Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firuzə
Firuzə — Azərbaycanda çox işlədilən qadın adı. Firuzə Məmmədli — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). Firuzə Vəliyeva — Azərbaycan alimi. Firuzə Əlixanova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1974). Firuzə Vəlixanlı — Azərbaycan şahmatçısı. Firuzə Eminbəyli — əksinqilabi trotski-terrorçu. Firuzə Əfəndiyeva — yazıçı. Firuzə İbadova — əməkdar artist, müğənni. Firuzə Abbasova — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). Firuzə Məmmədova — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963).
Fars
Farslar — əsasən İranda yaşayan xalq. Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6—2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO - 9.57%, Al2O3 - 36,84%, Pb2O3 - 34,12%, H2O - 19,47%.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Firuzə (şəhər)
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Firuzə Abbasova
Firuzə Abbasova (Firuzə Məmməd qızı Abbasova; 1958, Ermənistan SSR) — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). Firuzə Abbasova 1958-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 1975–1979-cu illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində, 1980–1985-ci illərdə isə S. M. Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır. 1979–80-ci illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışmışdır. 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi, 1994–2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən Cinayət prosesi kafedrasının müdiri vəzifəsində çalışır. 2001-ci ildə "Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 2011-ci ildə "Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri" adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir. 2012-ci ildən kafedranın professorudur.
Firuzə Abdullina
Firuzə Abdullina (başq. Абдуллина Фирүзә Дәүләтша ҡыҙы 24 fevral 1961, Şulkə, Başqırd MSSR) — başqırd əsilli müəllim, şairə. 1961-ci ilin 24 fevral tarixində, Başqırd Muxtar Sovet Sosialist Respublikasının Baymak rayonu, Şulkə kəndində anadan olmuşdur. 2017-ci ildən Rusiya Federasiyası Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvüdür.. Firuzə Abdullinanın ixtisası — rus dili və ədəbiyyatı, başqırd dili və ədəbiyyatı müəlliməsidir. O, Yəğəfər Nəzerşin, Damir Soltanov, Nəsimə Əminova, Azat İskujin, Yulay Moratov, Rəsimə Dinislamovalar kimi insanlarla birlikdə mahnı yazmışdır. Şulkə kəndində altı illik məktəbdə oxumuş, sonra Baymak internat məktəbinə oxumağa getmişdir. 1978-ci ildə məktəbi bitirmişdir. 1978–1983-cü illərdə Sterlitamak Pedaqoji İnstitutunda təhsil almışdır. Sonra müəllim işləməyə başlayır və 1983–1984-cü illərdə Karmaskalı rayonunda qabaqcıl lider müllimlərdən biri olur.
Firuzə Ağayeva
Firuzə Abdulla qızı Ağayeva (1955, Qaymaqlı, Qazax rayonu) — Alim, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür. Firuzə Ağayeva 1955-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır. 1975-1978-ci illərdə Azərbaycan Ensiklopediyasının redaksiyasında çalışmışdır. 1978-ci ildən Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmiş, daha sonra orada müəllim vəzifəsinə təyin edilmişdir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Mütəmadi olaraq Orta Asiya və türk dünyası ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edir. Çoxsaylı publisistik, 50-dən çox elmi məqalənin, Azərbaycan dilində 8, rus dilində 2 monoqrafiyanın və dərs vəsaitinin müəllifidir. Hazırda Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professorudur. Azərbaycan və Türkmən Xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüşdür.
