Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məlik Ziyaəddin
Məlik Ziyaəddin (?–?) — Nахçıvаn hаkimi (XIV əsr). == Həyatı == 1318-ci ildə Gürcüstаndа Sultan Əbu Səid Bahadur xanın (1316–1335) əlеyhinə iğtişаş qаldırmış Əmir Qurumuşiyə qаrşı çıхmışdır. Mənbələrin vеrdiyi məlumаtа görə, Məlik Ziyaəddin Qurumuşinin kömək göstərmək bаrədə хаhişini rədd еdib, təcili mərkəzə tərəf çəkilmiş, lаkin iğtişаşçılаrın əlinə kеçərək, 100000 dinаr ödəməklə cаnını хilаs еdə bilmişdir.
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi yaradıcılığı == Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir. Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi.
Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015) == Həyatı == Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tаriхi ərаzilərindən olаn Göyçə mahalındаkı Basarkeçər rayonunun Qoşabulaq kəndində аnаdаn olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Dаşkənd kənd ortа məktəbini, 1969-cu ildə V.İ.Lenin аdınа Аzərbаycаn Dövlət Pеdаqoji İnstitutunun tаriх-filologiyа fаkültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bаkı Аli Pаrtiyа Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979). Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərхаn vilаyətində hərbi хidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşаbulаq kənd ortа məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vаrdеnis" rаyon qəzеtində ədəbi işçi işləmişdir. 1975–1976-cı illərdə Şuşa şəhər yеrli rаdio vеrilişləri rеdаksiyаsındа müхbir, Kitаbsеvərlər Cəmiyyəti rаyon təşkilаtının məsul kаtibi işləmişdir. 1976–1983-cü illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsinin təbliğаt-təşviqаt və təşkilаt şöbələrində təlimаtçı, pаrtiyа komissiyаsının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsində təlimаtçı, idеologiyа şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşа şəhər Sovеtinin dеputаtı, şəhər icrаiyyə komitəsinin üzvü və sədri (1986), rаyon partiya komitəsinin аpаrаt işçiləri ilk pаrtiyа təşkilаtı bürosunun kаtibi, rаykomun üzvü (1989) sеçilmişdir.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin Sadıqov
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin]. == Həyatı == Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
Ziyəddin Xanalıyev
Ziyəddin Ariz oğlu Xanalıyev (16 yanvar 1999; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi. == Hərbi xidməti == Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, 6 noyabr 2020-ci il tarixində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 19 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ziyəddin Əliyev
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017). Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. == Karyerası == "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur. Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Seyid Ziyaəddin Təbatəbai
Seyid Ziyaəddin Təbatəbai (1888 – 29 avqust 1969) — İranın baş naziri. == Həyatı == Seyid Ziyaəddin Təbatəbai 1888-ci ildə Fars ostanının Şiraz şəhərində anadan olmuşdur. Seyid Əli ağa Yəzdinin oğludur. Ana tərəfdən Şirazlıdır. O, mükəmməl təhsil almışdı. Jurnalistika ilə məşğul olmuşdur. İngilislər tərəfindən ələ alınmış, qacarlara qarşı çıxmışdı. İslahatçı-modernist dairələrin təbliğatının əsas istiqamətlərindən biri də ölkənin iqtisadi və siyasi həyatını, eləcə də silahlı qüvvələrini Böyük Britaniyanın nəzarətinə tabe edən 1919-cu il müqaviləsinin ləğvi idi. Bu müqavilənin ləğvi tələbini ictimaiyyətin geniş təbəqələri müdafiə edirdi. Hətta iş o yerə gəlib çatdı ki, Sultan Əhməd şah da onun təsdiq edilməsinin əleyhinə olduğunu bildirdi.
