Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zahidan
Zahedan — İranın Sistan və Bəlucistan ostanının mərkəzi. Pakistanla sərhəddə yerləşir.
Zahidan şəhristanı
Zahedan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zahedan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 663,822 nəfər və 130,763 ailədən ibarət idi.
Zahid
Zahid — kişi adı. Zahid Oruc — Azərbaycan siyasətçisi Zahid Quliyev (dilçi) — Dilçilik elimləri doktoru, professor. Zahid Zairli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zahid Avşar Eloğlu — İdman ustası Zahid bəy Şıxəlibəyov — ADR orusunun podporuçiki.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Zahidə Sultan
Zahidə Sultan (1613-1620) - Osmanlı padşahı I Əhmədin qızı. 1613 tarixində İstanbulda dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. Hələ 7 yaşında ikən vəfat etmişdir.
Zahidə xatun
Zahidə xatun (?-?) — Eldənizlər sülaləsinin ikinci atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadlarından biri. == Həyatı == Ondan Cəlaliyyə adlı qızı olmuşdur. Ərinin ölümündən (1186) sonra Naxçıvanda yaşamış, Eldənizlərin xəzinəsi yerləşən Əlincə qalasının sahibi olmuşdur. İlk atabəy Şəmsəddin Eldənizin dövründən atabəylərə tabe torpaqlardan gələn bütün gəlirlər bu xəzinədə saxlanılırdı. Cahan Pəhləvanın türk qızı Qətibə (Qutey bə) xatundanolan oğlu Əbu Bəkr əmisi Qı zıl Arslanı öldürülən kimi (1191) Naxçıvana gələrək, Əlincə qalasını və oradakı xəzinəni ələ keçirir.Mənbələrdəki məlumatın təhlili Zahidə xatunun bundan sonra, görünür, Cahan Pəhləvanın hələ 1175-ci ildə Ağsunqurilərdən geri aldığı Təbrizə köçdüyünü və bu şəhərin hakimi olduğunu təsdiq edir. Tarixçi əl-Hüsey nin məlumatına görə, atabəy Əbu Bəkr öldükdən (1210) sonra Naxçıvana, oradanda Culfaya, Mərəndə vəb. Azərb. şəhərlərinə hücum edən gürcülər Zahidə xatunun hakimlik etdiyi Təbrizi də mühasirəyə alırlar. Şəhər rəisləri ilə məsləhətlə şən Zahidə xatun Təbrizi qarətdən və dağıntıdan xilas etmək üçün gürcülərə o qədər mal, pul, qızıl bac verir ki, "böyükdən kiçiyə kimi bütün gürcülər dövlətlənirlər". Son atabəy Özbək dövründə Naxçıvan Zahidə xatunun qızı, Özbəyin ata bir bacısı Cəlaliyyənin mülkü olmuşdur.
Ərdəşir Zahidi
Ərdəşir Zahidi (fars. اردشیر زاهدی‎; 16 oktyabr 1928, Tehran – 18 noyabr 2021, Montrö[d], Vo kantonu) – İranın keçmiş xarici işlər naziri (1966–1971) və 1960 və 1970-ci illərdə İranın Birləşmiş Ştatlar və Böyük Britaniyadakı səfiri vəzifəsində işləyən keçmiş diplomatı.
Məhəmmədrza Zahidi
Məhəmmədrza Zahidi (fars. محمدرضا زاهدی‎, 2 noyabr 1960, İsfahan, Pəhləvilər – 1 aprel 2024, Mezzeh[d]) — İranlı hərbi xadim, Briqada generalı. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli mənsubu. Müxtəlif zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına rəhbərlik etmiş, ölümünə qədər Qüds qüvvələrinin əsas səhra komandirlərindən biri kimi çıxış etmişdir. 1979-cu ildən etibarən İran Silahlı Qüvvələrində xidmət edən Zahidi ordunun əsas hərbi fiqurlarından biri hesab olunurdu və İranın Yaxın Şərq regionundakı xarici maraqlarının təmin edilməsində vasitəçi şəxs kimi önə çıxmışdır. 2024-cü ilin 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran səfirliyinə qarşı törədilmiş bombardıman hücumu nəticəsində həlak olub. İran və müxtəlif mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan ediblər. == Həyatı == Məhəmmədrza Zahidi 1960-cı ilin 2 noyabr tarixində İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahan şəhərində anadan olub. 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusunun sıralarına qoşulan Zahidi 1980-ci ildə İraqın hücumu ilə başlamış və səkkiz il davam etmiş İran-İraq müharibəsində leytenant rütbəsi ilə xidmət etmişdir. O, 1983–1986-cı illərdə 44-cü Qəmər Bəni Haşim diviziyasına rəhbərlik edib.
