əşya
ətir
OBASTAN VİKİ
Məhəmməd ət-Təqi
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə, Bağdad, Abbasilər xilafəti) —
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Ledi Qaqanın ət geyimi
Ledi Qaqanın ət geyimi — ABŞ müğənnisi Ledi Qaqa tərəfindən 2010 MTV Video Musiqi Mükafatlarına geyindiyi çiy dana ətindən hazırlanan və mətbuatda "ət paltarı" olaraq adlandırılan geyim. Argentinalı dizayner Frank Fernandez tərəfindən hazırlanan və Nikola Formiçetti tərəfindən stilləşdirilən geyim, 2010-cu ildə "Time" jurnalı tərəfindən ən əhəmiyyətli moda hadisəsi adlandırılmışdır. Ət geyimi 2011-ci ildə Ledi Qaqanın digər geyimləri kimi arxivləşməsi üçün hazırlandı və qurudulmuş ət şəklində Rock and Roll Hall of Fame muzeyində sərgilənməyə qoyuldu. Mükafat mərasimindən sonra Ledi Qaqa geyimin insanların inandığı şeylər üçün mübarizə ehtiyacının bir ifadəsi olduğunu açıqladı və ABŞ ordusunun "Don't ask, don't tell" ("soruşma, demə") siyasətindən nifrət etdiyini də dedi. Geyim heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olundu. Mətbuat geyim ideyasının özünəməxsusluğunu müasir incəsənət və məşhur mədəniyyətdən bəhs edən nümunələrlə müqayisə etməklə mübahisə yaratdı. == Zəmin == 2010-cu il Video Musiqi Mükafatlarında, Ledi Qaqa ümumilikdə 13 dəfə namizəd oldu, o cümlədən "İlin Video Klipi"nə iki nominasiya qazanaraq (bu müvəffəqiyyəti göstən ilk qadın sənətçidir) rekordları qırdı. Ətdən düzəlmiş don, papaq, ayaqqabı və çantadan ibarət olan geyimi geyinməmişdən əvvəl, Gaga Aleksandr Makkvinin geyimi ilə mərasimə gəldi və onu Giorgio Armani tərəfindən hazırlanmış qara paltar ilə əvəz etdi. Gaga ət geyimini "Bad Romance" üçün qazandığı "İlin Video Klipi" mükafatını alanda geyindi. Şerdən mükafatını alan Gaga, "Şerdən ət çantamı tutmasını rica etməyim ağlıma gəlməzdi." deyərək, zarafat etdi.
Ət
Ət — canlılarda sümüklə dəri arasında maddə. Ət dedikdə hər şeydən əvvəl skelet əzələləri və onlara birləşmiş yağ və toxumalar başa düşülür. Bəzən dil, qaraciyər, böyrək, beyin, ürək, diafraqma, baş əti və qida borusu da ət adlanır. Bir çox heyvan, quş və balıq ətindən qida məhsulu kimi istifadə olunur.