Ziyaəddin Fəxri Fındıkoğlu
Ziyaəddin Fəxri Fındıkoğlu (1901, Ərzurum, Ərzurum vilayəti – 16 noyabr 1974, İstanbul) – Türkiyənin görkəmli sosioloqu == Həyatı == Ziyaəddin Fəxri Fındıkoğlu 1901-ci ildə Ərzurumun Tortum qəzasında doğulmuşdur. Atası Xəlil Fəxri müxtəlif yerlərdə qazilik etmiş, anası Fatma Zəhra dindar bir qadın olmuşdur. Ziyaəddin Fəxri ilk təhsilini Hakkari və Ərzincanda almış, orta məktəbi Malatya və Kayseridə oxumuşdur. İstanbulda Gələnbevi Liseyini bitirmişdir. Ziyaəddin Fəxri Fındıkoğlu Poçt Teleqraf Məktəbində də təhsil almış, təhsilini bitirdikdən sonra poçt idarəsində çalışmağa başlamışdır. Fəlsəfəyə göstərdiyi marağa görə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi fəlsəfə dərslərində əvvəlcə dinləyici kimi iştirak etmiş, sonra burada tələbə olaraq təhsilini davam etdirmişdir. Mütəfəkkir İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölümünü 1924-cü ildə bitirmişdir. Təhsilini tamamlayan Ziyaəddin Fəxri Ərzurum, Sivas və Ankara liseylərində müəllim işləmişdir. Ziyaəddin Fəxri Fındıkoğlu doktoranturada oxumaq üçün Strasburq Universitetinə getmiş, 1933-cü ildə məzun olaraq İstanbul Universitetinə qayıtmışdır. Alimin Strasburq Universitetində yazdığı doktorluq dissertasiyası Ziya Gökalpla bağlı idi.
Diyadin
Diyadin — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. == Fəaliyyəti == Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Ziyadxan Cəbrayılov
Ziyadxan Cəbrayılov — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru == Həyatı == Cəbrayılov Ziyadxan Azad oğlu – aktyor — 1 iyun 1947-ci ildə Şamaxı rayonunda doğulub. 1970-ci ildə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı xalq yaradıcılıq evində "Qaravəli" xalq teatrının rejissoru vəzifəsində işləyib. 1975-ci ildə Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə İncəsənət İnstitutunun Musiqili-komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1985-ci ildə "LRS" folklor ansamblında aktyor kimi fəaliyyətə başlamışdır. 1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində "Bəbirlinin kələyi"ndə Nazir, S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, R.Səfər "Baş tutmayan hiylə"də Ağacdələn, Çaqqal, S.Ələsgərov "Özümüz bilərik"də Qəzetçi Səfdər, "Məlik Məmmədin nağılı"nda Aşbaz, "Məzəli əhvalat"da Təlxək, S.Rüstəmov "Beş manatlıq gəlin"də Kar Möhsüm, E.Sabitoğlu "Hicran"da Həkim, S.Ələsgərov "Hərənin öz ulduzu"nda Kələntər, E.Sabitoğlu "Nəğməli Könül"də Fərrux kişi, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da hambal, E.Sabitoğlu "Hələlik"də Kar kişi, R.Şəfəq "Bir saat xəlifəlik"də Axund Vali, E.Sabitoğlu "Qırmızı papaq"da Canavar, Meşəbəyi, C.Quliyev "Məhəbbət oyunu"nda Xəstə, S.Fərəcov "Səhnədə məhəbbət"də Cangüdən, Samuray, R.Hacıyev "Talelər qovuşanda" professor, O.Kazımov "Qızıl toy"da Əcnəbi, E.Sabitoğlu "92 dəqiqə gülüş"də polis, O.Rəcəbov "Əlin cibində olsun"da polis, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Şəppəli, R.Mustafayev "Məsmə xala dayımdır"da Biznesmen, V.Adıgözəlov "Aldın payını, çağır dayını"da Zığ-Zığ, E.Sabitoğlu "Bankir adaxlı"da Zərgər, S.Fərəcov "Bir günlük siğə"də Sələmçi, O.Rəcəbov "Şeytanın yubileyi"ndə polis, cangüdən kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.46 illik səhnə fəaliyyətinə baxmayaraq aktyor heç bir fəxri ad verilməyib. Ziyadxan Cəbrayılov uzun sürən xəstəlikdən sonra 30 aprel 2016-cı ildə vəfat etmişdir və aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunub.
