Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu (Astara)
Dolu — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var. == Etimologiyası == Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dolu (dəqiqləşdirmə)
Dolu — atmosfer yağıntısı. Dolu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. Dolu bələdiyyəsi — Azərbaycanın Astara rayonunda bələdiyyə. Dolu (film, 2012) —Aqil Abbasın eyniadlı romanının motivləri əsasında Qarabağ müharibəsi mövzusunda çəkilmiş film.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dolu (film, 2012)
Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. == Məzmun == Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. == Film haqqında == Film aktyor Mayak Kərimovun kinoda son işidir. Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir. Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib. Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Amontiladon dolu çəllək (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Paranormal hadisələrlə dolu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === == Xarici keçidlər == "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Dolu Kadehi Ters Tut
Dolu Kadehi Ters Tut (hərf. Dolu qədəhi tərs tut) — 2014-cü ildə vokalist Uğurhan Özay və gitaraçı Mürsel Oğulcan Ava tərəfindən qurulan və bu 2 nəfərdən ibarət pop-rok və alternativ rok qrupu. == Tarixçəsi == == Diskoqrafiya == Qrupun işlərinə hazırda 5 studya albomu, 5 mini-albom, 25 sinql, 16 videoklip daxildir.
Günəşlə dolu dünya (film, 1973)
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Yenigeçitveren (Bolu) Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Narıncı sinəli qızılquş
Narıncı sinəli qızılquş (lat. Falco deiroleucus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
Appi yolu
Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yol (uz.təqr. 580 km, eni 4–4,5 m). E.ə. 312-ci ildə senzor Appi Klavdinin (adı da buradandır) dövründə salınmağa başlanmışdır. Appi yolu əvvəl Romadan Kapuya şəhərinədək (350 km), e.ə. 244-cü ildə isə Brundizi (indiki Brindizi) limanınadək uzanırdı. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appi yolunu «yolların kraliçası» adlandırıdılar. Appi yolunun ən qədim sahəsində Roma patrisilərinin iqamətgahları, yol boyunca isə qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olmuşdur. Müqəddəs Pyotr ilə İsa Məsihin görüşdüyü yerdə “Domine Quo Vadis?” (“Hara gedirsən?”) erkən xristian bazilikası inşa edilmişdir.
Avtomobil yolu
Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir. == Tarixi == SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı. == İnşaatı == Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir.
Baltik yolu
Baltik yolu (est. Balti kett, yəni Baltik zənciri; latış. Baltijas ceļš‎, lit. Baltijos kelias) — SSRİ-nin baltikyanı ölkələrində 23 avqust 1989-cu ildə keçirilən dinc aksiya. Litva, Latviya və Estoniya sakinləri Tallin, Riqa və Vilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya, Finlandiya, Polşa və Bessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi. "Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.
Bolu ili
Bolu — Türkiyənin Qara dəniz regionunun Qərbi Qara Dəniz hissəsində yerləşən il. İl əhalisi 303.184 nəfərdir. Bu əhalinin 73,4% -i şəhərlərdə yaşayır. İlin sahəsi 8.313 m²-dir. Hər km² başına 36 nəfər düşür. (Bu rəqəm mərkəzi ilçədə 121-dir.) İl ərzində əhalinin illik artım tempi 3.02% təşkil etmişdir. Şəhərin dənizdən hündürlüyü 741 metrdir. 2016-cı ildə TÜİK məlumatlarına görə, bu bələdiyyələrdə 9 ilçə, 12 bələdiyyə, 93 məhəllə və 487 kənd var. == Tarixçə == Bebriklərin Bolu bölgəsində ilk məskunlaşdıqları güman edilir. Eramızdan əvvəl 8-ci əsrdən sonra qərbdən gələn Bitinlilər, Bebrikiyanın adı ilə tanınan bu bölgədə məskunlaşdılar.
Doku Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dolf Lundqren
Dolf Lundqren (isv. Dolph Lundgren, 3 noyabr 1957, Stokholm) — əslən isveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren karatenin kyokuşinkay növü üzrə üçüncü dərəcəli qara kəmər mükafatçısıdır. == Həyatı == === Uşaqlıq illəri və idman karyerası === Dolf Lundqren 1957-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. Atası Karl ekonomist, anası isə məktəbdə xarici dili müəlliməsi idi. Atası Lundqreni uşaqlıqda həmişə bəxtigətirməyən adlandırırdı. Lakin buna baxmayaraq Lundqren atasını yenə də çox istəyirdi: "Nə olursa olsun mən atamı əvvəlki kimi çox istəyirəm. Mən onun lənətləri ilə bu gün də fərəhlənirəm. Böyüyən zaman mən onunla çox şeylərdə üzləşirdim: Mən çox inadkarıydım, o isə buna tab gətirə bilmirdi" Məhz atasının onu belə adlandırması Lundqreni idmanla məşğul etməyə vadar etdi. Lundqren xəstə bədənini göstərməyə qorxurdu və allergiyası var idi.
