ADİ
ADİLANƏ
OBASTAN VİKİ
Adil Rüstəmov
Adil Əliağa oğlu Rüstəmov (11 mart 1943, Bakı – 22 mart 2018, Ruan, Fransa) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyatı == Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir.
Adil Seyidzadə
Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Adil Tatarov
Adil Əli oğlu Tatarov (28 yanvar 1999, Qıraq Kəsəmən, Ağstafa rayonu – 20 may 2018, Günnüt, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Günnüt döyüşlərinin şəhidi. == Həyatı == Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş və Qıraq Kəsəmən kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olmuşdur. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdır. Adil Tatarov da 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etmişdi. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Adil Tatarov 20 may 2020-ci ildə Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22.05.2018 tarixli əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.
Adil Tağıyev
Adil Cəlil oğlu Tağıyev (25 may 1928, Şərur rayonu, Naxçıvan MSSR – 20 noyabr 1988, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1952), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Adil Tağıyev 1928-ci ildə Naxçıvan MSSR-in İliç rayonunın (indiki Şərur rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Əzizbəyov adına kolxozda başlamış, 1957-ci ilə qədər bu kolxozda manqabaşçısı, sədr müavini, sədr və aqronom işləmişdir. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Adil Tağıyev 20 noyabr 1988-ci ildə İliç rayonunda vəfat etmişdir.
Adil Təhməzov
Adil Vəliyev
Adil Ənvər oğlu Vəliyev (20 aprel 1960, Qubadlı rayonu) — Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. === Əmək fəaliyyəti === 1977-ci ildə BEMZ-də operator kimi başlayıb. 1978–1980-ci illərdə hərbi xidmətdə olub. 1980–1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990–1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində çalışıb. 1992–1996-cı illərdə Bakı şəhər Xalq Deputatları Sovetində Təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998–2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin MTTİ-nin rəis müavini vəzifəsində çalışıb. 2003–2012-ci illər ərzində özünün təsis etdiyi "Euro Style" LTD şirkətinin rəhbəri olmuşdur.
Adil Zeynalov
Adil Ağakərim oğlu Zeynalov (20 fevral 1960, Lənkəran – 12 mart 2020, Bakı) — Azərbaycan aktyoru, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir. A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir. A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır. == Vəfatı == Adil Zeynalov 12 mart 2020-ci ildə vəfat etmişdir. == Mükafatları == 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu — == Həyatı == 1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş. Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Sabir Adil
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü. == Həyatı == Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974). Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir. Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Adil Barmal
Adil Baxşəliyev
Baxşəliyev Adil Baxşəli oğlu (1952, Bərdə) — C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor (2004) == Həyatı == Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci Bərdə şəhərində anadan olmuşdur. Atası Baxşəli Baxşəliyev , bacısı Gövhər Baxşəliyeva . 1975-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitunda doktoranturanı bitirmişdir. Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 1977–1978-ci illərdə Adı cəkilən institutunun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçi vəzifəsində işləyib. 1978–1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə "Daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984–1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "arterial hipertoniya" şöbəsinin müdiri vəzifəsində işləyib.
Adil Bağırov
Adil Bağırov (tarzən) — tarzən. Adil Bağırov (alim) — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. Adil Bağırov (filoloq) — AMEA-nın müxbir üzvü (2014).
