Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Alessandro Mahmud
Alessandro Mahmud (12 sentyabr 1992, Milan, İtaliya) və ya sadəcə Mahmud — Ərəb əsilli İtaliya müğənnisi və bəstəkarı. O, ifa etdiyi "Soldi" mahnısı ilə 2019 Sanremo musiqi festivalında qələbə qazanaraq, İtaliyanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Mahmud Sanremoda iştirak haqqını festivaldan öncə gənc ifaçılar üçün keçirilən şouda "Gioventù bruciata" mahnısı ilə qələbə qazanaraq, əldə etmişdir. O, daha öncə İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümündə iştirak etmişdir. == Bioqrafiya == Alessandro Mahmud 12 sentyabr 1992-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Onun anası italyan, atası isə misirlidir. O, hələ kiçik yaşlarından musiqi ilə maraqlanmağa başlamışdır. 2012-ci ildə Mahmud İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümünə qatılmış və Simona Venturanın komandasında yer almışdır. Mahmudun yarışmadakı iştirakı yarışmanın üçüncü mərhələsində sona çatmışdır. Bu təcrübənin ardınca o, özü üçün mahnılar bəstələyib, ifa etməyə başlamışdır.
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir. O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir.
II Mahmud
II Mahmud (Osmanlı türkcəsi: محمود ثانى — Mahmud-i sânî) (d. 20 iyul 1785 — ö. 28 iyun 1839) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Mahmud bəy
Mahmud bәy Çobanoğlu (türk. Mahmud Bey Çobanoğlu; v. 1309, Kastamonu, Kastamonu ili) — Çobanoğlu bәyliyinin 4-cü vә son hökmdarı. Yavlaq Arslanın 2 oğlundan biridir (digәri Әli bәydir). Onun 1309-cu ildә Candaroğlu Süleyman bəy tәrәfindәn öldürülmәsinden sonra Çobanoğlu dövlәti süquta uğramışdır.
Mahmud sultan
Mahmud sultan (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın hakimi. Əhməd xəlifənin oğlu, Bayandur sultanın atası. II Şah Abbas tərəfindən Kaxetiyaya üsyan yatırmaq üçün göndərilmişdi. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, «Şuşa» nəşriyatı, 2008. – 160 səh.
Mahmud İbrahimov
Mahmud Azər oğlu İbrahimov (3 sentyabr 1997, Xırdalan – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Əslən Cəbrayıl rayonundan olan Mahmud İbrahimov 1997-ci ilin 3 sentyabr günündə Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. == Hərbi xidməti == Əsgər Mahmud İbrahimov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Mahmud İbrahimov doğulduğu Xırdalan şəhərinin Abşeron rayonunun Mehdiabad qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İbrahimov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mahmud İbrahimov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Mahmud İldırım
Mahmut Yıldırım (1 yanvar 1951, Solxan, Bingöl ili) — Zaza əsilli Türk kəşfiyyatcı. == Həyatı == Dörd il sonra fərqli bir misyaya soyunub, fərqli bir adla tanılmağa başladı. Əməliyyatlarda PKK-lı kimi geyinən Mahmud Yıldırım, polis və əsgərlərin tanıması üçün "Yaşıl şərf" taxırdı. Abdulla Öcalanın öldürülməsi üçün göndərildikdən 3 ay sonra öldürməməsi əmrini alır və Yıldırımın üsyanından sonra vətən xayini elan olunmuşdur. Daha sonra ölkəni tərk edərək Şama gedir və bir daha ondan xəbər alınmır. Məşhur Susurluq kazası (qəzası) sonra ortaya çıxan əlaqələr, Yaşılın bir çox cinayətlərdə əli olduğu şübhəsi yaratdı, amma nə qədər axtarıldısa tapılmadı, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz aldığı məlumatlara görə Yeşilin öldüyünü elan etdi. (Polis onu axtarırdı, amma tapa bilmirdi, neçə dəfə əlindən qaçırıb polis onu, amma tuta bilməyib, deyilənlərə və bəzi şahidlərə görə Mahmud Yıldırımın dövlətin əlində olduğu və üzünün dəyişdirildiyini deyilir) Ancaq qısa vaxt ərzində Yeşil, İHD başqanı Akın Birdalı öldürənlərin arxasında kı, adam olduğu ortaya çıxmışdır. Daha sonrakı məlumatlar İldırımın sağ olduğu şübhəsini yaratdı. Susurluq hesabatında da İldırıma 12 səyfəlik yer verildi. Əhmət Dəmir, Mehmet Qırmızı adlı saxta vəsiqələri işlədən, Cənub-Şərq də "Saqqallı" adıyla tanınan Solxanlı Mahmud İldırımın keçmişi bir dəfədə aşkara çıxarıldı.
