Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağasəfa
Yəhyayev Ağasəfa Qafur oğlu (8 sentyabr 1942, Qarabulaq (Xızı), Xızı rayonu) — şair, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Biliyinin üzvü (1990). == Həyatı == Ağasəfa 1942-ci il sentyabrın 8-də Xızı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda qiyabi təhsil almışdır (1963-1971). Bakı parovoz deposunda fəhlə (1960-1962), geoloji kəşfiyyat idarəsində (1962-1965) qazmaçı köməkçisi işləmiş, sonra "Kirpi" satirik jurnalı və "Azərbaycan qadını" jurnalı redaksiyalarının əməkdaşı (1965-1978), "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının böyük redaktoru (1978-1989), "Karvan" kitablar seriyası redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul katib (1990), "Ədəbiyyat qəzeti"ndə məsul katibin köməkçisi (1991-1993) vəzifələrində işləmişdir. Xızı rayonu Qarabulaq kənd orta məktəbində müəllimlik etmişdir (1993-1994). Hazırda Vahid müstəqil televiziyasında böyük redaktor işləyir (1994-cü ildən). Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş "Sazım" adlı ilk şeirilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Bədii tərcümə ilə də məşğul olur. L.N.Tolstoyun mənzum nağıllarını, N.Qribaçov, Q.Qulam, R.Babacan, İ.Selvinski, S.Vasilyev, B.Oleynik, A.Lupan, Q.Quliyev və b.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Elsəfa Əliyev
Elsəfa Səməd oğlu Əliyev (10 noyabr 1978; İkinci Mahmudlu, Füzuli, Azərbaycan SSR — 27 sentyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsəfa Əliyev 1978-ci il noyabrın 10-da Füzuli rayonunun II Mahmdulu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Elsəfa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsəfa Əliyev sentybarın 27 -də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun II Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Asəf
Asəf — kişi adı. Asəf İsgəndərov — fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ibn Bərxiyə Asəf Zeynallı — Azərbaycan bəstəkarı. Asəf Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Basma üsulu
Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir. Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur.
Basta (musiqiçi)
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Asafa Pavell
Asafa Pavell (23 noyabr 1982) Yamaykalı atlet. Əsasən 100 metr və 4 x 100 metr idman yarışlarına qatılır. 100 metr dünya rekordunu 9.77 və 9.74 dərəcələri ilə 2005 və 2008-ci illər arasında əlində saxlamışdır. Bir neçə dəfə 10 saniyədən az bir müddətdə 100 metr qaçmış və 9.72 saniyə karyera rekordu bu idman növündə ən yaxşı 6-cı dərəcədir. Pavell, 2004 Yay Olimpiya Oyunları və 2008 Yay Olimpiya Oyunlarına qatılmış, lakin medal qazana bilməmişdir. Lakin Pekin Olimpiya Oyunlarında 4 x 100 metrdə komanda yoldaşları ilə birlikdə qızıl medal qazanmışdır.
Ferrer Bassa
Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi. Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri" və "Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır. Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir.
Yasəf Rza
Yusuf Reza Gilani (9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). == Həyatı == 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.
Baseri
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Başneft
Başneft — Rosneftin tərkibinə daxil olan neft şirkəti. Şirkətin baş ofisi Başqırdıstanın paytaxtı Ufa şəhərindədir. == Başqırdıstan nefti == Başqırdıstanda 140-dan çox neft yatağı var. Bu yataqlardan ən böyükləri Tuymazı və Agizel çaylarının aşağı axarlarında yerləşir. Həmçinin burada təbii qaz həm sərbəst halda həmçinin neftlə bərabər çıxır. == Tarixi == "Başneft"-in yaradılması Başqırdıstanda neft sənayesinin inkişafına səbəb oldu. İlk dəfə 16 may 1932-ci ildə mühəndis-geoloq A.A.Bloxinin başçılığı ilə İşimbay şəhərində İşimbay neft yatağının açılışı oldu. "Başneft" 1946-ci ildə "Başneftkimya kombinatının" bazası üzərində yaradıldı. Bu zaman bir çox müəssisələr bu müəssisəyə birləşdirildi. Belə ki, 1954-cü ildə bu müəssisə SSRİ-də neft istehsalı üzrə ən böyük birləşmiş müəssisə oldu.
