Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəbirli
Kəbirli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kəbirli (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Kəbirli — Azərbaycanın Beyləqan rayonunda kənd. Kəbirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Kəbirli (Ağcabədi)
Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar.
Kəbirli (Beyləqan)
Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. 1938-ci ildə salınıbdır. == Tarixi == Kəbirli Beyləqan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Mil düzündədir. Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü. Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir. == Əhalisi == Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. Tərəkəmə-Türkmən kəndidir.
Kəbirli (Tərtər)
Kəbirli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı ilə Tərtər rayonunun Kəbirli kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü. Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur. Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur. Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b.
Kəbirli bələdiyyəsi
Kəbirli bələdiyyəsi (Ağcabədi) — Ağcabədidə bələdiyyə
Kəbirli eli
Kəbirli eli — qədim-qayım Qarabağın ellərindən biri. == Tarixi == Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Bilginlər arasında biçimlənən rəyə görə kəbirlilər Xəzər ulusuna qatılan Kəbər oymağının qalığıdır. XVII yüzildə Kəbirli oymağı Cavanşir elinin tərkibindən çıxaraq müstəqil elə çevrildi. Tərkibində bir neçə oymaq vardı. 1722-ci ildə qiyamçı əfqan qoşunu hücum edib Səfəvi dövlətinin paytaxtını tutur. Osmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq məqsədilə yürüşə hazırlaşır. Tutarlı bəhanə bulan kimi orduya hücuma keçməyi əmr edir. 1724-cü ildə çoxsaylı Osmanlı ordusu Qarabağa girdi. Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi savuna bilmədi.
Kəbirli mahalı
Kəbirli mahalı — Qarabağ xanlığının mahallarından biri. İlk dövrlərdə Qarabağ xanlığı ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox idi. Buna görə də Pənahəli xanın əmri ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalası inşa olundu. Bayat qalasının ətrafına bişmiş kərpicdən qalın divarlar hörülmüş, divarların ətrafında isə düşmən hücumu zamam su ilə doldurulması nəzərdə tutulan dərin xəndəklər qazılmışdı. Mir Mehdi Xəzani yazır: == Həmçinin bax == Qarabağ xanlığı Kəbirli eli == İstinadlar == == Ədəbiyyat == Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. II kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 288 səh.
Müzəffər Nəsirli
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Şahbuz rayonu – 1980, Naxçıvan) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “Indi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. == Klub karyerası == Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Səlim Nəsirli
Selim Nesirli (Nəsirli Səlim Əbülfət oglu; d. 1 aprel 1983, Laçın rayonu, Hoçaz kəndi, Azərbaycan ) — Azərbaycan xanəndəsi və şairi. Bəstəkar, tarzən. "Abşeron Ədəbi məclisinin" yaradıcısı və təşkilatçısı. == Həyatı == Nəsirli Səlim Əbülfət oglu - 1983-ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1995-ci ildə Xırdalan şəhər musiqi məktəbinə xanəndə sinifinə daxil olub. 2000-ci ildə orta məktəbi və musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "solo oxuma, muğam" ixtisasına qəbul olmuşdur. == Yaradıcılığı == 2004-cü ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 saylı uşaq musiqi məktəbinə müəllim təyin olunmuşdur . 2006-ci ildə Dərbənd dram teatrının dəvəti ilə Dərbənd şəhərində "Dərbənd Azərbaycan dram teatrında" bəstəkar işləmişdir. Burada bir neçə tamaşanın bəstəkarı olmuşdur.