Turşulu ət
Ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. == Həyatı == Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Ət-Təbəri
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, Bəsrə və Kufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Ət Tibyan
== Haqqında == "Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir. == Lazım olan ərzaq == 400 qr quzu və ya dana əti, 2 baş soğan, 20 qram lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, sumaq, darçın, duz istiot zövqə görə. == Hazırlanma qaydası == Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Ət işarəsi
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. == @ işarəsinin tarixi == @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Ət-Tanf
Ət-Tanf — Suriya ərazisində, İordaniya və İraq sərhədlərinə yaxın olan strateji bir bölgə. Bu məntəqə Suriya vətəndaş müharibəsində mühüm bir rol oynayıb və hazırda burada ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələrinin hərbi bazası yerləşir. Ət-Tanf bölgəsinin strateji əhəmiyyəti həm hərbi, həm də siyasi baxımdan çox böyükdür, çünki o, İranın İraqdakı müttəfiqləri ilə Suriya və Livandakı qüvvələri (Hizbullah) arasında quru yolu təmin edən bir nəzarət nöqtəsi kimi çıxış edir. Əsas xüsusiyyətlər və əhəmiyyəti 1. Geostrateji Mövqe: Ət-Tanf bölgəsi Suriyanın cənub-şərqində, İordaniya və İraq sərhədlərinə yaxın bir məntəqədə yerləşir. Bu, İraqdan Suriya və Livana uzanan əsas nəqliyyat yollarına çıxışı təmin edir və İranın Yaxın Şərqdəki proksi qüvvələrini dəstəkləmək üçün istifadə etdiyi mühüm bir nəzarət nöqtəsidir. 2. ABŞ-ın Hərbi Bazası: 2016-cı ildən ABŞ qüvvələri Ət-Tanfda bir hərbi baza yerləşdirib. Bu baza, əsasən İŞİD-ə qarşı mübarizə məqsədilə istifadə edildiyi bildirilir, lakin regionda İranın təsirini balanslaşdırmaq və İranın Suriya üzərindən Livandakı Hizbullah qüvvələrinə silah və yardım göndərməsini əngəlləmək üçün də strateji rol oynayır. ABŞ bu məntəqədəki mövcudluğunu İranın regionda genişlənməsinə qarşı müdafiə tədbiri kimi görür. 3. Müxalifət Qüvvələrinin Dəstəyi: Ət-Tanf bazasında ABŞ həm də Suriyadakı bəzi müxalifət qruplarına dəstək verir. Bu qruplar İŞİD-ə qarşı mübarizə aparmaqla yanaşı, həm də Əsəd rejiminə və İranın Suriya üzərindəki təsirinə qarşı çıxırlar.
Came ət-təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cami ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Cəbəl-ət-Tair
Cəbəl-ət-Tair (ərəb. جزيرة جبل الطير‎ — Cazira-Cəbəl-ət-Tair) — ada Babülməndəb boğazının şimal-qərbində yerləşən ovalvari ada. Ada Qırmızı dəniz suları ilə əhatələnmişdir. Eritreya və Yəmən arasında eyni məsafədə yerləşir. İnzibati cəhətdən Yəmənin Hodeyda muhafazasına daxildir. Adadan Yəmən sahillərinə qədər məsafə 115 km (71 mil), Erteriya sahillərinə qədər məsafə isə 150 (93 kil) təşkil edir. Kamaran adası ilə arasında məsafə isə 82 km təkil edir. Səudiyyə Ərəbistanına mənsub olan Farasan arxipelaqı isə adadan şimal-şərqdə yerləşir. Ada dünyanın nəhəng çatlarında birinin üzərində yerləşir Adada eyni adlı vulkan yerləşir. Cəbəl-ət-Tair strato vulkan olaraq 244 metr hündürlüyə malikdir == Adanın tarixi == Əvvəllər adanın adı Saiban olmuşdur.
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Gökcə ət-Türki
Gökcə ət-Türki (tam adı: İzzəddin Əbül-Müzəffər Gögcə ibn Əbdüllah ət-Türki) — Eldənizlərin vassallarından olmuşdur. İraqi Əcəmdə yəni İran ərazisində Xarəzmşahlara və Eldənizlərə qarşı fəal döyüş əməliyyatları aparmışdır. Bir müddət İraqi Əcəmi sultan titulu ilə idarə etmiş xəlifə ən-Nasir ilə müttəfiq olmuşdur. == Həyatı == Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı. Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi. Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar.
