ADİ
ADİLİK
OBASTAN VİKİ
Adil Barmal
Adil Baxşəliyev
Baxşəliyev Adil Baxşəli oğlu (1952, Bərdə) — C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor (2004) == Həyatı == Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci Bərdə şəhərində anadan olmuşdur. Atası Baxşəli Baxşəliyev , bacısı Gövhər Baxşəliyeva . 1975-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitunda doktoranturanı bitirmişdir. Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 1977–1978-ci illərdə Adı cəkilən institutunun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçi vəzifəsində işləyib. 1978–1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə "Daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984–1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "arterial hipertoniya" şöbəsinin müdiri vəzifəsində işləyib.
Adil Bağırov
Adil Bağırov (tarzən) — tarzən. Adil Bağırov (alim) — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. Adil Bağırov (filoloq) — AMEA-nın müxbir üzvü (2014).
Adil Rüstəmov
Adil Əliağa oğlu Rüstəmov (11 mart 1943, Bakı – 22 mart 2018, Ruan, Fransa) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyatı == Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir.
Adil Seyidzadə
Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Adil Tatarov
Adil Əli oğlu Tatarov (28 yanvar 1999, Qıraq Kəsəmən, Ağstafa rayonu – 20 may 2018, Günnüt, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Günnüt döyüşlərinin şəhidi. == Həyatı == Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş və Qıraq Kəsəmən kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olmuşdur. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdır. Adil Tatarov da 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etmişdi. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Adil Tatarov 20 may 2020-ci ildə Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22.05.2018 tarixli əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.
Adil Tağıyev
Adil Cəlil oğlu Tağıyev (25 may 1928, Şərur rayonu, Naxçıvan MSSR – 20 noyabr 1988, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1952), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Adil Tağıyev 1928-ci ildə Naxçıvan MSSR-in İliç rayonunın (indiki Şərur rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Əzizbəyov adına kolxozda başlamış, 1957-ci ilə qədər bu kolxozda manqabaşçısı, sədr müavini, sədr və aqronom işləmişdir. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Adil Tağıyev 20 noyabr 1988-ci ildə İliç rayonunda vəfat etmişdir.
Adil Təhməzov
Adil Vəliyev
Adil Ənvər oğlu Vəliyev (20 aprel 1960, Qubadlı rayonu) — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. === Əmək fəaliyyəti === 1977-ci ildə BEMZ-də operator kimi başlayıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olub. 1980–1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990–1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb. 1992–1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998–2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003–2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olmuşdur.
Adil Zeynalov
Adil Ağakərim oğlu Zeynalov (20 fevral 1960, Lənkəran – 12 mart 2020, Bakı) — Azərbaycan aktyoru, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir. A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir. A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır. == Vəfatı == Adil Zeynalov 12 mart 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Adil Üseyran
Adil Üseyran (ərəb. عَادِل عُسَيْرَان‎; 5 iyun 1905 – 18 iyun 1998, Sayda) — Livanlı siyasətçi, ədliyyə naziri, müdafiə naziri, daxili işlər naziri və 1953–1959-cu illərdə Livan Milli Məclisinin sədri.
Adil İbrahimli
Adil Asəm oğlu İbrahimli (9 sentyabr 1992, Sumqayıt – 7 noyabr 2020, Şuşa) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999–2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008–2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Adil İbrahimli 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, [[Hadrutun azad edilməsi|Xocavənd]]in və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Adil İsgəndərov
Adil İsgəndərov (tam adı: Adil Rza bəy oğlu İsgəndərov; 5 may 1910, Yelizavetpol – 18 sentyabr 1978, Bakı) — Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq artisti (1959), Azərbaycan SSR Ali Sovetinin 4-cü (1955–1959) və 5-ci çağırış (1959–1962) deputatı. == Həyatı == Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar.
