Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namiq Cırıyev
Namiq Cırıyev (4 noyabr 1980, İsmayıllı) — ilahiyyatçı, ərəbşünas == Həyatı == Namiq Zeynəddin oğlu Cırıyev 4 noyabr 1980-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olub. 1987-98-ci illərdə İsmayıllı rayonu Taryel Xanadanov adına orta məktəbdə oxuyub. 1998-99-cu illərdə Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Universitetində İlahiyyat fakültəsində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsilini davam etdirib. 2003-cü ildə M.Füzuli adına Əlyazmalar İnstitutunun aspiranturasına qəbul olunub, elə həmin il institutda əmək fəaliyyətinə başlayıb. 2005-2007-ci illərdə müxtəlif mətbu orqanlarında çalışıb, 2008-ci ildən isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışır. 100-ə yaxın elmi, publisist və tədqiqat əsərlərinin müəllifidir.
Namiq Cəlilov
Cəlilov Namiq Sərdar oğlu (18 fevral 1959, Şahbuz rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007) AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru == Həyatı == Namiq Cəlilov 1955-ci il fevralın 18-də Naxcıvan Muxtar Respublikasında anadan olmuşdur. N. S. Cəlilov əyani aspiranturanı İZMİRAN -da (Moskva vilayəti) müvəffəqiyyətlə başa vurmuş və elə orada da namizədlik dissertasiyasını astrofizika ixtisası üzrə müdafiə etmişdir (1983). 1986–2005-ci illər ərzində o İZMİRAN -da aparıcı elmi işçi vəzifəsinə qədər yüksələrək bu İnstitutda həyata keçirilmiş iki kosmik proqramın (KORONAS-İ və KORONOS-F) nəzəri proqramlarının hazırlanmasında fəal iştirak etmişdir. 2004-cü ildə İZMİRAN-da "Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini qazanmışdır. 1983–2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir. Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir. İlk dəfə N. Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür. 107 elmi məqalənin müəllifidir.
Namiq Dadaşov
Namiq Dadaşov Əbdül Xalıq oğlu (27 noyabr 1945, SSRİ və ya Azərbaycan – 7 oktyabr 2021) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı, ali təhsilli heykəltaraş == Həyatı == Namiq Dadaşov 27 noyabr 1945-ci il tarixində anadan olub. Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının müəllimi kimi çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Rəssam yaradıcılığının müxtəlif dövürlərində qızıl, gümüş medallarla, o cümlədən diplomlarla təltif edilib. Rəssam bir çox Beynəlxalq sərgilərin, həmçinin fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib. 7 oktyabr 2021-ci il tariixndə vəfat edib. Ailə idi, iki uşağı var. == Yaradıcılığı == 1983 Qasım bəy Zakirin qəbirüstü abidəsi — Şuşa şəh. 1984 Ü. Hacıbəyov və Bül-Bül abidə büstü — Şuşa şəh.
Namiq Hacıheydərli
Namiq Hacıheydərli (8 sentyabr 1975, Salyan rayonu – 27 aprel 2024) — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015). == Həyatı == Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib. 2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib. == Yaradıcılığı == 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
Namiq Hacıyev
== Siyahı ==
Namiq Hüseynov
Hüseynov Namiq Tahir oğlu — Azərbaycan jurnalisti. == Həyatı == 30 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Özəl Türk Liseyini, 2004-cü ildə isə Bakı Dövlət Universitetini "iqtisadi kibernetika" ixtisası üzrə bitirib. 2006-cı ildən ANS şirkətlər qrupuna daxil olan ANS TV-nin xəbərlər xidmətində çalışıb. ANS-də işlədiyi müddət ərzində "Salam Azərbaycan", "Xəbərçi", "İç xəbər" və "Düzbucaq" proqramlarının həm müxbiri, həm aparıcısı, həm də redaktoru olub. Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı "60 yaşında cavan", Azərbaycanda televiziyanın yaranma tarixi ilə bağlı "Dövlət güzgüsü", milli mətbuatın yaranma tarixi ilə bağlı "Əkilənlər və biçilənlər" adlı sənədli filmləri çəkib. Səhhətində yaranmış problemlərlə əlaqədar 31 mart 2012-ci il tarixində telekanalı tərk edib. Bir müddət Azərbaycanda pulsuz paylanan qəzet olmuş New Baku Post (qəzet) inin iqtisadiyyat üzrə müxbiri, Fins.az - maliyyə xəbər portalının redaktoru olub. Hal-hazırda "Report" İnformasiya Agentliyi nin iqtisadiyyat şöbəsinin redaktorudur. Ailəlidir, bir qızı, bir oğlu var.
