MARİYA

ismətli, namuslu. İsa peyğəmbərin anası Mariya (ərəbləşmiş forması Məryəm) adının tədqiqatlarda "Mara-more" dəniz ilə əlaqələndirilməsinə də təsadüf edilir.
MARAL
MARKİZƏ
OBASTAN VİKİ
Portuqaliyalı Mariya
Portuqaliyalı Mariya (isp. Elisabet de Francia) (8 iyun 1521, Lissabon – 10 oktyabr 1577, Lissabon) — Portuqaliya kralı I Manuelin və Avstriyalı Elyanoranın yeganə övladı, Portuqaliya infantası. İncəsənət və memarlığın hamisi olaraq bilinən Mariyanın şəxsi sərvəti onu Avropanın ən varlı əsilzadəsinə çevirmişdi. == Mənbə == Stephens, Henry Morse (1903). The Story of Portugal. G.P. Putnam's Sons. p. 139. ISBN 9780722224731 Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times.
Santa Mariya
"Santa Mariya" — Xristofor Kolumbun 1492-ci ildə reallaşdırmış olduğu dəniz səyahətində Atlantik okeanını keçərkən istifadə etdiyi gəmilərdən ən böyüyü. == Tarixi == "Santa Mariya" XV əsrin II yarısında İspaniyanın Bask vilayətində hazırlanmışdır. 1492-ci ildə Kolumb tərəfindən kirayəyə götürülüb. O, bu gəmi ilə Asiyaya yeni yol tapmaq üçün başlanan tarixi dəniz səfərinə başçılıq edib. 37 günlük səfərdən sonra "Santa Mariya" ilə Baham adalarına yaxınlaşan kapitan Kolumb və heyəti 10 həftədən sonra Haiti yaxınlığında qayalara çırpılıb.
Mariya
Mariya — Qadın adı. Mariya Stüart — Şotlandiya kraliçası. Mariya Şerifoviç — 2007 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni Mariya İzabel — İspaniya müğənnisi. Mariya Stadnik — Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi. Mariya Küri — Mariya Mateva — Bolqarıstanlı bədii gimnast Mariya Antuanetta — Mariya Göppert-Mayer — fizik. Mariya Şarapova — Rusiya və dünyanın məşhur qadın tennisçisi. Mariya-Tereza (rif) — Mariya Korazon Aquino — Mariya Profetissima — Mariya Qriqoryan — Mariya Kaçina — Mariya Korobitskaya — Mariya Peralta — Mariya Vrayiç — Mariya Yelena Kalle — Mariya Zankovetska — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.
Anna Mariya
Anna Mariya — qız adı.
Araqonlu Mariya
Araqonlu Mariya (29 iyun 1482, Kordova, Əndəlüs – 7 mart 1517, Lissabon) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ikinci xanımı olaraq Portuqaliya kraliçası.
Avstriyalı Mariya
Avstriyalı Mariya (21 iyun 1528, Madrid – 26 fevral 1603[…]) — Müqəddəs Roma imperatoru V Karlın qızı və II Maksimilyanın xanımı. İspaniyada olduğu müddət ərzində məşhur ispan bəstəkarı Tomas Luis de Viktoriyanın hamisi olaraq onun yaradıcılığını dəstəklədi. Üstəlik Mariyanın 1603-cü ildə vəfatından sonra bəstəkar onun şərəfinə möhtəşəm bir əsər bəstələdi. == Həyatı == === İlk illəri === Mariya 21 iyun 1528-ci ildə Müqəddəs Roma imperatoru V Karl və Portuqaliyalı İzabellanın böyük qızı olaraq Madriddə dünyaya gəldi. Uşaqlığı bacısı Yuanna və qardaşı Filiplə birlikdə Valyadolid və Toledo saraylarında keçmişdir. Atasının vəzifəsiylə bağlı durmadan səyahət etməsi və bu səbəblə ata qayğısından uzaq qalmasına baxmayaraq bacı və qardaşlarıyla sıx ailə əlaqələri qurdu. === Evliliyi === 15 sentyabr 1548-ci ildə o, əmisi oğlu olan Avstriya hersoqu Maksimilyanla evləndi. Cütlüyün 28 illik evliliyi boyunca 16 övladı dünyaya gəldi. Atasının alman əsilzadələriylə mübarizə apardığı 1548-1551-ci illərdə Mariya və Maksimilyan İspaniyada ona kral naibi olaraq xidmət etdilər. 1551-ci ilin avqustuna qədər Madriddəki kral sarayında yaşayan Mariya və əri, daha sonra Maksimilyanın atasının Vyanadakı sarayında yaşamağa başladılar.
Burqonlu Mariya
Burqonlu Mariya (fr. Marie de Bourgogne) (d. 13 fevral 1457 - ö. 27 mart 1482) — Burqon hersoqu Cəsur Karlın qızı, Burqon hersoqinası. Burqundiya hersoqu Cəsur Karl və xanımı Burbonlu İzabellanın yeganə övladı idi. 5 yanvar 1477-ci ildə baş tutan Nansi döyüşündə atasının həlak olması ilə, onun yeganə varisi olaraq Burqundiya hersoqinası oldu. Fransa kralı XI Lüdovikə qarşı torpaqlarını qorumaq məqsədilə 1477-ci ildə Habsburq ailəsindən Maksimilyanla evləndi. Bu evlilik uzun illər davam edəcək Habsburq-Fransa münaqişəsinə səbəb oldu. == Mənbə == Armstrong, C.A.J. (1957). "The Burgundian Netherlands, 1477-1521".