Mahmud İsmayılov
Mahmud Əliabbas oğlu İsmayılov (1 sentyabr 1920, Nuxa – 16 avqust 2002, Bakı) — tarix elmləri doktoru (1962), AMEA-nın müxbir üzvü (1983). == Həyatı == Mahmud İsmayılov 1 sentyabr 1920-ci ildə Şəki şəhərində anadan olub. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilini Bakı Dövlət Universitetində alıb. O, 1941-ci ildə universitetin Tarix fakültəsini bitirib. == Əmək fəaliyyəti == Mahmud İsmayılov 1946-cı ildən AMEA-nın Tarix İnstitutunda işə başlayıb, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və Azərbaycanın yeni tarixi şöbəsinin müdiri vəzifələrində çalışıb. == Elmi fəaliyyəti == Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. Mahmud İsmayılovun elmi yaradıcılığının əsas istiqaməti XIX–XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun "Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda" (1957), "XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı" (1960), "XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm" (1964), "İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu" (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının dünya sivilizasiyasının getdiyi yolla həmahəng inkişaf etdiyi sübut olunur. Mahmud İsmayılov 3 cildlik "Azərbaycan tarixi"nin əsas müəlliflərindən biri, 7 cildlik "Azərbaycan tarixi"nin IV və V cildlərinin məsul redaktoru olub.
Mahmud Şirvani
Mahmud ibn İlyas Şirvani — Azərbaycan xalqının yetirdiyi ən nəhəng təbib-alimlərdən biri. == "Elmi təbabət kitabı" haqqında == XIII əsrdə yaşamış Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır. Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədi ilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır: "Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram". Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür.
Mahmud Şəbüstəri
Mahmud Şəbüstəri, Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri Təbrizi - Azərbaycan alimi, filosof, sufizmin ən görkəmli nəzəriyyəçilərindən olmuşdur. == Həyatı == Səəd əd-Din Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbustəri Təbrizi Təbriz yaxınlığındakı Şəbüstər adlanan yerdə 1287-ci ildə ilahiyyatçı ailəsində anadan olmuşdur. Ensiklopedik savada malik olan Mahmud Şəbüstəri ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə dərindən bələd olmuşdur. Şəbüstəri Misir, Hicaz, Suriya, İraq və başqa ölkələrə səyyahətlər edib, oradakı alimlərlə tanış olmuş və onlarla məktublaşmışdır. Məhəmmədəli Tərbiyətin yazdığına görə, şirvanlı səyyahlardan biri Şəbüstərinin Kirmanda da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq və nəvələri də qalmışdır. Şəbüstərinin nəslindən çıxanlar arasında elm və ədəbiyyat xadimləri də vardı. Onun oğlu şair olmuş və atasının məşhur "Gülşəni-raz" əsərinə şərh yazmışdır. Şəbustəri qədim yunan fəlsəfəsi, zərduştilik, butpərəstlik, xristianlıq, təbii ki, islam dini və onun muxtəlif mistik-fəlsəfi cərəyanları haqda da dərin bilik sahibi idi. O, 1320-ci ildə rəhmətə qovuşmuş və oz vətənində, Şəbustərdəki Gulşən qəbristanlığında müəllimi Bəha əd-Din Yaqub Təbrizinin yanında dəfn olunmuşdur.
Mahmud Əbilov
Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Quba qəzası – 30 yanvar 1972, Bakı) — hərbi xadim, general-mayor. == Həyatı == Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir. Bakı və Tiflis hərbi məktəblərini bitirmişdir (1921, 1930). Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir. M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. == Həyatı == Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. == Karyerası == Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
Mahmud Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Mahmud Dərviş
Mahmud Dərviş (13 mart 1941 — 9 avqust 2008, Hyuston, Texas) — fələstinli şair və yazıçı, ədəbiyyat üzrə bir sıra mükafatların laureatı, Fələstinin milli şairi. Mahmud Dərvişin poeziyasında Fələstin itirilmiş cənnətin, ölümün və zühurun, məcburi vətəndən qovulmanın əzab-əziyyətinin təcəssümü kimi canlanır.