Azad Zahid
== Bəstəkar. Musiqi tərtibatçısı. Aktyor == == Həyatı == 1957-ci il iyulun 27-də anadan olub. Azərbaycan, Frans – International, Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 1000-ə yaxın radio verilişlərin müəllifi (1993-2023). == ƏSƏRLƏRİ == Piano üçün Prelüdlər (1990); Piano üçün Variasiyalar (1992); Violonçel və piano üçün Sonata (1994); Piano və simli alətlər üçün Kvintet (1995); Xalq çalğı alətləri orkestri üçün 7 Pyes (1997); Kamera orkestri üçün Miniatürlər (1998); Simli orkestr və piano üçün «Matəm musiqisi» (2000). B.Vahabzadə, R.Rza, R.Heydər və b. şairlərin söz. mahnı və romanslar (1990–2001).
Azər Zahid
Azər Zahid (16 dekabr 1980, Bakı) — televiziya aparıcısı ve media rəhbəri. == Həyatı == Azər Zahid İsmayilov 1980 ci ildə dekabr ayının 16 – da anadan olub. Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra , 1997 ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə və Telekommunikasiya fakultəsinə daxil olub. 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1 ay müddətində hərbi təlimləri mənimsəyərək uğurla imtahandan keçərək Hərbi Leytenant rütbəsinə yiyələnmişdir . 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətə çağırılmışdır. 2001 ci ildən 2004 ci ilə kimi Zabit rütbəsi vəsifəsində çalışmışdır. Ailəlidir, bir qız övladı var. == Fəaliyyəti == 2004 cü ildə özəl telekanallardan birində ANS televiziyasında radioda fəaliyyətə balamış , 2005 ci ildən isə adı çəkilən telekanalda tv proqramda canlı yayıma çıxmaqla gənclər üçün proqram hazırlayır. X-missiya , X-dans , X-xəbər proqramlarının müəllifi və rəhbəri olur. 2006 ci ildə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən Var gücü ilə adlı telelayihədə 1- ci yerə layiq görülüb.
Nazim Zahid
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Rindü-zahid
Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur. == Haqqında == Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir. Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir.
Zahid Abdullayev
Zahid Abdullayev (tam adı: Zahid Abdulla oğlu Abdullayev; 5 mart 1959, Yataqoba, Xaçmaz rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1959-cu il martın 5-də Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuşdur. Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləmişdir. Həmin zavodda işləyən Zeynəb Abdullayeva ilə ailə həyatından Ramil və Tural adlı oğulları və Ramilə adlı qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Səlyan kazarması istiqamətində başından aldığı güllə yarasından həlak olmuşdur.[1] Xaçmaz rayonunun Yataq-oba kənd qəbiristanlığında dəfn edilmişdir. == Ünvanı == Bakı, Profsoyuznaya küçəsi 97, mənzil 106. == Xatirəsi == Doğulduğu kənddə yerləşən tam orta məktəb onun adını daşıyır. == Qeyd == ^ Rafiq Səməndər öz kitabında hadisənin avtobusun xaricində, Qulu Kəngərli isə avtobusun daxilində olduğunu qeyd etmişdir.
Zahid Dünyamalıyev
Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002). == Həyatı == Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.
Zahid Məmmədov
Zahid Məmmədov (iqtisadçı) — iqtisad elmləri doktoru, professor Zahid Məmmədov (coğrafiyaçı) — coğrafiya elmləri doktoru, professor.
Zahid Oruc
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. == Həyatı == Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Orucov
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. == Həyatı == Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Qaralov
Zahid İbrahim oğlu Qaralov (10 iyul 1934, Ormeşən, Başkeçid rayonu – 7 yanvar 2015, Berlin) — Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan SSR Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor. == Həyatı == 1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır. Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi II Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur. 1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib. 1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur.