Fransalı Mariya
Fransalı Mariya (fr. Marie de Lorraine) (d. 22 noyabr 1515 — ö. 11 iyun 1560) — Şotlandiya kralı V Ceymsin ikinci xanımı, Şotlandiya kraliçası. 1538-ci ildə Şotlandiya kralı ilə evləndi və Şotlandiya kraliçası oldu. Ən kiçik övladı Mariya Stüartın doğumundan 6 gün sonra kral vəfat etdi və körpə qızcığaz Şotlandiya kraliçası elan edildi. Ceyms Hamiltonun 12 illik naibliyinin ardından Mariya 1554-cü ildə kraliçanın naibəsi olaraq vəzifəyə gətirildi. 6 illik naibəliyi dövründə katolik Fransa krallığı ilə əlaqələri gücləndirmiş, İngiltərədən azad və katolikləşmiş bir Şotlandiya krallığı qurmaq istəmişdi. Ancaq Şotlandiyadakı protestant reformasiyasının önünü ala bilmədi və ölümündən sonra qızına iğtişaşlarla çalxalanan bir krallıq buraxdı. == Həyatı == === Uşaqlıq illəri === Medlin 22 noyabr 1515-ci ildə Lotaringiyadakı Bar-le-Dyuk sarayında Quiza hersoqu Klaud və xanımı Burbonlu Antuanettanın ilk qızı olaraq dünyaya gəldi.
Henretta Mariya
Henretta Mariya (fr. Henriette Marie, ing. Henrietta Maria) (d. 25 noyabr 1609 — ö. 10 sentyabr 1669) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi. Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı.
II Mariya
II Mariya (ing. Mary II of England) (d. 30 aprel 1662 – ö. 28 dekabr 1694) — İngiltərə, Şotlandiya və İrlandiyanın kraliçası, II Ceymsin qızı. == Mənbə == Baxter, Stephen B., William III and the Defense of European Liberty, 1650–1702 (1966) OCLC 473975225 Chapman, Hester W., Mary II: Queen of England (1953) OCLC 753145632 Churchill, Winston. A History of the English-Speaking Peoples: Age of Revolution. Weidenfeld & Nicolson, (2002). ISBN 0-304-36393-6 Claydon, Tony, William III: Profiles in Power (2002) ISBN 0-582-40523-8 Van der Kiste, John (2003) William and Mary. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN 0-7509-3048-9.
I Mariya
I Mariya (1516-1558) — İngiltərə və İrlandiya kraliçası, İspaniyanın kraliça-konsortu. I Mariya (1734-1816) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası.
Kalabriyalı Mariya
Alba qrafinyası Kalabriyalı Mariya (it. Maria; 6 may 1329, Neapol – 20 may 1366, Neapol) — böyük bacısı Kraliça I İoannanın ölümündən sonra Neapol tacını miras almış Anju-Siciliya ailəsinin neapollu şahzadəsi. == Həyatı == === Erkən həyatı === Mariya Kalabriya hersoqu Karlın (Neapol Kralı Müdrik Robertin böyük oğlu) və Valualı Mariyanın (Fransa Kralı VI Filippin ögey bacısı) beşinci və ölümündən sonra dünyaya gələn övladı idi. O, atasının ölümündən təxminən altı ay sonra, 9 noyabr 1328-ci ildə anadan olub. Onun doğulduğu vaxt, üç böyük bacısı və bir qardaşından yalnız 1325-ci ilin martında anadan olmuş bacısı İoanna sağ idi. İki il sonra, 23 oktyabr 1331-ci ildə Mariyanın anası Valualı Mariya Bariyə ziyarəti zamanı öldü və Mariya və onun böyük bacısı İoanna (hazırda Neapol taxtının varisi) yetim qaldı. Hər ikisi ata tərəfdən babaları Kral Robertin Neapoldakı sarayında böyüdülər. 30 iyun 1332-ci il tarixli qərarla Papa XXII İoann rəsmi olaraq Mariya və onun böyük bacısının Macarıstan Kralı I Karlın oğulları ilə evlənəcəyinə qərar verdi: İoanna Macarıstanlı Endryu ilə nişanlandı, Mariya isə böyük qardaşı ilə nişanlandı — Macarıstan taxtının varisi, Macarıstan Kralı I Lüdovik; lakin bu nişan, İoannanın evliliyi başa çatana qədər öldüyü təqdirdə Mariyanın kiçik qardaşı Endryu ilə evlənəcəyini şərtləndirdi. Kral Robert bu yolla Neapol tacından məhrum olan böyük qardaşının övladları ilə öz qan soyunu öz xeyrinə barışdırmaq istəyirdi. Mariyanın babası 20 yanvar 1343-cü ildə vəfat etdi.
Kastiliyalı Mariya
Kastiliyalı Mariya (isp. María de Castilla) (d. 14 noyabr 1401 - ö. 7 sentyabr 1458) – Araqon və Neapol kraliçası. Kastiliya kralı III Henrinin qızı və Araqon kralı V Alfonsonun xanımıdır. Əri səltənətinin böyük hissəsini səfərlərdə keçirdiyi üçün onun yerinə naibə olaraq ölkəni idarə etmişdir. Bundan başqa qardaşı Con dünyaya gələnədək Kastiliya taxtının varisi olaraq Asturiya şahzadəsi ünvanını daşımışdır. == Həyatı == === İlk illəri === Mariya Kastiliya kralı III Henri və Lankasterli Ketrinin ilk övladı idi. Onun xaç anası isə anasının ögey xalası olan rahibə Mariya Ayala oldu. Kastiliyalı mürəbbiyələr tərəfindən böyüdülən Mariya 6 yanvar 1402-ci ildə Toledo kortesi tərəfindən taxtın varisi və Asturiya şahzadəsi ünvanlarını aldı.