Busefal
Busefal (q.yun. Βουκέφαλος: d. E.ə. 355 - ö. E.ə. 326) — Makedoniyalı İsgəndərin sahibi olduğu və antik dövrün ən tanınan əfsanəvi müharibə atı. Makedoniyadan Hindistana qədər uzanan səfərlərdə İsgəndərin yanında olmuş, Şimali Hindistanda baş verən Hydaspes döyüşündən sonra ölmüş və Bukefalyada basdırılmışdır. Bukefalya, Makedoniyalı İsgəndərin Busefalın xatirəsinə qurduğu bir şəhər olub hazırda Pakistan sərhədləri daxilində yerləşir və Jhelum olaraq adlandırılır. == Əhliləşdirilməsi == Plutarkhosun dediklərinə görə Busefal Tesalyadan təlim edilməsi üçün Makedoniyaya gətirilən atlardandır. Bir at taciri olan Philoneicus tərəfindən e.ə.
Casema
Casema — Niderlandın əsas kabel televiziyası, internet və telefon provayderi. Şirkət əsasən Haaqa, Amersfoort, Utrext, Amstelven və Breda şəhərlərinin ətrafında aktivdir.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Basra döyüşü (1457)
Bəsrə döyüşü — 1457-ci ildə Qaraqoyunlulara qarşı hücumlar edən Muşaşalar ilə Qaraqoyunlular arasında baş verən toqquşma. Nəticədə özünü Şiələrin 7. İmamı Musa Kazımın soyuna dayandıran Mövlana Əli Pirbudaqın əlinə keçərək öldürüldü.
Asəf Ağayev
Asəf Bayat
Asəf Bayat (31 iyul 1954) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat Niderlandın Leyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009). Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır. == Seçilmiş əsərləri == === Kitablar === Revolution without Revolutionaries: Making Sense of the Arab Spring Stanford University Press, 2017 Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013. Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.
Asəf Cəfərov
Asəf (Ağasəf) Əli İskəndər oğlu Cəfərov (28 iyul 1927, Bakı – 3 aprel 2000, Bakı) — Azərbaycan SSR xalq rəssamı (1989). == Haqqında == Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945–1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951–1957-ci illərdə B.İ. Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. "Bilərzik seçimi" (1957) həmin dövrün seçilən işlərindəndir. A. Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir.
Asəf Hacıyev
Asəf Hacıyev (deputat) — Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri. Asəf Hacıyev (jurnalist) — Xəzər TV və "Xəzər radiosu"nun təsisçisi və prezidenti çalışmışdır. BDU-nun Tarix fakültəsi, "Azərbaycanşünaslıq" ETM-nin "Dünya azərbaycanlıları" bölməsinin elmi işçisi. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri çalışır.
Asəf Lənbərani
Asəf Lənbərani — şair. == Həyatı == Asəf Lənbərani 1843-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şair idi. Asəf təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun haqqında ədəbiyyatşünas Salman Mümtaz araşdırma aparmışdı. == Yaradıcılığı == Asəf Lənbəraninin bir neçə qəzəli və bir müxəmməsi Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiq" təzkirəsində verilmişdir.
Asəf Nəsibov
Asəf Nəsibov (25 fevral 1994, Qaymaqlı, Qazax rayonu – 29 oktyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Səfəralı oğlu Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. Hərbi xidməti bitirdikdən sonra "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də əmək fəaliyyətinə başlamışdır. == Hərbi xidməti == Asəf Nəsibov 2016-cı ilin Aprel döyüşlərində snayperçi kimi iştirak edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl, Qubadlı və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Nəsibov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Asəf Orucoğlu
Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; 21 oktyabr 1967, Daşkəsən – 2018, Bakı) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü. == Həyatı == Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir. == Təhsili == 1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib. 2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. == Ədəbi yaradıcılığı == Asəf Qaya imzası ilə şeirlər yazırdı.