Adil Bəbirov
Adil Bəbirov — (Doğumu: 5 fevral 1934, Bakı, Azərbaycan - Ölümü: 26 sentyabr 2021, Toronto, Kanada) Görkəmli Azərbaycan bəstəkarı, səs rejissoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989). == Həyatı == Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə musiqi texnikumunu bitirən Adil Bəbirov elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə qəbul olunur. Tələbəlik dövründə Adil Bəbirov fortepiano üçün prelüdlər, variasiyalar (1956), skripka üçün sonata, Violonçel və fortepiano üçün pyeslər, romans və mahnılar yazmışdır. O, hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə musiqi verilişləri baş redaktoru kimi fəaliyyət göstərmişdir. Daha sonra Azərbaycanı tərk edərək Kanadaya köçmüşdür. 26 sentyabr 2021-ci ildə ömrünün son illərini yaşadığı Kanadanın Toronto şəhərində xəstəxanada vəfat etmişdir. == Yaradıcılığı == 1966-cı ildə «Azərnəşr»in çap etdiyi fortepiano üçün sonatası Adil Bəbirovun məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan bu əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni stilistik üslubu, bənzərsiz musiqi dili ilə diqqəti çəkir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alır.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Adil Firdosipur
Adil Firdosipur (fars. عادل فروسی پور‎;2 oktyabr 1974, Tehran) — İranda Nəvəd(=doqsan) proqramının aparıcısı. Rəfsancan, Kerman ostanı (vilayəti), Şanxay Dövləti, İran — iran futbol şərhçisi və teleaparıcısı, prodüser, ictimai fəaliyyətçi və jurnalist. İranın ən məşhur və populyar futbol şərhçilərindən və teleaparıcılarından biri. 2009 ildə Âdel Ferdousipur amerikanın məşhur Newsweek jurnalı tərəfindən İranın ən məşhur 20 nəfərindən biri qəbul edilmiş və bu siyahıda 19-cu yeri tutmuşdur. == Həyatı == 2 oktyabr 1974-cü ildə Rəfsəncan şəhərində, İranın mərkəzi hissəsinin Kerman ostanında (vilayəti) anadan olmuşdur. Tehrandakı Şərif adına Texnoloji Universiteti bitirmişdir. Həmçinin Tehran Universitetində media—menedjment dərsləri almışdır. 1990-cı illərdən İran televiziyasında fəaliyyətə başlamışdır. Âdel Ferdousipur İran televiziyasının IRIB TV3 populyar telekanalında futbola həsr edilmiş ən məşhur və populyar televerlişlərindən biri Navad (fars dilindən tərcuməsi Doxsan olan) verlişinin müəllifi və aparıcısı kimi məşhurdur.
Adil Gəray
Adil Gəray (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Adil Hüseynov
Adil Namiq oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynov Adil Namiq oğlu 1995-ci il 30 may tarixində Bərdə rayon Körpüsındıran kəndində doğulub. == Hərbi xidmətləri == İkinci vətən müharibəsində könüllü olaraq ordu sıralarına qatılıb. Ağdam Ağdərə Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Adil Üseyran
Adil Üseyran (ərəb. عَادِل عُسَيْرَان‎; 5 iyun 1905 – 18 iyun 1998, Sayda) — Livanlı siyasətçi, ədliyyə naziri, müdafiə naziri, daxili işlər naziri və 1953–1959-cu illərdə Livan Milli Məclisinin sədri.
Adil İbrahimli
Adil Asəm oğlu İbrahimli (9 sentyabr 1992, Sumqayıt – 7 noyabr 2020, Şuşa) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999–2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008–2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Adil İbrahimli 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, [[Hadrutun azad edilməsi|Xocavənd]]in və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Adil İsgəndərov
Adil İsgəndərov (tam adı: Adil Rza bəy oğlu İsgəndərov; 5 may 1910, Yelizavetpol – 18 sentyabr 1978, Bakı) — Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq artisti (1959), Azərbaycan SSR Ali Sovetinin 4-cü (1955–1959) və 5-ci çağırış (1959–1962) deputatı. == Həyatı == Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar.