Mahmud Esambayev
Mahmud Əlisultanoviç Esambayev (15 iyul 1924, Köhnə Atagi[d], Çeçen Muxtar Vilayəti[d] – 7 yanvar 2000, Moskva) — məşhur çeçen rəqqası, SSRİ-nin balet artisti, xoreoqraf, estrada rəqqası, SSRİ Xalq Artisti (1974). Sosialist Əməyi Qəhrəmanı (1984). == Həyatı == Mahmud Əlisoltanoviç Esambayev 1924-cü il iyul ayının 15-də Qroznı yaxınlığındakı Köhnə Atagi kəndində anadan olmuşdur. O, çeçen Sovet balet artisti, rəqqas, 1974-cü ildən SSRİ Xalq artistidir. 1939–1941-ci illərdə Qroznı Xoreoqrafiya Məktəbində oxumuş, 1944–1956-cı illərdə Qırğızıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1957-ci ildən estradada çıxış etmişdir. Esambayevin repertuarına dünya xalqlarının rəqsləri daxil idi. "Çoban" (çeçen-inquş, özbək), "Ovçu və qartal" (monqol), "Döyüşçü" (başqırd), "Qızıl allah" ("Bharat natyam" hind klassik rəqsi üslubunda), "Makumba" (Braziliya mərasim rəqsi), "Ave Mariya" rəqs novellası (F. Şubertin musiqisi əsasında), "Alov rəqsi" (M. de Falyanın musiqisi əsasında) Esambayevin məşhur rəqslərindəndir. Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin üslub və xarakterini dəqiq, qabarıq vermək məharəti onun ifacılığı üçün xarakterikdir. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırlar.
Mahmud Eyvazov
Mahmud Bağır oğlu Eyvazov (7 fevral 1808, Pirəsora, Lerik rayonu – 3 dekabr 1960, Pirəsora, Azərbaycan SSR, SSRİ) — Talış uzunömürlüsü. == Həyatı == Mahmud Eyvazov 7 fevral 1808-ci ildə indiki Lerik rayonunun Pirasora kəndində anadan olub. Mahmud Eyvazova 1956-cı ildə SSRİ poçt markası həsr olunmuşdur. Həmin il Mahmud babanın qızının 120 yaşı tamam olmuşdur. Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirasora kəndində vəfat edib. == Həmçinin bax == Onun 150 yaşı var (film, 1958) Səadət yolu ilə (film, 1956) Lerik Uzunömürlülər Muzeyi == İstinadlar == == Xarici keçidlər == "Почтовая серия, посвященная М. Эйвазову" (rus). edudic.ru. İstifadə tarixi: 2014-06-13. Агаддин БАБАЕВ. "ДОЛГОЖИТЕЛИ ТАЛЫША : МАХМУД ЭЙВАЗОВ" (rus). tolishpress.org.
Mahmud Hesabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. == Həyatı == Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Hessabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. == Həyatı == Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Heyrani
Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı. Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır. Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.
Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır. == Həyatı == Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi.
Mahmud Kaşğari
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) *Mahmud Kaşğari DİVANİ LUĞAT İT TÜRK əsərini yazmışıdır.* == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır. Kaşğarlı Mahmud bu qəbilənin övladıdır.
Mahmud Kərimov
Kərimov Mahmud Kərim oğlu (18 oktyabr 1948, İrəvan – 10 fevral 2013, İstanbul) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2001–2013). == Həyatı == Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası (01.04.10) üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Mahmud Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib. Akademik I Fəxri Xiyabanda torpağa tapşırılıb. Evli idi, oğlu və qızı var.
