Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Abıca arıquş
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti
Abılay Xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti (qaz. Абылай хан Қазақ халықаралық қатынастар және әлем тілдері университеті (ҚазХҚжӘТУ)) — Qazaxıstanın ali təhsil müəssisəsi. Xarici dildə və beynəlxalq profildə mütəxəssislər üçün peşə təhsili verir. == Tarixi == Qazaxıstan Dövlət Müəllimlər Xarici Dillər İnstitutu, SSRİ hökumətinin 16 sentyabr 1940-cı il tarixli 1696 saylı qərarı ilə quruldu. 1941-ci ilin yayında institut müəllim qəbul etməyə və tələbələrin ilk qəbuluna hazırlaşmağa başladı. 1941-ci ilin sonunda institutun ilk nizamnaməsi təsdiq edildi, ona görə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiqlənən müstəqil bir təhsil və elmi müəssisə idi. İnstitut üç fakültədən (İngilis, Alman, Fransız) ibarət idi, dekanları bu fakültənin aparıcı fənlərindəki professorlar və ya dosentlər arasından namizəd göstərildi və təkliflə Qazaxıstan SSR Xalq Təhsil Komissarlığı tərəfindən təsdiq edildi. institut direktorunun. 1941–1942-ci tədris ilinin qəbulu göstərdi ki, respublikanın digər universitetlərində olduğu kimi İnstitutda da Qazax uyruğundan az sayda tələbə var idi, bununla əlaqədar 1 aprel 1942-ci ildən etibarən qazaxlar üçün dörd aylıq təlim kursları universitetlərdə 330 nəfərlik bir kontingentli qızlar təşkil edildi. Qazaxıstan SSR hökuməti 1944-cü ilin avqust ayında 30 nəfərlik bir şərqlə "Şərq dilləri fakültəsinin təşkili haqqında" bir qərar qəbul etdi.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Abıyev İlkin
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abış Mustafayev
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. == Həyatı == Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb. 1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir. 50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır. Beş övladı — üç oğlu, iki qızı var.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abışabad
Abışabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Şiləvəngə i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Abış (şəxs adı) və abad topokomponentlərindən ibarətdir. Bu I şəxs adı ilə bağlı Masallı rayonunun Şıxlar kəndi ərazisində Abış təpəsi oronimi və Ağcabədi rayonunun Qaradolaq i.ə.v.-də Abışbəyli (1933) oykonimi məlumdur. Elmi ədəbiyyatların verdiyi məlumata görə, bu yaşayış məntəqəsi keçmişdə həmin ərazidə yaşayan aslar tayfasının üçüncü qolundan olan Abış bəyə mənsub ailələr tərəfindən XIX əsrdə salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1025 nəfər əhali yaşayır.
Abışəhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Arif Abışov
Asif Əlövsət oğlu Abışov (16 may 1992, Lək, Bərdə rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Abışov
Asif Əlövsət oğlu Abışov (16 may 1992, Lək, Bərdə rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aydın Abıyev
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azad Abışev
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub. Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. == Təhsili == 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir.
Azad Abışov
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. == Həyatı == Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub. Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. == Təhsili == 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir.
Ağacan Abıyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Babək Abışov
Babək Vaqif oğlu Abışov (25 aprel 1994, Beyləqan rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Abışov 1994-cü il aprelin 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Babək Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Abışov oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Abışov
Elnur Şaiq oğlu Abışov ( d. 1 sentyabr 1997, Qarasu, Kürdəmir — ö. 7 oktyabr 2020, Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.. == Həyatı == Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. Subay idi. == Hərbi xidməti == 2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib.