Adil Şirin
Adil Şirin (1 iyul 1955, Ərikli, Laçın rayonu) — şair. == Həyatı == Adil Şirinov 1 iyul 1955-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. Xankəndi Pedaqoji İnstitutunun filologiya fakultəsinin məzunudur. Adil Şirin bir neçə şeirlər kitabının müəllifidir. 1978–1984 illərdə Laçın rayonunda müəllimlik etmişdir. 1985-ci ildən Bakı şəhərində yaşayan Adil Şirin bir çox qəzet və jurnallarıda müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət radiosunda "İctimai Həyat" proqramları redaksiyasında işə başlamışdır. 1986-cı ildə "Sovet kəndi" qəzetində işləməyə göndərilən şair, müxbirlikdən şöbə müdiriyinə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1990-cı ildə "Vətən Cəmiyyəti"ndə işə başlamış, 1992-ci ildə "Ədalət" qəzetində şöbə müdirliyi etmiş, eyni ilin sonunda isə könüllü olaraq yeni qurulan Azərbaycan Ordusuna qatılaraq Qarabağda döyüşmək üçün cəbhəyə getmişdir. Daha sonra Müdafiə Nazirliyində "Döyüş Texnikaları" jurnalını çıxarmağa başlamış, 2002-ci ilə qədər həmin jurnalın baş redaktoru vəzifəsində çalışmışdır.
Adil Şükürov
Adil Teymur oğlu Şükürov (16 avqust 1977, Laçın) — Azərbaycanın sabiq futbolçusu, Turan Tovuz Futbol Akademiyasının direktoru. == Həyatı == Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. Ailəsi Bakıya köçdüyündən, 1984-cü ildə Bakı şəhərində birinci sinfə getmişdir. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir. 1999-cu ildə İdman Akademiyasını bitirib. === Ailəsi === Evlidir, 3 qızı var. == Karyerası == === Futbolçu === 1985-ci ildən "Neftçi" futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. 1987-ci ildə Ruslan Abdullayev Əlcəzair milli komandasını çalişdırmağa getdiyindən, Adili özündən bir il böyük yaş qrupuna — Pankratov Valeri Pavloviçin rəhbərlik etdiyi "Neftçi" cəmiyyətinin digər komandasına məsləhət görür. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur.
Adil Şıxəliyev
Adil Həmdulla oğlu Şıxəliyev (12 aprel 1946, Quba) — Azərbaycanın qobelençi rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021). == Həyatı == Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel, 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam "Fəryad", "Odlar yurdu", "Səhər nəğməsi" qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Adil şah
Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd) — Əfşarlar xanədanlığından olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748). == İlk Həyatı == Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi.
Adil Rüstəmov (kəşfiyyatçı)
Böyük Adiliyyə mədrəsəsi
Böyük Adiliyyə mədrəsəsi - Dəməşqdə XIII əsrə aid mədrəsə. == Haqqında == Bu şafii mədrəsəsinin əsası Dəməşqdə Nurəddin Məhəmməd Zəngi tərəfindən qoyulmuşdur. Lakin, o vəfat edərkən, mədrəsənin inşası tamamlanmamışdı. Sonra onu Məlik əl-Adil Seyfəddin davam etdirmişdir. Sonra o da vəfat etmiş və bu işi onun oğlu əl Məlik əl-Muazzam başa çatdırmışdır. Mədrəsədə müdərris kimi çalışanlar qismində qazı Kəmaləddin Ömər Əbu Həfs ibn Bəndər ibn Ömər ət-Tiflisinin də adı çəkilir. Ömər ət-Tiflisi təqribən h.602 (1205)-ci ildə anadan olmuşdur. Ömər ət-Tiflisi Misir diyarına üz tutana qədər Qadı əl-Qudat (baş qazı) xoylu Şihabəddinin müavini vəzifəsində çalışmışdır. Misirdə h. 672 (1273)-ci ildə vəfat edənə qədər tədrislə məşğul olmuşdur.
Candaroğlu Adil bəy
Candaroğlu Adil bəy (v. 1362) — 5. Candaroğulları bəyi. == Həyatı == Atası Candaroğlu Yaqub bəydir. 1346-cı ildə Yaqub bəyin ölümüylə hakimiyyəti ələ aldığı bilinir. Ədalətli bir hökmdar kimi tanınan Adil bəyin səltənətinə dair məlumat az olsa da, Sinopdakı ilk Genuya və Venesiya ticarət koloniyalarının qurulmasına məhz onun dönəmində icazə verildiyi bilinir. Adil bəyin də ölüm tarixi dəqiq bilinmir. Rəvayətə görə, döyüş meydanında şəhid düşən Adil bəyin türbəsi Kastamonuya bağlı Kuzyaka kəndindədir. Trabzon imperatoru II Alekseyin qızı Evdokiya Komniniylə evlənmişdir.
