Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Seyid Ziyaəddin Təbatəbai (1888 – 29 avqust 1969) — İranın baş naziri.
Seyid Ziyaəddin Təbatəbai | |
---|---|
| |
İslam Şurası Məclisinin üzvü[d] | |
7 mart 1944 – 4 iyun 1944 | |
İranın baş naziri[d] | |
21 fevral 1921 – 4 iyun 1921 | |
Əvvəlki | Fəthulla xan Əkbər[d] |
Sonrakı | Əhməd Qəvam |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şiraz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Seyid Ziyaəddin Təbatəbai 1888-ci ildə Fars ostanının Şiraz şəhərində anadan olmuşdur. Seyid Əli ağa Yəzdinin oğludur. Ana tərəfdən Şirazlıdır. O, mükəmməl təhsil almışdı. Jurnalistika ilə məşğul olmuşdur. İngilislər tərəfindən ələ alınmış, qacarlara qarşı çıxmışdı.
İslahatçı-modernist dairələrin təbliğatının əsas istiqamətlərindən biri də ölkənin iqtisadi və siyasi həyatını, eləcə də silahlı qüvvələrini Böyük Britaniyanın nəzarətinə tabe edən 1919-cu il müqaviləsinin ləğvi idi. Bu müqavilənin ləğvi tələbini ictimaiyyətin geniş təbəqələri müdafiə edirdi. Hətta iş o yerə gəlib çatdı ki, Sultan Əhməd şah da onun təsdiq edilməsinin əleyhinə olduğunu bildirdi. Buna baxmayaraq Britaniya mövqelərini təhvil vermək, İran səhnəsini tərk etmək fikrində deyildi. Yeni dəyişmiş şərtlərdə o, İranda mövqelərini saxlamaq və gücləndirmək üçün siyasətini daha üstüörtülü, amma daha radikal şəkildə yürütməyə başladı. Hələ 1920-ci ilin yanvarın 29-da Böyük Britaniyanın Mesopotamiyadakı ali komissarı Sir Persy Cox Tehrandakı İngilis səfirinə yazdığı uzun teleqramda öz hərbi hissələrinin İrandan çıxarılması ehtimalını bildirir, 1919-cu il müqaviləsinin mövcud şərtləri üstündə israr etməyin mümkünsüzlüyünü dilə gətirir, İran Məclisini qane edə biləcək yeni müqavilə haqqında fikirlərini bildirdikdən sonra yazırdı: "Yeni müqavilənin imzalanması vaxtı elə şərait yarana bilər ki, indiki şahın (Əhməd şah Qacarın) sülalənin başqa bir üzvü ilə dəyişdirilməsinə, ya da bu sülalənin başqa birisi ilə dəyişdirilməsinə razılaşmalı olaq." Bir il sonra İngilis səfiri öz naziri Cursona yazdığı gizli teleqramda İranın şimal hissəsində demokratik hərəkatların qələbəsi müqabilində ölkənin güneyində İngiltərənin nüfuzu altında ayrıca, müstəqil dövlətin yaradılmasını təklif edirdi. İngilis səfirliyinin 1919-cu il müqaviləsini təsdiq etdirmək yönündə növbəti cəhdi İran hökumətinin istefasına səbəb oldu, baş nazir Sepəhdarın 1921-ci ilin fevralın 16-da yeni hökumət təşkil etmək cəhdi də siyasi böhranı aradan qaldıra bilmədi. Britaniyanın bir qrup nümayəndəsi çıxış yolunu İran zabitlərinin əli ilə dövlət çevrilişində görürdü. Bu istiqamətdə fəal hazırlıq işləri aparılırdı. Fevral ayının 21-də kazak diviziyasının Qəzvin dəstəsi Rza xanın başçılığı ilə Tehranda əsas dövlət idarələrini tutdu, yüksəkrütbəli onlarla dövlət məmuru həbs edildi. Ölkədə İngilis maraqlarının müdafiəçisi Seyid Ziya (Seyid Ziyaəddin Təbatəbai) baş nazir təyin edildi. Seyid Ziya az sonra verdiyi bəyanatda bir sıra islahatların aparılacağını, "milləti xilas edəcəyini" bildirdi. Fevralın 26-da çoxdan hazırlanmış Sovet-İran müqaviləsi imzalandı. İngilislərin razılığı ilə martın 24-də 1919-cu il Britaniya-İran müqaviləsinin ləğv olunduğu elan edildi. Aprelin 17-də isə baş nazir İngilis qoşunlarının İranı tərk etməsi haqqında müraciətlə çıxış etdi, halbuki bu müqavilə faktik olaraq ləğv olunmuşdu, İngilis qoşunlarının İranı tərk etməsi isə dövlət çevrilişindən əvvəl başlanmışdı. Yeni baş nazirin bu hərəkətləri ilk öncə kütlə arasında çaşqınlıq yaratdı. Seyid Ziya hökumətinə rəğbətlə yanaşan Britaniya maliyyə müşavirinin yardımçısı H. Balfour yazırdı ki, Təbrizdə İran millətçiliyi mövqeyindən çıxış edənlər "çətin vəziyyətə düşmüşdülər, çünki yeni rejim onların proqramına tam uyğun ruhda fəaliyyət göstərirdisə də, onun [Seyid Ziyanın] İngilislərlə yaxın dostluğu faktı Təbrizlilərin gözündə ən böyük maneə idi."