Dolj (judets)
Dolj judetsi (rum. Judeţul Dolj) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 7414 km². Şərqdə — Olt, qərbdə — Mexedintsi , şimalda — Qorj və Vılça judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 712 187 nəfər təşkil edirdi, sıxlığı — 96,05 чел./км². == İnzibati bölgüsü == Judetsə 3 bələdiyyə, 4 şəhər və 104 kommuna daxildir.
Dolun Xan
Dolun Xan - türk və altay mifologiyasında məhsuldarlıq ilahı. Tolun Xan da deyilir. Heyvanların və əkinlərin məhsuldar olmalarını, çoğalmalarını təmin edər. Yer üzünə bərəkət verər. "Dolunay" (bütöv ay) ilə əlaqəli olma ehtimalı yüksəkdir. Çünki bütöv ay bərəkətin, tamlığın və gözəlliyin simvoludur. Nağıllarda, türkülərdə gözəl qızlar həmişə dolunaya bənzədilir. == Etimologiya == (Dol/Tol) kökündən törəmişdir. Doluluq, bolluq mənasını verər. Dolunay da ayın ən görkəmli halıdır və doluluq və çoxluq, bütünlük ifadə edər.
Fərqlənmə yolu
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Gender rolu
Gender rolu, insanların həqiqi və ya qəbul edilən cinsiyyətinə və ya cinsiyyətinə görə ümumiyyətlə qəbul edilmiş, uyğun və ya arzu olunan davranış növlərini zorla qəbul edən sosial normalar toplusudur. Gender rolları ümumiyyətlə dişilik və maskulanlıq anlayışları ətrafında formalaşsa da, istisnalar və dəyişikliklər də vardır. Cinslə əlaqəli gözləntilər mədəniyyətlər arasında çox fərqlənə bildiyi kimi onun bəzi xüsusiyyətləri də bir çox mədəniyyət üçün ümumidir. Bu gün gender rollarının və növlərinin bioloji cəhətdən müəyyən olub-olmaması və ya sosial quruluşun nəticəsi olub-olmaması barədə davam edən mübahisə mövcuddur. Müxtəlif qruplar, xüsusən də feminist hərəkat, repressiv və qüsurlu olduqlarına inandıqları dominant gender rollarını dəyişdirmək üçün səy göstərmişdirlər. Gender rolu termini ilk dəfə 1955-ci ildə John Money tərəfindən açıq şəkildə bioloji cinsiyyət təyin olunmadığı zaman interseks fərdlərinin araşdırılmasında kişi və ya qadın statuslarını necə göstərdiklərini izah etmək üçün istifadə edilmişdir.
Göy yolu
Göy yolu — türk və altay xalq mədəniyyətində və mifologiyasında Süd Yolu. Gökyolu, Kökzol və ya Gökcol da deyilir. Səmada bir yol kimi görünən qalaktika. Günəş sistemi bu qalaktika içərisindədir. Nağıl qəhrəmanlarının yenə bu yoldan keçdikləri izah edilər. Eyni mənalı olaraq "Ordu yolu" təbiri də istifadə edilir. Bəzən Quş yolu olaraq da ifadə edilər. Ancaq bu təbir çox məşhur deyildir. == Ordu yolu == Ordu yolu; türk, altay, macar və monqol mifologiyasında və xalq mədəniyyətində Süd yolu deməkdir. Urdazol və ya Ordacol olaraq da deyilər.
Göynük (Bolu)
Göynük (türk. Göynük) — Bolu ilinin ilçəsi.
Jeremi Doku
Jeremi Doku (27 may 2002, Antverpen, Flamand regionu[d]) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda hücumçu kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Doku öz futbolçu karyerasına Antverpen şəhərinin yerli klublarında start vermişdir. Doku 2012-ci ildə 10 yaşı olarkən Anderlext klubu ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 25 noyabr 2018-ci ildə 16 yaşı olarkən Sent-Trüyden klubuna qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Yari Verşereni əvəz etmişdir. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Doku Belçikada anadan olmuşdur. Valideynləri də Qana vətəndaşlarıdır. Doku Belçika U-17 millisi ilə 2018 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. == Karyera statistikası == === Klub === 7 dekabr 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir.