Məmməd Nəsirli
Məmməd Nəsir oğlu Nəsirli (d.24. 10. 1911, Naxçıvan ş. - ö.1979, Bakı) — etnoqraf. == Fəaliyyəti == 1933-1946-cı illərdə orduda xidmət etmiş, Xalxin-Qol döyüşlərində və Böyük Vətən müharibəsi (1941-45) cəbhələrində vuruşmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir 1954-cü ildə SSRİ EA Etnoqrafiya İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. 1954-cü ildə Azərbaycan Milli EA Tarix Muzeyində, sonralar isə Tarix İnstitutunda çalışmışdır. 1960-cı ildə Tarix elmləri namizədi olmuşdur. == Əsərləri == Respublikanın ilk etnoqraflarından olan Məmməd Nəsirli Azərbaycan, o cümlədən Naxçıvan etnoqrafiyasının öyrənilməsi sahəsində çox iş görmüşdür. Məmməd Nəsirli ilk dəfə olaraq Azərbaycan yaşayış evləri və məskənlərinin tipologiyası məsələlərini tədqiq etmiş.
Vüsal Nəsirli
Vüsal Nəsirli — Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini. == Haqqında == Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001-2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Yaqub Nəsirli
Yaqub Nəsirli (8 noyabr 1899 – 11 noyabr 1958) — Azərbaycan əsilli türkmən şairi. == Həyatı == Yaqub Nəsirli 8 noyabr 1899-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildən Türkmənistanda çap olunurdu. 1941-ci ildə "Şeirlər" adlı toplusu nəşr edilmişdi. 1941-ci ildə cəbhədə "Leytenant oğlu" adlı poema yazmışdı. 1942-ci ildə "İgidlik" adlı əsər ərsəyə gətirdi. 1943-cü ildə "Düşməni vur" adlı toplusu dərc olundu. Yaqub Nəsirli "Arslan" adlı pyesin müəllifidir. Onun qələmindən xeyli hekayə, uşaqlar üçün yazılar çıxmışdı. O, Səməd Vurğunu, V. Mayakovskini, S. Marşakı və Cambulu türkmən dilinə tərcümə etmişdi.
Yasif Nəsirli
Nəsirli Yasif Mirzə oğlu (23 dekabr 1938, Kavdar, Cəbrayıl rayonu) — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999). == Həyatı == Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirmişdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1973), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi və orada Kollegiya üzvü (1975-1987) olmuşdur. Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri (1987-1991) vəzifəsində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olmuşdur.
Yuxarı Kəbirli
Yuxarı Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Beyləqan rayonunun Örənqala kənd inzibati-ərazi vahidinin tərkibindəki Səhra kəndi Yuxarı Kəbirli kəndi adlandırılmışdır.
Əlvan Kəbirli
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. == Əmək fəaliyyəti == 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir == İctimai-siyasi fəaliyyəti == Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb.
Kompleks təsirli stabilizatorlar
Kompleks təsirli stabilizatorlar Kompleks təsirli stabilizatorlar tərkibində olan radikal-zəncirvari reaksiyaların inhibirləşməsinə əsaslanan antioksidantların kifayət qədər effektiv olmadığı yanacaqların kimyəvi və termooksidləşdrici sabitliyini artırmaq üçün nəzərdə tutulmuşdur. Belə yanacaqlara məsələn, tərkibində katalitik krekinqın işlənməmiş yüngül qazoylları olan dizel yanacaqları, yanan şist, kömür və s.yanma prosesindən alınan yanacaqlar aiddir. Hidrotəmizləmə və stabilizatordan eyni zamanda istifadə daha çox səmərə verir. Stabilizatorların işçi qatılığı 0.01–0.05% olub yanacaqdakı qeyri-sabit komponentlərin qatılığından asılıdır. == Təsir prinsipi == Ümumiyyətlə, yanacaqlarda qatran və çöküntülərin formalaşması yalnız karbohidrogenlərin radikal-zəncirvari oksidləşmə reaksiyaları ilə məhdudlaşmır. Fəal ikiqat rabitəsi olan olefinlərin polimerləşməsi, politsiklik aromatik birləşmələr və azot saxlayan heterotsikllərin oksidləşmə polikondensasiyası, kükürd saxlayan birləşmələrin sülfoturşulara qədər oksidləşməsi mümkündür. Karbohidrogenlərin oksidləşməsinə gəldikdə isə, bu əsas proses olaraq qalır və onun nəticəsində poliefirləşmə və polikondensasiya reaksiyalarına məruz qalan spirtlər, turşular və efirlər əmələ gəir. Bu sıxlaşma reaksiyalarından bir çoxu karbon turşuları və xüsusilə sulfoturşuların oksidləşmə məhsullarının iştirakı ilə sürətlənir. Metalların olması da oksidləşməyə təsir göstərir. Yüksəkmolekullu qatrana oxşar məhsullar molekul kütləsi nisbətən aşağı olan halda yanacaqda həll olur və qatran əmələ gətirir.