Məmməd Adilov
Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru. == Həyatı == Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976). 1976–1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977–1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981–1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib. 1982–1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor, elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993–1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995–1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir. 1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir. İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.
Sabir Adilov
Sabir Rahimoviç Adilov (özb. Sobir Rahimovich Odilov; 1 mart 1932, Daşkənd – 18 iyul 2002, Daşkənd) — Özbəkistan memarı, SSRİ xalq memarı (1981). O, Daşkəndin baş memarı (1970–1986) və onun memarlıq mərkəzinin müəlliflərindən biri (1966–1974) olmuşdur. Adilov 1975-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. == Mükafatlar == Özbəkistan SSR əməkdar inşaatçısı (1967). SSRİ xalq memarı (1981). SSRİ Dövlət mükafatı (1975) – Daşkənd mərkəzinin memarlıq-planlaşdırma həllinə görə. "Xalqlar dostluğu" ordeni.
Səlahəddin Adil Paşa
Səlahəddin Adil Paşa (türk. Selahattin Adil) (19 yanvar 1882, Konstantinopol – 27 fevral 1962, İstanbul) — Türk əsgər və siyasətçi. == Həyatı == Səlahəddin Adil 19 yanvar 1882-ci ildə İstanbul şəhərində anadan olmuşdur. == Hərbi fəaliyyəti == 1902-ci ildə Qərargah kapitanı oldu. 1905-ci ildə Şam şəhərindəki 5-ci orduya, 1906-cı ildə isə Selanikdəki 3-cü orduya təyin edildi. 1906-cı ildə İstanbuldakı Türkiyə Quru Qoşunları məktəbində müəllim köməkçisi kimi fəaliyyət göstərməyə başladı. 31 mart hadisəsi zamanı Hərəkat ordusunda xidmət edirdi. 1910–1911-ci illərdə Buxarest şəhərinin meri oldu. İtaliya-Osmanlı müharibəsinə və Balkan müharibələrinə qoşuldu. Birinci Dünya müharibəsində Çanaqqala və Şərq cəbhələrində iştirak etdi.
Ustad. Adil İsgəndərov (film, 2015)
Ustad Adil İsgəndərov filmi rejissor Sənan Sultanov tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Əsas rolları Məhəmməd Samiroğlu və Mahir Mirişov ifa edirlər. == Məzmun == Film SSRİ Xalq artisti, Azərbaycan Sovetinin deputatı, aktyor və teatr rejissoru Adil İsgəndərovun həyat və yaradıcılığından bəhs edir. == Film haqqında == Filmin çəkilişləri Yasamal rayonunun Şamil Əzizbəyov küçəsində yerləşən Üzeyir Hacıbəylinin Ev Muzeyində aparılmışdır.
Ustad Adil İsgəndərov (film, 2015)
Ustad Adil İsgəndərov filmi rejissor Sənan Sultanov tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Əsas rolları Məhəmməd Samiroğlu və Mahir Mirişov ifa edirlər. == Məzmun == Film SSRİ Xalq artisti, Azərbaycan Sovetinin deputatı, aktyor və teatr rejissoru Adil İsgəndərovun həyat və yaradıcılığından bəhs edir. == Film haqqında == Filmin çəkilişləri Yasamal rayonunun Şamil Əzizbəyov küçəsində yerləşən Üzeyir Hacıbəylinin Ev Muzeyində aparılmışdır.