Macarıstanlı Mariya
Arpad sülaləsindən olan Macarıstanlı Mariya (mac. Mária; 1257, bilinmir – 25 mart 1323, Neapol) — Kral II Karlla evliliyi ilə Neapol Kraliçası olmuş qadın. O, Macarıstanlı V İştvan və onun həyat yoldaşı Kumanlı Yelizavetanın qızı idi. Mariya ərinin olmadığı müddətdə 1290–1294-cü illərdə Provansda və 1295–1296, 1296–1298 və 1302-ci illərdə Neapolda regent vəzifəsində çalışmışdır. == Ailəsi == Mariyanın anası digər kumanlar kimi şamanizm inancına sahib idi. O, Avropanın müasir xristianları tərəfindən bütpərəst hesab olunurdu və Yelizaveta Mariyanın atası İştvan evlənmək üçün katolikliyi qəbul etməli oldu. Onun hansı yaşda xristianlığı seçdiyi məlum deyil, lakin ola bilər ki, o, uşaqlıqdan Macarıstan kral sarayında pravoslav kimi böyüyüb. Mariya altı uşağın ikincisi idi. Onun bacıları Yelizaveta və Yekaterina hər ikisi Serbiyanın Kraliçası oldular. Başqa bir bacı, Anna II Andronik Paleoloq ilə evləndi.
Mariya Anna
Mariya Anna (isp. María Ana de España) (18 avqust 1606, Eskorial – 13 may 1646, Lins, Ens[d]) – İspaniya infantası, Müqəddəs Roma imperatoru III Ferdinandın xanımı. Fərqli zamanlarda ərinin yerinə naibə olaraq xidmət etmişdir. Atası İspaniya kralı III Filipp, anası isə Avstriyalı Marqaritadır. == Həyatı == === Uşaqlıq illəri === Mariya Anna 18 avqust 1606-cı ildə Madrid yaxınlığındakı Eskorial sarayında İspaniya kralı III Filipin qızı olaraq dünyaya gəldi. Valideynləri ikinci dərəcəli qohum idi. Belə ki, atası III Filipin babası V Karl və anası Marqaritanın babası I Ferdinand qardaş idi. Uşaq yaşlarından etibarən Mariya Annanın evlilik məsələsi atasının siyasi planlarında istifadə olundu. İlk namizədi dayısı olan Müqəddəs Roma imperatoru II Ferdinandın böyük oğlu və varisi Con-Karl idi. Ancaq nişanlısı 26 dekabr 1619-cu ildə anidən vəfat etdi və nişan pozuldu.
Mariya Antuanetta
Mariya Antuanetta (fr. Marie-Antoinette; 2 noyabr 1755[…], Hofburq sarayı[d] – 16 oktyabr 1793[…], Konkord meydanı) — Fransa kraliçası, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun qızı. == Həyatı == Həyat yoldaşı ilə birlikdə Fontenblo sarayında yaşayırdı. Fransa inqilabı başlanandan əksinqilabçıları, sui-qəsdçiləri və müdaxiləçiləri dəstəkləmişdir. Məhz buna görə konvent tərəfindən mühakimə olunmuş və edam edilmişdir. Kraliça Mariya Antuanetta edam olunmazdan əvvəl özünü çox sakit aparıb. Hətta dar ağacına yaxınlaşarkən bilmədən ayağını tapdaladığı cəllada: "Bağışlayın, cənab, mən bunu bilmədən etdim" — deyə üzr də istəyibmiş.
Mariya Bohun
Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394, Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi. == Həyatı == Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Elyanora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Elyanora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Talioni Mariya
Mariya Talioni (it. Maria Taglioni; 23 aprel 1804[…], Stokholm – 23 aprel 1884, Marsel, Fransa) — XIX əsrin məşhur balerinası, italyan Talioni balet sülaləsinin üçüncü nəsil nümayəndəsi, baletin romantizim epoxasının əsas nümayəndələrindən biri. == Bioqrafiyası == Mariya balet ustası və xoreoqraf Talioni Filipponun ailəsində dünyaya gəlmişdir. Mariya kiçik qız ikən nə baletin tələbinə cavab verəcək qamətə, nə də xüsusi bir yaraşığa malik olmuşdur. Buna baxmayaraq, atası onu balerina etmək inadından əl çəkmir. Mariya Vyanada, Stokholmda və sonralar isə Parisdə Kulon Fransuanın yanında dərslər alır. Daha sonra isə Mariya ilə atası özü məşqul olmağa başlayır. 1822-ci ildə atasının quruluş verdiyi "Terpsixora sarayına gənc nimfanın qəbulu" baleti ilə Vyanada ilk çıxışını edir. Gənc balerina səhnəyə o dövr üçün məqbul olan ağır libas, parik və qrimdən imtina edərək, təvazökar və sadə bir libasda çıxmışdır. Paris tamaşaçılarının ürəyini 1827-ci ildə "Venesiya karnavalı"nda fəht edən Mariya, o vaxtdan Qarnye Sarayında tez-tez çıxışlar edir.
Qanlı Mariya
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Edinburqlu Mariya
Edinburqlu Mariya Aleksandra Viktoriya (ing. Marie Alexandra Victoria of Edinburgh) və ya Rumıniyalı Mariya (rum. Maria a României; 29 oktyabr 1875[…], İstuell-Park[d], Kent qraflığı – 18 iyul 1938, Peleș qəsri[d]) — Britaniya şahzadəsi, Alfred Sakskoburqqotskinin və böyük knyaginya Mariya Aleksandrovnanın qızı. Atası tərəfindən kraliça Viktoriyanın, anası tərəfindən imperator II Aleksandrın nəvəsidir. Rumıniyanın sonuncu kraliçası olmuşdur. == Həyatı == Mariya 29 oktyabr 1875-ci ildə İngiltərənin Kent qraflığında, İstuell-Parkda anadan olmuşdur. 1893-cü ildə Rumıniya taxtının varisi şahzadə Ferdinandla evlənmişdir. O, 1914-cü ildə atası I Karolun ölümündən sonra taxta çıxmışdır. Onların altı övladı olmuşdur. Birinci Dünya müharibəsi illərində Mariya Qızıl Xaç və digər xeyriyyə təşkilatlarında fədakar əməyi ilə Rumıniya xalqının hörmətini qazanmışdı.