Kəbirli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəbirli bələdiyyəsi (Beyləqan)
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səfərəli bəy Kəbirli
Səfərəli bəy Kəbirli — Qarabağ xanı İbrahimxəlil xanın yaxınlarından biri, Zəngəzur mahalının naibi, poruçik. == Həyatı == Səfərəli bəy Əli bəy oğlu Kəbirli elinin Əlibəyli qışlağında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Səfərəli bəy Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirin lələsi idi. Cəfərqulu xan 1809-cu ildə lələsinin əlindən Qaravəlli kəndini almaq istəyirdi. Səfərəli bəy öncə Mehdiqulu xana, sonra Qafqaz canişininə şikayət etdi ki, bu obanı onun atası Əli bəy Muğandan gətirmişdir. Sonda obanı Səfərəli bəyə qaytarılar. Səfərəli bəy ruslara qulluq göstərmişdi. Öncə prapоrşik, sоnra 1820-ci il mart ayının 31-də Yermоlоvun əmri ilə pоruçik rütbəsi almışdı.
Bəşirli
Bəşirli — Azərbaycan soyadı və toponim. Xatirə Bəşirli (d. 1958) — filologiya elmləri doktoru, professor. Səməd Bəşirli (d. 1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Toponim == Bəşirli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Bəşirli-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəşirli-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Müzəffər Nəsirli (şair)
Müzəffər Nəsirli İbrahimzadə (1902, Şağlaküçə, Lənkəran rayonu – 3 mart 1944 və ya 1944, Masallı) — talış əsilli Azərbaycan şairi, folklorşünası, dilçi, müəllim və jurnalist. O, Zülfüqar Əhmədzadə ilə həmmüəllif və talış folklorunun tanınmış toplayıcısıdır. == Həyatı == Müzəffər Nəsirli İbrahimzadə 1902-ci ildə Rusiya imperiyasının Bakı quberniyasının Lənkəran qəzasının Şağlaküçə kəndində anadan olub. Atası Hacı İbrahim tacir idi və kənddə dükanının sahibi idi. İbtidai təhsilini məscid nəzdində (mollaxana) və ibtidai məktəbdə almışdır. Sonra təhsilini Lənkəranda davam etdirib. 1920-ci ildə "Talış diyarının öyrənilməsi cəmiyyəti" yaradılır, o, bu cəmiyyətin işində iştirak edir və talış dili və folklorunun tədqiqatçısı, iranlı alim B. V. Millerlə tanış olur. Bu tanışlıq sonradan onun fəaliyyətinə müsbət təsir göstərir. O, B. V. Miller və professor Vəli Xuluflu ilə talış dilinin öyrənilməsi, folklor nümunələrinin axtarışı ilə bağlı elmi ekspedisiyalarda iştirak edib. M. Nəsirli əsas işini talış folklorunun toplanması, çapı, aydınlaşdırılması yolunda aparıb.
Əlvan Əliyev (Kəbirli)
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. == Əmək fəaliyyəti == 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir == İctimai-siyasi fəaliyyəti == Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb.