Adil Şirin
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair. == Həyatı == Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Adil Şükürov
Adil Teymur oğlu Şükürov (16 avqust 1977, Laçın) — Azərbaycanın sabiq futbolçusu, Turan Tovuz Futbol Akademiyasının direktoru. == Həyatı == Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. Ailəsi Bakıya köçdüyündən, 1984-cü ildə Bakı şəhərində birinci sinfə getmişdir. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir. 1999-cu ildə İdman Akademiyasını bitirib. === Ailəsi === Evlidir, 3 qızı var. == Karyerası == === Futbolçu === 1985-ci ildən "Neftçi" futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. 1987-ci ildə Ruslan Abdullayev Əlcəzair milli komandasını çalişdırmağa getdiyindən, Adili özündən bir il böyük yaş qrupuna — Pankratov Valeri Pavloviçin rəhbərlik etdiyi "Neftçi" cəmiyyətinin digər komandasına məsləhət görür. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur.
Adil Şıxəliyev
Adil Həmdulla oğlu Şıxəliyev (12 aprel 1946, Quba) — Azərbaycanın qobelençi rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021). == Həyatı == Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel, 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam "Fəryad", "Odlar yurdu", "Səhər nəğməsi" qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Adil şah
Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd) — Əfşarlar xanədanlığından olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748). == İlk Həyatı == Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Adil Bəbirov
Adil Bəbirov — (Doğumu: 5 fevral 1934, Bakı, Azərbaycan - Ölümü: 26 sentyabr 2021, Toronto, Kanada) Görkəmli Azərbaycan bəstəkarı, səs rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989). == Həyatı == Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunur. Tələbəlik dövründə Adil Bəbirov fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazmışdır. O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir. Daha sonra Azərbaycanı tərk edərək Kanadaya köçmüşdür. 26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat etmişdir. == Yaradıcılığı == 1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alır.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Adil Firdosipur
Adil Firdosipur (fars. عادل فروسی پور‎;2 oktyabr 1974, Tehran) — İranda Nəvəd(=doqsan) proqramının aparıcısı. Rəfsancan, Kerman ostanı (vilayəti), Şanxay Dövləti, İran — iran futbol şərhçisi və teleaparıcısı, prodüser, ictimai fəaliyyətçi və jurnalist. İranın ən məşhur və populyar futbol şərhçilərindən və teleaparıcılarından biri. 2009 ildə Âdel Ferdousipur amerikanın məşhur Newsweek jurnalı tərəfindən İranın ən məşhur 20 nəfərindən biri qəbul edilmiş və bu siyahıda 19-cu yeri tutmuşdur. == Həyatı == 2 oktyabr 1974-cü ildə Rəfsəncan şəhərində, İranın mərkəzi hissəsinin Kerman ostanında (vilayəti) anadan olmuşdur. Tehrandakı Şərif adına Texnoloji Universiteti bitirmişdir. Həmçinin Tehran Universitetində media—menedjment dərsləri almışdır. 1990-cı illərdən İran televiziyasında fəaliyyətə başlamışdır. Âdel Ferdousipur İran televiziyasının IRIB TV3 populyar telekanalında futbola həsr edilmiş ən məşhur və populyar televerlişlərindən biri Navad (fars dilindən tərcuməsi Doxsan olan) verlişinin müəllifi və aparıcısı kimi məşhurdur.
Adil Gəray
Adil Gəray (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Adil Hüseynov
Adil Namiq oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynov Adil Namiq oğlu 1995-ci il 30 may tarixində Bərdə rayon Körpüsındıran kəndində doğulub. == Hərbi xidmətləri == İkinci vətən müharibəsində könüllü olaraq ordu sıralarına qatılıb. Ağdam Ağdərə Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Adil Əfəndiyev
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Adil Əliyev
Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020). == Həyatı == Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə [https://www.pa.edu.az/ Daxili İşlər Nazirliyinin Polis Akademiyasını] bitirib. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
Adil Babayev (şair)
Adil Qafar oğlu Babayev (28 yanvar 1925, Naxçıvan – 19 avqust 1977, Bakı) — şair, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1946). == Həyatı == Adil Qafar 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 1931–1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M. F. Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1943-cü ildə Tbilisidə A. S. Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şerləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqəsində 2-ci mükafata layiq görülmüşdür. 1945–1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi 1947–1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir.