Mariya Abaşova
Mariya Yuryevna Abaşova (6 sentyabr 1983, Lvov) — balet artisti, Sankt-Peterburq Boris Eyfman Balet Teatrının prima balerinası. Qızıl Maska (2006) və Qızıl Soffit (2007) mükafatlarının qalibi. Rusiyanın əməkdar artisti (2018). == Həyatı == Uşaqlıqda Mariya çox zəif, xəstə uşaq idi. Buna görə yüksək səviyyəli bir proqramçı olan anası işini tərk etməli və yalnız qızı ilə məşğul olmalı idi və bütün ailə mühəndis-mexanik atasının maaşı ilə dolanırdı. Onurğasında ciddi problemlər olduğuna görə, həkim gimnastika ilə məşğul olmağı tövsiyə etmişdir. Maria bədii gimnastika ilə məşğul olmağa başladı, 9 yaşında xoreoqrafiya dərsinə çox böyük maraq göstərməyə başladı. 1997–1998-ci illərdə Lvov Opera və Balet Teatrının səhnəsində rəqs edib. Sonra Müqəddəs Pölten Balet Konservatoriyasında (Avstriya) təhsil alıb. 2002-ci ildə Nyu-Yorkda Gənclər Amerika Qran Pri rəqs yarışmasında iştirak etdi və qızlar arasında böyük qrupda qızıl medal qazandı..
Mariya Dolina
Mariya İvanovna Dolina (ukr. Марія Іванівна Доліна, rus. Мария Ивановна Долина; 18 dekabr 1922, Omsk vilayəti – 3 mart 2010, Kiyev) — qadınlardan ibarət 125-ci mühafizəçi borbardmançı aviasiya alayında pilot və eskadron komandirinin müavini olub. İkinci Dünya Müharibəsi illərində ilk növbədə 1-ci Baltik cəbhəsində fəallıq göstərmiş, 18 avqust 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Erkən həyat == Sibirin Omsk vilayətinin Şarovka kəndində anadan olan Dolina Ukrayna kəndlilərinin böyük qızı idi. Onun doqquz bacısı var idi. 1934-cü ildə Mariyanın atası Rusiya vətəndaş müharibəsində ayağını itirdikdən sonra ailə yenidən Ukraynaya köçmüşdü. Atasının vəziyyətinə görə Dolina bütün ailəni dolandırmalı olmuş, məktəbi tərk edərək fabrikdə işləməyə başlamışdır. Anasının müqavimətinə baxmayaraq, Mariya uçuş klubunda məşq edərək 1940-cı ildə Xerson Uçuş Məktəbini bitirmiş, bundan sonra Engels adına Hərbi Uçuş Məktəbinə daxil olmuşdur. O, 22 iyun 1941-ci ildə Almaniyanın işğalından əvvəl Dnepropetrovsk və Nikolayevdə uçuş klublarında təlimatçı vəzifəsində çalışıb.
Mariya Krutsifiksa
Mariya Krutsifiksa (xorv. Marija Krucifiksa Kozulić) — Xorvat xeyriyyəçisi, pedaqoq, İsanın Müqəddəs Qəlbi Bacıları Cəmiyyətinin yaradıcısı. == Bioqrafiya == O, 19-cu əsrin əvvəllərində Riyekaya köçən Loşinjdən olan varlı gəmi sahiblərinin ailəsindən idi. 14 yaşında o, doğma şəhərindəki şəhər və Benediktin Müqəddəs Rox monastırının musiqi məktəbini bitirmiş, burada italyan dilini öyrənmişdir. Mariya Krutsifiksa ilk illərini evdə oturaraq və anasına kömək etməklə, qardaş və bacılarına dərs verməklə keçirir. Bacısı İrene Riyekadakı məktəbdə fizika və riyaziyyat müəllimi olur. Onun qardaşı Cüzeppe Nikolo 1885-ci ildə hələ təhsilini davam etdirərkən 22 yaşında vəfat edir. Onun Emiliya adlı bacısı fərdi müəllim işləyirdi və bir bacısı rahibə olmuşdu. 1874-cü ildə Nyu-Yorkdan Odessaya səyahət zamanı gəmi qəzaya uğradıqdan sonra atasının şirkəti müflis olur və ailəni köçməyə məcbur edir. 1879-cu ildə Mariya Krutsifiksa ailəsi ilə birlikdə yaxınlıqdakı Triestə köçərək, orada İsa Məsihin Müqəddəs Qəlbi kultuna qoşulur və kilsə geyimləri mağazasının ortaq sahibi və meneceri olur.
Mariya Mezentsev
Mariya Mezentseva (ukr. Марія Сергіївна Мезенцева) — Ukraynalı siyasətçi, könüllü, fərdi sahibkar. IX çağırış Ukraynanın xalq deputatı. Seçkilərdə keçmiş deputat Valeri Pisarenkonu məğlub edib. == Bioqrafiya == 10 dekabr 1989-cu ildə Xarkovda anadan olub. V. Karazin adına Xarkov Milli Universitetini ("Beynəlxalq İqtisadi Münasibətlər" və "İngilis dilindən referent-tərcüməçi" ixtisasları) bitirib. O, Kent Universitetində (Böyük Britaniya) təhsil alıb, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq üzrə magistr dərəcəsi alıb. 2008-2010-cu illərdə Xarkovdakı Land Exclusive MMC-də (hüquq firması) hüquq məsləhətçisi olub. 2011-ci ildə Ukrayna Ali Radasında təcrübə keçib. 2012-2013-cü illərdə Avropa Parlamentində, Birləşmiş Millətlər Təşkilatının Parlament Assambleyasında təcrübə keçmişdir.
