Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələşrəf Məmmədov
Ələşrəf Veysəl oğlu Məmmədov — geologiya-mineralogiya elmləri doktoru (1978), professor (1988), AMEA-nın həqiqi üzvü (2001). == Həyatı == Ələşrəf Məmmədov 1 noyabr 1931-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Ali təhsilini 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Geologiya şöbəsində almış, universiteti Geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == Ələşrəf Məmmədov əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda kiçik elmi işçi olaraq başlamışdır. 1956-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspediyasında işçi qrupuna rəhbərlik etmiş, 1958-1970-ci illərdə Geologiya İnstitutunun tektonika laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1971-2003-cü illərdə, fasiləsiz olaraq 30 ildən artıq bir müddət ərzində AMEA Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsində müdir vəzifəsini icra etmişdir. O, Azərbaycanda paleocoğrafiya məktəbinin yaradıcısı hesab olunur. === Üzv olduğu şuralar === SSRİ EA-nın və Rusiyanın İdarələr­arası Stra­ti­qra­fiya Komitəsinin Neogen və Dördüncü Dövr Sistemləri üzrə komissiyaları­nın üz­vü; Azərbaycanda neft və qaz geoloji kəşfiyyat işlərinin səmərəliliyi­nin artırılması üzrə mütəxəssislər şurasının üzvü; Azərbaycan Prezidenti yanında Ali Atesstasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvü; AMEA Geologiya İnstitutu­nun Müdafiə üzrə İxtisaslaşdırıl­mış şura­sının həmsədri; Aka­demik H.Əliyev adına AMEA Coğrafiya İnstitutunun Müdafiə üzrə İxtisas­laşdırılmış şurasının üzvü; Ələşrəf Məmmədov AMEA Geologiya İnstitutu­nun müdafiə üzrə İxtisaslaşdırıl­mış şura­sının həmsədri, AMEA Yer Elmləri Bölmə­si­nin akademik-katibinin müavi­ni vəzifələrini icra etmişdir. Həmçinin AMEA-nın "Xəbər­lər" (Yer elmləri seriyası) jur­na­lı­nın baş redaktorunun müavini, Azərbaycan geoloqları Milli Komitəsinin bü­ro üz­vü və Azərbaycan İdarələrarası Stratiqrafiya Komitəsinin Neogen Komissiyasının sədri olmuşdur. == Elmi fəaliyyəti == Ələşrəf Məmmədov 1956-cı ildə "Geoloji şəraitlərlə əlaqədar olaraq Kür və Qabırrıçay çaylararasının təbii neft-qaz təzahürlərinin tədqiqatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üz­rə fəlsəfə doktoru, 1978-ci ildə "Neft-qazlılıqla əlaqədar Orta Kür çökəyinin geologi quruluşu və inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərə­cə­lərini almışdır.
Ələşrəf Əlizadə
Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə (24 aprel 1911, Şamaxı – 22 mart 1985, Bakı) — Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971). Azərbaycan KP MK-nın ikinci katibi == Həyatı == Ələşrəf Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji - kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-1946 və 1954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir. 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır.
Ələşrəf xan Bayandur
Ələşrəf xan Lütfəli xan oğlu Bayandur (?-?)—Qacarlar dövründə bir neçə şəhərin hakimi. == Həyatı == Ələşrəf xan Lütfəli xan oğlu Cənubi Azərbaycanın Gərrus şəhərində anadan olmuşdu. Bayandur boyuna mənsubdur. Hələ Ağqoyunlular dövründən bəri Gərrusda məskunlaşmışdılar. Ulu babaları da bu bölgəni idarə edirdilər. O, mükəmməl mədrəsə təhsili almış, dövrünün savadlı şəxslərindən sayılırdı. Qacar şahlarına xidmət etmişdi. Əmir Müəzzi Gərrusi kimi tanınırdı. Ələşrəf xan Bayandur İsfahan, Kaşan, Kürdüstan əyalətlərinin, Ərdəbil vilayətinin və Gərrus bölgəsinin hakimi olmuşdu. Ələşrəf xan Bayandur Məhəmmədəli şah Qacarın hakimiyyəti dönəmində Ərdəbilin hakimi idi.
