Kəbirli (Ağcabədi)

Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]

Kəbirli
40°02′06″ şm. e. 47°16′08″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1932
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.176 nəf. (2009)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0418
Xəritəni göstər/gizlə
Kəbirli xəritədə
Kəbirli
Kəbirli

Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar. Kəbirlilər XIX əsrin ortalarında 4 qoldan (Qərvəndli, Ulubabalı, Qızıl Məhəmmədli, Arıq Məhəmmədli), 40-a qədər tirədən və 850 ailədən ibarət olmuşdur. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy kəbirlilər Qarabağın qədim tayfalarından biri hesab edir.

Kəbərri (Cavad qəzası) və Gendə-Kəbərri (yəni Aralı Kəbərri, Ərəş qəzası) yaşayış məntəqələri, Kəbərdi hidronimi (Cavanşir qəzası) də kəbirli etnonimi ilə əlaqədardır. Vaxtilə irəvan xanlığının Dərəkənd-Parçeniş mahalında xəzərlərin kəbər tayfasının adı ilə bağlı Kəbərli (əsli Kəbər eli), Göyçə mahalında isə Kəvər adlı kəndlər mövcud olmuşdur.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin ərazisi 11. 6 kv.km-dir.

Kəndin əhalisi 2349 nəfərdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. Nazim Tapdıqoğu. Ağcabədi Ensiklopediyası. Bakı: Təhsil NPM, 2007
  4. "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.