2014 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2014; fr. Concours Eurovision de la chanson 2014) — sayca 59-cu Avroviziya Mahnı Müsabiqəsidir. Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2014-cü ildə Danimarka üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində, B&W Hallerne arenasında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2014-cü ilin 6 və 8 may, final isə 10 may tarixində baş tutmuşdur.
2014 Avroviziya Mahnı Müsabiqəsi "#Join Us" "Bizə Qoşul" | |
---|---|
I yarımfinal | 6 may 2014 |
II yarımfinal | 8 may 2014 |
Final | 10 may 2014 |
Aparıcı(lar) | Lise Rönne Nikolay Koppel Pilu Asbek |
Direktor | Yon Ola Sand |
Kanal | DR |
Keçirilən yer | B&W Hallerne, Kopenhagen, Danimarka |
Qalib mahnı | Avstriya "Rise Like a Phoenix" |
Seçki sistemi | Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayaraq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi |
İştirakçıların sayı | 37 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Polşa Portuqaliya |
İştirakdan imtina edən ölkələr | Bolqarıstan Kipr Serbiya Xorvatiya |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2013 2015 ► |
2014-cü ildə iki illik fasilədən sonra Polşa və bir illik fasilədən sonra Portuqaliya Avroviziyaya geri dönmüşdür. Bolqarıstan, Kipr, Serbiya və Xorvatiya isə maliyyə problemlərini səbəb göstərərək, Kopenhagendə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak etmişdir və bu iştirakçı sayına görə son 8 ilin ən aşağı göstəricisi idi.
Avroviziya 2014-də "Rise Like a Phoenix" mahnısı ilə 290 xal toplayaraq, Avstriya təmsilçisi Konçita Vurst qələbə qazanmışdır. Bu sonuncu dəfə Avroviziyada 1966-cı ildə Udo Yürqensin təmsilində qələbə qazanmış Avstriyanın müsabiqədə ikinci qalibiyyəti idi.
2014-cü ilin mayında Danimarkada keçirilmiş 2014 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyə Danimarkanın beş şəhəri - Kopenhagen, Herninq, Olborq, Frederisiya, Horsens iddialı olmuşdur. Onlardan Olborq şəhərdəki otellərin həcminə görə bu siyahını erkən tərk etmişdir. Frederisiya isə Danimarka Radioyayımının şounun sütunsuz məkanda keçirilməsi tələbinə cavab verə bilməyəcəyindən iddiasından əl çəkmişdir. 2 sentyabr 2013-cü ildə Danimarka namizəd şəhərlər içindən Kopenhagenin 2014 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyəni elan etmişdir[1].
Müsabiqə "#Join Us" (Bizə qoşulun) şüarı altında B&W Hallerne arenasında keçirilmişdir. Bundan öncə də Kopenhagen artıq iki dəfə - 1964 və 2001-ci illərdə də Avroviziyaya ev sahibliyi etmişdir. Həmçinin 2005-ci ildə yarışmanın 50 illiyinə həsr olunmuş konsert proqramı da bu şəhərdə baş tutmuşdu[2].
Şəhər | Arena | Tutum | Qeyd |
---|---|---|---|
Kopenhagen | B&W Hallerne | 10,000 | - |
Parken Stadium | 50,000 | 2001 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. | |
Frederisiya | Messe C | 8,000 | - |
Herninq | Jyske Bank Boxen | 15,000 | 2013-cü ildə Danimarkanın Avroviziya üçün keçirdiyi Dansk Melodi Grand Prix-ə ev sahibliyi etmişdir. |
Horsens | Horsens Statsfönqsel | 13,000 | - |
Olborq | Gigantium | 8,500 | 2006, 2010 və 2012-ci illərdə Danimarkanın Avroviziya üçün keçirdiyi Dansk Melodi Grand Prix-ə ev sahibliyi etmişdir. |
37 ölkənin iştirak etdiyi Avroviziya 2014 otuz bir ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda 16 ölkə, ikinci yarımfinalda 15 ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Danimarka müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
20 yanvar 2014-cü il tarixdə Avroviziya 2014-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən altısı; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya İtaliya və ev sahibi Danimarka birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2014-cü ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr altı səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan beş və ya dörd ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.