Kanat yolu
Kanat yolu — bir-birindən uzaq iki yer arasında, havada gərilmiş olan bir və ya bir neçə polad kəndir üzərində bağlanaraq yol alan asılı nəqliyyat vasitəsinə verilən ümumi addır. Kanat yolu lift prinsipiylə işləyib, xüsusilə vadi keçişlərində eynilə bir helikopter kimi yer səthindən olduqca yüksək nöqtələrə qalxa bilir. Kanat yolu nəqliyyat üçün çətin olan yüksəkliklər arasında qurulur. Bir dəniz ya da boğaz üzərində mövcud olanları da vardır. Kanat yolunun qurulduğu yerlər — quru, dəmir və dəniz yolu ilə nəqliyyatı çox çətin ya da çox bahalı olan bölgələrdir. Bu cür bölgələrdə müəyyən iki nöqtə arasında qurulan kanat yolu, insanların daşınması üçün istifadə olunur. İnsanların daşındığı kanat yollar polad kəmərlərlə asılı sərnişin kabinlərindən ibarətdir. Ümumiyyətlə tək istiqamətə və tək kəndir dolaşımlı olan kanat yolu sistemləri iki və daha çox polad kəndir ilə də hazırlanmaqdadır. Burada bir kəndir çəkici digər kəndir daşıyıcı kəndir vəzifəsini yerinə yetirir. Kanat yolu sistemləri polad kəndirə bağlama aparatı olan KLEM (Grip) vasitəsilə bir-birindən ayrılır.
Koka kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü.
Ağcaqayın şirəsi
Ağcaqayın şirəsi — köklərin təzyiqi altında ağcaqayın budaqlarından və kəsilmiş gövdələrdən axan maye. XX əsrin ortalarında SSRİ-də keyfiyyətli içki kimi geniş istifadə olunan ağcaqayın şirəsinin tərkibində B6, B2 vitaminləri vardır. Şirə axını baharda başlanır və tumurcuqların ilk çiçəklənməsinə qədər davam edir. Adətən ağcqayından gündə 2-3 litr şirə alınır. Böyük bir ağcaqayın ağacı gün ərzində yeddi və daha çox litr şirə verə bilər. Ağacların tələf olmaması üçün gənc ağaclardan meyvə şirəsi qəbul etmək məsləhət görülmür. == Şirənin tərkibi == Şirənin sıxlığı — 1,0007-1,0046 q/ml. Quru kütlənin çəkisi — 0,7-4,6 q/l. külün çəkisi — 0,3-0,7 mq/l. ümumi şəkərin miqdarı — 0,5-2,3 % (0,43—1,13 %).
Kumandin şivəsi
Kumandın şivəsi — kumandıların dili, şimali altay dilinin üç şivəsindən biri. Öz adlanması: kumandı / kubandı / kuyandı / kuvandıq. == Ədəbiyyat == Баскаков Н. А. Алтайский язык (введение в изучение алтайского языка и его диалектов). М., 1958. Баскаков Н. А. Диалект кумандинцев (куманды-кижи): грамматический очерк, тексты, переводы и словарь. М., 1972. Сатлаев Ф. А. Кумандинцев язык // Красная книга языков народов России: Энциклопедический словарь-справочник. М., 1994. С. 34-35. Сатлаев Ф. А. Кумандинцы: Историко-этнографический очерк XIX — первой четверти XX века.
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. == Sıxılmış nar şirəsi == Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Pomidor şirəsi
Pomidor şirəsi — pomidordan hazırlanan şirə. Bu şirə ən çox asan əldə olunan və faydalı məhsullardandır. O, natrium, kalsium, kalium və maqnеzium ilə zəngindir. Pomidorda kifayət qədər çox miqdarda limon və alma turşusu və müəyyən qədər turşəng turşusu var. Bu turşular mübadilə prosеsini həyata kеçirmək üçün insan orqanizminə lazımdır və təzə dərilmiş pomidor bu maddələrin ən yaxşı mənbəyidir. Bu tərəvəzlərin tеrmiki təsirə məruz qoyulması arzu olunan dеyil, çünki, bu halda həmin turşular qеyri-üzvi maddələr çеvrilirlər və orqanizm üçün lazımsız olurlar. Əksər hallarda böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin əsas günahkarı bişirilmiş və ya konsеrvləşdirilmiş pomidor və ya onun şirəsidir.
Qreyfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur. Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Qreypfrut şirəsi
Qreyfrut şirəsi — qreypfrut meyvəsindən alınan şirə. C vitamini ilə zəngindir və turş dada malikdir. Ağ, çəhrayı rəngdə çeşidləri mövcuddur. Qreyfurt şirəsi insan orqanizmi üçün faydalıdır.
Tərəvəz şirəsi
Tərəvəz şirəsi — əsasən doğranmış və ya narın əzilmiş tərəvəzlərdən hazırlanan şirə. Tərəvəz şirəsinə dad əlavə etmək üçün adətən alma, üzüm kimi meyvələrin şirəsi əlavə olunur. Meyvə şirələrinə nisbətən az şəkərli olması ilə seçilir.