Ölkədə demokratik hərəkatı yatırdıb, qayda-qanun yarada bilmədiyindən tezliklə mülkədar-burjua dairələri Siyid Ziyaya qarşı çıxış etməyə başladılar. Əski aristokratiya onun "ifşaedici" çıxışlarından, eləcə də Qacar şahzadələrindən bəzilərinin həbsindən narazı idi. Artan ümumi narazılıqdan dövlət çevrilişinin əsas fiquru, kazak diviziyasının yeni komandiri Polkovnik Rza Xan Savadkuhi istifadə etdi, əski müttəfiqi Seyid Ziyaya qarşı kampaniyaya qoşuldu. Yeni Qəvamüssəltənə hökumətində hərbi nazir vəzifəsi tutan Rza Xan hakimiyyət pillələrində sürətlə irəliləməyə başladı. Bu sahədə ona İngilislər həssas yardım etdilər. Ölkənin hərbi qüvvələrini əlinə keçirmiş hərbi nazir 1923-cü ildə artıq siyasi hakimiyyətə iddia edirdi. 1923-cü ilin oktyabrında xaricdən ölkəyə qayıtmış Sultan Əhməd Şah, Rza Xanı baş nazir təyin etməyə məcbur oldu. Yeni baş nazirin təzyiqi ilə yenidən xarici gedən Sultan Əhməd Şah qardaşını özünün naibi elan etdi, ancaq o gedəndən sonra Rza Xan, şah naibindən siyasətə qarışmayacağı haqqında yazılı öhdəlik aldı. Artıq 1923-cü ilin sonlarından Rza Xan, Qacar sülaləsinin devrilməsi, ümumiyyətlə monarxiyanın ləğvi və ölkədə respublika rejiminin yaranması istiqamətində kampaniyaya başladı. Rza xan hökumətinin gizli rəhbərliyi altında Qacarların devrilməsi və "respublika uğrunda hərəkat" gedişində mitinq və nümayişlər keçirilir, qəzetlərdə Qacarların İranın tərəqqisinə mane olması, respublika idarə üsulunun üstünlüklər təbliğ edilir, məclisdə bu məsələrlə bağlı Rza xanın tərəfdarları müxtəlif formalarda mübarizə aparırdılar. Qacarların İran tarixindəki rolu mətbuatda bir sıra hallarda fars irqçiliyi forması alırdı. Təbliğatın bu tərəfi o qədər aydın görünürdü ki, Sovet Azərbaycanında belə bunun fərqində olanlar vardı. Kommunist yazıçı Məmməd Səid Ordubadi 1924-cü ilin aprelin 2-də "Kommunist" qəzetində bu təbliğata etiraz edərək yazırdı ki, bəzi İran qəzetləri Qacarların "farslara biganə olduğuna (türk olduqlarına) işarə ilə onların iş başından çəkilməsini lazım biliyorlar."
Seyid Ziya Təbatəbainin başçılığı ilə yaranan siyasi təşkilatlar, onlarin mətbu organları, o cümlədən "Rəəd" qəzeti sağ cərəyanları birləşdirərək, sol qüvvələrə qarşı genişmiqyaslı mübarizəyə başladılar.