avrovalyuta
avstraliyalı
OBASTAN VİKİ
Avroviziya
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Avroviziya 1956
Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
Avroviziya 1957
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur. == Keçirilən yer == Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir. Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
Avroviziya 1958
1958 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1958; fr. Concours Eurovision de la chanson 1958) — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir. Kori Brokkenin "Net als toen" mahnısı ilə 1957 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1958-ci ildə Niderland müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur.
Avroviziya 1959
1959 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1959; fr. Concours Eurovision de la chanson 1959) — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün "Dors, Mon Amour" mahnısı ilə 1958 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1959-cu ildə Fransa müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.
Avroviziya 1960
1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
Avroviziya 1961
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
Avroviziya 1962
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
Avroviziya 1963
1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur.
Avroviziya 1964
1964 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1964; fr. Concours Eurovision de la chanson 1964) — sayca 9-cu Avroviziya Mahnı Müsabiqəsidir. Qrete İnqmann və Yörqen İnqmann duetinin ifa etdikləri "Dansevise" adlı mahnı ilə 1963 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan Danimarka 1964-cü ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Kopenhagen şəhərində Tivolis konsert zalında keçirilmişdir. Müsabiqə 1964-cü ilin 21 mart tarixində baş tutmuşdur. 1964-cü ildə Portuqaliya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə müsabiqədə iştirakdan imtina etdi. 16 ölkənin iştirak etdiyi müsabiqədə İtaliya təmsilçisi Cilyola Çinkvetti ifa etdiyi "Non ho l'età" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1964-ün qalibi olmuşdur. Bu İtaliyanın Avroviziyada ilk qalibiyyəti idi. == Format == === İtən kasetlər === Müsabiqənin lent yazısı günümüzə qədər gəlib çıxmamışdır.
Avroviziya 1965
1965 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1965; fr. Concours Eurovision de la chanson 1965) — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi "Non ho l'età" adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan İtaliya 1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Neapol şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur. 1965-ci ildə İrlandiya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1965-in qalibi olmuşdur. Bu Lüksemburqun Avroviziyada ikinci qalibiyyəti idi.
Avroviziya 1966
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1966; fr. Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
Avroviziya 1967
1967 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1967; fr. Concours Eurovision de la chanson 1967) — sayca 12-ci Avroviziya Mahnı Müsabiqəsidir. Udo Yürqensin ifa etdiyi "Merci, Chérie" mahnısı ilə 1966 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1967-ci ildə Avstriya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Vyana şəhərində Großer Festsaal der Wiener Hofburg-da keçirilmişdir. Müsabiqə 1967-ci ilin 8 aprel tarixində baş tutmuşdur. 1967-ci ildə Danimarka Avroviziyada iştirakdan imtina etdi və dövlət kanalı buna əsas səbəb olaraq maliyyə problemlərini göstərdi. Ölkə müsabiqəyə bir daha 1978-ci ildə qayıtdı. 17 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçisi Sendi Şou ifa etdiyi "Puppet on a String" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1967-nin qalibi olmuşdur. Bu Avroviziyaya artıq iki dəfə ev sahibliyi etmiş Böyük Britaniyanın müsabiqədə ilk qalibiyyəti idi.
Avroviziya 1968
1968 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1968; fr. Concours Eurovision de la chanson 1968) — sayca 13-cü Avroviziya Mahnı Müsabiqəsidir. Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə 1967 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1968-ci ildə Böyük Britaniya müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Albert Hall-da keçirilmişdir. Müsabiqə 1968-ci ilin 6 aprel tarixində baş tutmuşdur. Bu müsabiqə rəngli yayımlanan ilk Avroviziya Mahnı Müsabiqəsi olaraq tarixə düşmüşdür. 17 ölkənin iştirak etdiyi müsabiqədə İspaniya təmsilçisi Massiel ifa etdiyi "La, la, la" mahnısı ilə cəmi bir səs fərqi ilə Avroviziya 1968-in qalibi olmuşdur. Bu İspaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqədə qalib gələn mahnı "La, la, la" Avroviziya səhnəsində əslində tanınmış ispan müğənnisi olan Xuan Manuel Serrat tərəfindən ifa edilməli olduğu halda, Serratın mahnını Katalan dilində ifa etmək istəyi müğənninin İspaniya dövlət kanalı tərəfindən müsabiqədə iştirakdan kənarlaşdırılmasına səbəb olmuşdur.
