Nəsibli (Əvvəlki adı: Xaxollar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd.[2]
Nəsibli | |
---|---|
40°40′55″ şm. e. 45°30′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin keçmiş adı Xaxollar olmuşdur. XIX əsrdə orada məskunlaşmış rusları yerli əhali xaxol adlandırırdı. Sonralar kənd burada məskunlaşmış qılıclı tayfasının nəsibli tirəsinin adı ilə adlandırılmışdır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Əsrikçayın yuxarı axarında, dağlıq ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 48 | 27 | 21 |
2009[5] | ↗57 | ↘26 | ↗31 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.