Firuzə Balayeva
Firuzə Mirzəağa qızı Balayeva (23 fevral 1980, Bakı) — azərbaycanlı aktrisa. Firuzə Balayeva 1980-cı il 23 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1997-ci ildə orta məktəbi bitirmiş və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirmişdir. 2010–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr rejissoru" fakültəsi ixtisasına yiyələnmişdir.Ailəlidir bir övladı var. 2004-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işləməyə başlamışdır. 2008-ci ildə teatrdan ayrılaraq "Azərbaycanfilm" kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlamışdır.Çalışdığı müddətdə "Tanrıverdinin nağılı", "Ölüm novbəsi", "Niyyət", "Kabusun gözü ilə", "Mən evə qayıdıram" və s. filmlərdə işləmişdir.2009-2010-cu illərdə "İbrus" özəl teatrında rejissor assistenti vəzifəsində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlamışdır. Mustafanın dostu — "Mustafa" Uzunqulaq — "Cənnətin üç alması" Kəniz — "Ələddinin sehirli çırağı" Nabat — "Çimnaz xanım yuxudadır" Pişik — "Çəkməli pişik" Şeytan — "Güc birlikdədir" 2 nağılçı — "Tıq-Tıq xanım" Qara əcinnə — "Pəri cadu" Yalıncıq — "3 qulağın nağılı" Emiliya; döyüşçü oğlan — "Zorro" Keçi — "Kosanın qızı" ? — "Buzlar ölkəsində" Şərəbani ("Yaşar", Cəfər Cabbarlı) Luçiya ("Filumena Marturano,Eduardo De Filippe) Səkinə ("Dəli yığıncağı") Mangurt ("Mangurt" ) Qulluqçu ("Ölülər ",C.Məmmədquluzadə) Qulluqçu ("Qarabağnamə",....) Xanım ("Anamın kitabı",.....) Qurbağa ("Buratino",....) Limon("Çipollino",....) Bəyim (Xurşud Banu Natəvan) Ana qaz (film, 2005) (qısametrajlı bədii televiziya filmi) 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: bacı) 220 №-li otaq (film, 2010) (qısametrajlı bədii televiziya filmi) Kabusun gözüylə (film, 2010) (tammetrajlı bədii film) (rol: aptekdə satıcı) Niyyət (film, 2010) (tammetrajlı bədii film) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Qayınana (film, 2011) (bədii serial) (rol: ana; falçı) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Fira) Həyat varsa… (serial, 2012-2014) (bədii serial) Bir ovuc torpaq (teleserial, 2013) (bədii serial) (rol: qaçqın qadın) Çaqqal nəfəsi (film, 2013) (bədii serial) (rol: məhbus qadın) Həyat sən nə qəribəsən (teleserial, 2013) (rol: Qumru) Ləkə (teleserial, 2013) (bədii serial) (rol: bağça müdirəsi) Qisas (teleserial, 2014) (bədii serial) (rol: qonşu) Açar (film) (qısametrajlı bədii televiziya filmi) Niyə (komediya serialı) Rəxşəndə Komedixana (yumoristik veriliş2019-2022) Toy əhvalatı (komediya serialı) klarnet ifacisi.
Firuzə Bədirbəyli
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971). Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır. Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir. Xalq artisti Zemfira Əliyevanın anasıdır. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr.
Firuzə Kərimova
Firuzə Qədəşi qızı Kərimova — neftçi, filantrop Firuzə Kərimova 1907-ci ildə neftçi ailəsində anadan olmuşdur. Səkkiz yaşında olanda müsəlmanların maariflənməsi məsələsi ilə məşğul olan "Nəşr-Maarif" Cəmiyyətinin Balaxanıda açılmış ibtidai məktəbinə daxil olur. Onun xisləti-məcazı ibtidai məktəb illərindən qeyri-adiliyi ilə nəzərə çarpır. O zamanlar qızların məktəbə getməsinə mövhumatçılar maneçilik edirdilər. Firuzə bütün hədələrə sinə gərərək təhsilini davam etdirir. O, 1919-cu ildə məktəbi fərqlənmə ilə bitirərək, kənd qadınlarına savad öyrətməyə başlayır. Onların evində, atasının yanında toplaşan gizli yığıncaqların iştirakçıları: Müseyib Dadaşov, Mikayıl Oalarov, Əlisəttar İbrahimov, Ağahüseyn Rəsulzadənin söhbətlərinə qulaq asır və onların tapşırığı ilə gizli vərəqlər paylamaqla onlara kömək edirdi. İnqilabçı fəhlələr arasında birinci dəfə gizli vərəqələr paylayanda Firuzənin 13 yaşı var idi. Bundan başqa o, 1919-cu ildə Balaxanıda Fatma Maqsudovanın rəhbərlik etdiyi qadın özfəaliyyət dərnəyinə gedir, başqa balaxanılı qadınlarla səhnə əsərlərinin tamaşaya qoyulmasında iştirak edirdi. Həmin illərdə Bakıda Ceyran Bayramova, Mələknisa Qafarova, Zeynəb Rizvanovanın fədakar əməkləri nəticəsində qadınlar klubu yaradılır.