Avroviziya 2007
2007 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2007; fr. Concours Eurovision de la chanson 2007) — sayca 52-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Lordi" rok qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" adlı mahnı ilə 2006 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2007-ci ildə Finlandiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Finlandiyanın paytaxtı Helsinki şəhərində Hartwall Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalı 2007-ci ilin 10 may, final isə 12 may tarixində baş tutmuşdur. 2006-cı ildə Serbiya və Monteneqro dövlətinin iki müstəqil ölkələrə parçalanmasından sonra Monteneqro və Serbiya müstəqil olaraq ilk dəfə Avroviziyaya 2007-ci ildə qoşulmuşdurlar. 2007-ci ildə eyni zamanda Çexiya və Gürcüstan da ilk dəfə müsabiqəyə qoşulmuşdur. Avstriya və Macarıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Monako maliyyə problemlərini və müsabiqədəki uğursuz nəticələrini səbəb kimi göstərərək Avroviziya 2007-də iştirakdan imtina etmişdir.
Avroviziya 2008
2008 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2008; fr. Concours Eurovision de la chanson 2008) — sayca 53-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahısı ilə 2007 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2008-ci ildə Serbiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Serbiyanın paytaxtı Belqrad şəhərində Belqrad Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2008-ci ilin 20 və 22 may, final isə 24 may tarixində baş tutmuşdur. 2008-ci ildə Azərbaycan və San-Marino ilk dəfə Avroviziyaya qoşulmuşdur. Avstriya isə sonuncu müsabiqədəki nəticələrə narazılığını bildirərək, Avroviziya 2008-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 43 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi. Avroviziya 2008-in qalibi "Believe" mahnısı ilə Rusiya təmsilçisi Dima Bilan seçilmişdir.
Avroviziya 2010
2010 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2010; fr. Concours Eurovision de la chanson 2010) — sayca 55-ci Avroviziya Mahnı Müsabiqəsidir. Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə 2009 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2010-cu ildə Norveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində Telenor Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2010-cu ilin 25 və 27 may, final isə 29 may tarixində baş tutmuşdur. Qlobal maliyyə böhranı 2010-cu ildə Avroviziyaya da öz təsirini göstərmişdir. Maliyyə çətinliklərini səbəb göstərərək, bir neçə ölkə müsabiqədə iştirak edə bilməyəcəklərini açıqlamışdır. Bu ölkələr Andorra, Çexiya, Macarıstan və Monteneqro idi. Litvanın da ilk öncə Avroviziya 2010-da iştirak etməyəcəyi barədə açıqlama verilsə də, daha sonra ölkənin adı iştirakçılar siyahısına əlavə edilmişdir.
Avroviziya 2011
2011 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2011; fr. Concours Eurovision de la chanson 2011) — sayca 56-cı Avroviziya Mahnı Müsabiqəsidir. Lena Meyer-Landrutun ifa etdiyi "Satellite" mahnısı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2011-ci ildə Almaniya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın Düsseldorf şəhərində Esprit arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2011-ci ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur. 2011-ci ildə 13 illik fasilədən sonra İtaliya, üç illik fasilədən sonra Avstriya, iki illik fasilədən sonra San-Marino və bir illik fasilədən sonra Macarıstan Avroviziyaya geri dönmüşdür. Ümumilikdə 43 ölkənin iştirak etdiyi Avroviziya 2011-də Azərbaycan təmsilçiləri olan Eldar Qasımov və Nigar Camal ifa etdikləri "Running Scared" adlı mahnı ilə 221 xal toplayaraq qalib gəlmişdirlər. Bu müsabiqəyə ilk dəfə 2008-ci ildə qoşulan Azərbaycanın Avroviziyada ilk qalibiyyəti idi. == Yarımfinallara bölünmə səbətləri == 17 yanvar 2011-ci il tarixdə Avroviziya 2011-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir.
Avroviziya 2012
2012 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2012; fr. Concours Eurovision de la chanson 2012) — sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur. 2012-ci ildə iki illik fasilədən sonra Monteneqro Avroviziyaya geri dönmüşdür. Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmişdir. Ermənistan isə ilk öncə Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini elan etsə də, daha sonra ölkənin dövlət televiziyası Avroviziya 2012-də iştirak etməyəcəklərini bəyan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2012-də İsveç təmsilçisi Lorin ifa etdiyi "Euphoria" adlı mahnı ilə 372 xal toplayaraq qalib gəlmişdirlər.
