ƏŞ
ƏŞƏR
OBASTAN VİKİ
Əbu Musa əl-Əşari
Əbu Musa Abdullah ibn Qeys bin Süleym əl-Əşari (d.? - ö. 662)— Həkəm vəqasında Həzrət Əlini təmsil edən fəqih səhabə. == Həyatı == Yəmənin Zəbid şəhərində oturan, əxlaq və məziyətləri Həzrət Peyğəmbər tərəfindən öyülən Əşar qəbiləsindəndir. Anası Zabyə (Tufyə) bint Vəhb Mədinəyə hicrət edib orada vəfat edən səhabədəndir. Həzrət Peyğəmbərin xalqı İslama dəvət etdiyi duyulunca Əbu Musa ilə iki qardaşının da aralarında olduğu əlli iki nəfərlik bir heyət onun yanına getmək üzrə bir gəmiyə mindi; fəqət gəmi pis hava şərtləri üzündən Həbəşistana sürükləndi. Heyət mənsubları, Cəfər ibn Əbu Talib və yoldaşlarının orada olduğunu öyrənincə bir müddət Həbəşistanda qaldılar.628-ci ildə Xeybərin fəthi sırasında Həbəşistandakı müsəlmanlarla birlikdə Mədinəyə döndülər və Həzrət Peyğəmbərin Xeybərdə olduğunu öyrənincə oraya getdilər. Ələ keçən qənimətdən onlara pay verən Rəsul-i Əkrəm, həm Həbəşistana, həm də Mədinəyə hicrət etmələri səbəbiylə iki hicrət səvabı aldıqlarını söyləyərək onları təbrik etdi;. Əbu Musanın müsəlman olmasıyla ilgili bilgi verən bəzi qaynaqlar isə onun Məkkədə İslamiyəti qəbul edərək məmləkətinə döndüyünü və daha sonra müsəlman olan Əşarilərlə birlikdə Cəfər ibn Əbu Talib və yoldaşlarının Həbəşistandan döndükləri tarixdə Mədinəyə getdiklərini, dolayısıyla Həbəşistana hicrət etmədiklərini qeyd edir. Əbu Musa Xeybərin fəthindən sonra aparılan qəzvə və səriyyələrə qatıldı.
Əşareyi-Mübəşşirədəndir
Əşareyi-Mübəşşirə (Ərəbcə العشرة المبشرون بالجنة Əl əşərat-il mubəşşirunə bil Cənnəh) İslam termini olub, İslam Peyğəmbəri tərəfindən sağlığında Cənnət-lə müjdələnmiş (Cənnətə girəcəkləri Allah tərəfindən vəd edilmiş) on nəfər üçün istifadə edilən ifadə. ==== Ortaq xüsusiyyətləri ==== Hamısının ilk müsəlmanlardan olmaları İslamı və İslam Peyğəmbərini axıra qədər qoruyacaqlarına Hudeybiyyə günündə söz vermiş olmaları ==== Əşareyi-Mübəşşirə ==== Əbu Bəkr Siddiq Ömər ibn Xəttab Osman ibn Affan Əli ibn Əbu Talib Talha ibn Ubeydullah Zubeyr ibn Avvam Abdurrahman ibn Afv Sad ibn Əbu Vəqqas Səid ibn Zeyd Əbu Ubeydə ibn Cərrah ===== İstinadlar ===== Əhməb ibn Hənbəl, 1-ci cild, səh.

Значение слова в других словарях

антидарвини́зм диморфи́зм каска́дный помина́льная претворя́ть вара́н газа́ция курье́рский поезд отщепля́ться офтальми́я примина́ть припора́шивать ува́ривать тренькать apres moi le deluge Carlow Commander Islands consimilar desquamation electric blue hernshaw Syr-Darya warehouse-keeper доложиться наползти