İsrail, İsveç və Norveç püşkatmada iştirak etməmişdir. Belə ki, müsabiqənin ən çox izləyici kütləsinin olduğu düşünülən və biletlərin ən çox satıldığı iki ölkə İsveç və Norveç Avropa Yayım İttifaqının qərarı ilə püşkatmadan öncə fərqli yarımfinallara ayrılmışdırlar. Hər iki ölkənin eyni yarımfinalda iştirak etməsi halında həmin yarımfinalda arenanın 2/3 hissəsini yalnız İsveç və Norveçdən gələn izləyicilərin təşkil edəcəyi və digər ölkələrdən bilet satışlarının az olacağı gözlənilirdi. Eyni zamanda İsrail Avropa Yayım İttifaqının qərarı ilə püşkatmadan azad edilmişdi. Müsabiqənin ikinci yarımfinal tarixinin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin dövlət kanalı IBA bu barədə Avropa Yayım İttifaqına müraciət etmiş və ölkənin püşkatmadan kənar birinci yarımfinalda iştirak etməsinə qərar verilmişdir.
1-ci səbət | 2-ci səbət | 3-cü səbət | 4-cü səbət | 5-ci səbət | 6-cı səbət |
---|---|---|---|---|---|
6 may tarixində baş tutan yarımfinal mərhələsində 16 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İspaniya və ev sahibi Danimarka səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Ermənistan | İngiliscə | Aram Mp3 | "Not Alone" | Yalnız deyilsən | 4 | 121 |
02 | Latviya | İngiliscə, Latışca | Aarzemnieki | "Cake to Bake" | Bişirmək üçün kökə | 13 | 33 |
03 | Estoniya | İngiliscə | Tanya | "Amazing" | Təəccüblü | 12 | 36 |
04 | İsveç | İngiliscə | Sanna Nilsen | "Undo" | Geri al | 2 | 131 |
05 | İslandiya | İngiliscə | Pollapönk | "No Prejudice" | Ön mühakiməyə yox | 8 | 61 |
06 | Albaniya | İngiliscə | Hersi | "One Night's Anger" | Bir gecəlik qəzəb | 15 | 22 |
07 | Rusiya | İngiliscə | Tolmaçova bacıları | "Shine" | Parla | 6 | 63 |
08 | Azərbaycan | İngiliscə | Dilarə Kazımova | "Start a Fire" | Bir qığılcım başlat | 9 | 57 |
09 | Ukrayna | İngiliscə | Mariya Yaremçuk | "Tick-Tock" | Tik-tok | 5 | 118 |
10 | Belçika | İngiliscə | Aksel İrsu | "Mother" | Ana | 14 | 28 |
11 | Moldova | İngiliscə | Kristina Skarlat | "Wild Soul" | Vəhşi ruh | 16 | 16 |
12 | San-Marino | İngiliscə | Valentina Monetta | "Maybe" | Bəlkə | 10 | 40 |
13 | Portuqaliya | Portuqalca | Suzi | "Quero Ser Tua" | Sənin olmaq istəyirəm | 11 | 39 |
14 | Niderland | İngiliscə | The Common Linnets | "Calm After The Storm" | Fırtınadan sonrakı səssizlik | 1 | 150 |
15 | Monteneqro | Monteneqrcə | Sergey Çetkoviç | "Moj Svijet" | Mənim dünyam | 6 | 63 |
16 | Macarıstan | İngiliscə | Andras Kallay-Saunders | "Running" | Qaçış | 3 | 127 |
8 may tarixində baş tutan yarımfinal mərhələsində 15 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniya və İtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Malta | İngiliscə | Firelight | "Coming Home" | Evə gəlirəm | 9 | 63 |