Ləman Ələşrəfqızı
Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015). == Həyatı == Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. === Ailəsi === Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər. == Fəaliyyəti == Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur. Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996). Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər). 2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.
Əliəşrəf Kərimov
Əliəşrəf İsmayıl oğlu Kərimov Əliəşrəf İsmayıl oğlu Kərimov/İsmayılov (1888-1963) Şəkinin Çayqırağı hissəsinin Gümburlar məhəlləsində doğulub.
Əşrəf
Əşrəf — ad. === Qadınlar === Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. === Kişilər === Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Ələkrəm Hümbətov
Ələkrəm Ələkbər oğlu Hümbətov (28 oktyabr 1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. == Həyatı == Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.
Ələsgər
Ələsgər — Azərbaycanda ən çox istifadə edilən kişi adı. Aşıq Ələsgər — Azərbaycan aşığı. Ələsgər Ələkbərov Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərov (arxeoloq) — arxeoloq, etnoqraf, ölkəşünas Ələsgər Məmmədov Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas. Ələsgər Əliyev — Azərbaycan jurnalisti. Ələsgər İbrahimov — azərbaycanlı aktyor. Ələsgər Məmmədoğlu — Azərbaycan teatr və kino aktyoru Ələsgər Muradxanlı — aktyor. Ələsgər Novruzov — Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Həsənzadə — Ələsgər Talıboğlu — Yaşayış məntəqələri Ələsgər (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi == Həyatı == O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Pərviz Əşrəf
Racə Pərviz Əşrəf (26 dekabr 1950) — Pakistan İslam Respublikasının 19-cu baş naziri.
Şair Əşrəf
Şair Əşrəf (1847, Kırkağaç[d], Manisa vilayəti – 22 may 1912, Kırkağaç[d], Manisa vilayəti) — Türk şair. == Həyatı == 1847-ci ildə Kırkağaçda doğulub. 1912-ci ildə Kırkağaçda vəfat edib.
Əbdürrahman Əşrəf
Əbdürrahman Əşrəf (Türkcə: Abdürrahman Eşref; Konstantinopol – 1748) — bir Osmanlı alimi və divan şairidir. Ona Kipr Mollası da deyilir. == Həyatı == İstanbulda anadan olub. Divan şairi Əhməd Nədimin dayısıdır. Mədrəsədə oxuyub. Əbdürrahman Əşrəf uzun müddət Kiprin Qzaısı idi.
Əli Əşrəf
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi == Əsərləri == Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. == Şagirdlərı == Ağa Sadıq Ağa Zaman Sani Ağa Bağır == İstinadlar == == Qaynaqlar == اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی.
Əşrəf (Xudafərin)
Əşrəf (fars. اشرف‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Əşrəf (dəqiqləşdirmə)
Əşrəf — ad. === Qadınlar === Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. === Kişilər === Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Əşrəf Abbasov
Əşrəf Cəlal oğlu Abbasov (23 mart 1920, Şuşa, Gəncə quberniyası – 8 fevral 1992, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq artisti (1990), professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957). == Həyatı == Əşrəf Abbasov 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tar ixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957–1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.