Firuzə Muradova
Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı – 1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958). Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.
Firuzə Məmmədli
Firuzə Məmmədli (azərb. Firuzə Nurəddin qızı Məmmədli‎;) — Azərbaycan şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur. Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Firuzə Məmmədova
Firuzə Məmməd qızı Məmmədova (1927, Şuşa, DQMV) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi (1962–1963). 1927-ci ildə Şuşa şəhərində anadan olub. Ağdamda Müəllimlər İnstitutunu və iki illik partiya məktəbini bitirib. Bir neçə il maarif sahəsində işləyən F.Məmmədova sonralar Partiya işində çalışıb. 1962-ci ilin martından 1963-cü ilə - Qubadlı rayonu Zəngilan rayonuna birləşənə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi olub.
Firuzə Novruzova
Novruzova Firuzə Saleh qızı — Azərbaycanın ilk qadın elektrokimyaçılarından biri. Firuzə Novruzova 1937-ci il iyunun 15-də Bakıda ziyalı ailəsində anadan olub. 1944-1954-cü illərdə Biləcəri qəsəbəsində orta məktəbi bitirdikdən sonra, 1954-1959-cu illərdə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini bitirmişdir. 1959-cu ildən indiki Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ilk əmək fəaliyyətinə başlamışdır. İşlədiyi illər ərzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlmişdir. 1970-ci ildə Rusiyada "Elektroliz zamanı tellurun xlorid turşusu məhlulunda katod və anod proseslərinin tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 50-dən artıq elmi əsərin və 10-dan artıq patentin müəllifidir. F.Novruzova 2016-cı il iyulun 1-də dünyasını dəyişmişdir.
Firuzə Vəlixanlı
Firuzə Orxan qızı Vəlixanlı (26 oktyabr 1970) — Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (1994). Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir. 1970-ci ildə anadan olub. 1990-cı ildə qadınlar arasında beynəlxalq şahmat ustası adını qazandı, 1994-cü ildən qrosmeyster adını aldı. 1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür.. 1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı. 1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir. Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir. 31 yanvar 1991 — Azərbaycan SSR-in Fəxri fərmanı 5 mart 1995 — "Tərəqqi" medalı İlk zirvələr (film, 1988) FIDE Chess Profile Firuza Velikhanli.
Firuzə Vəliyeva
Firuzə İbadova
Firuzə Böyükağa qızı İbadova (18 fevral 1954, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikası əməkdar artisti (2006). Firuzə Böyükağa qızı İbadova 1954-cü il fevralın 18-də Bakı şəhərində anadan olub. 173 saylı orta məktəbdə təhsil alıb və buranı 1971-ci ildə bitirib. 1963-cü ildən Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Lalə" qızlar ansamblının, 1976-cı ildən Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının solisti olub. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına solist kimi dəvət edilib. Firuzə İbadova görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi kimi də tanınır. Firuzə İbadova 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Elə həmin ildə Orta Asiyada keçirilmiş Azərbaycan ongünlüyündə konsert proqramı ilə çıxış edib. 1982-ci ildə Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış məqbərənin açılışında iştirak edib.