Mahmud Mayıllı
Mahmud Mayıllı (tam adı: Mahmud Əflatun oğlu Mayıllı; 12 iyul 2002; Yardımlı, Azərbaycan — 29 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahmud Mayıllı 2002-ci il 12 iyul tarixində Yardımlı rayonunun Avaş kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Mahmud Mayıllı Bakıda hərbi xidmətdə olmuş, oradan könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə yollanmışdır. 2020-ci ilin 12 oktyabr tarixində sonuncu dəfə ailəsi ilə əlaqə saxlamış, 29 noyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olduğu xəbəri gəlmiş və 30 noyabr tarixində doğulduğu kənddə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıllı Mahmud Əflatun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mehmed
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsada, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Əhməd Mahmud
Əhməd Mahmud (tam adı:Əhməd Məmməd oğlu Mahmudov; 17 may 1928, Naxçıvan) — şair,jurnalist == Həyatı == Əhməd Məmməd oğlu Mahmudov 17 may 1928-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. === Təhsili === Naxçıvan Müəllimlər İnstitutunun tarix-filologiya fakültəsində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1950–1967-ci illərdə Şərq qapısı qəzetində şöbə müdiri,1967–80-ci illərdə redaktor müavini işləmişdir.1980-ci ildən həmin qəzetdə şöbə müdiridir. == Kitabları == Yağış kəsir (1964), Qatar gedir (1974). == Təltif və mükafatları == Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1972-ci il) == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 122. ISBN 5-8066-1468-9.
III Mehmed
III. Mehmed (osman. محمد ثالث — Mehmed-i sālis) (26 may 1566, Manisa – 22 dekabr 1603, Konstantinopol) — 13. Osmanlı padşahı və 92. İslam xəlifəsidir. Taxta çıxdığı 1595-ci ildən ölümünə qədər sultanlığını davam etmişdir. == Həyatı == === Şahzadəlik illəri === Atası Sultan III. Murad, anası isə əsl adı Sofia Baffo olan venesiyalı Safiyə Sultandır. Böyük babası Sultan Süleyman son səfəri olan Zigetvar səfərinə yenicə çıxmış, bu əsnada nəvəsi Şahzadə Muradın bir övladının olduğu xəbəri gəldi. Adı Fateh Sultan Mehmedə nəzərən böyük babası Sultan Süleyman tərəfindən qoyuldu. Şahzadəliyi dövründə İbrahim Cəfər Əfəndi və Pir Mehmed Əzmi Əfəndi kimi dövrün tanınmış alimlərindən dərs almışdır. 29 may 1582-ci ildə Osmanlı tarixində o günədək görülməmiş böyüklükdə bir mərasimlə Cərrah Mehmed Paşa tərəfindən sünnət edildi və bu mərasim 55 gün boyunca davam etdi.
II Mehmed
II Mehmed və ya Fateh Sultan Mehmed (osman. السلطان الغازي محمد الثاني الفاتح Mehmed-i Sani; 30 mart 1432, Ədirnə – 3 may 1481, Gəbzə, Kocaeli ili) — 7-ci Osmanlı padşahı. II Mehmed, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına son verdi və bu hadisə bir çox tarixçi tərəfindən Orta Çağın sonu Yeni Çağın başlanğıcı olaraq qəbul edildi. Fəthdən sonra Fəthin Atası mənasını verən "Əbül-Fəth" (Osmanlı türkcəsi ilə ابو الفتح), daha sonrakı dövrlərdə isə "Çağ Açan Hökmdar" və "Kayser-i Rum" (Roma imperatoru, Osmanlı türkcəsi: قیصر روم) ünvanları ilə anıldı. Fateh, İslam Peyğəmbəri Məhəmmədin bir hədisinə nail olduğu üçün indiki vaxtda Türkiyə və İslam dünyasının geniş bir hissəsində "qəhrəman" olaraq qəbul edilməkdədir. == Həyatı == === Şahzadəliyi və ilk səltənəti === 30 mart 1432-ci ildə bazar günü şəfəq vaxtında Ədirnədə dünyaya gəlmişdir. II Muradın dördüncü oğludur. Anası Hüma Xatun, tarixçi Babinger və yazar Lord Kinross'a görə müsəlman olmayan bir kölədir. Mehmed iki yaşına qədər Ədirnədə qaldıqdan sonra 1434-cü ildə süd anası və böyük qardaşı Ələddin ilə birlikdə 14 yaşındakı böyük qardaşı Əhmədin Rum sancaqbəyi olduğu Amasyaya göndərildi. Burada böyük qardaşı Əhmədin erkən yaşda ölməsi üzərinə Mehmed altı yaşında Rum sancaqbəyi oldu.