Əşrəf Allahverdiyev
Əşrəf Gülməmməd oğlu Allahverdiyev (15 may 1904, Evoğlu, Tərtər rayonu – 6 dekabr 1983, Bakı) — ictimai siyasi dövlət xadimi, Azərbaycan SSR-in əməkdar mühəndisi. == Həyatı == Əşrəf Allahverdiyev 15 may 1904-cü ildə Tərtər rayonunun Evoğlu kəndində tacir ailəsində anadan olmuş, əvvəl molla məktəbində oxuduqdan sonra Bərdə rus-tatar məktəbində təhsilini davam etdirmişdir. 1920-1926-ci ildə Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Universitetində, 1926-1931-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almışdır. 1933-cü ilədək Moskva elmi-tədqiqat avtotraktor institutunda elmi işçi işləmişdir. 1933-1939-cu illərdə Azərbaycana qayıdaraq Kürdəmir rayonu maşın traktor stansiyasının (MTS) direktoru işləmiş sonra Amerika Birləşmiş Ştatlarına bir illik avtomexanika kursuna göndərilmişdir, Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Azərbaycan Respublikası Torpaq Komisarlığında şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. 1940-1949-cu illərdə Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Soveti yanında daimi nümayəndəsi vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1949-cu ildə SSRİ Nazirlər Soveti yaninda Kür-Araz Su Qurğuları Baş İdarəsinə rəis müavini təyin edilib və ömrünün sonunadək 25 il bu trestdə işləyib yaratmışdır, Yuxarı-Qarabağ, Yuxarı-Şirvan, Samur-Dəvəçi, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağstafa su anbarlarının müəlliflərindəndir. Əşrəf Allahverdiyev 6 dekabr 1983-cü ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. == Mükafatları == Əşrəf Allahverdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib O Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif olunub, ona Azərbaycan SSR Əməkdar Mühəndisi fəxri adı verilib. == Ailəsi == Əşrəf Allahverdiyevin bir oğlu və bir qızı olmuşdur.
Əşrəf Baznani
Əşrəf Baznani — Mərakeşli rəssam, rejissor və fotoqraf. O, 1979-cu ildə Mərakeş şəhərində anadan olmuşdur. == Həyatı == Əşrəf Baznani şəkil çəkməyə təsadüfən başladı. Yeniyetmə yaşlarında onun ad gününə EKTRA compact 250 kamerası hədiyyə edildi və bundan sonra o, fotoqraf sənəti ilə daha da çox maraqlanmağa başladı. Baznani fotoqraf sənətinə heç harda dərs almadan özü yiyələnmişdir. Baznani həmdə bir neçə qısa və sənədli filmlər çəkmişdir — 2006-cı ildə "On" ("Üstündə"), 2007-ci ildə isə "Unudulmuş" və bir neçə milli və beynəlxalq mükafatlar almış "Mühacir" filmlərini. Baznani sürrealist obrazları əsasında tərtib edilmiş foto kitab buraxan Ərəb dünyasının ilk rəssamlarından biridir. Sürrealizm və poetik avtoportretlər əks etdirən "Mənim obyektivimdən" və "Inside My Dreams" adlı kitablar ona həm Mərakeşdə, həmdə bütün dünyada məşhurluq qazandırdılar. Baznani adətən məişət əşyaların, səhnələrin və məzəli vəziyyətlərin şəkillərini çəkir.
Əşrəf Bitlis
Əşrəf Bitlis (türk. Eşref Bitlis, 1933, Malatya – 17 fevral 1993, Yeniməhəllə ilçəsi, Ankara, Ankara ili, Türkiyə) — (1933, Malatya — 17 fevral 1993). Sabiq Türk general, sabiq Jandarma (Türkiyə) Komandiri. 1952-ci ildə Quru Hərb Məktəbindən leytenant rütbəsi ilə məzun oldu. 1966-cı ildə Quru Hərb Akademiyasını tamamladı. Almaniyada dil təhsilini tamamladıqdan sonra 1969-cu ildə Türk Silahlı Qüvvələri Akademiyasından məzun oldu. 1973-də Almaniya Hərb Akademiyasını tamamladı. Bir il Quru Hərb Akademiyasında baş müəllim olaraq vəzifə yerinə yetirdi. 1974-də Kipr Hərəkatı əsnasında Polkovnik rütbəsiylə Kipr Türk Alayı komandirliyinə təyin edildi. Bu alayın komandirliyini edərkən Kipr Yunan alayı məhv edildi.
Əşrəf Qəni
Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti.