Asəf Salamov
Asəf Tağıyev
Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — baş həkim, Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinin deputatı. == Həyatı == Asəf Tağıyev 1952-ci il 30 aprel ayında Şərur rayonunun Yengicə kəndində anadan olub. 1959-cu ildə Yengicə kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1969-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olub. == Fəaliyyəti == Asəf Tağıyev 1971-ci ildə Azərbaycan Lenin Kominist Gənclər İttifaqının mərkəzi komitəsində Azərbaycan tələbə inşaat dəstələrinə baş sanitar həkim, 1973-cü ildə Bakı sahə Semaşko adına xəstəxanada anestezialoq, reanimotoloq vəzifələrində çalışmışdır. 1976-cı ildə Şərur rayonuna gələrək Çərçiboğan kənd sahə xəstəxanasında sahə həkimi, 1986-cı ildə Çərçiboğan kənd sahə xəstəxanasına baş həkim təyin edilir. 1987-ci ildə müəsissələrin icarə və özünüidarə etməsi ilə bağlı Moskva şəhərində kursda olmuşdur. 1988-ci ildə qabaqcıl kənd həkimlərinin Moskva müşavirəsinin iştirakçısı olmuşdur. 1990-cı il yanvar ayında Şərur rayonunda gedən hücumlar ərəfəsində, göstərdiyi həkimlik fəaliyyətinə görə Asəf Tağıyev, "Müharibə Veteranı" adına laiq görülür. 1991-ci ilin iyun ayından Şərur rayon mərkəzi xəstəxanasında müalicə işləri üzrə müavin, 1999-cu ildə isə baş həkim təyin olunur.
Asəf Zamanov
Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis. == Həyatı == Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978-79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır. 1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir. 1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır. 2007–2016 cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır.
Asəf Zeynallı
Asəf Zeynallı (5 aprel 1909, Dərbənd, Dağıstan vilayəti – 27 oktyabr 1932, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə doğulmuşdur. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyur. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi. Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir. Asəf Zeynallı 1923–1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi.
Asəf İsgəndərov
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Asəf İskəndərov
Asəf İsgəndərov (tam adı: Asəf Daşdəmir oğlu İsgəndərov; 5 fevral 1941, Cəngəmiran, Lerik rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor; Lənkəran Dövlət Universitetinin rektoru (2005–2016). == Həyatı == Asəf İsgəndərov 5 fevral 1941-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, 1958-ci ildə Cəngəmiran kəndində orta məktəbi qızıl medalla, 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Moskva Dövlət Universitetinin aspiranturasını müvəffəqiyyətlə başa çatdırmış, 1967-ci ildə "İstilikkeçirmə nəzəriyyəsinin bəzi tərs məsələləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsini almışdır. 1978-ci ildə Moskva Dövlət Universitetində "Parabolik və elliptik tip tənliklər üçün tərs məsələlər" mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyasını dünyanın məşhur riyaziyyatçilarından akademiklər A. Tixonov, A. Samarski, M. Lavrentev, V. Sadovniçi və başqaları çox yüksək qiymətləndirmişdir. 1967-ci Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Asəf İsgəndərov bir müddət sonra sirf elmi işə keçərək Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda səmərəli elmi-tədqiqat işləri aparmışdır. 1973-cü ildə yenidən doğma Universitetə dəvət edilmişdir. İstedadlı alim Azərbaycanda riyaziyyat məktəbi yaratmış, bu sahədə çoxlu alimlərin yetişməsində gərgin əmək sərf etmişdir. Asəf müəllim dəfələrlə beynəlxalq elmi müsabiqələrin qalibi kimi yüksək qrant almışdır. O, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1986-cı ildə "Xalqlar dostluğu" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Asəf İsgəndərov xüsusi dəvətnamə ilə bir neçə dəfə Almaniyada olmuş, Berlin, Bonn, Münhen və Frayberq Universitetlərində elmi məruzələr və mühazirələr oxumuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2005-ci il tarixli fərmanı ilə professor Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilmişdir.
Asəf Əsgərov
Asəf İlqar oğlu Əsgərov (12 mart 1989, Bərdə rayonu – 12 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Əsgərov 1989-cu il martın 12-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Asəf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asəf Əsgərov oktyabrın 12-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asəf Əsgərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Baseri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Bolbophyllaria biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda Argentinanın CA Newell's Old Boys klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. .