IV Mehmed
IV. Mehmed və ya Ovçu Mehmed (2 yanvar 1642, Konstantinopol – 6 yanvar 1693, Ədirnə) — 19. Osmanlı padşahı və 98. İslam xəlifəsidir. Atasının taxtdan devrilməsi nəticəsində 1648-ci ildə 6 yaşında sultan elan edildi. Tez-tez ova çıxması ona ovçu ləqəbini qazandırmışdır. 39 illik səltənəti ilə I. Süleymandan sonra ən uzun müddətli hakimiyyəti ilə seçilir. Dönəmində bir çox memarlıq işləri görüldü. 60 ildir inşaatı bitməyən Yeni Məscid külliyəsi məhz bu dövrdə tamamlanmışdır. 1658–1680 müddətində Rumeli və Anadolu hisarları təmir edilmişdir. Misir bazarı, Hünkar qəsri, Körpülü külliyəsi, Safranbolu Körpülü Mehmed Paşa Məscidi, Vəzirkörpü Fazil Əhməd Paşa külliyəsi, İncəsu Mərzifonlu Qara Mustafa Paşa Məscidi və karvansarası məhz bu dövrdə inşa edilmişdir.
I Mehmed
I Mehmed ya da Çələbi Mehmed (Osmanlı türkcəsi: چلبی محمد - Mehmed-i evvel; 1386, Bursa – 26 may 1421, Ədirnə) — 5. Osmanlı padşahıdır. Atası Sultan I Bəyazid, anası isə Gərmiyanoğulları bəyliyindən Dövlət Xatundur. == Şahzadəliyi == Şahzadə Mehmed 1381-ci ildə dünyaya gəlmişdir. Atası İldırım Bəyazid, anası Dövlət Xatundur. Bəzi mənbələrdə anasının Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatun olduğu qeyd olunsa da, bu məlumat yanlışdır. Şahzadə Mehmed uşaqlığından etibarən böyük alimlərdən dərs alıb. Dünyəvi və dini elmlərə yiyələnmişdir. 1393-cü ildə təcrübə qazanmaq üçün atası İldırım Bəyazid tərəfindən Amasya sancaqbəyi olaraq təyin edildi. 1393-1402-ci illər arasında Amasya sancaqbəyi olaraq fəaliyyət göstərdiyi müddətdə dövlət idarəçiliyini öyrəndi.
Mahmud Məmməd-Quliyev
Mahmud Əhməd oğlu Məmmədquliyev (15 fevral 1949, Kirovabad) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat. == Həyatı == Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur. 1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur. 1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur. 1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. 2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. İngilis və rus dillərini bilir.
Əhməd Məsud
Əhməd Məsud (dəri احمد مسعود) — Tacik əsilli Əfqanıstan siyasətçisi, SSRİ qoşunları, sonra isə Talibanla uğurlu mübarizəsi ilə tanınan səhra komandiri Əhməd Şah Məsudun oğlu və varisi. == Həyatı == Əhməd Məsud 1989-cu ildə Əfqanıstanın şimal-şərqindəki Təxar vilayətinin Piyu şəhərində tacik ailəsində anadan olmuşdur. İranda orta məktəbi bitirdikdən sonra Məsud bir il Sandhurstdakı Kral Hərbi Akademiyasında hərbi kurslarda təhsil alıb.. O, 2012-2015-ci illərdə London Kral Kollecində Hərbi Araşdırmalar Bölməsində təhsilini davam etdirib. 2016-cı ildə London Şəhər Universitetində Beynəlxalq Siyasət üzrə magistr dərəcəsi alıb.. 2016-cı ildə Məsud Əfqanıstana qayıtmış və "Məsud Fondu"nun baş direktoru təyin edilmişdir. 2019-cu ilin mart ayından etibarən Məsud rəsmi olaraq siyasətlə məşğul olmağa başlamışdır.. Atasının Əfqanıstanda daxili hakimiyyət münasibətlərinin İsveçrə modeli ideyasını dəstəkləyərək, mərkəzsizləşdirilmiş hökumətin resurslarının və səlahiyyətlərin daha səmərəli bölgüsünə gətirib çıxaracağını və bununla da ölkəyə rifah və sabitliyin gətirəcəyini əminliklə bildirmişdir. 2021-ci ildə, Taliban tərəfindən hərbi uğurlar fonunda Məsud, Əfqanıstanın şimalında, Taliban əleyhinə olan etnik könüllülərin koalisiyası olan Pəncşir Müqavimətini qurdu. Kabilin süqutundan sonra, Birinci vitse-prezident Əmrulla Salehlə müttəfiq olaraq Taliban rejiminə müqavimət göstərmək qərarı verdi.