02 | İsrail | İngiliscə, İvritcə | Mey Feynqold | "Same Heart" | Eyni qəlb | 14 | 19 |
03 | Norveç | İngiliscə | Karl Espen | "Silent Storm" | Səssiz fırtına | 6 | 77 |
04 | Gürcüstan | İngiliscə | The Shin və Mariko | "Three Minutes to Earth" | Dünyaya üç dəqiqə | 15 | 15 |
05 | Polşa | Polyakca, İngiliscə | Donatan və Kleo | "My Słowianie - We Are Slavic" | Biz slavyanlarıq | 8 | 70 |
06 | Avstriya | İngiliscə | Konçita Vurst | "Rise Like a Phoenix" | Zümrüd quşu kimi yüksəl | 1 | 169 |
07 | Litva | İngiliscə | Viliya Mataçiunayte | "Attention" | Diqqət | 11 | 36 |
08 | Finlandiya | İngiliscə | Softengine | "Something Better" | Daha yaxşı bir şey | 3 | 97 |
09 | İrlandiya | İngiliscə | Can-Linn ilə Keysi Smit | "Heartbeat" | Ürək döyüntüsü | 12 | 35 |
10 | Belarus | İngiliscə | Teo | "Cheesecake" | - | 5 | 87 |
11 | Makedoniya | İngiliscə | Tiyana | "To The Sky" | Göylərə | 13 | 33 |
12 | İsveçrə | İngiliscə | Sebalter | "Hunter of Stars" | Ulduz ovçusu | 4 | 92 |
13 | Yunanıstan | İngiliscə | Freaky Fortune ilə Riskykidd | "Rise Up" | Yüksəl | 7 | 74 |
14 | Sloveniya | İngiliscə, Slovencə | Tinkara Kovaç | "Round and Round" | Yenidən (Yenə-yenə) | 10 | 52 |
15 | Rumıniya | İngiliscə | Paula Selinq və Ovi | "Miracle" | Möcüzə | 2 | 125 |
Finalçılar:
10 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Avstriya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər.
Sıra | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Ukrayna | İngiliscə | Mariya Yaremçuk | "Tick-Tock" | Tik-tak | 6 | 113 |
02 | Belarus | İngiliscə | Teo | "Cheesecake" | - | 16 | 43 |
03 | Azərbaycan | İngiliscə | Dilarə Kazımova | "Start a Fire" | Bir qığılcım başlat | 22 | 33 |
04 | İslandiya | İngiliscə | Pollapönk | "No Prejudice" | Ön mühakiməyə yox | 15 | 58 |
05 | Norveç | İngiliscə | Karl Espen | "Silent Storm" | Səssiz fırtına | 8 | 88 |
06 | Rumıniya | İngiliscə | Paula Selinq və Ovi | "Miracle" | Möcüzə | 12 | 72 |
07 | Ermənistan | İngiliscə | Aram Mp3 | "Not Alone" | Tək deyilsən | 4 | 174 |
08 | Monteneqro | Monteneqrcə | Sergey Çetkoviç | "Moj Svijet" | Mənim dünyam | 19 | 37 |
09 | Polşa | Polyakca, İngiliscə | Donatan və Kleo | "My Słowianie - We are Slavic" | Biz slavyanlarıq | 14 | 62 |
10 | Yunanıstan | İngiliscə | Freaky Fortune ilə Riskykidd | "Rise Up" | Yüksəl | 20 | 35 |
11 | Avstriya | İngiliscə | Konçita Vurst | "Rise Like a Phoenix" | Zümrüd quşu kimi yüksəl | 1 | 290 |
12 | Almaniya | İngiliscə | Elaiza | "Is It Right" | Bu doğrudurmu | 18 | 39 |
13 | İsveç | İngiliscə | Sanna Nilsen | "Undo" | Geri al | 3 | 218 |
14 | Fransa | Fransızca, İngiliscə | Twin Twin | "Moustache" | Bığ | 26 | 2 |