Mariya Qrolmusets
Mariya Qrolmusets (y.sorb Marja Grólmusec, alm. Maria Karoline Elisabeth Grollmuß‎; 24 aprel 1896, Leypsiq, Saksoniya – 6 avqust 1944, Ravensburyuk həbs düşərgəsi) — Sorb ictimai xadim, jurnalist, publisist və Almaniyada nasist rejiminə qarşı sosialist müqavimətinin lideri. == Bioqrafiya == Mariya Qrolmusets 24 aprel 1896-cı ildə Leypsiqdə filologiya elmləri doktoru və məktəb direktoru Yan Qrolmusun ailəsində anadan olub. 1917-ci ilin dekabrında Leypsiqdəki Pedaqoji Məktəbi bitirmişdi. Qrolmusets sonralar Leypsiqdəki dövlət məktəbində ibtidai məktəbdə dərs deməyə başlamışdır. 1918-ci ildə "Matitsy Serbian" sorb mədəni və ictimai təşkilatına qoşuldu. Leypsiq və Berlin universitetlərinin filologiya və tarix fakültələrində təhsil alıb. Təhsil aldığı müddətdə Sosialist Tələbələr Liqasının üzvü olub. 1928-ci ildə “Jozef Görres və demokratiya” mövzusunda elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Eyni zamanda, o, Alman Mərkəz Partiyasının solçu fraksiyasına aid olan və katolik gənclərin «Quickborn» hərəkatı tərəfindən nəşr olunan «Die Schildgenossen» katolik jurnalı ilə əməkdaşlıq edən «Rhein-Mainische Volkszeitung», üçün məqalələri yazmağa başladı.
Müqəddəs Mariya Kafedralı (Tokio)
Müqəddəs Mariya Kafedralı (yap. カトリック関口教会) - Tokio şəhərində yerləşən Roma-Katolik kilsəsinə mənsub kilsə. Kilsə kompleksi 1964-cü ildə yapon memarı Kenzo Tanqe tərəfindən inşa edilmişdir. Kilsənin yerləşdiyi ərazidə 1899-cu ildə taxta konstruksiyadan inşa edilən qotik üslublu məbəd II Dünya müharibəsi zamanı müttəfiq dövlətlərin bombardımanı zamanı dağıldılmışdır. Müasir kilsəni isə 1987-ci ildə Pritsker mükafatı qazanmış Kenzo Tanqe lahiyələndirmişdir. 1964-cü ildə tamamlanan kilsə ən modern Roma-Katolik kilsələrindən biri hesab olunur.
Müqəddəs Mariya Maqdalena kilsəsi (Karlovı Varı)
Müqəddəs Mariya Maqdalena kilsəsi (çex. Kostel svaté Máří Magdaleny) — Çexiyanın kurort-şəhəri Karlovı Varının mərkəzində yerləşən katolik kilsəsi. Barokko üslubunda kilsə məşhur memar Kilian İqnats Dintsenhofer tərəfindən 1732-1736-cı illər arasında inşa olunmuşdu. Kilsə isti termal bulaqlar kolonnadası (çex. Vřídelní kolonáda) ilə üzbəüz yerləşir və şəhərin əsas dominantlarından sayılır. == Tarix == Orta əsr qotik kostyolu ətrafındakı qəbiristanlıqla birlikdə Karlovı Varının Geyzer adlanan təpənin üzərində XIV əsrin ikinci yarısında tikilmişdir. 1518-ci ildə İntibah üslubunda yenidən qurulan kilsəyə XVIII əsrin əvvələrində yanğın nəticəsində çox böyük zərər dəyir, buna görə şəhər bələdiyyəsi onun sökülməsini və şəhərdə yeni məbəd tikilməsini qərara almışdır. Gələcək kilsənin ilk təməl daşı 27 aprel 1733-cü ildə qoyulmuşdur. İnşa üçün şəhər hakimiyyətinə bir neçə təklif təqdim edilmişdir. Yüksək barokko üslublu yeni binanın layihəsi isə istedadlı alman memarı Kilian İqnats Dintsenhofer tərəfindən hazırlanmışdı.
Orleanlı Mariya Luiza
Mariya Luiza (isp. María Luisa de Orleans; fr. Marie-Louise d'Orléans) (26 mart 1662 – 12 fevral 1689[…], Madrid) — İspaniya kralının xanımı. Atası Fransa kralı XIII Lüdovikin oğlu Burbonlu Filipp, anası isə İngiltərə kralı I Karlın qızı Henretta Stüartdır. 16 yaşında ikən İspaniya kralı II Karlla evləndirilsə də, bu evlilikdən övladı olmadı. Gözlənilməz ölümünün ardında qaynanası Mariya Annanın olduğu deyilsə də, ölüm səbəbi olaraq appendisit partlaması göstərilir. == Mənbə == Barker, Nancy Nichols (1989). Brother to the Sun King, Philippe, Duke of Orléans. Johns Hopkins University Press. Campbell, Jodi (2017).
Orleanlı Mariya Mersedes
Orleanlı Mariya Mersedes (isp. María de las Mercedes de Orleans y Borbón) (24 iyun 1860[…], Madrid – 26 iyun 1878[…], Madrid) — İspaniya kralının xanımı. Atası Fransa kralı I Lui-Filippin oğlu Orleanlı Antuan, anası isə İspaniya kralı VII Ferdinandın qızı İnfanta Luiza Ferdinanda idi. == Mənbə == Willis, Daniel, The Descendants of Louis XIII, Clearfield Co., Inc., Baltimore, Maryland, 1999, p. 194; ISBN 0-8063-4942-5 Tejero Robledo, Eduardo (1998). "La tradición oral en la cadena etnográfica" Pallardó Pardo, Esther (2016). "La restauración bajo el reinado de Alfonso XII desde la perspectiva de lo audiovisual". Opción: Revista de Ciencias Humanas y Sociales (12): 120.