Mahmud Əhməd Həmdi Fələki
Mahmud Əhməd Həmdi Fələki (ərəb. محمود حمدي الفلكي‎; 1815 – 1885) — Misir ərəbi əsilli Osmanlı mühəndisi, riyaziyyatçısı və alimi. O, Qərbiyə mühafəzəsinin Hissə kəndində anadan olmuşdur. Fələki 1881-ci ildə İtaliyanın Venesiya şəhərində keçirilən Üçüncü Beynəlxalq Coğrafiya Konqresi və Sərgisində Misirin nümayəndəsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Crozet, Pascal. 'La trajectoire d’un scientifique égyptien au xixe siècle: Mahmûd al-Falakî (1815-1885)' In: Entre réforme sociale et mouvement national: Identité et modernisation en Égypte (1882-1962) [online]. Le Caire: CEDEJ - Égypte/Soudan, 1995 (generated 29 juin 2020). Available on the Internet. ISBN 9782905838704. DOI: https://doi.org/10.4000/books.cedej.1420.
Əhməd Şah Məsud
Əhməd Şah Məsud (dəri احمد شاه مسعود, tac. Аҳмадшоҳи Масъуд, translit. Ahmadşohi Masud; 2 sentyabr 1953, Bazarək[d] – 9 sentyabr 2001) — 1953–2001 illər arasında Əfqanıstan siyasətçisi və hərbi komandiri. 1979–1989-cu illər arasında Sovet işğalına qarşı müqavimət göstərərkən güclü partizan komandiri idi. 1990-cı illərdə hökumətin hərbi qanadını rəqib milislərə qarşı idarə etdi və Taliban ələ keçirildikdən sonra onların rejiminə qarşı aparıcı müxalif komandir idi, 2001-ci ildə sui-qəsdinə qədər mübarizə apardı. Məsud Əfqanıstanın şimalındakı Pəncşir vadisində tacik əsilli sünni idi. 1970-ci illərdə Kabil Politexnik Universitetində mühəndislik ixtisası üzrə təhsil almağa başlamış, burada qabaqcıl islamçı Bürhanəddin Rəbbani ətrafındakı dini anti-kommunist hərəkatlarla əlaqəli olmuşdur. Məhəmməd Davud Xan hökumətinə qarşı uğursuz qiyamın bir hissəsi idi. Daha sonra Rəbbani'nin Cəmiyyət-i İslami partiyasına qoşuldu. Sovet-Əfqanıstan müharibəsi illərində güclü bir mücahid lider rolu Sovetlər Pəncşir Vadisini ələ keçirməyə müvəffəq olduğu üçün ardıcılları arasında "Pəncşirin aslanı" ləqəbini qazandı.
Məsud Əhməd oğlu Mahmudov
Məsud Əhməd oğlu Mahmudov (3 may 1951, Lənkəran) — türkoloq, ümumi dilçi, filologiya elmləri doktoru, professor. == Həyatı == Məsud Mahmudov 1951-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladı kəndində, müəllim ailəsində anadan olub. Bakı Maliyyə-Kredit texnikumunun “Tezişləyən riyaziyyat maşınlarının proqramlaşdırılması” fakültəsini bitirib. Macarıstanda hərbi xidmətdə olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1976). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yanında ikillik ingilis dili kursunu əla qiymətlərlə bitirib (1978). Leninqrad Dövlət Pedaqoji İnstitutunda professor R.Q.Piotrovskinin rəhbərlik etdiyi “Инженерная лингвистика» labaratoriyasında elmi təcrübə keçib. Eyni zamanda Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti “Математическая лингвистика» kafedrasının aspirantı olub, “Struktur, tətbiqi və riyazi dilçilik”, “Türk dilləri” ixtisasları üzrə namizədlik, “Türk dilləri” və “Dil nəzəriyyəsi” ixtisasları üzrə doktorluq dissertasiyaları müdafiə edib. “Türk dilləri” ixtisası üzrə baş elmi işçi diplomu alıb (1991). “Dil nəzəriyyəsi” ixtisası üzrə professor elmi adı alıb (2005).