Fərid Abışov
Fərid Əlfayım oğlu Abışov (28 dekabr 1996; Yevlax, Azərbaycan — 19 noyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Abışov 1996-cı ildə Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olmuşdur. Aprel döyüşlərinin iştirakçısı olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fərid Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində savaşıb. Fərid Abışov oktyabrın 10-də Suqovuşan istiqamətində yaralanıb. 19 noyabrda şəhid olub. Yevlax Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Abışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == Fəridə Abıyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -61 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Abıyeva, finalda görüşündə, İran nümayəndəsi Rozita Əlipurkeşkaalesaadı 3:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Mayis Abışov
Mayis Gülmurad oğlu Abışov (29 aprel 1984, Şamaxı – 10 sentyabr 2007, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Mayis Abışov, 2007-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Mayis Abışov 1984-cü il 29 apreldə Şamaxı şəhərində anadan olub. 2002-ci ildə hərbi xidmətə yollanan Mayis Abışov, 2007-ci il 10 sentyabrda Azərbaycan-Ermənistan təmas xəttinin Qazax rayonunu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Mayis Abışov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Pərvin Abıyeva
Pərvin Abıyeva (17 oktyabr 1990, Ağdaş) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı. == Həyatı == Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. == Karyerası == İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir.
Ruslan Abışov
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. == Həyatı == Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. == Həyatı == 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . === Vəfatı === 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. == Təltifləri == Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. == Xatirəsinin əbədiləşdirilməsi == Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
ABB
Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — səhmləri Azərbaycan dövlətinə məxsus olan və bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. == Tarixi == “ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 66 filial və 13 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 16 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2 milyondan çoxdur. Bankda 3000-dən çox işçi çalışır. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. == Xidmət şəbəkəsi == ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir.
ABC
ABC — kanal. ABC (musiqi qrupu) — musiqi qrupu. ABC (radio) — ABŞ radiosu.
ABS
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu. Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtmobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir.
ABU
Azərbaycan Beynəlxalq Universiteti — Azərbaycan Respublikasında 1997–2010-cu illərdə fəaliyyət göstərmiş ali məktəb. == Təhsil == Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdu. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərirdi. Universitetdə təhsil Azərbaycan və rus dillərində aparılırdı. == Tərəfdaşları == Açıq Cəmiyyət, Amerika-Azərbaycan Dostluq Cəmiyyəti və digər xarici ölkə təşkilatları və ali məktəbləri ilə əməkdaşlıq müqavilələri bağlanmışdır. == Lisenziyası == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdı. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdir. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48–11-4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. 2010-cu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılıb.
ATI
ATI Technologies (qısa adıyla ATI) — yarımkeçirici texnologiyası əsasında Ontarioda fəaliyyət göstərən şirkət idi. 1985-2006-cı illərdə fəaliyyət göstərib.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Abo
Abo (dağ) — İcevan rayonunda dağ.
Alı
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Ayı
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Babı
Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir. Şeyx Babi Yəqub XIII yüzildə yaşayıb. Hazırkı Babı kəndinin ərazisində yerləşən İmamzadə məqbərəsi yaxınlığında zaviyəsi varmış. Dövrünün böyük alimlərindən, təriqət mürşidlərindən sayılıb. Elxanlı sultanları ona hörmət edirmişlər. Onun müridlərini də əzizləyirmişlər.
FBI
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. == Büdcəsi və Vəzifələri == Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
ABŞ Konqresi
ABŞ Konqresi — Amerika Birləşmiş Ştatlarının ikipalatlı qanunverici dövlət hakimiyyət orqanı, Vaşinqton şəhərində yerləşir (binası Kapitoli adlanır). Senatdan (100 üzv) və Nümayəndələr Məclisindən (435 üzv) ibarətdir. Konqresin Sədri ABŞ vitse-prezidentidir , onun müavini müvəqqəti sədridir. == Tarixi == Birinci Kontinental Konqresdən formalaşmışdır. 1776 il iyulun 4-də İkinci Kontinental Konqres ABŞ İstiqlaliyyət Bəyannaməsi qəbul etdi. Konstitusiyaya görə Konqres xüsusilə müharibə elan etməyə, silahlı güvvələri saxlamağa, ittifaq qanunlarının icra etmək üçün milis çağırmağa, vergiləri təyin etməyə və yığmağa, xarici dövlətlərlə ticarəti tənzim etməyə, pul kəsməyə, ölçü vahidlərini, Ali Məhkəmədən daha aşağı məhkəmələri və poçt xidmətlərini müəyyənləşdriməyə bilər. Hər iki palatı məsələlərin əksəriyyətini səsvermə ilə həll edir, üzvlər "aye" yaxud "no" deməlidir. İldə adətən bir sessiya keçirilir, bəzən əlavə sessiya baş verir. == Səlahiyyəti == Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri maliyyə sahəsinə baxmaq tutur.