Avroviziya 2013
2013 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2013; fr. Concours Eurovision de la chanson 2013) — sayca 58-ci Avroviziya Mahnı Müsabiqəsidir. Lorinin ifa etdiyi "Euphoria" mahnısı ilə 2012 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2013-cü ildə İsveç beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü böyük şəhəri olan Malmödə, Malmö Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2013-cü ilin 14 və 16 may, final isə 18 may tarixində baş tutmuşdur. 2012-ci ildə müsabiqəyə ev sahibliyi edən Azərbaycanla siyasi problemlər səbəbindən müsabiqədə iştirak etməyən Ermənistan bir illik fasilədən sonra 2013-cü ildə Avroviziyaya geri dönmüşdür. Bosniya və Herseqovina, Portuqaliya və Slovakiya isə maliyyə problemlərini səbəb göstərərək, Malmödə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Eyni zamanda Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2013-də Danimarka təmsilçisi Emmili de Forest ifa etdiyi "Only Teardrops" adlı mahnı ilə 281 xal toplayaraq qalib gəlmişdir.
Avroviziya 2014
2014 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2014; fr. Concours Eurovision de la chanson 2014) — sayca 59-cu Avroviziya Mahnı Müsabiqəsidir. Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2014-cü ildə Danimarka üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində, B&W Hallerne arenasında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2014-cü ilin 6 və 8 may, final isə 10 may tarixində baş tutmuşdur. 2014-cü ildə iki illik fasilədən sonra Polşa və bir illik fasilədən sonra Portuqaliya Avroviziyaya geri dönmüşdür. Bolqarıstan, Kipr, Serbiya və Xorvatiya isə maliyyə problemlərini səbəb göstərərək, Kopenhagendə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak etmişdir və bu iştirakçı sayına görə son 8 ilin ən aşağı göstəricisi idi. Avroviziya 2014-də "Rise Like a Phoenix" mahnısı ilə 290 xal toplayaraq, Avstriya təmsilçisi Konçita Vurst qələbə qazanmışdır.
Avroviziya 2015
2015 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2015; fr. Concours Eurovision de la chanson 2015) — sayca 60-cı Avroviziya Mahnı Müsabiqəsidir. Konçita Vurstun ifa etdiyi "Rise Like a Phoenix" mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2015-ci ildə Avstriya ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində, Wiener Stadthalle arenasında, "Körpülər salaraq" (ing. "Building Bridges") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2015-ci ilin 19 və 21 may, final isə 23 may tarixində baş tutmuşdur. 10 fevral 2015-ci il tarixdə Avropa Yayım İttifaqı rəsmi olaraq 2015 Avroviziya Mahnı Müsabiqəsində 40 ölkənin iştirak edəcəyəni açıqlamışdır. 2015-ci ildə müsabiqə tarixində ilk dəfə Avstraliya Avroviziyada iştirak hüququ qazanmışdır. Okeaniya ərazisindən olan nəhəng ölkə-qitə 1983-cü ildən bəri müsabiqəni ölkə ərazisində yayımlamışdır və müsabiqə Avstraliyada böyük izləyici kütləsinə malikdir.
Avroviziya 2016
2016 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2016; fr. Concours Eurovision de la chanson 2016) — sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsidir. Mons Selmerlövün ifa etdiyi "Heroes" mahnısı ilə 2015 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2016-cı ildə İsveç altıncı dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində, Ericsson Globe arenasında, "Bir araya gələk" (ing. "Come Together") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2016-cı ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur. Müsabiqənin aparıcıları 2015 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Mons Selmerlöv və Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı Petra Mede olmuşdur. 2016-cı ildə üç illik fasilədən sonra Bosniya və Herseqovina, iki illik fasilədən sonra Bolqarıstan və Xorvatiya və bir illik fasilədən sonra Ukrayna müsabiqəyə geri dönmüşdür. Eyni zamanda 2015-ci ildə ilk dəfə Avroviziyada debut edən Avstraliya da ikinci dəfə müsabiqədə iştirak etmiş, lakin bu dəfə Avstraliya avtomatik finalçı kimi deyil, digər ölkələr kimi yarımfinalda iştirak edərək final uğrunda mübarizə aparmışdır.