Ziyadxan Kiryakov
Ziyadxan Kiryakov — Böyük Vətən müharibəsi veteranı, Marneuli şəhər Mərkəzi bazarının direktorunun birinci müavini, Təqaüdçülərin Hüquqlarının Müdafiəsi Assosiasiyasının yaradıcısı. == Həyatı == Ziyadxan Kiryakov 1926-ci il may ayının 15-də Marneuli rayonunun Gorarxı kəndində dünyaya göz açıb. Orta təhsilini Tbilisidə alıb. 1942-ci ildə könüllü olaraq ordu sıralarına daxil olub və müharibədən sonra 1945-ci ildə ordudan tərxis edilib. Hazırda əmək və müharibə veteranıdır. === Ailəsi === Ziyadxan Kiryakov hazırda 7 nəvə, 9 nəticə babasıdır. == Fəaliyyəti == İş fəaliyyətinə 1946-cı ildən Tbilisi şəhərində Tədarük nazirinin katibi vəzifəsi ilə başlayıb. 1947-ci ildə Mərkəzi Komsomol Komitəsinin inspektoru; 1949-cu ildə Tbilisi şəhərinin Kirov rayonu evlər müdiri; 1950-1952-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Çimlyanevski düşərgə şöbəsinin baş müfəttişliyində və Rostov vilayətində baş “Hidrovolqa ”ev tikintisi idarədə işləyib. 1953-cü ildə Gürcüstanın Tianeti rayonunun Artilleriyanın İdarə Heyətinin sədri; 1954-cü ildə Stalin adına Rustavi Metallurgiya zavodunun Domna sexində rəis müavini; 1955-ci ildə Algeti Kant İstehlak Cəmiyyətinin sədr müavini; 1965-cı ildə Marneuli şəhərinin İctimai qida-sənaye idarəsində direktor müavini və eyni zamanda yeməkxana və restoran istehsalının direktoru; 1960-1975‑ ci illərdə Marneuli şəhəri Birləşmiş ictimai işlər idarəsində direktor müavini; 1975-1982-ci illərdə Marneuli neft bazasının baş operatoru; 1982-1995-ci illərdə Marneuli istehlak cəmiyyətində müxtəlif mağazaların direktoru işləyib. 1995-ci ildən bu günə qədər Marneuli şəhərinin Mərkəzi bazarının direktorunun birinci müavini vəzifəsində çalışır.
Ziyadxan Nəbibəyli
Ziyadxan İsrafil oğlu Nəbibəyli – (1946), professor, elmlər doktoru, Azərbaycan Yazıçılar və jurnalistlər birliklərinin üzvü. == Həyatı == Ziyadxan Nəbibəyli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin gündüz şöbəsinə qəbul olur, fəal komsomolçu olur, yaxşı oxuduğu üçün onu Moskva Bauman adına Fizika-Texnika Universitetinə göndərirlər, oradan ordu sıralarına göndərilir və ordudan tərxis olunduqdan sonra doğma Universiteti müvəfəqiyytlə başa vurur. Başqa bir qeyd edilməli məqam isə Ziyadxan Nəbibəylinin ali təhsili başa vurduğu ildə Politexnik İnstitutunda (indiki Texniki Universitet) ilk günlərdən tələbələrə mühazirə oxumalı olmuşdur. Hətta, 5-ci kurs tələbələrin arasında onun özündən yaşca böyük və ailə qurmuş tələbələrdə olmuşdur. Bakı şəhərinin Oktyabr rayonu (indiki Yasamal) 176 və 80 saylı orta məktəblərində də dərs aparan Ziyadxan Nəbibəyli XX əsrin 70-ci illərindən Azərbaycan Elmlər Akademiyasının Neft-Qaz Problemləri Institutunun fizika-kimya laboratoriyasının əməkdaşı olur. Əlbəttə, o, buraya bir təsadüfdən gəlməli olur. Bundan əvvəl AREA-nın fizika institutuna elmi seminara gəlirdi, institutunun direktoru, akademik Həsən Abdullayevlə yaxşı münasibətlər də qurmuşdu. Belə ki, 1969-cu ilin dekabr ayında "səhətinə" görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən professor Məmməd İsgəndərovu Akademiyanın Neft-Qaz institutuna müdür təyin edirlər. Bir müddətdən sonra M.Isgəndərov bu vəzifəsindən də istefaya getməli olur. Institutda xeyli hörmət, nüfuz qazanmağına, gecə-gündüz elmi işləri ilə məşğul olmağına baxmayaraq yeni rəhbərlik Ziyadxan Nəbibəylini M. İsgəndərovun "adamı", onun "qohumu" kimi sıxışdırmağa başlayır, müdafiə işlərinə əngəllər törədir, baxmayaraq ki, onun elmi əsərlərində institut müdürünün adı birinci gedirdi.