Namiq Həsənov
Namiq Həsənov (siyasətçi) — Naxçıvan MR Ali Məclisinin sabiq sədri. Namiq Həsənov (futbolçu) — Azərbaycanlı futbolçu. Namiq Həsənov (əsgər, 1991) — Vətən müharibəsi şəhidi.
Namiq Kamal
Namik Kamal (türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios) — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən biri. "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namik Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir.
Namiq Musalı
Namiq Məmmədov
Namiq Məmmədov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam
Namiq
Namiq — Azərbaycanlı adı.
Namiq Abaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Abbaslı
Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu. 2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).
Namiq Abbasov
Namiq Abbasov (siyasətçi) — general Namiq Abbasov (əsgər) — əsgər, I Qarabağ müharibəsinin şəhidi.
Namiq Abdullayev
Namiq Yadulla oğlu Abdullayev (4 yanvar 1971, Bakı) — 1990-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən sərbəst güləşçi. Namiq Abdullayev Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısıdır. 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olan Namiq Abdullayev dörd il sonra, 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının isə qalibi olub. == Həyatı == == Karyerası == === 1990—1992-ci illər: SSRİ Çempionatları === Namiq Abdullayev 1990-cı ilin iyununda Buryatiyanın Ulan-Ude şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu. Bir il sonra isə Namiq Abdullayev Zaporojya şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və bu səfər də turnirin bürünc medalına sahib oldu. Həmin illərdə SSRİ yığmasının "bir nömrəli üzvü" 1988-ci il Seul Olimpiadasının bürünc medalçısı Sergey Karamçakov idi. Buna görə də 20 yaşlı Namiq Abdullayev hələ Avropa və Dünya Çempionatlarında mübarizə apara bilmirdi. 90-cı illərin əvvəllərində Sovet İttifaqında baş verən siyasi proseslər nəticəsində SSRİ dağıldı. Namiq Abdullayev isə Azərbaycan bayrağı altında turnirlərdə mübarizə aparmağa başladı. Amma Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin üzvü olmadığına görə sovet idmançıları 1992-ci il Barselona Olimpiadasında Birləşmiş Komandanın (bəzi hallarda MDB) heyətində mübarizə apardı.
Namiq Allahverdiyev
Namiq Allahverdiyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Namiq Allahverdiyev (şəhid) — Qarabağ müharibəsi şəhidi.
Namiq Aslanov
Namiq Axundov
Axundov Namiq Atalla oğlu (7 aprel 1940, Lənkəran) — professor, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1990–1995). == Həyatı == Axundov Namik Atalla oğlu 1940-cı ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1962-ci ildən Azərbaycan Gənclər Təşkilatında işləyib. 1964-cü ildə Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri seçilib. 1969-cu ildən Nazirlər Soveti Aparatında çalışıb. 1982-ci ildə Azərbaycan KP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini, 1985-ci ildən isə sədri təyin olunub. Namiq Axundov 1985-ci ildə 385 nömrəli Səfərəliyev seçki dairəsindən XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilir. 1990–1995-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş, xarici işlər üzrə komitə sədri vəzifəsində çalışmışdır. 1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olur, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirir.