15 | Rusiya | İngiliscə | Tolmaçova bacıları | "Shine" | Parla | 7 | 89 |
16 | İtaliya | İtalyanca | Emma Marrone | "La mia città" | Mənim şəhərim | 21 | 33 |
17 | Sloveniya | İngiliscə, Slovencə | Tinkara Kovaç | "Round and Round" | Yenidən | 25 | 9 |
18 | Finlandiya | İngiliscə | Softengine | "Something Better" | Daha yaxşı bir şey | 11 | 72 |
19 | İspaniya | İngiliscə, İspanca | Rut Lorenso | "Dancing in the Rain" | Yağışda rəqs | 10 | 74 |
20 | İsveçrə | İngiliscə | Sebalter | "Hunter of Stars" | Ulduz ovçusu | 13 | 64 |
21 | Macarıstan | İngiliscə | Andras Kallay-Saunders | "Running" | Qaçış | 5 | 143 |
22 | Malta | İngiliscə | Firelight | "Coming Home" | Evə gəlirəm | 23 | 32 |
23 | Danimarka (ev sahibi) | İngiliscə | Basim | "Cliché Love Song" | Şablon sevgi mahnısı | 9 | 74 |
24 | Niderland | İngiliscə | The Common Linnets | "Calm After The Storm" | Fırtınadan sonra səssizlik | 2 | 238 |
25 | San-Marino | İngiliscə | Valentina Monetta | "Maybe" | Bəlkə | 24 | 14 |
26 | Böyük Britaniya | İngiliscə | Molli | "Children of the Universe" | Kainatın övladları | 17 | 40 |
1-ci yarımfinal münsif/telesəsvermə nəticələri | ||||
---|---|---|---|---|
Yer | Telesəsvermə | Xal | Münsif | Xal |
1 | Niderland | 132 | Niderland | 130 |
2 | İsveç | 129 | Ermənistan | 106 |
3 | Macarıstan | 126 | İsveç | 104 |
4 | Ukrayna | 98 | Macarıstan | 103 |
5 | Ermənistan | 92 | Ukrayna | 98 |
6 | Portuqaliya | 65 | İslandiya | 72 |
7 | Rusiya | 60 | Estoniya | 70 |
8 | San-Marino | 51 | Azərbaycan | 67 |
9 | İslandiya | 49 | Monteneqro | 64 |
10 | Latviya | 41 | Rusiya | 60 |
11 | Belçika | 33 | Albaniya | 57 |
12 | Monteneqro | 28 | Latviya | 28 |
13 | Estoniya | 27 | Belçika | 26 |
14 | Azərbaycan | 18 | San-Marino | 25 |
15 | Albaniya | 11 | Moldova | 24 |
16 | Moldova | 5 | Portuqaliya | 22 |
Aşağıdakı siyahı 1-ci yarımfinalda səs verən ölkələrin 12 xallarını hansı ölkələrə verdikləri göstərilir:
S. | Ölkə | 12 xal verən ölkə(lər) |
---|---|---|
8 | Niderland | Danimarka, Estoniya, İsveç, İslandiya, Latviya, Macarıstan, Portuqaliya, San-Marino |
4 | Ermənistan | Fransa, Niderland, Rusiya, Ukrayna |
2 | Ukrayna | Azərbaycan, Ermənistan |
1 | İsveç | İspaniya |
Albaniya | Monteneqro | |
Rusiya | Moldova | |
Monteneqro | Albaniya | |
Macarıstan | Belçika |
2-ci yarım final münsif/telesəsvermə nəticələri | ||||
---|---|---|---|---|
Yer | Telesəsvermə | Xal | Münsif | Xal |
1 | Avstriya | 155 | Avstriya | 138 |
2 | Rumıniya | 120 | Malta | 113 |
3 | Polşa | 115 | Finlandiya | 111 |
4 | İsveçrə | 98 | Norveç | 100 |
5 | Yunanıstan | 88 | Rumıniya | 99 |
6 | Belarus | 74 | Belarus | 70 |
7 | Finlandiya | 63 | Makedoniya | 67 |
8 | Norveç | 50 | Sloveniya | 63 |
9 | İrlandiya | 48 | İsveçrə | 57 |