Əşrəf Yusifzadə
Əşrəf Əmrah oğlu Yusifzadə (Yusifov) (5 dekabr 1906, Sarxanlı, Naxçıvan qəzası – 7 mart 1963, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycanın SSR xalq artisti (1955). == Həyatı == Yaradıcılığının əsas mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşına kimi kənddə yaşayıb. Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub (1921–1925). Ədəbiyyata, dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə İrəvana gəlib. Burada iyirminci illərdə bütün SSRİ-də dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub. Təhsilinə davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub.
Əşrəf düşərgəsi
Əşrəf düşərgəsi və ya Əşrəf şəhəri — İraqın Diyala əyalətində qaçqın düşərgəsi və sürgün olmuş İran Xalq Mücahidləri Təşkilatı(PMOI/MEK)nın qərargahıdır. Əşrəf düşərgəsi, İraqın Xalis şəhərinin şimal-şərqində, İran sərhədinin təqribən 120 kilometr qərbində və Bağdadın 60 kilometr şimalında yerləşir. == Tarixçəsi == Əşrəf düşərgəsinin adı Əşrəf Rəcəvi xatirəsinə görə adlandırılıb ki İran xalq mücahidləri təşkilatının indi ki lideri Məsud Rəcəvinin, ilk həyat yoldaşı və Şah hökuməti ərzində siyasi məhbusudur.
Əşrəf Şəmizadə
Əşrəf Əbdürrəhman oğlu Şəmizadə (krımtat. Eşref Abduraman oğlu Şemi-zade, Эшреф Абдураман огълу Шемьи-заде; 21 iyun 1908, Evpatoriya, Tavriya quberniyası[d] – 11 mart 1978, Moskva) — Krım tatar, SSRİ şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist və ictimai xadim. Özbəkistan SSR əməkdar mədəniyyət işçisi (1968). == Həyatı == Əşrəf Şəmizadə Krımın Evpatoriya şəhərində Krım tatarı olan müəllim ailəsində anadan olub. 1927-ci ildən gənclər üçün nəzərdə tutulan "Koz Aydın" ("Xoş Xəbərlər") jurnalında məsul katib, daha sonra jurnalının redaktoru işləyib. Həmin il Krım tatar yazılarının ərəb əlifbasından latın qrafikasına keçməsi komissiyasının elmi katibi təyin edilib. 1928-ci ildən - Rusiya Proletar Yazıçılar Birliyinin (RAPP) Krım şöbəsinin üzvü olub. 1930-1932-ci illərdə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun (indiki VQİK) ədəbi və ssenari şöbəsində təhsil alıb. 1933-1941-ci illərdə "1905-ci ilin xatirəsi"nə tikilmiş Evdə yaşayıb. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının ilk qurultayında iştirakçı qismində iştirak edib.
Əşrəf şah
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı. == Həyatı == Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar. Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı. Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı.Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır. Ona görə Mahmudu əvəzləyəndən az sonra Əşrəf öz nümayəndə heyətinin Osmanlı sarayına göndərdi.
Əşrəf Əlimirzəyev
Əlimirzəyev Əşrəf Oruc oğlu (8 fevral 1910, Qəmərvan, Nuxa qəzası – 13 yanvar 1982, Qutqaşen) — Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyatı == Əlimirzəyev Əşrəf Oruc oğlu 08 fevral 1910-cu ildə indiki Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, məhz ona görə əmək fəaliyyətinə də çox erkən yaşlarından başlamışdır. 1933–1953-cü illərdə o vaxtkı Qutqaşın rayonunun "Yeni kənd", "Bakı fəhləsi", "Şən həyat" kolxozlarında mühasib, Qəmərvan Kənd Sovetinin sədri, Qutqaşın rayonu heyvandarlıq məhsulları üzrə tədarük müvəkkilinin müavini, 1953–1967-ci illərdə "Bakı fəhləsi", 1967–1976-cı illər "Xanlar" adına kolxozda sədr vəzifəsində çalışmışdır. 1958-ci ildə Heyvandarlıq sahəsində yüksək əmək göstəricilərinə və əmək fəaliyyətindəki nailiyyətlərinə görə Lenin ordeni və 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı, ikinci Lenin ordeninə layiq görülmüş, 1958-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin (V–VI çağırış) deputatı seçilmişdir. 1966-cı Sov.İKP-nın XXIII və 1969-cu ildə Ümumittifaq kolxozçularının III Qurultayının nümayəndəsi seçilmişdir. Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, sərginin 4 qızıl və gümüş medalları ilə təltif edilmişdir. Təhsilə göstərdiyi qayğıya görə Qabaqcıl Maarif xadimi medalına layiq görülmüşdür. İkinci dünya müharibəsinin iştirakçısı olmuş, qələbə medalı ilə təltif edilmişdir. Qəmərvan kəndində sədr işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdir.