Firuzə şəhristanı
Firuzə şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Firuzə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,823 nəfər və 12,581 ailədən ibarət idi.
Firuzə şəhəri
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Firuzə Əfəndiyeva
Əfəndiyeva Firuzə Nəsib qızı — azərbaycanlı yazıçı. Firuzə Əfəndiyeva 1932-ci ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Qaraqaya kəndində anadan olub. Orta məktəbi Gölkənd kəndində bitirib.Haqqıxlı kəndində yaşayıb. Yazıçısı Nəsib Əfəndiyevin qızıdır.Yazar-şair Ayişə Nəbinin anasıdır. Bir yurdun simfoniyası.(memuar) Bakı: Nurlan, 2008, 224 səh.
Firuzə Əlixanova
Firuzə Məmmədqulu qızı Əlixanova (10 sentyabr 1917, Ordubad – 23 noyabr 1994, Naxçıvan) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1974). Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub. Firuzə Məmmədqulu qızı Əlixanova 9 sentyabr 1917-ci ildə Ordubadda doğulub. O, buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və daha sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib.
Firuzə Əsədullayeva
Firuzə Əsədullayeva (14 may 1950, Şağan) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "20 yanvar" qəzetinin redaktoru, "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medal təltifçisi. Firuzə Bəyməmməd qızı Əsədullayeva 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Bakıda 20 il müəllim kimi fəaliyyət göstərən Firuzə xanım I dərəcəli müəllimdir. Ədəbi fəaliyyətə uşaq şeirləri ilə başlayan müəllif Azərbaycan dövlət müstəqilliyini qazanandan ölkəmizin bir çox aparıcı kütləvi informasiya vasitələrində jurnalist kimi fəaliyyət göstərib. Müxtəlif vaxtlarda aparıcı mətbuat orqanlarında və informasiya agentliklərində işləyib. Həmçinin, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin və Daxili İşlər Nazirliyinin "Dinamo" cəmiyyətlərinin mətbuat rəhbəri vəzifəsində çalışıb. Hərbi-jurnalist kimi Azərbaycanın bütün bölgələrində olub. 450-yə yaxın vətən övladlarının ailələrinə jurnalist kimi baş çəkməklə yanaşı, 90-dan çox şəhid haqqında mətbuatda silsilə yazılar yazıb. Şəhidlərə ithaf olunan "Şəhidlik çələngi" silsiləsindən 3 kitabın "Bircə günün şəhidləri" (1995), "Vağzalı çalınır" (1996), "Bulaqların göz yaşı" (1998) müəllifidir.
Firuzə Bayramova
Firuzə Bayramova Tural qızı (10 Yanvar 2008 - Balakən, Azərbaycan) - Azərbaycanlı qadın futbolçu. Bayramova Firuzə Tural qızı 2019-cu ildən etibarən "Dinamo" klubunun şərəfini qoruyur. Balakən rayonunu qızlar liqasında təmsil edən klubda qapıçı mövqeyindədir. 2023 - Bayramova 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirilmiş oyunlarda yığmanın heyətində oynamaq hüququ qazanıb. Həmçinin 2022/2023-cü il qadın futbol mövsümündə, ən yaxşı qapıçı adına layiq görülüb.
Firuzə Vəkilova
Firuzə Abbasqulu qızı Vəkilova (1878, Salyan, Cavad qəzası – 1927, Bakı) — Azərbaycan pedaqoqu və maarifçisi. Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844-1927) qızıdır. O, gələcək həyat yoldaşı Məcid Behbudov tərəfindən qaçırılıb. Belə ki, gənc xanəndə olan Məcid sosial mənşəyi aşağı olduğuna görə evlənmək üçün razılıq almağa ümid etmirdi. Cütlük Tiflis də məskunlaşıb və Firuzə ömrünün sonuna kimi orada yaşayıb. Firuzə Vəkilova zadəgan ailəyə məxsus olduğundan, dövrünə görə yaxşı təhsil almışdır. O, Tiflis şəhərində yerləşən Müqəddəs Nina qadın gimnaziyasını bitirib. Firuzə Vəkilova rus və fransız dillərini mükəmməl bilirdi. Müəllim işləyirdi.