Zahid Qocayev
Zahid Qocayev (Qocayev Zahid Adıgözəl oğlu; 8 avqust 1951. Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru, professor. Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavini. == Həyatı == Qocayev Zahid Adıgözəl oğlu 1951-ci il avqustun 8-də Azərbaycan SSR-nin Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompüter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib. Konstruksiyaların struktur elementlərinin yüksəlməsinin statistik tədqiqat metodlarını, traktor və yük maşınlarının hədd rejimlərini modelləşdirməyi öyrənən Z.Qocayev 1994-cü ildə EATİ-də doktorluq dissertasiyası müdafiə edib. Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə onu Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanıyırlar. == Təltif və mükafatları == 2000-ci ildə Z.Qocayev Rusiya Federasiyası Prezidentindən təşəkkürnamə alıb.
Zahid Quliyev
Zahid Quliyev (müğənni)
Zaida (opera)
Zaida, KV 344, ( alm. Zaïde‎ Zaide ) - İohann Andreas Schachtner-in librettosunda V.A. Motsartın yarımçıq qalmış opera - singspieli ; 1780-ci ildə bəstələnmişdir. == Yaradılma tarixi == 1778-ci ildə İmperator II İosif komik operanın qurulmasına sifariş verir. Motsart 1779 - cu ildə opera üzərində işləməyə başlamış, lakin tezliklə "İdomen" operasının bəstələnməsinə daha çox diqqət yetirmək üçün fikrindən daşınmış və bir daha bu işə qayıtmamışdır. Tezliklə partitura yoxa çıxır və 1799 - cu ildə Motsartın dul qalmış arvadı Konstans tərəfindən fraqmentlər yenidən tapılır. Finalı İ.A. Andre tərəfindən tamamlanan operanın premyerası 27 yanvar 1866-cı ildə Frankfurtda baş tutur. == İştirak edənlər == Zaida - Soprano Qomats - tenor Allazim - bas Sultan Süleyman - tenor Osmin - bas Zaram, gözətçilərin kapitanı - danışıq rolu Dörd qul - Tenorlar == Tezis == Hadisə XVI əsrdə Türkiyədə baş verir. Sultan Süleymanın xristian əsiri Zaida Süleymanın köləsinə aşiq olur. Bu isə Sultanın qəzəbnə və qısqanclığına səbəb olur. Allazimin köməyi ilə qaçmağa çalışsalar da, heç bir nəticə vermir.
Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov; 11 may 1957, Şamaxı rayonu) — şair, yazıçı və tərcüməçi. == Yaradıcılığı == İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. 1981–1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və incəsənət" və digər ədəbi orqanlarda çap olunub. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Müxtəlif illərdə nəşr olunmuş "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, eləcə də, "Əlifba bayramında qətl", "Dərdin sarı çəpkəni", "Kül", "Qarğa marşrutu", "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya", "Qiyamət Qaziləri" romanlarının və "Qaranquş səsli sevgili" povestinin müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi səhrası" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İliçin ölümü", "İnsanı yaşadan nədir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" kitabı, "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, "Ölü evdən qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik "QULAQ Arxipelağı" əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın "Şüşə ulduz" şeirlər kitabı (Salam Sarvanla müştərək), eləcə də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.
Zahid Sədməliyev
Zahid Xəlil
Zahid Xəlil (doğum adıyla: Zahid Abdulla oğlu Xəlilov; 20 mart 1942, Yevlax) — Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü. == Həyatı == Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Cahide
Dalida
Dalida (fr. Dalida, ərəb. داليدا‎; əsl adı İolanda Kristina Cilyotti, it. Iolanda Cristina Gigliotti; 17 yanvar 1933 – 3 may 1987) — İtaliya əsilli, Misirdə doğulan fransız müğənnisi. Milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 800-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə — alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. == Uşaqlıq illəri == İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə ki, Misir Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı.
Zahedan
Zahedan — İranın Sistan və Bəlucistan ostanının mərkəzi. Pakistanla sərhəddə yerləşir.