Xiyar şirəsi
Xiyar şirəsi — xiyarı əzmək və ya sıxmaqla hazırlanan şirə. == Faydaları == Xiyar əla sidik qovucudur. Amma o çoxlu sayda digər əhəmiyyətli xassələrə malikdir. Onda çoxlu miqdarda silisium və kükürd olduğundan xüsusən də ispanaq, kök şirələri ilə birgə istifadə еdildikdə saçın tökülməsinin qarşısını alır və onların intеnsiv inkişafına kömək еdir. Xiyar şirəsi həmçinin dırnaqları möhkəmlədərək onların lay-lay dağılmasının qarşısını alır. Orqanizmdə sidik turşusunun toplanması hеsabına yaranan rеvmatik ağrılar zamanı xiyar və kök şirəsi qarışığı faydalıdır. Xiyarda kaliumun yüksək miqdarı olması onu artеrial təzyiqin pozulması zamanı çox qiymətli еdir. Həm də maraqlıdır ki, xiyar şirəsi yüksək artеrial təzyiqi azaldır, aşağı artеrial təzyiqi yüksəldir, başqa sözlə artеrial təzyiqi tənzimləyir.
Yerkökü şirəsi
Yerkökü şirəsi — yerköküdən hazırlanan şirə. İnsan öz vəziyyətindən asılı olaraq gündə 0,5 litrdən 3-4 litrə qədər kök şirəsi içə bilər. Bu şirə orqanizmə öz funk-siyasını normallaşdırmaq imkanı vеrir. Kök şirəsi A vitamininin ən zəngin mənbəyidir. Onda həmçinin çoxlu miqdarda B, C və D vitaminləri var. Kök şirəsi iştahı və qida həzmini yaxşılaşdırır, həmçinin dişlərin vəziyyətinə yaxşı təsir еdir. Çiy kök şirəsi yaraları sağaltmaq və hətta xərcəng şişini aradan qaldırmaq qabiliyyətinə malikdir. O, immunitеti artırır, görmənin yaxşılaşmasına və göz xəstəliklərinin (oftolmiya və konyuktivit) müalicəsinə kömək еdir. Kök şirəsi nəfəs orqanlarının işini normalaşdırır, çənənin üz tərəfinin xəstəliklərindən azad olmağa kömək еdir. Kök şirəsi əsəb sistеmini möhkəmlədir, unikal еnеrji və güc mənbəyidir.
Çuğundur şirəsi
Çuğundur şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir. Çuğundur şirəsi hеmoqlabini artırır və bütövlükdə qanın tərkibinin yaxşılaşmasına kömək еdir. O, xüsusən qadınlar üçün faydalıdır. Qadınlar gündə ən azı hər birindən yarım litr olmaqla kök və çuğundur şirəsi qarışığı içməlidir. İlk vaxtlar yalnız çuğundur şirəsi içmək məsləhət dеyil. Bеlə ki, çuğundur şirəsi olduqca qüvvətli təmizləyici xassəyə malikdir. Onu qəbul еdərkən azca baş gicəllənməsi və yüngül öyümə hiss еdə bilərsiniz. O, digər şirələrlə birgə (daha çox kök şirəsi ilə) istifadə olunduqda xoşagəlməz təsirlərdən qaçmaq olar. Çuğundur şirəsinin gündəlik istifadəsi gündə iki dəfə 1-1,5 stəkan olmalıdır. Çuğundurda dəmir çox olmasa da o, qanda qırmızı qan cisimlərinin miqdarının artmasına kömək еdir.
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. == Həyatı == İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
İlisu şivəsi
İlisu şivəsi — Qax rayonunun İlisu, Sarıbaş, Ağçay kəndlərində istifadə olunur. Şimal qrupu dialekt və şivələrinə aiddir. (Şəki dialekti, Zaqatala-Qax şivəsi). İlisunun ən böyük tarixi məziyyəti qədim türk-oğuz,Dədə Qorqud dilini qoruyub saxlamasıdır. İlisu şivəsi haqqında təsəvvür yaratmaq üçün onu başqa dialekt və şivələrimizdən ayıran başlıca xüsusiyyətləri nəzər-diqqətə çəkmək vacibdir. İlisuda yaşayan əhəlinin nitqində aşağıdakı maraqlı, səciyyəvi fonetik, morfoloji və leksik xüsusiyyətlər mövcuddur. == Fonetik xüsusiyyətlər == İlisu şivəsi ilə ilk tanışlıq onun zəngin fonetik xüsusiyyətlərindən başlayır. İlisu şivəsində fonemlər rəngarəngdir. Bu fonemlərin incə xüsusiyyətləri var. Bu xüsusiyyətlər İlisu şivəsini öyrənən və fonemləri tələffüz etməyə çalışan şəxslər üşün çox çətinlik törədir.
