1969 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1969; fr. Concours Eurovision de la chanson 1969) — sayca 14-cü Avroviziya Mahnı Müsabiqəsidir. Massielin ifa etdiyi "La, la, la" mahnısı ilə 1968 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1969-cu ildə İspaniya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Madrid şəhərində Teatro Real arenasında keçirilmişdir. Müsabiqə 1969-cu ilin 29 mart tarixində baş tutmuşdur.
1969 Avroviziya Mahnı Müsabiqəsi | ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Final | 29 mart 1969 | |||||||||||||||
Aparıcı(lar) | Laurita Valensuela | |||||||||||||||
Kanal | TVE | |||||||||||||||
Keçirilən yer | Teatro Real Madrid, İspaniya | |||||||||||||||
Qalib mahnı | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
Seçki sistemi | Hər ölkədən on münsif vardı və onlar bəyəndikləri mahnılara xal verirdilər | |||||||||||||||
İştirakçıların sayı | 16 | |||||||||||||||
İlk dəfə iştirak edən ölkələr | Olmayıb | |||||||||||||||
İştirakdan imtina edən ölkələr | Avstriya | |||||||||||||||
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| ||||||||||||||||
Avroviziya Mahnı Müsabiqəsi | ||||||||||||||||
◄ 1968 1970 ► |
Həmin dövrdə İspaniyada hökm sürən diktator rejiminə etiraz olaraq Avstriya ölkədə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. 16 ölkənin iştirak etdiyi Avroviziya 1969-da dörd ölkə (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) hər biri səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, gecənin sonunda hər bir dörd ölkənin təmsilçiləri qalib elan edilmişdirlər. Əgər həmin ildə Avroviziyada bərabərlik qaydası olsaydı, yalnız Fransa müsabiqənin qalibi olmalı idi.
Bu Fransanın Avroviziyada dördüncü, Niderlandın üçüncü, Böyük Britaniya və ev sahibi İspaniyanın isə Avroviziyada ikinci qalibiyyətləri idi. Avroviziya 1969-un digər yadda qalan məqamlarından biri isə dünyaca məşhur rəssam və heykəltaraş Salvador Dalinin xüsusi ilə müsabiqə üçün hazırladığı metal heykəlin final səhnəsinin bir hissəsi olması idi. Salvador Dali eyni zamanda müsabiqənin reklam işləri ilə də şəxsən məşğul olmuşdur.
Müsabiqədə Monakonu təmsil edən müğənni Jan Jakın cəmi 12 yaşı var idi.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Yuqoslaviya | Xorvatca | İvan və 4M | "Pozdrav Svijetu" | Dünyaya salamlar | 13 | 5 |
02 | Lüksemburq | Fransızca | Romual | "Catherine" | Ketrin | 11 | 7 |
03 | İspaniya | İspanca | Salome | "Vivo cantando" | Oxuyaraq yaşayıram | 1 | 18 |
04 | Monako | Fransızca | Jan Jak | "Maman, maman" | Ana, ana | 6 | 11 |
05 | İrlandiya | İngiliscə | Mariel Dey | "The Wages of Love" | Sevginin hesabları | 7 | 10 |
06 | İtaliya | İtalyanca | İva Canikki | "Due grosse lacrime bianche" | İki böyük ağ gözyaşı | 13 | 5 |
07 | Böyük Britaniya | İngiliscə | Lulu | "Boom Bang-a-Bang" | Bum Banq-Banq | 1 | 18 |
08 | Niderland | Niderlandca | Lenni Kür | "De troubadour" | Musiqi adamı | 1 | 18 |
09 | İsveç | İsveçcə | Tommi Körberq | "Judy Min Vän" | Cudi, mənim dostum | 9 | 8 |
10 | Belçika | Niderlandca | Lui Nefs | "Jennifer Jennings" | Cennifer Cenninqs | 7 | 10 |
11 | İsveçrə | Almanca | Paola Del Mediko | "Bonjour, Bonjour" | Salam, salam | 5 | 13 |
12 | Norveç | Norveçcə | Kirsti Sparboe | "Oj, oj, oj, så glad jeg skal bli" | Oy, oy, oy, necə də xoşbəxt olacağam | 16 | 1 |
13 | Almaniya | Almanca | Siv Malmkvist | "Primaballerina" | Balerina | 9 | 8 |
14 | Fransa | Fransızca | Frida Bokkara | "Un jour, un enfant" | Bir gün, bir uşaq | 1 | 18 |
15 | Portuqaliya | Portuqalca | Simone de Oliveyra | "Desfolhada portuguesa" | Müqəvvasız Portuqaliya | 15 | 4 |
16 | Finlandiya | Fincə | Yarkko və Laura | "Kuin silloin ennen" | O vaxtdakı kimi | 12 | 6 |