Parmalı Mariya Luiza
Parmalı Mariya Luiza (isp. Luisa María Teresa Ana; fr. Louise Marie Thérèse Anne) (9 dekabr 1751[…], Parma – 2 yanvar 1819[…], Roma) — İspaniya kralının xanımı. Atası İspaniya kralı V Filippin oğlu Parma hersoqu Filipp, anası isə Fransa kralı XV Lüdovikin qızı Burbonlu Luiza Elizabetdir. Əmisi olan İspaniya kralı III Karlın oğlu İnfant Karlla 1765-ci ildə evləndi və onun 1788-ci ildə kral olmasıyla Mariya Luiza İspaniya kraliçası oldu. Kral üzərindəki nüfuzu və dövlət işlərinə müdaxiləsi səbəbilə xalq arasında sevilmədi. Hətta münasibətləri pis olan gəlini Mariya Antuanettanın gənc yaşda vəfat etməsində də onun əlinin olduğu deyilir. Ərinin taxtdan devrilməsinin ardından onunla birlikdə Fransaya qaçdı və Napoleon Bonapart tərəfindən burada əsir tutuldu. Daha sonra Romaya aparıldılar və burada ərinin ölümündən 18 gün öncə — 2 yanvar 1819-cu ildə vəfat etdi. == Mənbə == Ursula Tamussino: Isabella von Parma.
Rainer Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair == Həyatı == Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. == Xarici keçidlər == Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.
Rayner Mariya Rilke
Rayner Mariya Rilke (1875-1926) - şair == Həyatı == Rayner Mariya Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoyub, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan xərçəngi xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır. == Xarici keçidlər == Rayner Mariya Rilke. Bəbir Rayner Mariya Rilke.
Sadəcə Mariya (teleserial, 1989)
Sadəcə Mariya (isp. Simplemente Maria) — Meksikada 1989-cu ildə "Televisa" tərəfindən istehsal olunmuş telenovella. Prodüserləri Valentin Pimşteyn, Salvador Mexiya və Veronika Pimşteyndir. == Rollarda == Victoria Ruffo — Maria Lopez de Carreno. Manuel Saval — Juan Carloz del Villar. Jaime Garza — Victro Carreno. Silvia Derbez — Matilde Carreno. Juan Carlos Serran — Roman Lopez. Adriana Parra — Rita Fernandez de Lopez. Gabriela Goldsmith — Lorena del Villar de Rivera.
Saksoniyalı Mariya Amaliya
Saksoniyalı Mariya Amaliya (isp. María Amalia Cristina Francisca Javiera Flora Walburga) (24 noyabr 1724, Drezden – 27 sentyabr 1760[…], Madrid) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqust, anası isə Müqəddəs Roma imperatoru I Jozefin qızı Mariya Jozefinadır.
Saksoniyalı Mariya Jozefina Amaliya
Mariya Jozefina Amaliya (isp. Maria Josepha Amalia Beatrix Xaveria Vincentia Aloysia Franziska de Paula Franziska de Chantal Anna Apollonia Johanna Nepomucena Walburga Theresia Ambrosia) (7 dekabr 1803 və ya 6 dekabr 1803, Drezden – 18 may 1829) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqustun nəvəsi Maksimilyan, anası isə Parma hersoqu Filippin nəvəsi Parmalı Karolinadır. Hələ 16 yaşında ikən İspaniya kralı VII Ferdinandla evləndi. İlk 2 nikahından varisi olmayan kralın hakimiyyəti təhlükə altında idi. Mariya Jozefina çox uşaqlılıqlarıyla məşhur olan Saksoniya şahzadələrindən olsa da, bu nikahdan övladı olmadı. Bu səbəblə saraydan ayrılaraq uzun müddət Aranxuaz sarayında yaşadı. Bu müddət ərzində cütlüyü barışdırmaq məqsədilə Roma papası VII Piy ona şəxsi məktub belə yazmışdı. Ancaq bunlar heç bir fayda vermədi və Mariya Jozefina 18 may 1829-cu ildə yüksək hərarət səbəbilə vəfat etdi. == Mənbə == María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019).
Santa-Mariya-del-Fiore
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. == Tarixi == 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. == Memarlıq == Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Santa-Mariya-del-Fiore kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral kilsə. == Tarixi == 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di-Kambio idi. 1333–1337-ci illərdə Cotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Gini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleski keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. == Memarlıq == Son qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Santa-Mariya-del-Fiore kafedralının fasadı
Santa-Mariya-del-Fiore kafedralının fasadı (it. Facciata di Santa Maria del Fiore) — Florensiya kafedralının inşaatı tarixində ən mübahisəli məsələlərdən biridir. İnşasına Arnolfo Di Kambio tərəfindən başlamış fasad, XV əsrə kimi müxtəlif heykəltəraşlar tərəfindən hazırlanmış heykəllər tərəfindən bəzədilsə də, 1587-ci ildə həmin fasad sökülmüşdür. Bundan sonra dəfələrlə müxtəlif memarlar tərəfindən layihələr təqdim edilməsi və müsabiqələr təşkil olunmasına baxmayaraq, XIX əsrə kimi Florensiya kafedralının fasadı inşa edilməmişdir. XIX əsrdə Santa-Mariya-del-Fiore kafedralını fasadı Emilio de Fabrisin layihəsi əsasında inşa edilmişdir. Abidənin fasadının sökülməsi və yeni fasadın inşası ilə bağlı elmi mübahisələr davam etsə də, hazırkı fasad İtaliyada neoqotika memarlığının ən yaxşı nümunələrindən biri hesab edilir. == Arnolfonun fasadı == === Tarixi === Arnolfonun fasad üzərində nə vaxtdan işləməyə başlaması haqqında sənədlər olmasa da, arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, fasadın inşasına daha erkən dövrdə - XIII əsrdə başlanılmışdır. Bu ilkin fasad qədim Santa-Reparta kilsəsində ibadətin davam etdirilməsi üçün binanı yararlı hala gətirmək məqsədi ilə inşa edilmişdi. Arnolfinin fasad layihəsinin tikilinin bütün fasadını əhatə etməsi haqqında dövrümüzə heç bir çetyoj və ya sənəd çatmasa da, onun işini dava etdirən memarlar fasad inşası işini portaldan on metr yuxarı qaldıra bilmişdir. Florensiya bələdiyyəsinin Arnolfonu vergi ödənişlərindən azad etməsi onun fasad üzərində əhəmiyyətli dərəcədə işləməsini göstərən faktlardan biridir: belə ki, böyük sənətkarların yaşayıb fəaliyyət göstərdiyi dövrdə hökumət heç də hər adama bu cür imkan yaratmırdı.