Çavlı ət-Toğrul
Çavlı ət-Toğrul (?-1146) — Azərbaycan atabəyi. == Həyatı == Atabəy Qara Sunqur hicri 535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II Toğrulun məmlüklərindən Çavlı ət-Toğrulu öz yerinə Aran və Azərbaycanın hakimi təyin etmişdir Qara Sunqurun ölümünü xəbər alan Məsud, əmir Çavlıya fəxri libaslar və ünvanlar göndərərək onunla münasibətini yaxşılaşdırmaq istədi. Sultan, Çavlını Azərbaycan və Aranın hakimi təyin etdi. Çavlı, sultanın təklifini qəbul edib, Gəncədə qiyam qaldırmış Qutluqu ortadan qaldırıb bu ölkədəki üsyançı qüvvələri darmadağın etdi. O, Tovuz ətrafında üsyançıların ordusunu məğlub etdi. Çavlı 1146-cı ilə qədər Aran və Azərbaycanın Səlcuqlu əmiri olaraq mövqeyini qorudu. Bu vaxt Sultan Məsud əleyhində Rey hakimi Abbas ilə Fars və Xuzistan hakimi Boz Apa başçılığında yeni bir qiyam ortaya çıxdı. Onlar Çavlıya bir məktub yazıb onunla dostluq qurmaq istədilər, ancaq Çavlı sultanın tərəfində yer aldı. Sultan Məsud ilə vəziri Xass Bəy ibn Bələncərinin ona qarşı sui-qəsd planı ortaya çıxınca Çavlı da qiyam edən əmirlərin tərəfinə keçdi.
İqta ət-təmlik
İqta-ət-təmlik(bağışlanan iqta), şəxsin tam sahibliyinə verirlirdi və getdikcə irs olaraq keçirdi. Bu növ iqta sahibi üşr verirdi. Bu növ iqta, adətən, becərilməyən torpaqlardan, ya da sahibi ölmüş və varisi olmayan torpaqlardan verilirdi.
Əhməd ət-Ticani
Əbülabbas Əhməd bin Məhəmməd bin Muxtar bin Səlim ət-Ticani (1737 və ya 1738 – sentyabr 1815, Fəs) — Ticaniyyə təriqətinin qurucusu == Həyatı == Əhməd bin Məhəmməd 1737-ci ildə Əlcəzairin Tilimsan (Tləmsən) bölgəsindəki Aynimazi qəsəbəsində doğulmuşdu. Bölgəyə köç edən babası burada yaşayan Bərbəri Ticanə qəbiləsindən bir qadınla evləndiyindən ailəsi Ticani nisbəsiylə tanındı. Həyatı haqqındakı bilgilərin böyük bir qismi xəlifələrindən Əli Xarazimin 1802-ci ildə tamamlayıb ona təqdim etdiyi "Cəvahirül-məʿani" və yenə xəlifələrindən İbnül-Müşrinin "Kitabül-Cami"ʿ adlı əsərlərinə əsaslanır. Öz ifadəsinə görə soyu 2-ci imam Həzrəti Həsənə çatır. Ticani on altı yaşında ikən Aynimazidə müdərrislik edən atasını və anasını vəba epidemiyasında itirdi. Quran, hədis, Maliki fiqhi və ədəbi elmləri Tilimsanda oxuduqdan sonra Mərakeşə getdi. Burada Qədiri, Şazəli, Nasıri təriqətlərinin zikr halqalarına qatıldı. Mərakeşdə Şeyx Əhməd Habib bin Məhəmmədin, Səhra şəhərlərindən Abiddə beş il müddətinə Sidi Əbdülqadir bin Məhəmmədin xidmətində oldu. Ardından Tunisə gedib Azvavi zaviyəsində Xəlvəti şeyxi Mahmud bin Əbdürrəhmanın söhbətlərinə qatıldı. Bir il sonra Qahirədə Xəlvəti şeyxi Mahmud əl-Kürdi ilə tanış oldu.
Əhsən ət-Təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. == Həsən bəy Rumlunun həyatı == Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Təsis ət-Təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Book's page on Goodreads — Goodreads.com Dr.
Əsas ət-təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Book's page on Goodreads — Goodreads.com Dr.
Salib ət-Türkman
Əhsən ət-təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. == Həsən bəy Rumlunun həyatı == Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Haşim əl-Ətasi
Haşim əl-Ətasi (ərəb. هاشم الأتاسي‎ Hāšim al-ʾAtāsī; 6 dekabr 1875, Homs – 5 dekabr 1960, Homs) — 1936–1939, 1949–1951 və 1954–1955-ci illərdə Suriya Respublikasının Prezidenti.