Adil Baxşəliyev (həkim)
Adil Baxşəliyev (professor)
Adil Rüstəmov (kəşfiyyatçı)
Adil bəy Həyatov
Adil bəy Həyatov — Azərbaycanlı hərbçi, I Dünya müharibəsinin iştirakçısı, AXC Milli ordusunun zabiti == Fəaliyyəti == İkinci Bakı süvari alayında ikinci batalyonunun komandiri, Birinci Dünya Müharibəsi illərində eyni adlı batalyonun komandiri olmuşdur. 1918-ci il avqustun iyirmisində şuşanın Malıbəyli kəndini ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ildə Türkiyənin "Məcidiyyə" ordeni ilə təltif olunmuşdur. Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin yeddisində poruçik Adil bəy Həyatova belə bir xasiyyətnamə vermişlər: Alayın təşkil olunmasında özünü layiqincə göstərən, tərbiyənin və intizamın nümunəvi təşkilində xüsusi səylərini və böyük enerjisini nəzərə alaraq podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik rütbəsi verilməsi barədə vəsadət qaldırıram.
Adil bəy Kəngərlinski
Adil bəy Kəngərlinski — müvəqqəti olaraq Balaxanı Sabunçu polismeysteri, Lənkəran qəzasının rəisi. == Haqqında == Azərbaycan Cümhuriyyəti DİN-in Lənkəran Qəzasında Səlahiyyətli müvəkkili Bəhram xan Naxçıvanskinin 21 aprel 1920-ci il tarixli 70 nömrəli əmri ilə onun böyük köməkçisi Adil bəy Kəngərlinski müvəqqəti olaraq Balaxanı Sabunçu polismeysteri vəzifəsinə irəli çəkilmiş Rüstəm bəy Kərimbəyovun yerinə Lənkəran qəzasının rəisi vəzifəsinə təyin olunmuşdu.
Adil xan Ziyadxanov
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov (d., 25 sentyabr 1870, Yelizavetpol – 14 dekabr 1957, İstanbul) — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı. Adil xan Ziyadxanov — AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. == Həyatı == Əbülfət ağanın üçüncü oğlu Adil xan 25 sentyabr 1872-ci ildə Gəncə şəhərində doğulmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Şahverdi xan və İsmayıl xan adlı iki böyük qardaşı olmuşdur. Adil xan Ziyadxanov 1957-ci ildə İstanbulda vəfat etmişdir. === Təhsili === Orta təhsilimi Gəncə Kişi Gimnaziyasında almışdır. 1894-cü ilin 1 iyununda ali təhsilini Moskva Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Çar dövrü === Avropa və Şərq dillərini əla bilib.
Adil İsmayılov (hüquqşünas)
Adil Əlviz oğlu İsmayılov (5 iyul 1957, Göyçay – 3 dekabr 2020, Bakı) — hüquqşünas, ictimai xadim, vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. 1990-cı və 2000-ci illərdə məşhur məhkəmə proseslərinin iştirakçısı. == Həyatı == Adil Əlviz oğlu İsmayılov 1957-ci il iyulun 5-də Göyçay şəhərində anadan olmuşdur. Bakı şəhərində S.S.Axundov adına 172 saylı orta məktəbdə təhsil almışdır. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır. İki övladı var: İsmayıl İsmayılzadə və Mikayıl İsmayılzadə 2020-ci il dekabrın 3-də Adil İsmayılov koronavirusdan vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1978-ci ildən prokurorluq orqanlarında başlamışdır. Sumqayıt şəhər prokurorluğunda baş müstəntiq, daha sonra 1983-cü ildə Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi çalışmışdır. 1991-ci ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılaraq vəkil olaraq fəaliyyətə başlamışdır.1995-ci ildə "ADİSAD" hüquq firmasını təsis etmişdir. Vəkil kimi bir sıra məşhur məhkəmə proseslərində iştirak etmişdir.

Значение слова в других словарях