Namiq Ağayev
Namiq Firudin oğlu Ağayev (d. 20 iyun 1962) — Azərbaycan rejissoru. == Həyatı == Namiq Ağayev 20 iyun 1962-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == 1979-1987-ci ildərdə Akademik Milli Dram Teatırında asistent və rejissor vəzifəsində çalışıb. 1987-1993-cü illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləmişdir. 1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatırlarında tamaşalara quruluş vermişdir. 2002-2007-ci illərdə Space TV -nın "Yaradıcılıq Emalatxanası Birliyi"nin bədii rəhbəri vəzifəsində çalışmışdır. 2007-ci ildən bu günə qədər Azərbaycan Televiziyasının rejissor vəzifəsində çalışır.
Namiq Məna
Namiq Həsən oğlu Əliyev (1 noyabr 1971, Sumqayıt) təxəllüsü Namiq Məna — Azərbaycan meyxanaçısı, bədihəçi şairi. AYB Qubadlı Regional Bölmənin sədri, Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı. Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı == Namiq Həsən oğlu Əliyev 1 noyabr 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır. 28 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. 10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. Qoyma ay qardaş vətən əldən gedir, Xəzan gəlibdir, Çəmən əldən gedir.
Namiq Nəbiyev
Namiq Nəsrullayev
Namiq Nəsrulla oğlu Nəsrullayev (2 fevral 1945, Bakı – 17 yanvar 2023, Bakı) — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri (2001–2007). Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur. == Həyatı == 2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuş, 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Ailəlidir, 2 övladı var. === Elmi fəaliyyəti === 1968-ci ildən Moskvada akademik Boris Nikolayeviç Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir. 1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru işləmişdir. 1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır. 15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir. === Siyasi fəaliyyəti === 1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir.
Namiq Qarayev
Namiq Qarakişi oğlu Qarayev (21 aprel 1979, Qazıqumlaq, Ucar rayonu – 21 dekabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qarayev Namiq Qarakişi oğlu 21.04.1979-cu il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində anadan olub. === Təhsili === 1985–1996-cı illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbində təhsil alıb. == Hərbi xidməti == 01.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olub.
Namiq Qaraçuxurlu
Namiq Qaraçuxurlu (8 noyabr 1978, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni. == Həyatı == Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir. 1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur.[mənbə göstərin] Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb. 2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir. Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur. Sözləri Namiq Qaraçuxurluya aid olan "Yine Tek" mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa etmişdir.
Namiq Bağırov
Namiq Nurəddin oğlu Bağırov (30 avqust 1984; Masallı rayonu, Azərbaycan SSR — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1990-2001-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Namiq Bağırov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Bağırov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Çaxırlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəfər Namiq Kamal
Cəfər Namiq Kamal (16 avqust 1950) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2013). == Həyatı == Əhmədov Cəfər Namiq Kamal oğlu (17.08.1950) 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb. Rəcəb ("Şirinbala bal yığır" S. Qədirzadə), Elçi ("Bir parça Vətən" F. Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ. Coşqun), Aparıcı ("Şəhidlər" B. Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C. Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R. Əfəndiyev) və s. C. Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb: Eynşteyn ("Ah, Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N. Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ. Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M. F. Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə. Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X. Qoca), Şeyx Əhməd ("Ölülər" C. Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ. Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu), Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı). Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb. Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Cəfər Namiq Kamaloğlu
