ABŞ azərbaycanlıları və ya Amerika azərbaycanlıları (ing. Azerbaijani Americans) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun ABŞ-də yaşayan hissəsinin adı. Əsasən ABŞ-nin Nyu-York, Vermont, Arizona, Florida, Ohayo, Konnektikut, Nevada, Texas, İllinoys kimi ştatlarında yaşayırlar. ABŞ-də azərbaycanlıların 30-a yaxın ictimai birliyi, bir jurnalı və bir televiziya kanalı fəaliyyət göstərir. ABŞ dövlət departamentinin verdiyi məlumata görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra 5 553 azərbaycanlı ABŞ vətəndaşlığına keçmişdir.
Ümumi sayı | ||||||
---|---|---|---|---|---|---|
14.205 (2000) [1] 400,000 (2001)[2][3] 500,000[4](2004) 700,000[5](2013) | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dili | ||||||
Mənşəyi | ||||||
Oğuz (türk) | ||||||
Qohum xalqlar | ||||||
ABŞ-yə gələn ilk azərbaycanlı Mirzə Əli Əkbər olmuşdur. O, 1912-ci ilin 7 iyun tarixində Böyük Britaniyanın Liverpul dəniz limanından Mauretania gəmisi ilə Ellis adasına gəlmişdir[6].
Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-yə getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-yə mühacirət etmişlər. Onların təxmini sayı 250-300 nəfər olmuşdur. Həmin dövrlərdə azərbaycanlılar ən çox Nyu-York ştatında yaşamışlar. Bu daha çox bu ştatda türk mühacirlərin olması ilə əlaqədər idi. 1980-ci illərə qədər Azərbaycan SSR-dən ABŞ-yə gedənlərin sayı çox az olmuşdur. Bunun əsas səbəbi SSRİ-dən ABŞ-yə adi vətəndaşların getməsinin mümkün olmaması idi. 1980–ci ildə ABŞ–da təxminən 200 Azərbaycandilli ailə yaşayırdı.[7]
1979-cu il İran inqilabı zamanı 150 000 azərbaycanlı İrandan ABŞ-yə mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhəbrliyi altında yaşamaq istəməyənlər olmuşlar.
ABŞ dövlət departamentinin verdiyi məlumata görə, 2001-2010-cu illərdə 9 391 nəfər azərbaycanlı ABŞ vətandaşı kimi qeydiyyata götürülmüşdür. Bunlardan 2 565 nəfəri Green card sahibidir. 1990-cı ildən etibarən, Azərbaycandan Green card qalibi olanların sayı 5 490 nəfər olmuşdur. ABŞ dövlət departamenti, orta hesabla Azərbaycana hər il 400 nəfər kvota yeri ayrıldığını açıqlamışdır. Bu da qonşu Gürcüstan və Ermənistana ayrılan kvotadan dəfələrlə azdır. 2011-ci ildə Azərbaycandan Green card qalibləri sayı 355 nəfər olmuşdur. ABŞ azərbaycanlılarının sayları, Qafqazın digər xalqlarına nisbətən azdır. ABŞ-də 500 000 erməninin və 250 000 gürcü əsilli insanların yaşadığı qeyd olunur.
Hazırda ABŞ-də azərbaycanlıların 30-a yaxın təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan birincisi 1957-ci ildə yaradılan Amerika Azərbaycanlıları Cəmiyyətidir. Onun indiki sədri Tomris Azəridir.
ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində azərbaycanlıların Günaz TV adlı televiziya kanalı yayımlanır. Kanal 2005-ci ilin aprel ayından canlı yayıma başlamışdır. Günaz TV-nin əsas təsisçiləri Əhməd Obalı və Huseyn Bəydir. Gün ərzində 24 saatlıq proqramları Hotbird peyki vasitəsi ilə yayımlanır. Kanalın əsas məqsədi İranda azərbaycanlıların hüquqlarının tapdalanmasına son qoyulması, İran azərbaycanlılarının haqlarının tanınması istiqamətində fəaliyyət göstərməkdir. Gün ərzində 8 saatlıq canlı efir müddəti var.
İl | ABŞ vətəndaşlığına qəbul olunanlar |
---|---|
2001 | 946 |
2002 | 1 187 |
2003 | 886 [8] |
2004 | 793 [9] |
2005 | 904 [10] |
2006 | 997 [11] |
2007 | 606 [12] |
2008 | 834 [13] |
2009 | 1 005 [14] |
2010 | 1 233 [15] |
2011 | 1 153 [16] |
2012 | 958 [17] |