Mahder Assefa
Mahder Assefa (d. 5 oktyabr 1987, Əddis-Əbəbə) — aktrisası.
Mariya Paseka
Mariya Valeriyevna Paseka (19 iyul 1995; Moskva, Rusiya) — Rusiyanı təmsil edən idman gimnastı. Mariya Paseka 2012 və 2016-cı ildə Rusiyanı Yay Olimpiya Oyunlarında təmsil edib və üç gümüş, bir bürünc medal qazanıb. == Karyerası == Mariya Paseka birinci dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın London şəhərində XXX Yay Olimpiya Oyunlarında qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Viktoriya Komova, Kseniya Afanasyeva və Anastasiya Qrişina ilə birgə finalda 178.530 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, bürünc medala layiq görülüb. Mariya Paseka 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Seda Tutxalyan, Angelina Melnikova və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, gümüş medala layiq görülüb.
Phyllorchis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Phyllorkis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Nepaldan Taylanda qədər yayılmışdır. == Sinonimləri == Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Vaseda Universiteti
Vaseda Universiteti (yap. 早稲田大学) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1882-cı ildə qoyulmuşdur. == Xarici əlaqələri == "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. == Məşhur məzunları == Li Ben Çxol — "Samsung" şirkətin yaradıcısı; Yoshinori Sakai — Tokioda təşkil olunmuş 1964 Yay Olimpiya Oyunlarında Olimpiya məşəlini yandırmış idmançı; Haruki Murakami — məşhur yazıçı; Yoko Kanno — məşhur bəstəkar. === Digər məşhurlar === Ryoko Hirosue — aktrisa. Təhsilini bitirməmişdir. == Haruki Murakami şəxsi arxivi == 2018-ci Dünya şöhrətli yapon yazıçı Haruki Murakami şəxsi arxivini Vaseda Universitetinə bağışlayıb. Həmin şəxsi arxivinə əl yazmaları, qeyd dəftərçələri, məktubları və 10 min ədəd musiqi diskləri daxildir. Universitetdə Murakami pərəstişkarlarının və tədqiqatçılarının istifadə edəcəyi xüsusi kitabxana yaradılacaq.
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adı Şəfa Hüseynova — azərbaycanlı müğənni. Kişi adı Şəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. Təxəllüs Şərafət Şəfa — jurnalist, şairə Digər Şəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.
Asena (dəqiqləşdirmə)
Asena — gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Asena (mifologiya) — mifologiya.
Asena (mifologiya)
Asena və ya Aşina – türk mifologiyasında önəmli rol oynayan əfsanəvi dişi qurdun dünyaya gətirdiyi on qız uşağından biri. Bəzi yerlərdə Asenanın dişi qurdun adı olduğu düşünülməkdədir. Ziya Göyalp 1922-ci ildə Diyarbəkirdə nəşr edilmiş Kiçik Məcmua jurnalında yayımlanan "Türk dövlətinin təkamülü" adlı məqaləsində "bu da çinlilərə görə (Asena=Qurd) mənasındadır" deməkdədir. Göytürk xaqanlığının qədim hökmdarlarının mənsub olduğu Aşina, Zena, Asen və ya Şunnu adı verilən sülalə əfsanəyə görə bu dişi qurddan törəmişdir. Əsli Açina kəlməsindən gəlməkdədir. == Əfsanənin tapıntılara görə ən qədim forması == Antik Çin qaynaqlarında Tüküe xalqının törəyişini anladan Asena əfsanəsinin fərqli formalarına rast gəlinilir. Tapılan ən qədim forması belədir: Bununla yanaşı, əfsanənin başqa formaları vardır. Daha qədim zamanlardan qalan, sonradan genişləndirilmiş, daha əhatəli ya da daha qəsa olan formaları da vardır.
Asena (soyad)
Orxan Asena — türk teatr sənətçisi. Duyğu Asena — türk jurnalist və yazıçı. Reyhan Asena Keskinci — türk aktyor.