Cəfər Namiq Kamal (16 avqust 1950) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2013). == Həyatı == Əhmədov Cəfər Namiq Kamal oğlu (17.08.1950) 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov aşağıdakı rolları oynayıb. Rəcəb ("Şirinbala bal yığır" S. Qədirzadə), Elçi ("Bir parça Vətən" F. Sadıq), Qasid ("Rüstəm və Zöhrab" İ. Coşqun), Aparıcı ("Şəhidlər" B. Vahabzadə), Uçitel Həsənov ("Danabaş kəndinin məktəbi" C. Məmmədquluzadə), Qaçay bəy ("Qonşu qonşu olsa, kor qız ərə gedər" R. Əfəndiyev) və s. C. Əhmədov 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və teatrın səhnəsində bu rolları oynayıb: Eynşteyn ("Ah, Paris…Paris!.." Elçin), 2-ci Tiqran ("Pompeyin Qafqaza yürüşü" N. Həsənzadə), Ədhəm Tağıyev ("Dəlilər və ağıllılar" İ. Əfəndiyev), Ədəbi işçi ("Mənim sevimli dəlim" Elçin), Dost ("Mənim ərim dəlidir" Elçin), Vəzir Mirzə Həbib ("Lənkəran xanının vəziri" M. F. Axundov), Xəlil ("Poçt şöbəsində xəyal" Elçin), Kamran Qızılsəs ("Köhnə ev" Ə. Əmirli), Qulaməli ("Bu dünyanın adamları" Hidayət), Gülməyən Adam ("Hərənin öz payı" X. Qoca), Şeyx Əhməd ("Ölülər" C. Məmmədquluzadə), Şahzadə ("Xurşidbanu Nətavan" İ. Əfəndiyev), general ("Generalın son əmri", Vaqif Səmədoğlu), Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı). Aktyor eləcə də "Qız atası" (Yarik), "Anamın kitabı" (Rüstəm), "Duel" (Əziz), "Yurd yeri" (Sədrəddin) teletamaşalarında oynayıb. Cəfər Əhmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır. 2013-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Hüseyn Namiq Orkun
Hüseyn Namiq Orkun (d. 15 avqust 1902, İstanbul, Osmanlı imperiyası – 23 mart, 1956, Ankara, Türkiyə Respublikası) – türk tarixçi, dilçi. Türklük, türkçülük və türk dünyası haqqında əsərlər yazmışdır. == Həyatı == 1902-ci ildə İstanbulda dünyaya gəlmişdir. Orta təhsilini Nişantaşı Sultanisində tamamlamışdır. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin tarix bölməsini bitirdikdən sonra Budapeşt Universitetinin fəlsəfə fakültəsində türkologiya təhsili almışdır. Gyula Nemethin tələbəsi olmuşdur. Türk soyunun 20-ci əsrdə yaşamaqda olan qolları haqqındakı “Türk dünyası” adlı əsərini Budapeştdə yazmışdır. Əsər 1932-ci ildə Türkiyədə nəşr edilmişdir. 1930-cı ildə təhsilini tamamlamış və Qazi Təhsil İnistitutunda tarix müəllimliyinə təyin edilmişdir.
Namiq Cavadov (aktyor)
Cavadov Namiq Arif oğlu - aktyor. == Həyatı == Cavadov Namiq Arif oğlu 1983 il may ayının 28-də anadan olub. Oğuz rayonu Mollalı kənd orta məktəbini bitirdikdən sonra 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsinə daxil olub. Hal-hazırda Bakı Bələdiyyə Teatrında aktyor kimi fəaliyyət gostərir. == Filmoqrafiya == Səhərə inan... (film, 2011) Bir zamanlar Şəkidə (film, 2017) (ing.
Namiq Cavadov (leytenant)
Namiq Rəhbər oğlu Cavadov (7 noyabr 1973; Xocalı, Azərbaycan SSR — 25 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Cavadov 1973-cü il noyabrın 7-də Xocalı şəhərində anadan olub. İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri olan Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7 də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Şəhidimiz leytenant Namiq Cavadov 1980 ci ildə Tofiq Hüseynov adına Xocalı şəhər 2 saylı tam orta məktəbin 1 ci sinifinə qəbul olmuşdur.Oxuduğu illər ərzində vətənpərvərliyi ilə seçilən Namiq, elə həmin vaxtdan öz millətinə, dövlətinə bağlılığı ilə seçilirmiş. Nümunəvi şagird kimi müəllimləri tərəfindən hər zaman sevilən, dürüstlüyü və dostluğu ilə sinif yoldaşlarının özünə ən yaxın bildiyi biri olmuşdur.Vətənə, torpağa uşağlıqdan bağlı olan Namiq 16 yaşında, Qarabağda döyüşlər gedən ərəfədə əsgərliyə heç kimin xəbəri olmadan könüllü getmişdir. 1993-cü ildə BDU-nin coğrafiya fakültəsinə daxil olmuşdur. 1997 ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil almışdır. Bu bağlılığı hər zaman dilinə gətirən , Qarabağ həsrəti ilə ürəyi döyünən şəhidimizin ən böyük arzusu bu torpaqları bir daha görmək idi.Hər zaman deyirdi ki, torpaqlarımızı geri qaytarmalıyıq. Ərazilərimiz düşməndən təmizlənməlidir. Getdiyi bütün yerlərdə özünə dost tapmağı bacarırdı Namiq, deyən-gülən, şən biri kimi xatırlayır dostları onu.
