1983 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1983; fr. Concours Eurovision de la chanson 1983) — sayca 28-ci Avroviziya Mahnı Müsabiqəsidir. Nikolun ifa etdiyi "Ein Bißchen Frieden" mahnı ilə 1982 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1983-cü ildə Almaniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Almaniyanın üçüncü ən böyük şəhəri olan Münhendə, Rudi-Sedlmayer-Halle sarayında keçirilmişdir. Müsabiqə 1983-cü ilin 23 aprel tarixində baş tutmuşdur.
1983 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 23 aprel 1983 |
Aparıcı(lar) | Marlen Şarell |
Kanal | ARD |
Keçirilən yer | Rudi-Sedlmayer-Halle, Münhen, Almaniya |
Qalib mahnı | Lüksemburq "Si la vie est cadeau" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 20 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Fransa İtaliya Yunanıstan |
İştirakdan imtina edən ölkələr | İrlandiya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1982 1984 ► |
1983-cü ildə İtaliya iki illik, Fransa və Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İrlandiyanın dövlət kanalı RTÉ-nin işçilərinin başlatdığı tətil səbəbindən ölkənin Avroviziya 1983-də iştirakı baş tutmamışdır. 2015-ci ildə Avroviziya ailəsinə qoşulan Avstraliya ilk dəfə müsabiqəni məhz 1983-cü ildə canlı olaraq SBS kanalında yayımlamışdır. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Korinn Erme ifa etdiyi "Si la vie est cadeau" adlı mahnı ilə qalib gəlmişdir. Lüksemburqun müsabiqədəki beşinci qalibiyyəti Fransanın 1977-ci ildəki rekordunu yeniləmişdir.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Fransa | Fransızca | Qi Bonne | "Vivre" | Yaşamaq | 8 | 56 |
02 | Norveç | Norveçcə | Yan Teiqen | "Do Re Mi" | Do re mi | 9 | 53 |
03 | Böyük Britaniya | İngiliscə | Sweet Dreams | "I'm Never Giving Up" | Mən heç vaxt geri çəkilmirəm | 6 | 79 |
04 | İsveç | İsveçcə | Karola Heqqkvist | "Främling" | Yad | 3 | 126 |
05 | İtaliya | İtalyanca | Rikkardo Folyi | "Per Lucia" | Lusiya üçün | 11 | 41 |
06 | Türkiyə | Türkcə | Çetin Alp və Kısa Dalga | "Opera" | Opera | 19 | 0 |
07 | İspaniya | İspanca | Remedios Amaya | "¿Quién maneja mi barca?" | Mənim qayığımı kim sürür? | 19 | 0 |
08 | İsveçrə | İtalyanca | Mariella Farre | "Io così non ci sto" | Mən bu cür xoşlamıram | 15 | 28 |
09 | Finlandiya | Fincə | Ami Aspelund | "Fantasiaa" | Fantaziya | 11 | 41 |
10 | Yunanıstan | Yunanca | Kristi Stasinopulu | "Mu Les" (Μου λες) | Mənə söylə | 14 | 32 |
11 | Niderland | Niderlandca | Bernadette | "Sing Me a Song" | Mənə mahnı oxu | 7 | 66 |
12 | Yuqoslaviya | Monteneqrcə | Daniel | "Džuli" | Culi | 4 | 125 |
13 | Kipr | Yunanca | Stavros və Konstantina | "I Agapi Akoma Zi" (Η αγάπη ακόμα ζει) | Sevgi hələ ki yaşayır | 16 | 26 |
14 | Almaniya | Almanca | Hoffmann & Hoffmann | "Rücksicht" | Diqqət | 5 | 94 |
15 | Danimarka | Danca | Qrü Yohansen | "Kloden drejer" | Planet fırlanır | 17 | 16 |
16 | İsrail | İvritcə | Ofra Haza | "Khay" (חי) | Sağ | 2 | 136 |
17 | Portuqaliya | Portuqalca | Armandu Gama | "Esta balada que te dou" | Bu ballada sənə həsr olunub | 13 | 33 |
18 | Avstriya | Almanca | Westend | "Hurricane" | Burulğan | 9 | 53 |
19 | Belçika | Niderlandca | Pas de Deux | "Rendez-vous" | Görüş | 18 | 13 |
20 | Lüksemburq | Fransızca | Korinn Erme | "Si la vie est cadeau" | Əgər həyat hədiyyədirsə | 1 | 142 |