ABŞ Konstitusiyası
ABŞ Konstitusiyası (ing. United States Constitution) ABŞ-nin ali hüquqi qüvvəyə malik əsas qanunu. ABŞ Konstitusiyası 17 sentyabr 1787-ci ildə Filadelfiyada Konstutsion Konventdə qəbul olunmuş daha sonra bütün on üç ştat tərəfindən ratifikasiya olunmuşdur. Müasir nöqteyi-nəzərdən ABŞ Konstitusiyası dünyada ilk konstitusiya hesab olunur. ABŞ Konstitusiyasına bütün mövcudluğu dövründə on yeddi düzəliş edilmişdir. ABŞ Konstitusiyası hakimiyyət bölgüsü prisipinə əsaslanır: qanunverici (Konqres), icraedici (Prezident) və məhkəmə hakimiyyəti (Ali məhkəmə). ABŞ Konstitusiyası ABŞ ştatlarına qanunvericilik sahəsində geniş hüquqlar vermişdir. == Tarixi == Ölkədəki qarışıqlıq 13 ştatın daha da sıx birləşməsini tələb edirdi. 13 ştatın hər birinin öz qanun- qaydaları var idi. Ölkədə vahid pul sistemi olmadığından müxtəlif əskinaslar dövriyyə edirdi.
ABŞ Ordusu
ABŞ Prezidenti
ABŞ prezidenti — ABŞ dövlətinin və icraedici hakimiyyətin rəhbəri, ordunun və donanmanın ali baş komandanı. ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihələrinə veto qoymaq hüququna malikdir. ABŞ prezidenti vəzifəsi 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına uyğun olaraq yaradılmışdır. Ard-arda seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. İlk prezident 1789-cu ildə bu vəzifəyə seçilən Corc Vaşinqtondur. == Prezidentlik == Amerika Birləşmiş Ştatlarında prezident dövlətin və hökumətin başçısıdır. O, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub federal hökümətin icraedici orqanına rəhbərlik edir. Bu vəzifəni tutan şəxs ən böyük aktiv nüvə arsenalı üzərində əmr səlahiyyətinə malik olmaqla birlikdə, böyük iqtisadi gücə və hərbi qüvvəyə sahib ölkənin də lideri olur. ABŞ prezidenti adətən dünyada ən nüfuzlu şəxs hesab olunur. ABŞ Konstitusiyasının II maddəsi prezidentə Birləşmiş Ştatların İcra aparatına rəhbərlik etmə və federal qanunun həyata keçirilməsi məsuliyyətləri ilə yanaşı, federal icra, diplomatiya, nazirlik, məhkəmə işçilərini vəzifəyə təyin etmə və Senatın razılıq və məsləhəti ilə sülh müqavilələri bağlama səlahiyyətlərini də verir.
ABŞ Senatı
ABŞ Senatı (ing. the United States Senate) — ABŞ Konqresinin yuxarı palatası.