10 | Sloveniya | 44 | Yunanıstan | 49 |
11 | Litva | 38 | Polşa | 44 |
12 | Malta | 28 | Litva | 41 |
13 | İsrail | 26 | Gürcüstan | 33 |
14 | Makedoniya | 26 | İsrail | 32 |
15 | Gürcüstan | 15 | İrlandiya | 27 |
Aşağıdakı siyahı 2-ci yarımfinalda səs verən ölkələrin 12 xallarını hansı ölkələrə verdikləri göstərilir:
S. | Ölkə | 12 xal verən ölkə(lər) |
---|---|---|
7 | Avstriya | Böyük Britaniya, Finlandiya, İrlandiya, İtaliya, Rumıniya, İsveçrə, Yunanıstan |
3 | Rumıniya | Avstriya, İsrail, Malta |
2 | Belarus | Gürcüstan, Litva |
1 | Malta | Makedoniya |
Polşa | Almaniya | |
Finlandiya | Norveç | |
Makedoniya | Sloveniya | |
İsveçrə | Polşa | |
Yunanıstan | Belarus |
Final münsif/telesəsvermə nəticələri | ||||
---|---|---|---|---|
Yer | Telesəsvermə | Xal | Münsif | Xal |
1 | Avstriya | 311 | Avstriya | 224 |
2 | Niderland | 222 | İsveç | 201 |
3 | Ermənistan | 193 | Niderland | 200 |
4 | İsveç | 190 | Macarıstan | 138 |
5 | Polşa | 162 | Ermənistan | 125 |
6 | Rusiya | 132 | Malta | 119 |
7 | İsveçrə | 114 | Finlandiya | 114 |
8 | Ukrayna | 112 | Azərbaycan | 108 |
9 | Rumıniya | 103 | Norveç | 102 |
10 | Macarıstan | 98 | Danimarka | 85 |
11 | Belarus | 56 | İspaniya | 83 |
12 | İslandiya | 46 | Ukrayna | 78 |
13 | Danimarka | 43 | Rusiya | 70 |
14 | Yunanıstan | 43 | Almaniya | 61 |
15 | İspaniya | 41 | İslandiya | 59 |
16 | Norveç | 39 | Böyük Britaniya | 52 |
17 | Finlandiya | 39 | Rumıniya | 51 |
18 | Monteneqro | 33 | Belarus | 50 |
19 | İtaliya | 32 | Yunanıstan | 49 |
20 | Almaniya | 31 | Monteneqro | 48 |
21 | Böyük Britaniya | 29 | İtaliya | 37 |
22 | Azərbaycan | 26 | İsveçrə | 27 |
23 | San-Marino | 18 | Polşa | 23 |
24 | Malta | 17 | Sloveniya | 21 |
25 | Sloveniya | 15 | San-Marino | 16 |
26 | Fransa | 1 | Fransa | 5 |
Aşağıdakı list, qatılan ölkələrin finalda 12 xallarını hansı ölkələrə verdikləri göstərilir:
N. | Ölkə | 12 xal verən ölkə(lər) |
---|---|---|
13 | Avstriya | Belçika, Böyük Britaniya, Finlandiya, Niderland, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Portuqaliya, Sloveniya, Yunanıstan |
8 | Niderland | Almaniya, Estoniya, İslandiya, Latviya, Litva, Macarıstan, Norveç, Polşa |
3 | İsveç | Danimarka, Rumıniya, Ukrayna |
Ermənistan | Avstriya, Fransa, Gürcüstan | |
2 | Monteneqro | Ermənistan, Makedoniya |
Rusiya | Azərbaycan, Belarus | |
1 | İtaliya | Malta |
Azərbaycan | San-Marino | |
Belarus | Rusiya | |
Rumıniya | Moldova | |
İspaniya | Albaniya | |
Macarıstan | Monteneqro |
Müğənni | Ölkə | İştirak etdiyi il(lər) | Tutduğu yer |
---|---|---|---|
Paula Selinq və Ovi | Rumıniya | 2010 | 3-cü |
Valentina Monetta | San-Marino | 2012, 2013 | 2012: 14-cü (YF), 2013: 11-ci (YF) |
|