Namiq Həsən oğlu Xəlilli
Namiq Həsən oğlu Xəlilli (25 fevral 1994; Ordubad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Xəlilli 1994-cü il fevralın 25-də Ordubad rayonunun Azadkənd kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Namiq Xəlilli 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Namiq Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Xəlilli oktyabrın 23-də Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Xəlilli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namiq Həsənov (futbolçu)
Namiq Həsənov (20 oktyabr 1979-cu ildə Azərbaycanda anadan olub) — Azərbaycan milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur.
Namiq Həsənov (siyasətçi)
Namiq Həsən oğlu Həsənov (17 iyul 1944, Naxçıvan rayonu – 8 sentyabr 2020) — Naxçıvan MR Ali Məclisinin sabiq sədri. == Həyatı == 17 iyul 1944-cü ildə Naxçıvan Muxtar Respublikasındakı Babək rayonunun Cəhri kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakultəsini, 1981-ci illərdə Bakı Ali Partiya məktəbini bitirmişdir. 2020-ci ilin 8 sentyabr tarixində vəfat edib. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1961–62-ci illərdə Bakı şəhərindəki "Bakı fəhləsi" adına zavodda tornaçı kimi başlamışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində əyani təhsilini başa vurduqdan sonra 1966–69-cu illərdə Cəhri kənd orta məktəbində, sonra ısə Naxçıvan şəhər 1 nömrəli orta məktəbində, 4 nömrəli gecə məktəbində və Naxçıvan sovxoz texnikumunda fizika müəllimi olmuşdur. 1969–73-cü illərdə Naxçıvan şəhər komsomol komitəsində məktəbli gənclər şöbəsinin müdiri, Vilayət Komsomol Komitəsində mühazirəçilər qrupunun rəhbəri, təşkilat və komsomol işi şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1973–79-cu illərdə Naxçıvan şəhər Komsomol Komitəsinin birinci katibi olmuşdur. Sonrakı illərdə Naxçıvan Vilayət Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin təlimatçısı (1977–79) və şöbə müdirinin müavini (1981–83) işləmişdir. 1979–81-ci illərdə Bakı Ali Partiya məktəbində siyasi təhsil almışdır.
Namiq Həsənov (əsgər, 1977)
Namiq Arif Oğlu Həsənov — Azərbaycanlı şəhid. == Həyatı == Həsənov Namiq Arif oğlu 11 avqust 1977-ci ildə Gəncə şəhərində anadan olmuşdur.O, Gəncə şəhəri 4 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra peşə məktəbində elektrik-quraşdırıcı peşəsinə yiyələnmişdir 2001-ci ildə Namiq Həsənov Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi xidmətə çağırılmış, 05 aprel 2002-ci il tarixdə Fizuli rayonu uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur.