Hüseyn bin Əli ət-Türki
Hüseyn bin Əli ət-Türki (1699-1740) — 1705-1881-ci illərdə Tunisi idarə edən Hüseyni sülaləsinin qurucusu, Tunis bəyliyinin bəyi (1705-1740).
Həsən bəy Ətabi
Həsən bəy Ətabi (fars. حسن‌‌بیگ عتابی تکلو‎ doğ.1567 — ö.1616)—Azərbaycan şairi. == Həyatı == Həsən bəy 1567-ci ildə Herat şəhərində anadan olmuşdu. Qızılbaş tayfa ittifaqının Təkəli elindəndir. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Ətabi təxəlllüsü ilə şeir yazırdı. Həsən bəy Ətabi Qəzvin və Rey şəhərlərində yaşamışdı. Sonra I Şah Abbasa xidmət etmiş, İsfahana yollanmışdı. Həsən bəy Ətabi Nami Bəkri kimi tanınan və şair Mir Məhəmməd Məsum Bəkri ilə bərabər Böyük Moğollar imperiyasına, Sultan Cəlaləddin Əkbər şahın yanına elçi getmişdilər.
Keçi əti
Keçi əti (ing. Goat meat) — Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Ondan hazırlanan yeməklər çox məşhurdur. Keçinin süddündən, dərisindən və tükündən gündəlik sənayedə insanlar tərəfindən istifadə edilməkdədir. Keçi ətinin xüsusi qoxusu olur ki, bu da onun tərinin və sidiyinin qoxusunun təbii olaraq ətə hopmasından irəli gəlir. Ətə iyin hopmaması üçün bəzən onun dərisini soyarkən əlcək geyinir və sonra əlcəyi çıxardıb əti doğrayırlar. Bu ətə qoxunun hopmasının qarşısını alır. Keçi ətinin vitamin və faydalı maddələrlə zəngin olduğu qədim zamanlardan məlumdur. Bəzi xəstəliklər zamanı hətta həkimlər keçi əti yeməyi məsləhət görürlər. Keçi ətinin tərkibində olan makro və mikroelementlər bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Kitap əl idrak li lisan əl ətrak
Kitabü'l-idrak li-lisani'l-Ətrak (Türklərin dilini anlama kitabı) — 1312-ci ildə Əsirüddin Əbu Hayyan tərəfindən ərəblərə türkcə öyrətmək üçün yazılmış Qıpçaqca qramər kitabı və lüğət.
Köhnə Ətekəy (Auırqazı)
Köhnə Etekəy (başq. Иҫке Этекәй, rus. Староитикеево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Batır kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (77%) üstünlük təşkil edir.
Lüəyy əl-Ətasi
Lüəyy əl-Ətasi (ərəb. لؤيّ الأتاسي‎ Luʾayy al-ʾAtāsī; 1926, Homs – 24 noyabr 2003, Homs) — Suriya hərbçisi, 1963-cü ilin mart ayının 9-dən iyul ayının 27-ə qədər Suriya prezidenti.
Meşə ətirşahı
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Nasir Ətapur
== Həyatı == Nasir Ətapur 1976-cı ildə İranin Təbriz şəhərində anadan olmuşdur. Uşaq yaşlarından ailə şənliklərində anasının mahnı söyləməsi onda musiqiyə böyük maraq oyatmışdır. Həmçinin anasının yaxşı qaval çalması bu aləti ona sevdirmişdir. Hələ 12 yaşında olarkən məktəblərində musiqi qrupunda çıxışlar etməyə başlamışdır. Təbrizdə keçirilən bir neçə festivalda iştirak edərək laureat olmuşdur. 1988-ci ildə Təbriz Radio və Televiziyasının uşaqlar üçün olan proqramlarında yeniyetmə kimi çıxışlar etmişdir. 1992-ci ildə Təbrizdə tələbələr arasında keçirilən müsabiqənin qalibi olmuşdur. 1993-cü ildə İranın Kirmanşah şəhərində keçirilən musiqi festivalında birinci yerə layiq görülmüşdür. 1991-ci ildən etibarən ustad Həsən Dəmirçinin özəl dərnəyində Azərbaycan xalq musiqisi ilə tanış olmaqa başlamışdır. Daha sonra mərhum sənətkar ustad Mahmud Şatiriyanın özəl dərnəyində yaranmış gənclər xalq çalqı alətləri ansamblında solist olaraq İranın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar etmişdir.