Avroviziya 2017
2017 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2017; fr. Concours Eurovision de la chanson 2017) — 62-ci Avroviziya Mahnı Müsabiqəsidir. Camalanın ifa etdiyi "1944" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2017-ci ildə Ukrayna müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində, Kiyev Beynəlxalq sərgi mərkəzində "Fərqliliyi qeyd edək" (ing. "Celebrate Diversity") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2017-cı ilin 9 və 11 may, final isə 13 may tarixində baş tutmuşdur. 2017-ci ildə bir illik fasilədən sonra Portuqaliya və Rumıniya müsabiqəyə geri dönmüşdür. Bosniya və Herseqovina isə maliyyə problemləri səbəbindən Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Rusiya təmsilçisi Yuliya Samoylovanın Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoyulmuşdur.
Avroviziya 2018
2018 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2018; fr. Concours Eurovision de la chanson 2018) — sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsidir. Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2018-ci ildə Portuqaliya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Portuqaliyanın paytaxtı Lissabon şəhərində, Altice Arenada, "All Aboard!" (azərb. Hamı göyərtəyə!‎) şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2018-ci ilin 8 və 10 may, final isə 12 may tarixində baş tutmuşdur. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq etmişdir. 17 noyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı Lissabonda keçirilən Avroviziya 2018-də 43 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2017 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil etməli olan müğənni Yuliya Samoylovaya ev sahibi Ukraynanın ölkəyə giriş qadağası qoymasının ardınca Rusiya müsabiqədə iştirakdan imtina etmişdir.
1956 Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
1957 Avroviziya Mahnı Müsabiqəsi
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur. == Keçirilən yer == Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir. Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
1958 Avroviziya Mahnı Müsabiqəsi
1958 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1958; fr. Concours Eurovision de la chanson 1958) — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir. Kori Brokkenin "Net als toen" mahnısı ilə 1957 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1958-ci ildə Niderland müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur.
1959 Avroviziya Mahnı Müsabiqəsi
1959 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1959; fr. Concours Eurovision de la chanson 1959) — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün "Dors, Mon Amour" mahnısı ilə 1958 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1959-cu ildə Fransa müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.
1960 Avroviziya Mahnı Müsabiqəsi
1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1961 Avroviziya Mahnı Müsabiqəsi
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1962 Avroviziya Mahnı Müsabiqəsi
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
1963 Avroviziya Mahnı Müsabiqəsi
1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur.
1964 Avroviziya Mahnı Müsabiqəsi
1964 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1964; fr. Concours Eurovision de la chanson 1964) — sayca 9-cu Avroviziya Mahnı Müsabiqəsidir. Qrete İnqmann və Yörqen İnqmann duetinin ifa etdikləri "Dansevise" adlı mahnı ilə 1963 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan Danimarka 1964-cü ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Kopenhagen şəhərində Tivolis konsert zalında keçirilmişdir. Müsabiqə 1964-cü ilin 21 mart tarixində baş tutmuşdur. 1964-cü ildə Portuqaliya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə müsabiqədə iştirakdan imtina etdi. 16 ölkənin iştirak etdiyi müsabiqədə İtaliya təmsilçisi Cilyola Çinkvetti ifa etdiyi "Non ho l'età" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1964-ün qalibi olmuşdur. Bu İtaliyanın Avroviziyada ilk qalibiyyəti idi. == Format == === İtən kasetlər === Müsabiqənin lent yazısı günümüzə qədər gəlib çıxmamışdır.
1965 Avroviziya Mahnı Müsabiqəsi
1965 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1965; fr. Concours Eurovision de la chanson 1965) — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi "Non ho l'età" adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan İtaliya 1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Neapol şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur. 1965-ci ildə İrlandiya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1965-in qalibi olmuşdur. Bu Lüksemburqun Avroviziyada ikinci qalibiyyəti idi.
1966 Avroviziya Mahnı Müsabiqəsi
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1966; fr. Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
1969 Avroviziya Mahnı Müsabiqəsi
1969 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1969; fr. Concours Eurovision de la chanson 1969) — sayca 14-cü Avroviziya Mahnı Müsabiqəsidir. Massielin ifa etdiyi "La, la, la" mahnısı ilə 1968 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1969-cu ildə İspaniya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Madrid şəhərində Teatro Real arenasında keçirilmişdir. Müsabiqə 1969-cu ilin 29 mart tarixində baş tutmuşdur. Həmin dövrdə İspaniyada hökm sürən diktator rejiminə etiraz olaraq Avstriya ölkədə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. 16 ölkənin iştirak etdiyi Avroviziya 1969-da dörd ölkə (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) hər biri səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, gecənin sonunda hər bir dörd ölkənin təmsilçiləri qalib elan edilmişdirlər.