Santa-Mariya-del-Fiore kafedralının günbəzi
Santa-Mariya-del-Fiore kafedralının günbəzi (it. La cupola di Cattedrale di Santa Maria del Fiore) və ya Brunelleski günbəzi (it. Cupola del Brunelleschi) — Florensiyada yerləşən Santa-Mariya-del-Fiore kafdralının mərkəzi kəsişmə hissəsini örtən kərpic günbəzdir; inşası tamamlandığı dövrdə Brunelleski günbəzi dünyanın ən böyük günbəzi idi, Müqəddəs Pyotr bazilikasının günbəzinin inşasından bu günə kimi isə Santa-Mariya-del-Fiore kafedralının günbəzi dünyada kərpicdən inşa edilmiş ən böyük günbəz (daxili günbəzin maksimal diametri 45.5 metr, xarici diametri isə −54.8 metrdir) olaraq qalmaqdadır. İntibah memarlığının sonrakı inkişafında oynadığı fundamental əhəmiyyətə və müasir memarlıq nəzəriyyəsinə təsirinə görə, bu günbəz günümüzə kimi Avropada Qədim Roma dövründən sonra həyata keçirilmiş ən mühüm memarlıq əsəri olaraq qalmaqdadır. == Tarixi == Kafedral kilsənin inşasına 1294–1295-ci illərdə başlanılmış günbəz barabanı isə artıq 1314–1315-ci illərdə tikilərək hazır vəziyyətə gətirilmişdi; lakin, XV əsrin əvvəllərinə kimi o zaman yaşamış memarlardan heç biri belə nəhəng günbəzin inşası üün ciddi təklif irəli sürə bilməmişdir. Hələ kafedralın inşasının getdiyi dövrdən günbəzin inşası bir çox memarları düşündürürdü. Çünki, günbəzin tamamlanmasına kimi onu daxildən saxlamalı olan nəhəng taxta qabırğaların hündürlükdə necə yerləşdirilməsi məsələsini həll etmək lazım idi. Əlbəttə ki, kafedralın memarı olan Arnolfo di Kambio bu problemi əvvəlcədən görür və onun həll edilməsi üçün orta əsr kafedrallarının əənəvi triburiyasından fərqli olaraq daha iri həcmli təməl inşa edirdi. Kambionun planına əsasən kafedralın günbəzinin daha ənənəvi aspektdə nəzərdə tutulmasını Florensiyadakı Santa-Mariya-Novella bazilikasının Bonayuti kapellasında Andrea Bonayuti tərəfindən çəkilmiş məşhur freska da sübut edir. 1355-ci ildə çəkilmiş həmin freskada Santa-Mariya-del-Fiore kilsəsi aydın görünsə də, onun dairəvi günbəzi barabansız bina üzərində oturdulmuşdur.
Santa-Mariya Formoza
Santa Mariya Formoza Kilsəsi (it. Santa Maria Formosa) -Venesiyada, Kastello rayonunda kilsədir. Eyniadlı Santa Mariya Formoza meydanında yerləşir. Kilsə 1492-ci ildə köhnə kilsənin yerində Mauro Koduççinin layihələsi əsasında inşa edilib. Memarlıq xüsusiyyətlərindən qabarıq krem rəngli apsidləri, zəng qülləsinin ətəyindəki qrotesk maskanı — məbədin bir çox barokko stilində olan detallarından birini qeyd etmək olar. Kilsədə Venesiya rəssamlıq məktəbinin nümayəndələrinin bir neçə şah əsəri var. Bunlardan ən böyüyü Palma il Vekkyo tərəfindən çəkilən "Müqəddəs Barbara digər qüqəddəslər ilə" adlı poliptixidir. Bu əsər rəssamın ən yaxşı rəsmi hesab olunur. Digər bir şedevr, Bartolomeo Vivarini tərəfindən yaradılmış "Mizerkordiya Madonna" triptixidir. Bu əsər, 1473-cü ildə kilsə konqreqrasiyasının vəsait ayrılmasından sonra yaradılmışdı.
Santa Mariya della Qrasiya
Santa Mariya della Qrasiya — İtaliyanın Milan şəhərində yerləşən bir kilsədir. İlk əvvəl monastır yeməkxanası kimi tikilməsi planlaşdırılan bu kilsə UNESCOnun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Kilsənin yeməkxanasının arxa divarını Leonardo da Vinçinin Sonuncu şam yeməyi freskası bəzəyir.
Santa Mariya della Salute kilsəsi
Santa Mariya della Salute (it. Basilica di Santa Maria della Salute) Venesiyada Grand-kanalının sahilində, Dojlar sarayının qarşısında yerləşən patriarx roma-katolik məbədi. Məbəd şəhərin 100000 sakininin tələfinə səbəb olmuş taun epidemiyasının sona yetməsi münasibətilə 1630-1631-ci illərdə barokko stilində inşa edilmişdir. Tikilinin memarı Baltazar Lonqenadır. Kilsənin əzəmətli bazilikası səkkizguşəli olub, üstü yarım sferik kümbəzlə örtülmüşdür. Qurbangah üzərində sonralar bir qədər kiçik daha bir kümbəz əlavə olaraq tikilmişdir. Əsas kümbəz on beş tağ üzərində formalaşır. Kümbəz tağlarının arasında müvafiq cüt pəncərələr yerləşir. Məbədin girişi zəfər tağı formasındadır. Binanın fasadı iblisə həmlə edən mələk Mikayılın, Vəftizçi Yəhyanın, Bakirə Məryəmin heykəlləri ilə bəzədilmişdir.