Ziyadxan Əliyev
Ziyadxan Əliyev (sənətşünas) — sənətşünas. Ziyadxan Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ziyafəddin Əliyev
Ziyafəddin Yunis oğlu Əliyev (03 dekabr 1964, Qasım İsmayılov – 14 iyun 1992, Goranboy rayonu, Ağcakənd) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyafəddin Əliyev 03 dekabr 1964-cü ildə Goranboy şəhərində anadan olmuşdur. 1981-ci ildə Goranboy şəhərində orta məktəbi bitirmişdir. 1982–1984 cü illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Goranboy şəhərində əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə erməni hərbi birləşmələrinin Vətənimizə qarşı apardığı müharibəyə səssiz qala bilməyərək, könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Goranboy rayonunda təşkil olunmuş Goranboy özünümüdafiə batalyonunun ən cəsur əsgərlərindən biri olmuşdur. == Döyüşlərdə iştirakı == Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Todan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci ilin iyun ayının 13-də əks hücum əməliyyatında Ağcakəndin düşməndən azad edilməsi üçün çox böyük fədakarlıq göstərir. Batalyonun ən cəsur, qorxmaz əsgərlərindən biri kimi daim ön sıralarda döyüşür.
Ziyafəddin Əsədov
Ziyafəddin Əsədov (tam adı: Əsədov Ziyafəddin Həmid oğlu) — Azərbaycan alimi, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri, Xəzər Universitəsi kimya kafedrasının müdiri. == Ümumi məlumatlar == Ziyafəddin Əsədov 1950-ci il iyunun 19-da Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi gümüş medalla, 1972-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsini bitirmişdir. Z. Əsədov əmək fəaliyyətini 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda işləyir. 1979-cu ildə kimya elmləri namizədi, 1992-ci ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Yüksəkmolekullu birləşmələr kimyası üzrə professor elmi adını 2003-cü ildə almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2002-ci ildə yeni yaradılmış "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri vəzifəsində işləyir. == Əsas elmi nailiyyətləri == Ziyafəddin Əsədovun elmi araşdırmaları neft sənayesində tətbiq üçün oliqomer və polimer təbiətli yeni effektiv səthi-aktiv maddələrin sintezi və tədqiqinə həsr olunmuşdur.
Diyadin (Ağrı)
Diyadin (türk. Diyadin) — Ağrı ilinin ilçəsi. Kürt əhali üstünlük təşkil edir. == Tarixçə == Diyadinin adını dövrün sultanı Ziyaəddindən alması barədə şayiələr Fəxri adından bəri bir çox mənbələrdə xatırlanır. Ancaq tarixi mənbələrdə bu adın sultanı yoxdur. Yerli insanlar kürd dilində danışır və Diyadin yox, "Gihadin" deyirlər. İlçədə həddindən artıq adət və aşirətçilik mövcuddur. Həmçinin, şərqdə aşirət siyasətinin ən çox qızışdığı yerdir. Diyadin köhnə bir şəhərdir. Tarixdəki adı Daudyana olmuşdur.