1977 Avroviziya Mahnı Müsabiqəsi
1977 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1977; fr. Concours Eurovision de la chanson 1977) — sayca 22-ci Avroviziya Mahnı Müsabiqəsidir. Brotherhood of Man qrupunun ifa etdiyi "Save Your Kisses for Me" mahnısı ilə 1976 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1977-ci ildə Böyük Britaniya müsabiqəyə altıncı dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Wembley Conference Center arenasında keçirilmişdir. Müsabiqə 1977-ci ilin 7 may tarixində baş tutmuşdur. 1977-ci ildə bir illik fasilədən sonra İsveç müsabiqəyə geri dönmüşdür. Yuqoslaviya isə maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Fransa təmsilçisi Mari Miriam ifa etdiyi "L'oiseau et l'enfant" adlı mahnı qalib gəlmişdir. Bu Fransanın Avroviziyada 22 ildə beşinci qalibiyyəti idi.
1978 Avroviziya Mahnı Müsabiqəsi
1978 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1978; fr. Concours Eurovision de la chanson 1978) — sayca 23-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mari Miriamın ifa etdiyi "L'oiseau et l'enfant" mahnısı ilə 1977 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1978-ci ildə Fransa müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Paris şəhərində "Palais des Congrès" sarayında keçirilmişdir. Müsabiqə 1978-ci ilin 22 aprel tarixində baş tutmuşdur. 1978-ci ildə on bir illik fasilədən sonra Danimarka və iki illik fasilədən sonra Türkiyə müsabiqəyə geri dönmüşdür. Bu Yunanıstan ilə Türkiyənin birlikdə iştirak etdiyi ilk Avroviziya idi. Müsabiqədə ümumilikdə 20 ölkə iştirak etmişdir və bu 23 illik müsabiqə tarixində ən yüksək göstərici idi. Avroviziya 1978-də İsrail təmsilçiləri İzhar Kohen və The Alphabeta qrupu ifa etdikləri "A-Ba-Ni-Bi" adlı mahnı qalib gəlmişdir.
1979 Avroviziya Mahnı Müsabiqəsi
1979 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1979; fr. Concours Eurovision de la chanson 1979) — sayca 24-cü Avroviziya Mahnı Müsabiqəsidir. İzhar Kohen və The Alphabeta qrupunun ifa etdikləri "A-Ba-Ni-Bi" mahnısı ilə 1978 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1979-cu ildə İsrail müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Qüds şəhərində Beynəlxalq Konvensiya mərkəzində keçirilmişdir. Müsabiqə 1979-cu ilin 31 mart tarixində baş tutmuşdur. Türkiyə Qüdsdə keçirilən müsabiqədə iştirak etməyə hazırlaşsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu iştirakdan imtina etmişdir. Türkiyəni müsabiqədə 11-ci nömrə altında Mariya Rita Epik və 21. Peron rok qrupu "Seviyorum" mahnısı ilə təmsil etməli idi. Lakin Türkiyə 20 il sonra İsrailin paytaxtı Qüdsdə keçirilən 1999 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir.
1980 Avroviziya Mahnı Müsabiqəsi
1980 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1980; fr. Concours Eurovision de la chanson 1980) — sayca 25-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1979 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İsraili təmsil edən Qali Atari və Milk & Honey qrupunun ifa etdikləri "Hallelujah" mahnısı ilə müsabiqədə qələbə qazanmalarının ardınca 1980-ci ildə İsrail müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Lakin İsrailin dövlət kanalı (IBA) iki il ard-arda Avroviziyanı təşkil etməyə kanalın maliyyə cəhətdən hazır olmadığını açıqlayaraq, ev sahibliyindən imtina etmişdir. 1980-ci ildə Avroviziyaya ev sahibliyini Niderland dördüncü dəfə öz üzərinə götürmüşdür. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada "Nederlands Congresgebouw" zalında keçirilmişdir. Müsabiqə 1980-ci ilin 19 aprel tarixində baş tutmuşdur. Avroviziya 1980-nin keçiriləcəyi tarix Avropa Yayımlar Birliyi tərəfindən elan edildiyi gün İsrail həmin müsabiqədə iştirakdan imtina etmişdir. Buna səbəb müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi idi.