Savoyyalı Mariya Luiza Qabriella
Mariya Luiza Qabriella (isp. María Luisa Gabriela de Saboya); (17 sentyabr 1688, Turin – 14 fevral 1714, Madrid) — İspaniya kralının xanımı. == Mənbə == Hume, Martin Andrew Sharp (1906). "Epilogue". Queens of Old Spain. E. Grant Richards. pp. 531 The Gentleman's magazine, Volumes 302–303, F. Jefferies, 1789, p 286 Orr, Clarissa Campbell (2004–08–12). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press.
Siciliyalı Mariya Amaliya
Siciliyalı Mariya Amaliya (isp. María Amelia Teresa de Borbón-Dos Sicilias; fr. Marie-Amélie de Bourbon-Siciles) (26 aprel 1782[…], Kral sarayı (Kazerta), Kampaniya – 24 mart 1866[…]) — Fransanın son kraliçası. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 25 noyabr 1809-cu ildə Orleanlı Lui-Filiplə evləndi. Evliliyinin 21-ci ilində əri Fransanın son kralı olaraq taxta çıxdı. == Mənbə == Howarth, T. E. B. Citizen-King, The Life of Louis-Philippe, King of the French. London: Eyre & Spottiswoode, 1961. Margadant, Jo Burr. "The Duchesse de Berry and Royalist Political Culture in Postrevolutionary France.
Siciliyalı Mariya Antuanetta
Siciliyalı Mariya Antuanetta (isp. Maria Antonietta Teresa Amelia Giovanna Battista Francesca Gaetana Maria Anna Lucia) (14 dekabr 1784, Kazerta, Kampaniya – 21 may 1806) – Neapol və Siciliya kralı I Ferdinandın ən kiçik qızı. Hələ 18 yaşında ikən 1802-ci ildə İnfant Ferdinandla evləndi. Ancaq 2 dəfə hamilə qalsa da, hamiləlik tamamlanmamış uşaqlar tələf oldular. Çox keçmədən Mariya Antuanetta tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi. Ancaq ölümünün ardında qaynanası Parmalı Luizanın olması barədə şayələr yayılmışdır. Əri hakimiyyətə gəlmədən vəfat etdiyi üçün heç vaxt İspaniya kraliçası ola bilmədi. == Mənbə == EPTON, Nina, The Spanish mousetrap: Napoleon and the Court of Spain (London: Macdonald, 1973). HILT, Douglas, The troubled trinity: Godoy and the Spanish monarchs (Tuscaloosa; London: University of Alabama Press, 1987).
Siciliyalı Mariya Kristina
Siciliyalı Mariya Kristina (isp. Maria Cristina Ferdinanda di Borbone) (27 aprel 1806[…], Palermo – 22 avqust 1878[…], Havr) — İspaniya kralının xanımı. Atası İki Siciliya kralı I Fransisk, anası isə İspaniya kralı IV Karlın qızı Mariya İzabelladır. 23 yaşında ikən dayısı olan İspaniya kralı VII Ferdinandla evləndi və bu nikahdan 2 qızı — İnfanta İzabella və İnfanta Luiza Ferdinanda dünyaya gəldi. Kral bundan öncə 3 dəfə evlənsə də, hələ də oğul varisi yox idi. Dünyaya gələn qızlarının isə 1789 tarixli vərasət qanuna əsasən taxt hüququ yox idi. Bu səbəblə kralın qardaşları İnfant Karl İsidro və İnfant Fransisk Paul arasında varislik uğrunda mübarizə başlamışdı. Kralın 29 sentyabr 1833-cü ildə vəfat etməsinin ardından taxt mübarizəsi daha da şiddətləndi. Saray daxilində kralın 3 yaşlı qızı İzabella tələm-tələsik taxta oturduldu və ertəsi gün bütün ölkəyə kraliçanın taxta çıxarıldığı, dul kraliça Mariya Kristinanın isə onun naibəsi olduğu elan edildi. Ancaq kralın qardaşı Don Karl İsidro bunu tanımadı və yerli əyanların dəstəyini alaraq mübarizəsini davam etdirdi.
Siciliyalı Mariya Kristina (Sardiniya kraliçası)
Siciliyalı Mariya Kristina (isp. María Cristina Amelia Teresa de Borbón-Dos Sicilias; it. Maria Cristina Amalia Teresa di Borbone-Napoli) (17 yanvar 1779, Kazerta, Kampaniya – 11 mart 1849, Savona, Liquriya) — Sardiniya kralı Çarlz Feliksin xanımı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 6 aprel 1807-ci ildə Çarlz Felikslə Palermoda evləndi. Ərinin 1821-ci ildə Sardiniya kralı olmasının ardından Mariya Kristina da kraliça elan edildi. Cütlüyün övladı olmadı və kralın 1831-ci ildə vəfatının ardından Mariya Kristina qalan ömrünü Turin, Neapol, digər İtaliya şəhərlərində keçirdi. == Mənbə == Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans [Genealogy up to the fourth degree inclusive of all the Kings and Princes of sovereign houses of Europe currently living] (in French). Bourdeaux: Frederic Guillaume Birnstiel. 1768.
Siciliyalı Mariya Tereza
Siciliyalı Mariya Tereza (isp. María Teresa de las Dos Sicilias) (6 iyun 1772, Neapol – 13 aprel 1807, Vyana) — sonuncu Müqəddəs Roma imperatoru və ilk Avstriya imperatoru II Fransiskin xanımı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 15 sentyabr 1790-cı ildə həm bibisi oğlu, həm də dayısı oğlu olan Avstriyalı Fransisklə evləndi. Evlilikdən 2 gün sonra əri Müqəddəs Roma imperatoru elan edildi. == Mənbə == Friedrich Weissensteiner: Frauen auf Habsburgs Thron – die österreichischen Kaiserinnen, Ueberreuter Wien, 1998, ISBN 3-8000-3709-2 Charlottas, Hedvig Elisabeth (1927) [1797-1799]. af Klercker, Cecilia (ed.). Hedvig Elisabeth Charlottas dagbok [The diary of Hedvig Elizabeth Charlotte] (in Swedish). VI 1797-1799.