ABŞ Vətəndaşlığı
Amerika Birləşmiş Ştatları vatandaşlığı Amerikalıları ABŞ-də xüsusi hüquqları, vəzifələri və faydaları ilə təmin edən hüquqi bir statusdur . İfadə azadlığı, lazımi müddət, səsvermə(lakin bütün federal seçkilərdə bütün vətəndaşların səs vermək hüququ yoxdur. Məsələn: Puerto Rico) yaşamaq və işləmək və Amerika Birləşmiş Ştatlarından federal yardım almaq hüquqları kimi Amerika Birləşmiş Ştatları Konstitusiyasından və qanunlarından irəli gələn və qorunan əsas hüquqların təməli rolunu oynayır. Vətəndaşlığın həyata keçirilməsi ABŞ-yə sədaqət və onun konstitusiyasını dəstəkləyəcək və müdafiə edəcəyinə dair and içmək də daxil olmaq kimi münasibətləri tələb edir. Vətəndaşlığın iki əsas mənbəyi var: doğum hüququ vətəndaşlığı, şəxsin Birləşmiş Ştatların ərazi sərhədləri daxilində doğulduğu təqdirdə və ya — xaricdə doğulub valideynlərinin Birləşmiş Ştatlar vətəndaşı olduğu halda və qanuni immiqrant kimi vətəndaşlığa müraciət edib naturalizasiya vasitəsilə qəbul olunduğu təqdirdə. Vətəndaşlıq üçün bu iki yol Konstitusiya nın On dördüncü Düzəlişinin Vətəndaşlıq Maddəsində göstərilmişdir: Milli vətəndaşlıq ümumilikdə ölkəyə üzvlüyü bildirir; dövlət vətəndaşlığı, əksinə bir şəxslə müəyyən bir dövlət arasındakı əlaqəni ifadə edir və ümumiyyətlə daxili məsələlərlə məhdudlaşır. Ştat vətəndaşlığı (1) vergi qərarlarını, (2) ali təhsil kimi dövlət tərəfindən təmin edilən bəzi güzəştlər və (3) ABŞ senatoru kimi dövlət siyasi vəzifələrinə uyğunluğu təsir edə bilər. Konstitusiyanın Birinci maddəsində "vahid vətəndaşlıq qaydası" yaratmaq səlahiyyəti açıq şəkildə Konqresə verilir. Amerika Birləşmiş Ştatları qanunları bir çox vətəndaşlığa icazə verir. Amerika Birləşmiş Ştatları vətəndaşı kimi qəbul edilmiş digər ölkələrin vətəndaşları əvvəlki vətəndaşlıqlarını qoruya bilərlər, baxmayaraq ki, digər ölkəyə sədaqətdən imtina etməlidirlər.
ABŞ amerikalıları
ABŞ amerikalıları — ABŞ-nin əsas vətəndaşları, əhalisi. == Tarixi == Müasir amerikan millətinin tərkibində 3 əsas komponent ayrılır: ABŞ amerikanları; Aborigenlər; İmmiqrantlar. ABŞ amerikanları ölkə əhalisinin 89 %-ni təşkil edir və burada 4 qrup ayrılır: === Birinci qrup === I qrup – Avropa-Kanada mənşəli "ağ" amerikanlar. 1980-ci il Siyahıya alınması proqramına etnik mənşə ilə bağlı məsələ daxil olmuşdur. "Ağ" amerikanların göstəriciləri 1980-ci il Siyahıya alınmasında 83 %; 1990-cı ildə 76 %; 2000-ci ildə isə 71 % olmuşdur (2050-ci ildə 53 % proqnozlaşdırılır). Hal-hazırda almanlar 23 %, irlandlar 16 %, ingilislər 13 %, italyanlar 6 %, digər xalqlar isə 42 % təşkil edir. Alman mənşəlilər Minnesota, Ayova, Nebraska ştatlarında, italyanlar Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Rod-Aylend, Konnektikutda, fransızlar Luiziana, Texasda, isveçlər İllinoys, Minnesota, Ohayo, Viskonsində, hollandlar Miçiqanda, polyaklar İllinoys, Viskonsin, Miçiqanda yaşayırlar. Ruslar Nyu-York, Texas, Nyu-Cersi, Florida, Kaliforniya, İllinoys ştatlarında, həmçinin Nyu-York, Boston, Filadelfiya, Çikaqo, Detroyt, Los-Ancelos, San-Fransisko və Sietl şəhərlərində cəmlənib. === İkinci qrup === II qrup – Afrika mənşəli amerikanlar (qarışıq nikahlar nəticəsində yaranan mulatlar). Doğum və təbii artımın yüksək göstəriciləri ilə əlaqədar bu qrupun payı 12,7 %-dir (36 mln.