Şəmkir şivəsi
Şəmkir şivəsi — Azərbaycanın Şəmkir və Tovuz rayonlarında geniş yayılmış, Azərbaycan dilinin qərb dialektlər qrupuna daxil olan şivəsi. == Klassifikasiyası == Şəmkir rayonunun dialektləri fonetik, morfoloji və leksik xüsusiyyətlərinə görə bir neçə zonaya bölünür. Birinci zona Dəllər, Dəllər Cəyir, Daşbulaq, Dəllər Cırdaxan, Qapanlı, Çaparlı, Keçili, Qaracəmirli, Yeniabad, Xuluf və başqa kəndləri əhatə edir, Dəllər zonası adlanır. İkinci zonaya Yuxarı Seyfəli, Aşağı Seyfəli, Mahmudlu, Maf və başqaları daxildir. Üçüncü zonaya Düyərli, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, İrmaşlı, Morul, Şeidlər, Hacıalılar kəndləri daxildir. == Nümunə == == Tanınmışları == Aşıq Hüseyn Şəmkirli (1811–1891) — XIX əsr aşıq və şairi. Yəhya bəy Dilqəm (1830–1865) — XIX əsr aşıq və şairi. Məhəmməd Cəfər Miskin (d. XIX) — XIX əsr şairi və satirikçisi. Qaçaq Gülsüm (1861–1962) — qaçaq, xalq qəhrəmanı.
Kötü İnsanları Tanıma Senesi
Kötü İnsanları Tanıma Senesi (azərb. Pis insanları tanıma ili‎) — Sagopa Kajmer tərəfindən Melanxoliya musiqi etiketi ilə çıxarılan ilk solo albom. Albom 13 mart 2008-ci ildə yayımlanmışdır. Həmçinin, albomun instrumental parçaları 28 fevral 2015-ci ildə Sagopa Kajmerin rəsmi YouTube hesabından yayımlandı. Sagopa Kajmer, əvvəlki tərzini davam etdirəcəyini söylədiyi albomun adı ilə əlaqədar şərhlər haqqında da açıqlama verdi. O, albomun adının heç kimə xüsusi olaraq yazılmadığını bildirmişdir. Albomun istehsalı, albomdakı skreçlər və sözlər ona aiddir. Sadəcə "Gölge Haramileri" mahnısının bir hissəsi ona aid deyil. Albomun ilk 5000 nəşri kolleksiyaçılar üçün Limited Edition olaraq təyin edilmişdir. Xüsusi buraxılışda, Sagopa Kajmerin 5 dəqiqə qarışıq konsert görüntülər, 2 şəkil, o cümlədən afişa və stiker yer alır.
Kötü İnsanları Tanıma Senesi (albom)
Sürtünmə yolu ilə cinsi münasibət
Sürtünmə yolu ilə cinsi münasibət — cinsi əlaqə olmadan, cinsi partnyorlar tərəfindən bir-birlərini oxşayaraq, ovuşduraraq, yaxud da, bir-birlərinə sürtünərək həyata keçirmiş olduqları sevişmə metodlarından biri. Cinsiyyət orqanlarının stimullaşdırılması öpüşmək, erogen zonalara toxunma və ya bəzən də alt paltarları çıxarmadan fiziki təmasla təmin edilir. Ümumiyyətlə bu metod cinsi təcrübəsi olmayan subay gənclərin üstünlük verdiyi üsuldur.
Sürtünmə yolu ilə cinsi əlaqə
Sürtünmə yolu ilə cinsi münasibət — cinsi əlaqə olmadan, cinsi partnyorlar tərəfindən bir-birlərini oxşayaraq, ovuşduraraq, yaxud da, bir-birlərinə sürtünərək həyata keçirmiş olduqları sevişmə metodlarından biri. Cinsiyyət orqanlarının stimullaşdırılması öpüşmək, erogen zonalara toxunma və ya bəzən də alt paltarları çıxarmadan fiziki təmasla təmin edilir. Ümumiyyətlə bu metod cinsi təcrübəsi olmayan subay gənclərin üstünlük verdiyi üsuldur.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Adriasovun binası (Rostov-na-Donu)
Andriasovun binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Universitetski xiyabanı, ev 53/54 ünvanında yerləşir. Binada yazıçı, jurnalist və dramaturq Mixail Andreyeviç Andriason yaratmışdır. Bina 1965-ci ildə inşa edilmişdir. == Tarixi == Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Universitetski xiyabanı, ev 53/54 ünvanında yerləşir. Bina 1965-ci ildə inşa edilmişdir. Binada 1968–1984-cü illər ərzində rus və sovet yazıçı, jurnalist və dramaturq Mixail Andreyeviç Andriason yaşayıb-yaratmışdır. Mixail Andreyeviç Andriason Qukas Madoyan batalyonu haqqında povestin müəllifidir. Bütün hadisələr "Altı gün" povestində əks etdirilir. Onun "Yuri Tarasovun avtomatı", "Fəth ediləz yüksəklik", "Qızıl at haqqında əfsanə", "Pridonskaya bıl" və s.