Şirəli Adilov
Şirəli İlham oğlu Adilov (6 iyun 1996; Çaxırlı, Göyçay rayonu, Azərbaycan — 25 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirəli Adilov 6 iyun 1996-cu ildə Göyçay rayonunun Çaxırlı kəndində İlham Adilovun ailəsində anadan olmuşdur. Nərimanov rayonunda yaşamışdır. 2002-2013-cü illərdə orta təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Şirəli Adilov 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şirəli Adilov müddətli həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Adil Əfəndiyev (dəqiqləşdirmə)
Adil Ələddin oğlu Əfəndiyev — tərcüməçi, dövlət xadimi. Adil Qədir oğlu Əfəndiyev — leytenant, Vətən müharibəsi şəhidi.
Musa Adilov
Musa Adilov (tam adı: Musa Ramazan oğlu Adilov; 5 sentyabr 1959, Dəvəçi, Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ – 19 mart 2004, Bakı, Azərbaycan) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1959-cu il sentyabrın 5-də Dəvəçidə (indiki Şabranda) anadan olmuşdur. 10 yaşında sol budu zədələndiyindən uzun müddət Bakıda Tibbi bərpa Mərkəzində müalicə olunmuşdur. Buna baxmayaraq, orta və ali təhsilini uğurla başa vurmuşdur. Bundan sonra, təmir-tikinti idarəsində işləmişdir. Ailəli olmuş, 1 qızı və 1 oğlu yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Həmin gecə öz "Moskviç" maşınında qonşusu ilə Sabunçu qəsəbəsindən aeroport istiqamətinə gedərkən atəşə məruz qalmış, özü kürəyindən, qonşusu isə ayağından yaralanmışdır. Musa Adilov öz şahid ifadələrində bunları demişdir: Sabunçu xəstəxanasına aparılmış, şam işığında əməliyyat edilsə də, bədənində qəlpələr qalmışdır. Nəticədə Musa 2-ci qrup əlil olmuş, səhhəti isə, edilən müalicələrə baxmayaraq, ildən-ilə daha da pisləşmişdir. 2004-cü il 19 mart tarixində qarın boşluğuna işləyən qəlpə yarasının törətdiyi fəsadlardan vəfat etmişdir.
Adil Gəray (Krım xanı)
Adil Gəray — 1666–1671-ci illər arasında hökmdarlıq etmiş Krım xanı.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. == Həyatı == Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. == Elmi fəaliyyəti == AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. === Elmi əsərləri === "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 "Aşıq Ələsgər yaradıcılığında sufizm", Bakı, Elm və təhsil, 2023, 248 s.
Daha adil bir dünya mümkündür
Daha adil bir dünya mümkündür (türkcə:Daha Adil Bir Dünya Mümkün) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu kitab. Kitab 7 dildə 2021-ci ildə nəşr edilmişdir. == Haqqında == "Dünya beşdən böyükdür" fəlsəfəsi əsasında yazılmış kitab dünyanın gələcəyinə təsir edəcək sahələrin yalnız beş ölkənin insafına buraxılmasının doğru olmadığını bildirir. Kitab davam etdirilməsi mümkün və daha adil bir dünya üçün BMT-in öhdəsinə düşən vəzifələrdən bəhs edir. Kitabda ədalətsizlik, korrupsiya, qaçqın böhranı, dünyanın Orta Şərqdə yaşananlara tamaşaçı qalması, beynəlxalq terrorun və islamofobiya başda olmaqla, qlobal problemlərə də toxunulur. İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) verilmişdir.