Namiq Həsənov (əsgər, 1991)
Namiq Rasim oğlu Həsənov (10 may 1991; Göytəpə, Cəlilabad, Azərbaycan — 30 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Həsənov 10 may 1991-ci ildə Cəlilabadda anadan olub.. Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbi 2008-ci ildə bitirmişdi. O, 2008-ci ilin iyul ayında əsgəri borcunu vermək üçün hərbi xidmətə yollanmışdır və 2010-cu ildə xidməti başa vurub evə qayıtmışdır. 2011-ci ildə yenidən müddətdən artıq xidmət etmək üçün Milli Ordumuzun N saylı hərbi hissəsində tank sürücü-mexaniki kimi işləməyə başlamışdır. == Hərbi xidmətləri == Namiq Həsənov Aprel döyüşləri'ndə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Namiq Həsənov Fizuli döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətdində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur. 9 dekabr 2020-ci ildə Göytəpədə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Namiq Kamal zindanı
Namiq Kamal zindanı (türk. Namık Kemal Zindanı) — Kiprin Famaqusta şəhərində 1873–1876-cı illərdə Türkiyə yazıçısı Namiq Kamalın iqamətgahı olması ilə tanınan tarixi bina. Binanın yeri əvvəlcə Venesiya sarayının bir hissəsi idi, lakin bina indiki formada Osmanlı dövründə tikilmişdir. Bina iki mərtəbəlidir, aşağı mərtəbəsi Osmanlıdan əvvəlki memarlıq nümunəsi, yuxarı mərtəbəsi isə Osmanlı üslubundadır. Arxeoloq Tuncər Bağışqan Osmanlıdan əvvəlki üslubu Luzinyanlar dövrünə aid olduğunu müəyyən etmişdir. Bina "L" formasında olub, aşağı mərtəbəsi yonma daşdan, yuxarı mərtəbəsi isə Bağdadi texnikası ilə tikilmişdir.
Namiq Mailov (baş leytenant)
Namiq Abış oğlu Mailov (29 aprel 1983; Biləsuvar rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tank bölüyünün komandiri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Mailov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Ailəli idi, iki oğlan övladı var. == Hərbi xidməti == 2011-ci ildə könüllü olaraq Füzuli rayonuna tank taboruna göndərilib. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. 27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi.
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). == Həyatı == Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. == Təhsili == Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
Namiq Məmmədov (rəssam)
Namiq Zahid oğlu Məmmədov (23 dekabr 1957, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam, dosent, “Humay” mükafatı laureatı. == Həyatı == Namiq Zahid oğlu Məmmədov 1957-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. 1988-ci ildə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq şöbəsini bitirib. == Yaradıcılıq fəaliyyəti == 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2001-2006, 2010-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Rəngkarlıq” kafedrasının müdiri vəzifəsində işləmişdir, dosentdir. Hələ yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcılığı boyu öz ideyalarına sadiq qalmışdır. == Mükafatları == 2003-cü ildə silsilə rəngkarlıq əsərlərinə görə “Humay” mükafatı laureatı olmuşdur. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. == Sərgilərdə iştirak == N.Z.Məmmədov 1983-cü ildən keçirilən regional və beynəlxalq sərgilərin iştirakçısıdır.
Tahir Məmmədov (Namiq oğlu)
Tahir Namiq oğlu Məmmədov (rus. Таир Намикович Мамедов d. 2 oktyabr 1981, Bakı) — Azərbaycan əsilli şoumen, aparıcı və aktyor. == Həyatı == Tahir Məmmədov 2 oktyabr 1981-ci il tarixində Bakı şəhərində anadan olub. Atası Namiq Məmmədov azərbaycanlı, anası Nina Mixaylovna isə erməni milliyətlidir. 1998-ci ildə Tahir Məmmədov Səbail rayonu 6 saylı orta məktəbi bitirib. Daha sonradan tibbi texnikuma daxil olub. Bundan sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçür və ROSNOU-da "Psixoloqiya" fakültəsində təhsil alır. Universitetdə oxuduğu zamanda Tahir Məmmədov KVN oyunlarəna qoşulur və "RosNou" komandasının heyətində çıxış edir. Daha sonradan Tahirin valideynləri boşanır, Tahir isə Rusiya vətəndaşlığı qazanır və Moskvada qalır.
Namiq Quliyev Natiq Oğlu
Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001, Sumqayıt – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub.