ƏZƏLƏSİZLİK
ƏZƏLKİ
OBASTAN VİKİ
Əzəli Əssumani
Əzəli Əssumani (ərəb. غزالي عثماني‎; fr. Azali Assoumani; 1 yanvar 1959, Mitsudje[d], Qrand Komor) — 2016-cı ildən etibarən vəzifədə olan Komorların hazırkı Prezidenti. 15 may 2016-cı ildə Konstitusiya Məhkəməsi tərəfindən 2016-cı il prezident seçkilərində Prezident İkililu Duaninin xələfi olaraq qalib elan edildi. Əzəli 1959-cu ildə Qrand Komorun cənub-qərbində Mitsudje şəhərində anadan olub. 1999-cu ildə hökuməti devirərək iyirmi illik hərbi karyerasında ən böyük nailiyyətini qazandı. 1977–1980-ci illərdə Mərakeşdə Kral Hərbi Akademiyasında təhsil almış və paraşütçü ixtisasına yiyələnmişdir. Komorlara qayıtdıqdan sonra Komor adaları Silahlı Qüvvələrinə qatıldı. Abdullanın vəfatı və muzdlu döyüşçülərin 1989–1990-cı illərdə ölkədən getməsindən sonra mayor Əzəli Komor adaları Silahlı Qüvvələrində baş zabit oldu. 1996-cı ildə fransız hərbi akademiyalarının birində təhsil aldı, Milli İnkişaf Ordusunun polkovniki və Baş qərargah rəisi vəzifəsinə yüksəldi.
Eramızın əzəlində sui-qəsd (roman)
Əzəliyyə
Əzəliyyə (fars. ازلی‎; azərb. Azali Bábí‎) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma. Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür. Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.

Значение слова в других словарях