Kəbirli (Beyləqan)

KəbirliAzərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. 1938-ci ildə salınıbdır.

Kəbirli
39°51′07″ şm. e. 47°31′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Kəbirli xəritədə
Kəbirli
Kəbirli

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəbirli Beyləqan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Mil düzündədir. Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü.

Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir[1].

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. Tərəkəmə-Türkmən kəndidir

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

Şəhidlər[redaktə | mənbəni redaktə et]

1-ci Qarabağ döyüşlərində şəhid olanlar

  • Cəlilov Vüqar Kamal oğlu (12.04.1972–12.10.1992)
  • Codarov Aydın Novruz oğlu (12.02.1972–04.10.1992)
  • Əliyev Eldar Əkbər oğlu (09.11.1970–09.02.1992)
  • Əliyev Mehdi Qəzənfər oğlu (06.01.1971–15.01.1993)
  • Hacıyev Etibqar Yasib oğlu (09.05.1973–15.12.1992)[2]
  • Rəhimov Nahid Tanrıverdi oğlu(1975–03.03.1996)
  • Rəhimov Vüqar Kamal oğlu(12.04.1972–12.10.1992)[3]

2-ci Qarabağ döyüşlərində şəhid olanlar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  3. "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  4. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.