRKƏSÖYÜN
ƏRKLƏMƏK
OBASTAN VİKİ
Ərkəvan
Ərkəvan (lat. Cercis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Kanada ərkəvanı
Kanada ərkəvanı (lat. Cercis canadensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Nyu-Yorkdan cənuba tərəf Şimali Floridaya, qərbdən Ayova, Texas və Şimali Meksikaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 12-18 m-ə çatan, bozumtul-qara gövdəyə malik ağacdır. Cavan zoğları qırmızı-qonurdur. Yarpaqların uzunluğu 16 sm-ə qədər olub, enli, oval və ya ürəkşəkilli, ucu biz, səthi hamardır. Yarpaqların rəngi yazda açıq yaşıl, payızda isə açıq sarı olur. Çiçəkləri kəpənək formasında, qalın budaq və ya gövdədə dəstələrlə yerləşir, uzunluğu 10-12 mm-ə çatır, açıq çəhrayı və ya solğun çəhrayı rəngdədir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabrda yetişir.
Qriffit ərkəvanı
Qiffit ərkəvanı (lat. Cercis griffithii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya, İran və Əfqanıstanın dağlarında, daşlıq yamaclarda dəniz səviyyəsindən 800-2200 m hündürlükdə bitir. == Botaniki təsviri == Hündürlüyü 1-4 (10) m-dək olan çoxbudaqlı kol və ya ağacdır. Budaqları enli çətir əmələ gətirir. Cavan qabığı qırmızı-qonur, sonradan isə tünd boz rəngli olur. Yarpaqları yumru böyrəkşəkilli, uzunluğu 5-8 sm, eni 7-12 sm, binövrəsi enli, ucu bütöv, üstü parlaq yaşıl, alt tərəfi göyümtül, saplaqların uzunluğu 2-3 sm-dir. Çiçəkləri qısa salxımlarda yerləşir. Kasacığı qabarıq qısa dişciklidir; çiçək tacı çəhrayı və ya al-qırmızı bənövşəyidir. Mart-aprel aylarında yarpaqlar açılmamışdan əvvəl çiçəkləyir.
Çin ərkəvanı
Çin ərkəvanı (lat. Cercis chinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m olan, yarpağını tökən ağac və ya koldur. Düz budaqlı gövdəsi sıx çətirlidir. Yarpaqları yumru, diametri 6-12 sm, çılpaq, parlaq, dəricikli, alt tərəfi göyümtüldür. Yumru, yaşıl yarpaqları payızda saralır. Mayda çiçəkləyir, çiçəkləri yarpaqları açılanadək budaqları örtür. Çiçəkləməsi adi ərgəvana nisbətən daha bol və parlaqdır. 5-8 ədəd çəhrayı, al-qırmızı çiçəkləri dəstələrdə yerləşir, uzunluğu 1,5-1,8 sm-dir.

Значение слова в других словарях

...сме́нка весе́нний легго́рн муэдзи́н ни в одно́м глазу́ ни при каки́х обстоя́тельствах стра́иваться электроплави́льщик берцо́вая кость бомбодержа́тель закарпа́тский издыря́виться лепни́на молоково́зка пропива́ние синю́шный chinos Eucharist ground-ivy jack off land power Worcester sauce погрешать текучесть худеть