Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid biki növü.
Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir.
== Yarpaq ==
Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir.
== Çiçək ==
Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir,şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm
uzunluqdadır, solğun-sarı rəngdədir.
Meyvə: Paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır.
== Çiçəkləməsi ==
İyun
== Meyvə verməsi ==
İyul
== Azərbaycanda yayılması ==
BQ (Quba), BQ
şərq, KQ şimal, KQ mərkəzi, Nax. dağ.