Mehmed Ziyayəddin Əfəndi

Mehmed Ziyayəddin Əfəndi (26 avqust 187330 yanvar 1938, İsgəndəriyyə) — 35. Osmanlı sultanı V Mehmedin böyük oğlu, Osmanlı şahzadəsi.

Mehmed Ziyayəddin Əfəndi
محمد ضياء الدين أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Üsküdar sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Atası V Mehmed
Anası Kamurəs Qadınəfəndi
Həyat yoldaşları Pərniyan xanım
Ünsiyar xanım
Pərizad xanım
Mələkseyran xanım
Neşəmənd xanım
Uşaqları Behiyə Sultan
Dürriyə Sultan
Ruqiyə Sultan
Mehmed Nazim Əfəndi
Hayriyə Sultan
Lütfiyə Sultan
Ömər Fəvzi Əfəndi
Mihrimah Sultan
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmed Ziyayəddin Əfəndi 26 avqust 1873-cü ildə Üsküdar sarayında dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Mehmed Rəşad, anası isə ubıx olan Kamurəs xanımdır. Uşaqlığını güclü nəzarət altında yaşayan Mehmed Ziyayəddin Əfəndi, atasının 1909-cu ildə taxta çıxmasıyla Dolmabağça sarayına köçürüldü. 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Nəcməddin ƏfəndiHilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. İstanbul Universitetinin tibb fakültəsini bitirmiş, dövrün tanınmış dermatoloqlarından biri olmuşdur. Bundan başqa qardaşıyla birlikdə Birinci Dünya müharibəsinə qatılmış, müharibə illərində general rütbəsinə qədər yüksəlmişdir. Türkiyə Cumhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında ölkəni tərk etdi və İsgəndəriyyəyə getdi. Ancaq sürgündə ağır günlər yaşadı və 30 yanvar 1938-ci ildə burada vəfat etdi.

  • Pərniyan xanım (d. 2 yanvar 1880, İzmit — ö. 21 iyul 1947, İsgəndəriyyə) — 5 yanvar 1898-ci ildə Dolmabağça sarayında evləndilər. 1902-ci ildə boşandılar. Bir övladı oldu.
    • Behiyə Sultan (d. 8 noyabr 1900, İstanbul — ö. 1950, Qahirə) — Dolmabağça sarayında dünyaya gəlmişdir. İlk evliliyi Ömər Hilmi Türkanla (d. 16 fevral 1898 — ö. 1954) 1912-ci ildə baş tutdu ancaq bir il sonra ayrıldılar. İkinci evliliyi 3 mart 1921 tarixində Cəmaləddin bəylə baş tutdu və 1931-ci ilədək davam etdi. Bu evlilikdən bir oğlu oldu. Üçüncü evliliyi Hafiz Zəki bəylə (ö. 1950) 9 noyabr 1934-cü ildə baş tutdu və bu evlilikdən bir oğlu daha oldu.
      • Rəşad (d. 1930, İsgəndəriyyə — ö. 2002) — Jeanne adlı xanımla evləndi. İki övladı oldu.
        • Çingiz (d. 1972)
        • Sabrina (d. 1974)
      • Əhməd Rəşid Zəki (d. 27 oktyabr 1935, İsgəndəriyyə) — Ülfət Fəzl (d. 6 fevral 1936) adlı xanımla evləndi. Üç övladı oldu.
        • Məmduh Əhməd Raşid (d. 10 avqust 1958)
        • Mona Əhməd Raşid (d. 10 mart 1962)
        • Məhəmməd Əhməd Raşid (d. 26 noyabr 1970)
  • Ünsiyar xanım (d. 12 mart 1887, Bandırma — ö. 10 sentyabr 1934, İsgəndəriyyə) — 16 avqust 1903-cü ildə Dolmabağça sarayında evləndilər. 1912-ci ildə boşandılar. 3 övladı oldu.
    • Dürriyə Sultan
    • Ruqiyə Sultan
    • Şahzadə Mehmed Nazim Əfəndi (d. 22 dekabr 1910, İstanbul — ö. 14 noyabr 1984, İstanbul) — Dolmabağça sarayında dünyaya gəlmişdir. İlk evliliyi 1938-ci ildə Pərizad xanımla (d. 11 iyun 1918) baş tutdu. Bu evlilikdən Çingiz adlı bir oğlu oldu. İkinci evliliyi isə 4 dekabr 1945-ci ildə Qahirədə Həlimə xanımla (d. 16 iyun 1919 — ö. 22 mart 2000) baş tutdu. Bu evlilikdən də Həsən Orxan və Mehmed Ziyayəddin adlı 2 oğlu oldu. Məzarı Sultan Rəşadın türbəsindədir.
      • Çingiz (d. 20 noyabr 1939, Qahirə) — İlk evliliyi 16 iyun 1964-cü ildə Eileen İmrie ilə (d. 1946) baş tutdu. Bu evlilikdən 2 övladı oldu. İkinci evliliyi Donna, üçüncü evliliyi isə Suzanna ilə baş tutmuşdur.
        • Ayşə Luiz (d. 21 mart 1964) — Bill Rehmlə (d. 1963) evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi.
          • Pəri Katleen (d. 2 iyun 1994)
          • Zəkəriya (d. oktyabr 1996)
        • Еric Ziyayəddin (d. 18 aprel 1966) — Kelly ilə evləndi.
      • Həsən Orxan (d. 9 sentyabr 1946) — İlk evliliyi Dövlət Sue Tolstoy (d. 27 noyabr 1945) ilə baş tutdu və 1985-ci ilədək davam etdi. İkinci evliliyi isə 9 sentyabr 1996-cı ildə Mələk Seyfulla Rüşdü ilə (d. 4 dekabr 1951) baş tutdu.
      • Mehmed Ziyayəddin (d. 17 sentyabr 1947) — İlk evliliyi 4 sentyabr 1969-cu ildə Ghada Habjouga ilə (d. 1 fevral 1952) baş tutdu. İkinci evliliyi isə 2 may 1984-cü ildə Allison Maldox ilə (d. 4 dekabr 1951) baş tutdu. Bu evlilikdən 2 övladı olmuşdur.
        • Nazim (d. 24 sentyabr 1985)
        • Nərminə Zoe (d. 30 mart 1988)
  • Pərizad xanım (d. 14 oktyabr 1889, İzmit — ö. 14 sentyabr 1934, İsgəndəriyyə) — 18 yanvar 1907-ci ildə Dolmabağça sarayında evləndilər. 2 övladı oldu.
  • Mələkseyran xanım (d. 23 sentyabr 1890, Batumi — ö. fevral 1966, İstanbul) 10 noyabr 1911-ci ildə Ulduz sarayında evləndilər. 1 övladı oldu.
    • Şahzadə Ömər Fövzi Əfəndi (d. 13 oktyabr 1912, İstanbul — ö. 24 aprel 1986, Amman) Ulduz sarayında dünyaya gəlmişdir. Parisin nasist işğalı dövründə Gestapo tərəfindən 6 aylıq həbs edilmişdir. İlk evliliyi 1946-cı ildə Müqəddəs xanımla (ö. 1958) baş tutdu. İkinci evliliyi isə 1963-cü ildə Vəliyə xanımla (d. 26 yanvar 1921) baş tutdu. Övladı olmamışdır. Məzarı Sultan Rəşadın türbəsindədir.
  • Neşəmənd xanım (d. 1905 — ö. 1 fevral 1934, İsgəndəriyyə) 10 fevral 1923-cü ildə Heydərpaşa sarayında evləndilər. 1 övladı oldu.