Bostrikinlərin binası (Rostov-na-Donu)
Bostrikinlərin binası — Rostov-na-Donu şəhəri ərazisində, Puşkinskaya küçəsi 106 ünvanında yerləşir. Binanın tikintisi 1914-cü ildə başa çatırılmışdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. İlk əvvəllər binanın sahibləri İvan və Anna Bostrikinlər olmuşdur. Bina üç mərtəbədən ibarətdir. Fasadı modern stildə işlənilmişdir. == Tarixi == Rostov-na-Donu şəhəri, Puşkinskaya küçəsi 106 ünvanında yerləşən, İvan və Anna Bostrikinlərin gəlirli binası 1914-cü ildə mülki tikinti işləri üzrə mühəndis Semyon Vasileviçin Popilinin layihəsi əsasında inşa edilmişdir. Sovet hakimiyyəti illərində, XX əsrin 20-ci iklərində bina milliləşdirilmişdir. Burada kamunal mənzillər yerləşirdi. 1997-ci ildə binanın sahibi Rusiyanın Sberbankı olur.
Eberqin binası (Rostov-na-Donu)
Eberqin binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Serafimoviç küçəsi, ev 76 ünvanında yerləşir. Binada konstruktivizm stilinə sahibdir. Bina 1934-cü ildə inşa edilmişdir. Regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. == Tarixi == Rostov-na-Danu ərazisində məşhur rostovlu arxitektor Lev Leonidoviç Eberqin layihəsi əsasında inşa edilmişdir. O, Rostov-na-Donu şəhərində bir çox tarixi binaların layihə müəllimidir. 1932-ci ildən Rostov-na-Donuda yaşayan arxitektor. Teatralnı meydanında yerləşın M. Qorki adına Rostov Akademik teatrının tikintisinə öz töhfəsini vermişdir. Onun layihəsi əsasında «Rostov» mehmanxanası, «Rusiya» kinoteatrı, "Zolotoy Kolos" yaşayış binası və s.
Kostinin binası (Rostov-na-Donu)
Tacir Kostinin gəlirli binası - Rostov vilsyəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Çexov prospekti, Suvorov küçəsi ev 29/37 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. XIX əsrin sonları XX əsrin əvvəlləri tacir Efim Yakovleviç Kostinə mənsub olmuşdur. Bina regional əhəmiyyətli tarixi, arxitektur və monumenal abidələri siyahısına daxil edilmişdir. Bina dörd mərtəbədən ibarətdir. Vəziyyəti idealdır. == Tarixi == Bina XIX əsrin sonlarında inşa edilmişdir. 1917-ci ilə qədər bina Malaya-Sadovnaya küçəsi, ev 37/35, Malıy prospekti ünvanında yerləşirdi. Tacirin bu binadan başqa Yağ zavodu belə olmuşdur.
Leonidovun binası (Rostov-na-Donu)
Leonidovun binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir. Bina Bolşaya Sadovaya küçəsi 30/45 ünvanında yerləşir. Binada yazıçılar olan Aleksandr Arsenteviç Baxarev və Vitali Nikolayeviç Syomin yaşayıb-yaratmışdır. Bina XX əsrin əvvəllərində inşa edilmişdir., == Tarixi == Leonidovun gəlirli binası Engels küçəsi (hazırkı Bolşoy Sadovaya küçəsi) və Xalturinski xiyabanının kəsişməsində (hazırkı Böyük Nikolaski xiyabanları) yerləşir. XX əsrin əvvəllərində inşa edilmişdir. Binada yazıçı və jurnalist olan Aleksandr Arsenteviç Baxarev yaşayıb-yaratmışdır. Aleksandr Arsenteviç Baxarev ailəsi binanın üçüncü mərtəbəsində yaşayırdı. A. A. Baxarev (1911-1974) 1950 - 1974-ci illər ərzində binada yaşamışdır. O, bu binada yaşadığı müddətdə Volqo-Don kanalı, rus bioloqu və seleksiyaçısı İvan Vladimiroviç Miçurin, kolxoz sakonləri haqqında oçerklər yazmışdır.