ABŞ azərbaycanlıları
ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir. == Tarixi == ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir. Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər.
ABŞ bayramları
ABŞ bayramları (ing. Public holidays in the United States) — Amerika Birləşmiş Ştatlarında keçirilən bayramlar.
ABŞ bayrağı
ABŞ bayrağı (ing. Flag of the USA) və ya Amerika bayrağı (ing. American Flag) — Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı. Növbələşən qırmızı (yuxarıda və aşağıda) və ağ on üç bərabər üfüqi zolaqdan, kantondakı göy dördbucaqlıda (xüsusilə "birliyi" bildirmək məqsədi ilə) hər sırada altı ulduzun (yuxarıda və aşağıda) beş ulduzla növbələşdiyi doqquz üfüqi sırada düzülmüş əlli ağ və kiçik beşguşəli ulduzdan ibarətdir. Bayraqdakı 50 ulduz ABŞ-nin 50 əyalətini və 13 zolaq Böyük Britaniya Krallığından müstəqilliyini elan edən və ilk ABŞ ştatı olan on üç Britaniya koloniyasını təmsil edir. Bayrağın digər ləqəblərinə Ulduzlar və Zolaqlar (ing. The Stars and Stripes), Köhnə Şərəf (ing. Old Glory) və Ulduzlarla Bəzədilmiş Bayraq (ing. The Star-Spangled Banner) aiddir. == Tarixi == ABŞ bayrağının hazırkı dizaynı 27-cidir, bayrağın dizaynı 1777-ci ildən bəri rəsmi olaraq 26 dəfə dəyişdirilib.
ABŞ coğrafiyası
Birləşmiş Ştatlar coğrafi anlayışına bitişik Birləşmiş Ştatlar, Alyaska və Havay ştatları və ABŞ Federal Torpaqları, o cümlədə Puerto-Riko, Şimali Marian adaları, ABŞ Vircin adaları, Quam, Amerika Samoası və başqa kiçik ərazilər daxildir. == Sərhədləri və sahəsi == Amerika Birləşmiş Ştatları şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantika okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi üç hissədən (ABŞ-nin özü, Alyaska yarımadası və Havay adaları) ibarətdir. Əsas ərazisi şimaldan cənuba 2500 km, şərqdən qərbə 4500 km məsafədə uzanır. Sahəsi 9518,9 min km². Əhalisi 287,7 mln. (2002). Paytaxtı Vaşinqton şəhəridir. Rəsmi dili – ingilis dili, pul vahidi ABŞ dollarıdır. İnzibati cəhətdən 50 ştata və Kolumbiya federal paytaxt dairəsinə bölünür.
ABŞ Ali Məhkəməsi
ABŞ Ali məhkəməsi (ing. Supreme Court of the United States) — ABŞ-nin ali məhkəmə instansiyası. Əsası 1789-cu ildə qoyulmuş bu məhkəmə biri sədr olmaqla 9 hakimdən ibarətdir. Məhkəmə ümumiyyətlə apelyasiya məhkəməsi kimi çıxış edir, lakin bir sıra hallarda (məsələn, diplomatlar və ya bir ştatdan digərinə məhkəmə iddiası ilə) birinci instansiya məhkəməsi ola bilər. Hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər. 1789–2005-ci illər arasında ABŞ prezidentləri Ali Məhkəmənin hakimi vəzifəsinə 149 namizəd təklif etmiş, bunların 80% -i hakim seçilmişdir. Statistikaya görə, yeni hakim hər 22 aydan bir təyin olunur.