1981 Avroviziya Mahnı Müsabiqəsi
1981 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1981; fr. Concours Eurovision de la chanson 1981) — sayca 26-cı Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "What's Another Year" mahnısı ilə 1980 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1981-ci ildə İrlandiya müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində RDS Simmonscourt Pavilion-da keçirilmişdir. Müsabiqə 1981-ci ilin 4 aprel tarixində baş tutmuşdur. 1981-ci ildə Kipr adası Avroviziyaya ilk dəfə qoşulmuşdur. Eyni zamanda Yuqoslaviya dörd illik, İsrail isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İsrailin müsabiqəyə geri dönməsi ilə birlikdə Mərakeş etiraz olaraq müsabiqədə iştirakdan imtina etmiş və bir daha Avroviziyaya geri dönməmişdir. Eyni zamanda İtaliya son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1981-də iştirak etməmişdir.
1982 Avroviziya Mahnı Müsabiqəsi
1982 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1982; fr. Concours Eurovision de la chanson 1982) — sayca 27-ci Avroviziya Mahnı Müsabiqəsidir. Bucks Fizz qrupunun ifa etdiyi "Making Your Mind Up" mahnısı ilə 1981 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1982-ci ildə Böyük Britaniya müsabiqəyə yeddinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Böyük Britaniyada yerləşən Harroqeyt kurortunda Harroqeyt Beynəlxalq mərkəzində keçirilmişdir. Müsabiqə 1982-ci ilin 24 aprel tarixində baş tutmuşdur. Müsabiqənin açılışında əvvəlcə Avropanın xəritəsi, daha sonra isə zalda müsabiqədə iştirak edən ölkələrin dilində "Where is Harrogate?" (Harroqeyt haradır?) yazıları görünmüşdür. Fransa son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1982-də iştirakdan imtina etmişdir. Yunanıstan da ilk öncə iştirak etməyi planlaşdırsa da, daha sonra maliyyə çətinliklərini səbəb göstərərək iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Almaniya təmsilçisi Nikol ifa etdiyi "Ein Bißchen Frieden" adlı mahnı ilə qalib gəlmişdir.
1983 Avroviziya Mahnı Müsabiqəsi
1983 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1983; fr. Concours Eurovision de la chanson 1983) — sayca 28-ci Avroviziya Mahnı Müsabiqəsidir. Nikolun ifa etdiyi "Ein Bißchen Frieden" mahnı ilə 1982 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1983-cü ildə Almaniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın üçüncü ən böyük şəhəri olan Münhendə, Rudi-Sedlmayer-Halle sarayında keçirilmişdir. Müsabiqə 1983-cü ilin 23 aprel tarixində baş tutmuşdur. 1983-cü ildə İtaliya iki illik, Fransa və Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İrlandiyanın dövlət kanalı RTÉ-nin işçilərinin başlatdığı tətil səbəbindən ölkənin Avroviziya 1983-də iştirakı baş tutmamışdır. 2015-ci ildə Avroviziya ailəsinə qoşulan Avstraliya ilk dəfə müsabiqəni məhz 1983-cü ildə canlı olaraq SBS kanalında yayımlamışdır. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Korinn Erme ifa etdiyi "Si la vie est cadeau" adlı mahnı ilə qalib gəlmişdir.
1984 Avroviziya Mahnı Müsabiqəsi
1984 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1984; fr. Concours Eurovision de la chanson 1984) — sayca 29-cu Avroviziya Mahnı Müsabiqəsidir. Korinn Ermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə 1983 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1984-cü ildə Lüksemburq dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1984 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" zalında keçirilmişdir. Müsabiqə 1984-cü ilin 5 may tarixində baş tutmuşdur. 1984-cü ildə İrlandiya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin Lüksemburqda keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. İsrail ilə bərabər Yunanıstanda maliyyə çətinliklərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri "Herreys" qrupu ifa etdikləri "Diggi-Loo Diggi-Ley" adlı mahnı ilə qalib gəlmişdirlər.