Lyaxmaerin binası (Rostov-na-Donu)
Lyaxmaerin gəlirli binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir. Bina Voroşilov prospekti, Ulyanovskaya 60/1 ünvanında yerləşir. Rostov vilayəti administrasiyasının 1998-ci il 20 dekabr 488 saylı "Rostov vilayətinin tarixi və mədəni obyektlərinin qoruma altına alınması haqqında qanuna əsasən bina dövlət tərəfindən qorunur. == Tarixi == Bina Rostov-na-Donu şəhərinin tarixi mərkəzində yerləşir. Binanın artıq XIX əsrin sonlarında mövcud volması faktdır. 1899-cu ilin yanvarında Yekaterina Petrovna Lyaxmaer binanın sahibi olmuşdur. Bu onun şəhərfə çox saylı mülklərindən biri idi. Binanın ümumi sahəsi 940 m² təşkil edir. Mövcud olan sahədə Yekaterina Petrovna Lyaxmaer dörd mərtəbəli bina inşa edilmişdir.
Mılsının binası (Rostov-na-Donu)
Mılsının binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Aboran küçəsi, ev 86, Semaşko ünvanında. yerləşir. Bina XIX əsrin sonlarında inşa edilmişdir. Regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. == Tarixi == İvanoviç Mılsın taxıl alveri və bank işində çalışırdı. Fedor Mılsin 30 il müddətində şəhər bank cəmiyyətində çalışmışdır. O, bu vəzifədə uzun zaman direktor postunda çalışmışdır. Rostov-na-Donu şəhərinin fəxri sakinidir. Uzun zaman xeyriyyəçiliklə məşğul olurdu.
Pivovarovun binası (Rostov-na-Donu)
Pivovarovun gəlirli binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Rostov-na-Donu şəhəri Şaumyan küçəsi ev 45/28 ünvanında yerləşir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina 2004-ci il 29 dekabr tarixli qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın adının kimin adından götürülməsi dəqiq müəyyən edilməmişdir. == Tarixi == Pivovarovun gəlirli binası XIX əsrin sonları XX əsrin əvvəllərində həkim Petr Pavloviç Çubuxçiev tərəfindən inşa edilmişdir. Bina 1915-ci ilə qədər onun mülkiyyətində olmuşdur. Binada onun həkim kabineti yerləşirdi. Bu kabinetdə əsasən dəri xəstəliklərinin müayinəsi və malicəsi təşkil edilirdi.
Poqodinin binası (Rostov-na-Donu)
Poqodinin binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Sosialistiçeskaya küçəsi, ev 50 а ünvanında yerləşir. Binada yazıçı, jurnalist və dramaturq Nikolay Fyodroviç Poqodin yaratmışdır. Bina XIX əsrin sonlarında inşa edilmişdir. == Tarixi == Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Sosialistiçeskaya küçəsi, ev 50a ünvanında yerləşir. Bina XIX əsrin sonlarında inşa edilmişdir. XX əsrin sonlarında isə ona əlavələr edilmişdir. Sovet senaristi və dramaturqu, RSFSR əməkdar incəsənət xadimi (1949), Lenin mükafatı laureatı (1959) və Stalin mükafatının iki dəfə qalibi (1941, 1951) Nikolay Fyodroviç Poqodin yaşamışdır. O, 1920-ci ildən rostovun "Trudovaya jizm" qəzetində çalışmışdır. Binada dörd il yaşadıqdan sonra 1925-ci ildə Moskvaya köçmüşdür.
Qarnakeryanın binası (Rostov-na-Donu)
Qarnakeryanın binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Puşkinski küçəsi, ev 78 ünvanında yerləşir. Binada şair Aşot Qeorqieviç Qarnakeryan, Aleksandr Pavloviç Oleniç-Qnenenko və yazıçı Qeorqieviç Filippoviç Şoloxov-Sinyavski yaşamışdır. Bina 1960-cı ildə konsstuktivizm stilində inşa edilmişdir. == Tarixi == Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Puşkinski küçəsi, ev 78 ünvanında yerləşir. Bina 1960-ci ildə inşa edilmişdir. Aleksandr Pavloviç Oleniç-Qnenenko binanın ikinci mərtəbəsində 3-cü mənzildə, Aşot Qeorqieviç Qarnakeryan isə 4-cü mənzildə yaşayırdı. Qeorqieviç Filippoviç Şoloxov-Sinyavski dördüncü mərtəbə mənzil altı ünvanında yaşayırdı. Bütün yazıçıların kabinetləri cənub istuqamətdə yerləşir. Şairlərin kabinetləri öz ilkin görünüşünü itirmişdir.
Sarievlərin binası (Rostov-na-Donu)
Sarievlərin gəlirli binası — Rostov vilsyəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili gəlirli bina olaraq inşa edilmişdir. Bina modern stilinə sahibdir. Rostov-na-Donu şəhəri, Bolşoy Sadovnaya küçəsi ev 94 ünvanında yerləşir. Binanın inşasına 1902-ci ildı başlanılmışsır elə həmin ildəcə tikinti işləri bitir. Tikilinin layihə müəllifi А. F. Nidermeyer olmuşdur. Bina olqa və Yelena Sarievna bacılsrıns məxsus olmuşdur. Hal-hazırda bina qəzalı vəziyyətdədir. Binanın digər adı Emeltanovun gəlirli binası kimi tanınır. == Tarixi == Bina XX əsrin əvvəllərində inşa tarixi tikili.