Mehmed Ziyayəddin Əfəndi
Mehmed Ziyayəddin Əfəndi (26 avqust 1873 – 30 yanvar 1938, İsgəndəriyyə) — 35. Osmanlı sultanı V Mehmedin böyük oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Mehmed Ziyayəddin Əfəndi 26 avqust 1873-cü ildə Üsküdar sarayında dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Mehmed Rəşad, anası isə ubıx olan Kamurəs xanımdır. Uşaqlığını güclü nəzarət altında yaşayan Mehmed Ziyayəddin Əfəndi, atasının 1909-cu ildə taxta çıxmasıyla Dolmabağça sarayına köçürüldü. 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Nəcməddin Əfəndi və Hilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. İstanbul Universitetinin tibb fakültəsini bitirmiş, dövrün tanınmış dermatoloqlarından biri olmuşdur. Bundan başqa qardaşıyla birlikdə Birinci Dünya müharibəsinə qatılmış, müharibə illərində general rütbəsinə qədər yüksəlmişdir. Türkiyə Cumhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında ölkəni tərk etdi və İsgəndəriyyəyə getdi.
Ziyadxan Əliyev (sənətşünas)
Ziyadxan Əliyev (1 iyul 1948, Şamxor) — sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı. Əməkdar incəsənət xadimi. == Həyatı == Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur. Sonradan ailəsi Şamaxı rayonuna köçmüşdür. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil almışdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür. == Fəaliyyəti == Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z. Əliyev, əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.
Ziyadxan Əliyev (əsgər)
Şablon:"Cəsur Döyüşçü" medalı Şablon:"3-cü dərəcəli Vətənə xidmətə görə " ordeni Ziyadxan İbrahim oğlu Əliyev (12 yanvar 1997, Carlı, Kürdəmir rayonu – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən idi. 2003-2012-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonunun Fərcan kənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi. Ziyadxan Əliyev REAL Partiyasının üzvü idi. == Hərbi xidməti == Ziyadxan Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ziyadxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı hərbi hospitalda müalicə alırdı. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub.
Giyadîn
Diyadin (türk. Diyadin) — Ağrı ilinin ilçəsi. Kürt əhali üstünlük təşkil edir. == Tarixçə == Diyadinin adını dövrün sultanı Ziyaəddindən alması barədə şayiələr Fəxri adından bəri bir çox mənbələrdə xatırlanır. Ancaq tarixi mənbələrdə bu adın sultanı yoxdur. Yerli insanlar kürd dilində danışır və Diyadin yox, "Gihadin" deyirlər. İlçədə həddindən artıq adət və aşirətçilik mövcuddur. Həmçinin, şərqdə aşirət siyasətinin ən çox qızışdığı yerdir. Diyadin köhnə bir şəhərdir. Tarixdəki adı Daudyana olmuşdur.
Ziyadlı
Ziyadlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Ziyadlı kəndi Qovlarsarı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ziyadlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim qacar tayfasının ziyadlı oymağının adı ilə bağlıdır. Oymaq isə öz adını Səfəvilərin ilkin dövründən Gəncə-Qarabağ mahalının irsi hakimləri olmuş Ziyadoğullarının adından almışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 2985 nəfər (2014). Orta illik (1000 nəfərə) təbii artım 9.8 nəfər. Kəndin əhalisi oğuzların Bayat boyundan çıxmış qacar türklərindən ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik (dənli bitkilər, çoxillik texniki bitkilər və s.) və heyvandarlıqla təşkil edir. == Mədəniyyəti == Kənddə elektron telefon stansiyası var.
Mehmed Ziyayəddin Əfəndi (şeyxülislam)
Mehmed Ziyayəddin Əfəndi (avqust 1847, Konstantinopol – 11 iyun 1918, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşihat Arşivi, Sicil Dosyaları, nr. 247 Sicil Defteri, İstanbul Müftülüğü Meşihat Arşivi, VII, 33. İlmiyye Salnâmesi, s. 617–619. İbnülemin, Son Sadrıazamlar, IX, 1297–1299, 1403; XI, 1665, 1708, 1711. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 21, 23, 35–38. Ali Cevat, İkinci Meşrutiyetin İlânı ve Otuzbir Mart Hadisesi (haz. Faik Reşit Unat), Ankara 1960, s.