Nurəddin əl-Ətasi
Nurəddin əl-Ətasi (ərəb. نور الدّين الأتاسي‎ Nūr ad-Dīn al-ʾAtāsī; 1929[…], Homs – 2 dekabr 1992[…], Nöyi-sür-Sen[…]) — 1966-cı ilin fevralından 1970-ci ilin noyabrına qədər Suriya prezidenti.
Nəsrin Əta Ərbil
Nəsrin Əta Ərbil (1934, Ərbil mühafəzəsi, İraq Kürdüstanı) — ilk türkman şairəsi,[mənbə göstərin] Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001). == Həyatı == Nəsrin Əta Ərbil 1934-cü ildə İraqın ən əski türkman şəhərlərindən biri olan Ərbildə doğulmuşdur. Yetişməsində atasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, atasının "Sıcaq misraları arasında" böyümüş, onun zəngin kitabxanasından yararlanmışdır. Doğma türkman (Azərbaycan) dilindən başqa ərəb, ingilis, alman dillərini bilir. 60-cı illərdən başlayaraq İraq türkmanları arasında ən çox sevilən və məşhur şairlərdən biri olmuşdur. Bağdadda çıxan "Qardaşlıq" dərgisinin, demək olar ki, bütün saylarında onun şeirləri çap olunmuşdur. Nəsrin Ərbil 2001-ci ildə Qəzənfər Paşayevin sayəsində Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmişdir. Həmin ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Pişik əti
Pişik əti — Cənub-Şərqi Asiya ölkələrində və Çində yaşayan şərq xalqlarının mətbəxində istifadə edilən pişik əti. Pişik ətindən Afrika və Latın Amerikasında yaşayan bir sıra xalqlar da kulinariyalarında pişik ətindən istifadə edirlər. Cənubi Amerikada pişik ətindən ən çox Afrika mənşəli perulular istifadə edirlər. Hər il sentyabr ayında La Kebrada şəhərində keçirilən Müqəddəs İfegeniya festivalında pişik ətindən yeməklər hazırlanması metodları nümayiş etdirilir. Kamerunda yaşayan bir sıra xalqların mədəni irsinə aid mənbələrə əsasən hətta belə bir inam aşılanır ki, pişik ətindən hazırlanan xüsusi yemək insanlara xoşbəxtlik gətirir. == Xarici keçid == Sarah Hartwell. Cats — friend or food? // Статья на сайте Messybeast.com (ing.) (Yoxlanılıb 18 oktyabr 2015) Website on cat meat in southern China (Yoxlanılıb 18 oktyabr 2015) Кошатина — это вкусно. И наплевать на SARS (Yoxlanılıb 18 oktyabr 2015) "The countries where people still eat cats and dogs for dinner" (ingilis). BBC News UK. 12/04/2017.
Qadın ətri (film, 1992)
Qadın ətri (ing. Scent of a Woman) 1992-ci il ABŞ istehsalı dram filmi.Film Covanni Arpinonun "Zülmət və bal" adlı romanı əsasında çəkilmişdir.İtalyan rejissor Dino Risinin 1974-cü ildə çəkdiyi eyni adlı fimin remeykidir.
Qalxanabənzər ətraf vəziləri
Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. == Quruluşu == Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. == İnkişafı, anomaliyaları və yaş xüsusiyyətləri == Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir.
Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.