Əşrəf Əliyev
Əşrəf Əşrəf oğlu Əliyev (1898-1937) — azərbaycanlı tələbə və mühəndis. Əşrəf Paşa oğlu Əliyev (1986) — azərbaycanlı sərbəst güləşçisi.
Əşrəf Aşırov
Əşrəf Aşırov (18 yanvar 2001, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Əşrəf Aşırov 2018-ci ildə Zaqreb şəhərində (Xorvatiya) yeniyetmələr arasında Dünya Çempionatını 8-ci, 2019-cu ildə Tallin şəhərində (Estoniya) gənclər arasında Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu. 2021-ci ilin fevral-may ayları ərzində Kiyev Turnirini 8-ci, Avropa Çempionatını 18-ci, U23 Avropa Çempionatını isə 5-ci pillələrdə başa vuran Əşrəf Aşırov avqustda Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Daha sonra o, Oslo şəhərində (Norveç) Dünya Çempionatını 12-ci, Belqrad şəhərində (Serbiya) U23 Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu. Əşrəf Aşırov 2022-ci ildə əvvəlcə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini 11-ci pillədə başa vursa da, sonra Bolqarıstanda U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Martda ilin birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatında mübarizə aparan Əşrəf Aşırov turnirin final görüşündə Yunanıstan nümayəndəsi Georgios Kugiumtsidisa məğlub olaraq Avropa Çempionatını gümüş medalla başa vurdu. Mövsümün növbəti turnirlərində isə Əşrəf Aşırov uğursuz mübarizə apardı — İtaliyada Matteo Pellicone beynəlxalq turnirini və İspaniyada U23 Dünya Çempionatını 11-ci, Serbiyada Dünya Çempionatını isə 17-ci pillələrdə başa vurdu.
Arif Ələsgər
Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır. Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir.
Aşıq Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821 və ya 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. == Həyatı == Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. == Xeyriyyə işləri == O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Çopur Ələsgər
Çopur Ələsgər (tam adı:Ələsgər Mikayıl oğlu Tağıyev; d. 1930, Bozalqanlı, Tovuz rayonu – ö. 23 oktyabr 2014) — Azərbaycan aşığı və şairi. == Həyatı == "Çopur Ələsgər" ləqəbi ilə tanınan Aşıq Ələsgər 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünü aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyn Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illər sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətmmişdir. 23 oktyabr 2014-cü ildə vəfat etmişdir. == Tədbirlər == 20 aprel 2013-cü ildə "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" İctimai Birliyin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli idi.