Mirzə Məhəmmədkərim bəy Kəbirli
Mirzə Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu Kəbirli (1779-?) — xəttat. == Həyatı == Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu 1779-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə adlanırdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Divanxanada katib vəzifəsində qulluqda idi. Xanın yaxın adamlarından sayılırdı. Mirzə Məhəmmədkərim bəy xoşxət xəttat idi. Kitab üzü köçürürdü.
Bəşirli (Goranboy)
Bəşirli (əvvəlki adları: Bəşirabad; Leninabad) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Goranboy rayonunun Hazırəhmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninabad kəndi Bəşirli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından gələrək Qarasuçu, Göynüyən, Hazırəhmədli və b. kəndlərdə rəncbərlik edənlər salmışdılar. 1924-cü ildə kənd partiya və dövlət xadimi Mirbəşir Qasımovun (1879–1949) şərəfinə Bəşirabad adlandırılmışdı. 1930-cu ildə burada Lenin adına kolxoz təşkil edildi və kəndin adı dəyişdirilərək Leninabad adlandırıldı. 1997-ci ildə yaşayış məntəqəsi Bəşirli adı ilə rəsmiləşdirilmişdir. 1933-cü ildə bu kəndlə yanaşı Sabirabad rayonunda da Bəşirabad adlı kənd qeydə alınmışdı. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 483 nəfər əhali yaşayır.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. === Əmək fəaliyyəti === 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Bəbirli
Bəbirli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 36 km məsafədəyerləşir. «İrəvan əyalətinin icmal dəftərin»də, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır və quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.11.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bartsraşen qoyulmuşdur. == Əhalisi == Burada 1860-cı illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-20-cı illərdə Muş və Bulanis vilayətindən köçürülmüşdür.
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəyirli
Kəndlər Cəyirli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cəyirli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Cəyirli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Cəyirli (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Dəmirli
Yaşayış məntəqələri Dəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Kərimli
Kərimli — Soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Mətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin sabiq müavini. Əli Kərimli — Azərbaycan ictimai-siyasi xadimi Orxan Kərimli — İsmayıl Kərimli — Yusif Kərimli — azərbaycanlı jurnalist, tanınmış teleaparıcı. Teymur Kərimli — Tahir Kərimli — Yaşayış məntəqələri Kərimli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Kərimli (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Məsimli
Məsimli — İrəvan xanlığının Qarnibasar mahalında, sonra İrəvan quberniyasının İrəvan qəzasında kənd adı.Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == 1590-cı ildən mə’lumdur İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.1728-ci ilə aid mənbədə Məsumlu kimidir "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.1949-cu ildə kənd ermənicə Haykaşen adlandırılmışdır. 1948-ci ildə əhali Azərbaycana köçürülmüşdür. 1949-cu ildə kənd ermənicə Ayqеpat adlandırılmışdır. == Toponimi == Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur. Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər.
Nəmirli
Nəmirli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nəsibli
Nəsibli (Əvvəlki adı: Xaxollar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Xaxollar ol­muşdur. XIX əsrdə orada məskunlaşmış rus­ları yerli əhali xaxol adlandırırdı. Sonralar kənd burada məskunlaşmış qılıclı tayfasının nəsibli tirəsinin adı ilə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın yuxarı axarında, dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Xatirə Bəşirli
Xatirə Bəşirli (5 yanvar 1958, Ağdaş) — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor. YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədri. == Həyatı == Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir. Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Keçikli
Keçikli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Keçikli kəndi Əsgülüm dağının yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş məmmədkərimli tirəsinə mənsub ailələr və Naxçıvanın Husulu kəndindən çıxmış ailələr tərəfindən dağda kecid yerində salınmışdır. Oykonim kecik (kecid) sözündən və -li mənsubluq şəkilçisindən düzəlmişdır. Bəzi tədqiqatçılar isə kəndin adını mənşəcə oğuz tayfalarından olan keçililərin adı ilə bağlayırlar. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.