Qarğıdalı ətri (film, 1986)
«Qarğıdalı ətri» (it. Il sapore del grano) — 1986-cı ilin İtaliya istehsallı dram janrında filmi. Sssenari müəllifi və rejissor Canni Da Kampo, baş rolları Lorentso Lena və Marko Mestriner oynamışlar. Film gənc professor və onun 12-yaşlı tələbəsi arasında yaşanan homoseksual sevgi haqqında bəhz edir. == Filmin xülasəsi == Kvalifikasiya olunmuş gənc müəllim Lorentso kiçik italyan kəndində işləməyə dəvət alır. Onun şagirdlərindən biri, 12 yaşlı sevimli və ağıllı fermer oğlu Dulio tədricən öz müəllimi Lorentsoya aşiq olur və onlar çox yaxın dost olurlar. Lakin Dulio arzulayır ki, Lorentso onun böyük qardaşı olacaq. Lorentso tez-tez Dulionun evinə qonaq gəlir, onun valideynləri ilə tanış olur. Lorentso eyni zamanda kənddə gənc qadınla taniş olur və ona aşiq olur. Buna baxmayaraq, yeni rəfiqə ilə əlaqələr elə də yaxşı alınmır və buna görə Lorentso onunla ayrılmaq istəyir, çünki o ərə getməyə hazırlaşır.
Qazaxıstanda ətraf mühit
Qazaxıstanda ətraf mühit - ölkə ciddi ekoloji ploblemlərlə mücadilə etmək məcburiyyətindədir. Bu problemlərə SSRİ dönəmində onun ərazisinin aton sınağı mərkəzindən biri olması, sahəsinə görə dünyanın ən böyük göllərindən biri olan Aral dənizinin quruması (Qazaxıstanla Özbəkistan sərhədi arasında) və keçmiş əkin sahələrinin səhralaşmaya məruz qalmasıdır. Bu qlobal ekoloji problemləri çoxu hələ sovetlər dönəmində meydana gəlmişdir. Bu məsələlərin araşdırılması ilə Mərkəzi Asiya regional ekoloji mərkəzi məşqul olur. Onlar həm də ekoloji problemlərin həllində koordinasiya mərkəsi rolunu oynayır. == Problemlər == === Radiaktiv çirklənmə === Qazaxıstan çöl zonasında yerləşdiyindən SSRİ dönəmində burada çoxlu sayda yeraltı nüvə sınaqları keçirilmişdir. Bu da öz növbəsində bəzi ərazilərin radiasiya səbəbindən istifadəsiz bir bölgəyə çevrilməsinə səbəb olmuşdur. Semipalatin ətrafı yaşayış məntəqələrində və Çinlə sərhədə yaxın ərazilərdə insanlar arasında ankoloji xəstəliklər artmışdır. === Aral dənizi === Ölkənin digər bir problemi isə Aral dənizinin qurumasıdır. Amudərya və Sırdərya çayları suyu kütləvi şəkildə kənd təsərrüfatına cəlb edildiyindən Aral gölü quruyur.
Qoyun əti
Qoyun əti — qoyunun qida kimi istifadə olunan əti. Qaynadılmış, qızardılmış, qaxac olunmuş, hisə verilmiş və duza qoyulmuş şəkildə istifadə olunur. Köçərilər, Asiyanın monqol xalqları, türk xalqları, o cümlədən Azərbaycanda da qoyun ətindən müxtəlif növ yeməklər hazırlanmasında geniş istifadə olunur.
Qırmızı ətirşah
Qırmızı ətirşah (lat. Geranium sanguineum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
Robert ətirşahı
Robert ətirşahı (lat. Geranium robertianum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geranium robertianum subsp. eurobertianum Briq.
Saleh Ətayi
Saleh Ətayi (1967, Ərdəbil) – Güney Azərbaycanlı yazıçı və şair. 1967-ci ildə Ərdəbildə anadan olub. 1998-ci ildə "Bəlkə daha deyənmədim" adli şeir toplusu işıq üzü görüb.

Значение слова в других словарях