Qeyri-adilər (roman)
Qeyri-adilər (roman) — The Story of Success Malcolm Gladwell tərəfindən yazılmışdır. 18 noyabr 2008-ci ildə Little, Brown və Company tərəfindən nəşr edilmiş qeyri-bədii kitabdır . Outliers- də Gladwell yüksək səviyyəli uğura kömək edən amilləri araşdırır. Dissertasiyasını dəstəkləmək üçün o, Kanadalı hokkey oyunçularının əksəriyyətinin niyə təqvim ilinin ilk bir neçə ayında doğulduğunu, Microsoft- un həmtəsisçisi Bill Qeytsin hədsiz sərvətini necə əldə etdiyini, Beatles-in ən uğurlu musiqi aktlarından birinə necə çevrildiyini bəşər tarixində müstəsna zəkaya malik iki insanın necə olduğunu — Kristofer Lanqan və J. Robert Oppenheimer — Cozef Flomun Skadden, Arps, Slate, Meagher və Flom-u dünyanın ən uğurlu hüquq firmalarından birinə necə qurduğu və mədəni fərqlərin qəbul edilən intellekt və idrakda böyük rol oynadığı bu qədər fərqli sərvətlərlə nəticələnir. Rasional qərar qəbulu. Nəşr boyu Qladvell dəfələrlə "10.000 Saat Qaydasını" xatırladır və iddia edir ki, hər hansı bir bacarıq üzrə dünya səviyyəli təcrübə əldə etməyin açarı, böyük ölçüdə, düzgün şəkildə məşq etmək məsələsidir, ümumilikdə təxminən 10.000 saat, baxmayaraq ki, orijinal tədqiqatın müəllifləri Gladwell-in istifadəsini mübahisə edirlər. Kitab The New York Times və The Globe and Mail üçün bestseller siyahısında bir nömrəli debüt etdi və ardıcıl on bir həftə birinci yerdə qaldı. Tənqidçilər tərəfindən ümumiyyətlə yaxşı qarşılanan Outliers Gladwell-in digər əsərlərindən daha şəxsi hesab olunurdu və bəzi rəylər Outliers-in tərcümeyi-halı kimi hiss etməsini şərh etdi. Rəylər Gladwellin kitabı yekunlaşdırmaq üçün öz keçmişi ilə nəşrin qalan hissəsi arasında qurduğu əlaqəni yüksək qiymətləndirdi. Rəyçilər Outliers tərəfindən verilən sualları da yüksək qiymətləndirdilər, fərdi potensialın cəmiyyət tərəfindən nə qədər nəzərə alınmadığını müəyyən etməyi vacib hesab edərək.
Adilşah Sultan
Adilşah Sultan (v. 19 dekabr 1803, Konstantinopol, Osmanlı imperiyası) — 26-cı Osmanlı sultanı III Mustafanın xanımlarından biri. == Həyatı == Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mustafanın üçüncü xanımı olaraq saraya alındığı məlumdur. Bu səbəblə sultanın baş xanımı olan Aynülhəyat Sultanın vəfat etdiyi 1764-cü ildən sonra hərəmə alındığı anlaşılır. Qısa zamanda sultanın rəğbətini qazanan Adilşah Sultan 13 yanvar 1766-cı ildə ilk övladı Beyhan Sultanı, 14 iyun 1768-ci ildə isə Xədicə Sultanı dünyaya gətirdi. Ancaq uşaqları hələ körpə ikən 21 yanvar 1774-cü ildə həyat yoldaşı Sultan Mustafa anidən vəfat etdi və qardaşı I Əbdülhəmid taxta çıxdı. Adilşah Sultan və qızları isə sabiq sultanın digər hərəm üzvləriylə birlikdə Köhnə saraya göndərildi. Burada qızlarının təlim-tərbiyəsi ilə məşğul olan Adilşah Sultan əmiləri Sultan Əbdülhəmidə məktub yazaraq evlilik çağına gələn qızlarının münasib görülən dövlət adamlarından biriylə evləndirilməsini istədi. Ardından sədrəzəm Həmid Paşaya yazılan məktubla münasib bir bəy namizədi axtarmağa başlayan Sultan Əbdülhəmid öncə 1784-cü ildə Beyhan Sultanı, daha sonra 1787-ci ildə Xədicə Sultanı evləndirdi. Qızlarının evlənərək saraydan ayrılmasının ardından tez-tez onları öz saraylarında ziyarət edən Adilşah Sultan qalan ömrünü xeyriyyə işləriylə keçirdi.

Значение слова в других словарях