İslam Ələsgər
İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu; 22 iyun 1925, Ağkilsə, Yeni Bəyazid qəzası – 6 oktyabr 2014, Göygöl rayonu) — filologiya elmləri namizədi, Ələsgərşünas alim. == Həyatı == İslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" olmuşdur. 1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir. Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplamış, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır. 1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1997-ci ildə Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazmışdır. 6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
Ələsgər (Zaqatala)
Ələsgər — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi əsasən Saxurladan ibarətdir.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Ələsgər Abdullayev
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. == Həyatı == Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
Ələsgər Cabbarov
Ələsgər Müzəffər oğlu Cabbarov — jurnalist. == Həyatı == 1933-cü il may ayının 16-da Qəbələ rayonunda anadan olub. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyasını) bitirib. Həmin illərdə Azərbaycan radiosunda çalışıb. 1959-1961-ci illərdə "Azərbaycan gəncləri" qəzetində işləyib. 1961-ci ildə "Elm və həyat" jurnalında şöbə müdiri kimi fəaliyyətə başlayıb. 1966-cı ildə Azərbaycan Sovet Ensiklopediyasında texniki redaksiyanın müdiri vəzifəsinə təyin olunub. 1992-ci ildən sonra "Xalq qəzeti"ndə kommersiya direktoru və bölgə müxbiri vəzifələrində çalışıb. Ə.Cabbarov indinin özündə də dövri mətbuatda maraqlı yazıları ilə çıxış etməkdədir.
Ələsgər Cavadov
Ələsgər Elxan oğlu Cavadov (29 oktyabr 2000; Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ələsgər Cavadov 29 oktyabr 2000-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olmuşdur. 2006-2017-ci illərdə Bakı şəhər 179 saylı tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ələsgər Cavadov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ələsgər Cavadov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələsgər Gəngərlinski
Ələsgər Gəngərlinski — praporsik, Azərbaycan səfirliyinin hərbi attaşesi vəzifəsində çalışıb. == Həyatı == ADR-in Gürcüstanda hərbi attaşesi yanında tapşırıqlar üzrə sabiq ober-zabit, 1921-ci ilin iyul ayından isə Azərbaycanın Türkiyədəki hərbi attaşesi Ələsgər Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarı olub, sovetləri sevməyib. Onun Türkiyədən Bakıya göndərilməsi tələb olunub, məqsəd də həbs etmək imiş. 1922 Samsun şəhərind yoxsa şıxmışdır.
Ələsgər Hüseynov
Ələsgər Nurəli oğlu Hüseynov (10 yanvar 1928, Bakı – 3 may 1976, Bakı) — Azərbaycan memarı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. == Həyatı == Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvar ayının 10-da anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 1953–1967-ci illərdə "Azərdövlətlayihə" institutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1968–1971-ci illərdə Bakının Baş rəssamı, 1971–1975-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1975–1976-cı illərdə isə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Hənifə Ələsgərovla) və s. tikililərin layihələrini vermişdir. Xidmətlərinə görə keçmiş SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları, "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir. Hüseynov Ələsgər 1976-cı il may ayının 3-də vəfat etmişdir.
Ələsgər Həsənzadə
Ələsgər Həsənzadə - "Ginnesin rekordlar kitabı"na düşmüş azərbaycanlı Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı "Ginnesin rekordlar kitabı"na düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordçuların siyahısına 7 yaşı olanda düşüb.
Ələsgər Muradxanlı
Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. == Həyatı == Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ələsgər Muxtarov
Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. == Hərbi xidməti == Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələsgər Ələkbərov
Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti
Ələsgər Ələsgərli
Ələsgər Ələsgərli (1968, Quba) — "XXI əsr Türkiyə İnstitutu"nun Rusiya-Slavyan Araşdırmaları Mərkəzinin rəhbəri, Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor == Həyatı == Ələskər Ələskərli 1968-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində, 1993-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2000-ci ildə Mərmərə Universitetində ümumi dövlət hüququ sahəsində magistr dərəcəsinə yiyələnib. 2006-cı ildə Ankara Universitetində "Postsovet ölkələrində siyasi rejim dəyişmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1987-89-cu illərdə Cənubi Qafqaz (Zaqafqaziya) Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib. Rusiya, Mərkəzi Asiya, Qafqaz, habelə türk dünyası ilə bağlı araşdırma və məqalələri Türkiyənin elmi və strateji analiz məcmuələrində dərc edilir. 2021-ci ildə professor adına layiq görülüb. == Mükafatlar == Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.