Aydın Ziyadlı
Aydın Əbülfət oğlu Ziyadlı (29 yanvar 1951, Bakı) — Sənətşünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1991). == Həyatı == Aydın Əbülfət oğlu Ziyadlı 29 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Həmin ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub. Konservatoriyada Lenin təqaüdü ilə oxuyub. 1974-cü ildə konservatoriyanı fərqlənmə diplomu ilə tamamlayıb. Aydın Ziyadlı Çerkazov adına Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya institutunun aspiranturasına qəbul olub. 1985-ci ildə tanınmış musiqişünas İzali İosifoviç Zemtsovskinin rəhbərliyi altında "Müasir Azərbaycan musiqisi" adlı dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alıb. Aydın Ziyadlının əsas yaradıcılığı xalq musiqisi ilə bağlıdır. O, xalq musiqisini müxtəlif — tarixi, nəzəri, elmi-məntiqi, ədəbi-poetik aspektlərdən tədqiq edib.
Ziyadlı oymağı
Ziyadlı oymağı — Qacar elinin oymaqlarından biri. == Tarixi == Ziyadlı oymağının bir qolu Qarabağda, bir qolu İrəvanda, bir qolu isə Astrabadda məskunlaşmışdı. Tarixçi Məhəmməd Məsum ibn Xocəki-İsfahani "Xülasət əs-səyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən - Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur. Lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş və onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir.
Uğurlu xan Ziyadi-Gəncəvi
Uğurlu xan Ziyadi-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Cavad xanın ulu babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət müqəddəs Qum şəhərində darğa vəzifəsini aparmışdı. Orda Əbdürrəzzaq Fəyyaz-Lahicidən ali elmləri əxz etmişdi. Uğurlu xan Ziyadoğlu-Qacar 1664-cü ildə qardaşı Murtuzaqulu xanın vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat edib. Uğurlu xanın Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan adlı oğulları vardı. Uğurlu xan şair idi. Ziyadi təxəllüsü ilə şeir yazırdı.
Mihrimah Sultan (Mehmed Ziyayəddin Əfəndinin qızı)
Mihrimah Sultan (1 noyabr 1922, Konstantinopol – 30 mart 2000, Amman) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Mihrimah Sultan, Osmanlı səltənətinin ləğvindən 10 gün sonra - 11 noyabr 1922-ci ildə atasına məxsus Heydərpaşa köşkündə dünyaya gəldi və beləcə, səltənətin ləğvindən sonra dünyaya gələn ilk xanım sultan oldu. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun son xanımı Neşəmənd xanımdır. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, hələ 2 yaşı tamam olmayan Mihrimah Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Misirin İsgəndəriyyə şəhərində yaşamağa başladı. Bu müddət ərzində Mihrimah Sultan Qahirə və Parisdə təhsilini tamamladı. 1934-cü ildə anası Neşəmənd xanım, 1938-ci ildə isə atası Ziyayəddin Əfəndi İsgəndəriyyədə vəfat etdi və Mihrimah Sultan, bacısı Lütfiyə Sultan və ailəsiylə birlikdə İordaniyaya köçdü. İkinci Dünya müharibəsi davam edərkən, 30 sentyabr 1940-cı ildə Mihrimah Sultan İordaniya kralı I Abdullahın kiçik oğlu Nayef ibn Abdullahla nigahlandı. Cütlüyün toy mərasimi isə 7 oktyabrda Lütfiyə Sultanın köşkündə baş tutdu və ənənəyə sadiq qalaraq 7 gün boyunca davam etdi. Mərasimin ardından Ammana köçən cütlüyün ilk övladı Əli 10 avqust 1941-ci ildə, ikinci övladı Asim isə 27 aprel 1948-ci ildə məhz bu şəhərdə dünyaya gəldi.