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Abi-siyah
Abi (Zəncan)
Abi — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, qiydar qəsəbəsindən 12 km cənubdadır.
Abi bülbül
== Toponimik izah == Abi bülbül - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. Şiştəpə kəndinin yaxınlığındadır. == Həmçinin bax == Abdutəpə Abdurrəhmanli == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
ABŞ ali təhsil müəssisələrinin siyahısı
== Həmçinin bax ==
Abi-Dərdə türbəsi
Abi-Dərdə türbəsi — Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin tanınmış ziyarətgahlarından biri. Abi-Dərdə Yardımlı rayonunun Ləzran və Ərsilə kəndləri arasında, Ərsilə kəndinə məxsus açıq ərazidə yerləşir. Türbə Abuzərə, Abudərzə, Abidərzə, Abazərdə, Abuzərə və Abidərdə adları ilə tanınır. Yerli sakinlər isə türbəni daha çox Abi-Dərdə (Abidərdə) adlandırır. == Memarlıq xüsusiyyətləri == Abi-Dərdə türbəsi dairəvi quruluşlu olmaqla bişmiş kərpiclə hörülmüş və günbəzlə örtülmüşdür. Türbənin arxasında hamar sahədə torpaq içərisində itib batmış köhnə qəbiristanlıq da mövcuddur.Türbənin içərisindəki məzarın baş tərəfində yarı sınmış daşın üzərində bütöv olmayan ərəb qrafikalı yazı həkk edilmişdir == Tarixi == Türbənin kitabəsi olmadığından orada uyuyan şəxsin kimliyi və türbənin tikilmə tarixi haqqında dəqiq fikir söyləmək çətindir. Səidəli Kazımbəyoğlu Abi-Dərdə türbəsində uyuyan şəxsin Məhəmməd peyğəmbərin ən yaxın adamlarından biri olduğunu qeyd etmişdir. O, türbə haqqında məlumat verərkən yazmışdır: “Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədin dörd yüz yeddi nəfər olan nəcib və məşhur əshabələrindən biri də Əbudərdə adlı müqəddəs ruhlu bir şəxsdir. Onun dəfn olunduğu məqbərə Ucarud mahalının Ərsilə kəndində (indiki Yardımlı rayonunun ərazisi) yerləşir. İndiki dövlətin yüksək rütbəli adamları həmin məkanın adını dəyişib Üçtuği-Sefidəşt adlandırmışdılar (əsər 1869-cu ildə yazılmışdır ).
AMİ
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. == Filialları == === Ağcabədi filialı === 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === Cəlilabad filialı === 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. === Gəncə filialı === 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
APİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
AYİ
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Albi
Albi (qədim Albiqa, fr. Albi, lat. Civitas Albigensium, Albia) — 51,2 min əhalisi olan Fransanın cənubunda yerləşən Tarn departamentinin inzibati mərkəzi (Langedok tarixi bölgəsi) (2008). == Coğrafiyası == Tarn çayı üzərindəki bir təpədə yerləşir. Yaxınlıqda məşhur So-dü-Sabo və ya Sôtes du Tarn, əhəngdaşı uçurumlarına çırpılan bir sıra şəlalə yerləşir. Şəhərin yerləşdiyi sahə əvvəllər "Albijua" adlanır və onun sakinlərinin dini təqibləri ilə tanınır. IX–XIII əsrlərdə sənədlərdə Albi qeyd olunur. == Abidələri == Şəhərin tarixi hissəsi Ümumdünya irsi abidəsidir. 1282–1512-ci illərdə inşa edilmiş, antik freskalarla boyanmış və bir orqan xoruna malikdir; Saint-Salvi kilsəsi, prefekturanın bənzər bir binası — Albiju sayılarının köhnə sarayı, burada arxiyepiskopları, xəstəxana və teatr yaşadı. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Albi // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Asi
Asi (عاصی - üsyançı):