Solodovun binası (Rostov-na-Donu)
Solodovun binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina Rostov-na-Donu ərazisində regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Solodovun binsının müasir ünvanı: Qazetnaya döngəsi, ev 17.. == Tarixi == 1880-ci illərdə binsnın sağ qanadında aparılsn tikintinin hesabına binanın sahəsi genişlənmişdir. Bu hissəsin layihəsi memar Nikolay Aleksandroviç Doroşenko tərəfindən hazırlanmışdır. Binanın sahibi həm də un fabrikinin sahibi olan Solodov olmuşdur. Tikili fabrik binası ilə bir kompleksi təşkil edir. Üstəlik eyni ünvanda yerləşir. XX əsrin əvvəllərindən binanın sahibi olaraq Solodovun həyat yoldaşı Yekaterina Nikolayevna Solodova məxus olmuşdur.
Srabionovun binası (Rostov-na-Donu)
Srabionovun binası ("Petroqrad" mehmanxanası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Bina 1910-cu illərdə arxitektor Aruyan Xeristoforoviç Zakiev tərəfindən layihələndirilmişdir. Bina Rostov-na-Donu ərazisində regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. İlk əvvəllər bina S. D. Srabionova məxsus olmuşdur. Burada "Petroqorod" adlı mehmanxana yerləşirdi. 1925-ci ildə isə bina milliləşdirilmişdir. Burada "Delovoy dvor" mehmanxanası yerləşirdi. 1940-cı illərdə mehmanxana "Don" adını daşıyırdı. Hazırda isə binada On beşinci apellasiya məhkəmədi yerləşir. 2009–2013-cü illərdə binada əsaslı təmir işləri aparılmışdır..
Tuvarcievlərin binası (Rostov-na-Donu)
Tuvarcievlərin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Şaumyan küçəsi ev/41 ünvanında yerləşən bina. Bina bir mərtəbədən ibarətdir. Binanın yaşı bir əsrdən çoxdur. Bina öz dövrübün tipin tacir binalarından biri olmuşdir. Bina XIX əsrin sonları inşa edilmişdur. Bursda şəhərdə ilk bilyard yeri olmuşdur. Bina 2016-cı ildə tamamən sökülmüşdür. == Tarixi == === XIX əsrin sonu === XIX əsrin sonlarında inşa edilmişdir. Bu bina haqqınfa ilk məlumat 1894-cü ildə əhlakların üiymətləndirilməsi ilə bağlı dərc olunana sənənddə rast gəlinir. Bina o zaman 67 nömrəli bina kimi tanınırdı.
Vrangelin binası (Rostov-na-Donu)
Vrangelin binası — Rostov-na-Donu ərazisində, 1885-ci ildə arxitektor Nikolsy Aleksandroviç Doroşenkonun layihəsi əsasında inşa edilmişdir. Binada ömrünün uşaqlıq və gənclik dövrünü Ağlar hərəkatının rəhbərlərindən biri Pyotr Nikolayeviç Vrangel keçirmişdir. Vrangelin binası Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irsi diyahısına daxil edilmişdir.. Hazırda binanın vəziyyəti heçdə ürək vəziyyətdə deyildir. Restavrasiyaya ehtiyac duyur. == Tarixi == Bina Kazan xiyabanda (hazırkı Qazetnaya) 1885-ci ildə arxitektor Nikolay Aleksandroviç Doroşenkonun layihəsi əərazində inşa edilmişdir. İlk əvvəlləri bina müxtəlif şəxslərə məxsus olmuşdur. Sonradan binanı baron Nikolay Yeqoroviç Vrangel almışdır. Binada Vrangelin bütün ailəsi yaşayırdı. O, araşdırmaçı alim, yazıçı və antikvar əşyaları toplayan kolleksiyaçı olmuşdur.
Xacaevin binası (Rostov-na-Donu)
Xacaevin binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Sosialisteskaya küçəsi, ev 65 ünvanında yerləşir. Bina üç mərtəbədən ibarətdir. Bina XX əsrin əvvəllərində, modern stilində inşa edilmişdir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Sosialisteskaya küçəsi, ev 65 ünvanında yerləşən bina modern stilində inşa edilmişdir. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina 1913-cü ildə Q. N. Xacaevə məxsus olmuşdur 1920-ci illərdə bina milliləşdirilmişdir. Hazırda yaşayış binası kimi istifadə edilir. == Arxitektura == Xacaevin binası iki mərtədən ibarətdir.