Fars Körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Fars bəylərbəyliyi
Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi. Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi.
Fars dili
Fars dili (fars. فارسی‎) və ya Pars dili (fars. پارسی‎), Farsi və ya Parsi endonimi ilə də tanınır, [fɒːɾˈsiː] (qulaq asmaq)) — Hind-Avropa dillərinin Hind-İran bölməsinin İran qoluna aid olan Qərbi İran dilidir. Fars dili, əsasən İran, Əfqanıstan və Tacikistanda danışılan və rəsmi olaraq üç qarşılıqlı başa düşülən standart növdə istifadə olunan plurisentrik bir dildir, yəni İran Fars dili (rəsmi olaraq fars dili kimi tanınır), Dari Fars dili (rəsmi olaraq Dari kimi tanınır) 1964-cü ildən) və tacik fars dili (1999-cu ildən rəsmi olaraq tacik kimi tanınır). Özbəkistanda, eləcə də Böyük İranın mədəni sferasında fars tarixi olan digər bölgələrdə əhəmiyyətli bir əhali tərəfindən tacik çeşidində yerli dildə danışılır. Rəsmi olaraq İran və Əfqanıstan daxilində ərəb qrafikasının törəməsi olan fars əlifbası ilə, Tacikistan daxilində isə kiril qrafikasının törəməsi olan tacik əlifbası ilə yazılıb. Müasir fars dili Sasani İmperiyasının (224–651) rəsmi dili olan Orta Fars dilinin davamıdır, özü də Əhəmənilər imperiyasında (e.ə. 550–330) istifadə edilən qədim fars dilinin davamıdır. İranın cənub-qərbindəki Fars (Fars) bölgəsində yaranmışdır. Onun qrammatikası bir çox Avropa dillərininkinə bənzəyir.
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Fars girdəbaşı
Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Fars mifologiyası
Fars mifologiyası və ya İran mifologiyası — qədim Böyük İranda yayılmış mifologiya. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir. Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı "Şahnamə"dir. Firdovsinin əsəri təkcə "Avesta"dan deyil, həm də "Bundahişn" və "Denkard" kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə "Avesta"dır. İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır. İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
Fars ostanı
Fars — İranın cənub hissəsində ostan. Mərkəzi Şiraz şəhəridir . Fars ostanın ərzisi 122.416 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.336.878 nəfər əhali yaşayır . Şah Abbas I (hic.996-1038 / miladi 1588-1629) tərəfindən irana köçürülmüş minlərlə gürcü və çərkəz kəndli idi və Pers kənarındakı kəndlərdə məskunlaşmışdılar. Böyük bir gürcü və ermənilər qrupu, ehtimal ki, 1603-1605-ci illərdə Şahın Osmanlı hücumlarına mane olmaq üçün Azərbaycanın şimalındakı ərazilərdə sistematik bir azalmaya başladığı zaman İsfahanın qərbindəki Faridan bölgəsinə köçürüldü. Ərazilərindən keçən İsfahan-Borucerd yolundan Avropalı səyyahlar nadir hallarda istifadə etdikləri üçün XIX əsrə qədər bu barədə çox az məlumata sahibik. J.M. Kinneir 1810-cu ildə onları ziyarət edərkən bölgədəki gürcülərin sayını min ailəyə hesabladı. O vaxt onlar artıq İslamı qəbul etmişdilər, lakin hələ Farslarla evlənməmişdilər (s. 128).
Fars palıdı
Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Fars psevdosiklofisi
Fars eyrenisi (lat. Pseudocyclophis persicus) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Pseudocyclophis cinsinə daxil olan yeganə növü Kiçik ilanlardır. Eyrenis cinsinə yaxınlığı ilə seçilirlər. Bədəninin nazikliyi ilə seçilirdi. Ümumi uzunluğu 37 sm-dir. Yuxarı hissəsi işiqlı-zeytunu olur və qəhvəyi nöqtəlırlə örtülü olur. Sifət hissəsi parlaq olsa da, başı qara olur. Erkəklərdə bədən bir gəngdə olur. Boğazları isə parlaq olaraq ləkəlidir.
Fars qiyamı
Fars Qiyamı – Midiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar Midiya və Assuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular. Madaylar və farslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən döyüşlərdə əsasən madaylar qalib gəir və farsları geri çəkilməyə məcbur edirdilər. Lakin sonradan II Kirin rəhbərliyi ilə çox qüvvətli fars ordusunun qurulması, Midiya hökmdarından narazı olan bəzi maday sərkərdələrinin satqınlıq edərək fars ordusuna keçməsi, nəticədə e.ə. 549-cu ildə üsyana davam gətirə bilməyən Maday dövlətinin süqutuna, hakimiyyətin farsların əlinə keçməsinə səbəb oldu.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-cü ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya "Yüz Sütunlu Zal" Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi. Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir.
Fars yasəməni
Fars yasəməni (lat. Syringa × persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır. İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır.
Fars yəhudiləri
Fars Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "Fars Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). "Fars Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. Orta əsrlər boyu Fars Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda Fars Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Fars çayı
Fars (adıq Фарз) — Adıge Respublikasında və Krasnodar diyarında çay. Fars Laba çayının sol qolu olub Kuban hövzəsinə aiddir. Fars çayı öz başlanğıcını Qayalı silsiləsinin şimal yamacında yerləşən mağaradan çıxan bulaqdan götürür. Yaxınlıqda Ekvesopko dağı yerləşir. Mənbədən 4,3 km cənub-şərqdə Pobeda qəsəbəsi yerləşir. Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 70 metr yüksəklikdədir. Mənbənin hündürlüyü — dəniz səviyyəsindən 1010 metrdir. Yuxarı axınlarda çay əhəng daşılı süxurlardan keçir və dərədən çıxdıqdan çay kənarında olan ilk yaşayış məntəqəsi olan Novosvobodnaya kəndindən keçir. Maxoşevskaya kəndi yaxınlığında dağ-meşə zonasından çıxır. Yaroslavskaya kəndində sağ qolu olan — Psefir çayı ilə birləşir.
Fars ədəbiyyatı
İran ədəbiyyatı — İranlı şair və yazıçıların İran mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. İran ədəbiyyatı da digər xalqların ədəbiyytları kimi başlığını şifahi xalq ədəbiyyatından götürmüş daha sonralar isə yazılı xalq ədəbiyyatına keçmişlər. Şifahi xalq ədəbiyyatının nümunılıri: laylalar, tapmacalar, nağıllar, zərbolməsəllər yəni atalar sözləri və s.
Firuzabad (Fars)
Firuzabad- İranın Fars ostanının şəhərlərindən və Firuzabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,210 nəfər və 12,888 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Fəthabad (Fars)
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Hacıabad (Fars)
Hacıabad- İranın Fars ostanının şəhərlərindən və Zərrindəşt şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,346 nəfər və 4,195 ailədən ibarət idi.
Meymand (Fars)
Meymənd — İranın Fars ostanının Firuzabad şəhristanının Meymənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,615 nəfər və 2,138 ailədən ibarət idi.
Nurabad (Fars)
Nurabad — İranın Fars ostanının şəhərlərindən və Məməsəni şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,668 nəfər və 11,006 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti məməsəni elindən ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.Məməsənilərdən əlavə qaşqaylarda bu şəhərdə yaşayırlar.
İc (Fars)
İc — İranın Fars ostanının İstəhban şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,233 nəfər və 1,497 ailədən ibarət idi.