МИР

МИР I

м 1. dünya, kainat; теория о происхождении мира dünyanın əmələ gəlməsi haqqında nəzəriyyə; бесконечность мира kainatın sonsuzluğu; 2. (müxtəlif mənalarda) dünya; античный мир antik (qədim) dünya; старый мир köhnə dünya; мы строим новый мир biz yeni dünya qururuq; 3. (müxtəlif mənalarda) aləm; мир животных heyvanlar aləmi; мир грёз xəyal aləmi; научный мир elm aləmi; внутренний мир человека insanın daxili aləmi; неорганический мир qeyri-üzvi aləm (cansız təbiət); 4. mühit; артистический мир artistlər mühiti; вращаться в научном мире alimlər mühitində dolaşmaq; 5. el; 6. tar. icma, kənd icması, şura; ◊ пустить по миру səfalətə salmaq; пойти (ходить, идти) по миру səfalətə düşmək, yoxsullaşmaq; всем миром hamılıqca, ellikcə; с миру по нитке голому рубашка hərə bir tük versə, kosa da saqqallı olar (məsəl); на миру и смерть красна el ilə gələn qada-bala toy-bayramdır; уйти (переселиться) в лучший (в иной, другой) мир ölmək, rəhmətə getmək.

МИР II

м мн. нет 1. sülh; борьба за мир sülh uğrunda mübarizə; 2. barış, barışıq; 3. əmin-amanlıq, dinclik, sakitlik, asayiş; нарушить мир əmin-amanlığı (asayişi) pozmaq; 4. dostluq, dostluq münasibəti, həmrəylik, yekdillik; жить в мире dostcasına yaşamaq; ◊ мир кому; мир праху кого Allah rəhmət eləsin, yeri cənnət olsun!; мир дому сему köhn. zar. eşq olsun! xoş gəldin!; с миром (иди, поезжай) yaxşı yol.

МИОЛОГИЯ
МИРАБ
OBASTAN VİKİ
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.

Digər lüğətlərdə