1990 Avroviziya Mahnı Müsabiqəsi
1990 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1990; fr. Concours Eurovision de la chanson 1990) — sayca 35-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Riva" qrupunun ifa etdiyi "Rock Me" mahnısı ilə 1989 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1990-cı ildə Yuqoslaviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Vatroslav Lisinski konsert zalında keçirilmişdir. Müsabiqə 1990-cı ilin 5 may tarixində baş tutmuşdur. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İtaliyanı təmsil edən dünya şöhrətli müğənni Toto Kutunyo ifa etdiyi "Insieme: 1992" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1964-cü ildə Cilyola Çinkvettinin təmsilində qalibiyyət əldə etmiş İtaliyanın müsabiqədə 26 il sonra ikinci qələbəsi idi. 1990-cı ildə Avroviziyada səslənilən mahnıların bir çoxunun sözləri mərkəzi və şərqi Avropada həmin illərdə yeni başlayan demokratik çevrilişlərə həsr olunmuşdu.
1991 Avroviziya Mahnı Müsabiqəsi
1991 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1991; fr. Concours Eurovision de la chanson 1991) — sayca 36-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Toto Kutunyonun ifa etdiyi "Insieme: 1992" mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1991-ci ildə İtaliya 26 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İtaliyanın paytaxtı Roma şəhərində "Cinecittà" zalında keçirilmişdir. Avroviziya 1991-in aparıcıları müsabiqədə İtaliyaya qələbə qazandırmış Cilyola Çinkvetti və Toto Kutunyo idi. Müsabiqə 1991-ci ilin 4 may tarixində baş tutmuşdur. 1991-ci ildə Malta adası 15 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərləri Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın Romada keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İsveçi ikinci dəfə təmsil etmək hüququ qazanan Karola ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir.
1992 Avroviziya Mahnı Müsabiqəsi
1992 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1992; fr. Concours Eurovision de la chanson 1992) — sayca 37-ci Avroviziya Mahnı Müsabiqəsidir. Karolanın ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə 1991 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1992-ci ildə İsveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin üçüncü ən böyük şəhəri olan Malmödə "Malmömässan" arenasında keçirilmişdir. Müsabiqə 1992-ci ilin 9 may tarixində baş tutmuşdur. 1992-ci ildə Niderland bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 23 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiyanı ikinci dəfə təmsil etmək hüququ qazanan Linda Martin ifa etdiyi "Why Me?" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1987-ci ildə Conni Loqanın təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi. Avroviziya 1992 eyni zamanda daha sonra beş müstəqil dövlətlərə parçalanan Yuqoslaviyanın müsabiqədə son iştirakı ilə yadda qalmışdır.
1993 Avroviziya Mahnı Müsabiqəsi
1993 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1993; fr. Concours Eurovision de la chanson 1993) — sayca 38-ci Avroviziya Mahnı Müsabiqəsidir. Linda Martinin ifa etdiyi "Why Me?" adlı mahnı ilə 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1993-cü ildə İrlandiya dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın Kork qraflığında yerləşən Milstrit şəhərində Green Glens Arenada keçirilmişdir. Müsabiqə 1993-cü ilin 15 may tarixində baş tutmuşdur. 1993-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik əldə edən Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk dəfə Avroviziyaya qoşuldular. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. 1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayımlar Birliyi müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada "Kvalifikacija za Milstreet" adlı seçim turu təşkil etmişdir. 7 ölkənin iştirak etdiyi seçim turunda Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk üçlükdə yer alaraq, Avroviziya 1993-də iştirak hüququ əldə etmişdirlər.
1994 Avroviziya Mahnı Müsabiqəsi
1994 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1994; fr. Concours Eurovision de la chanson 1994) — sayca 39-cu Avroviziya Mahnı Müsabiqəsidir. 1993 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi "In Your Eyes" adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1994-cü ildə İrlandiya ikinci il ard-arda və ümumilikdə isə beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir. Müsabiqə 1994-cü ilin 30 aprel tarixində baş tutmuşdur. Avroviziya 1993-də son beşlikdə qərarlaşan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya 1994-cü ildə müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri Estoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Rusiya və Slovakiya əvəz etmişdir. İtaliya və Lüksemburq isə könüllü şəkildə müsabiqədə iştirakdan imtina etmişdir. İtaliya bununla bağlı heç bir açıqlama verməsə də, Lüksemburqun dövlət kanalı müsabiqədə iştirakdan imtina etmələrinə əsas səbəbin son illərdəki aşağı nəticələr olduğunu açıqlamışdır.