Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhsən Dadaşov
Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində dünyaya göz açmışdır. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib. 1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib. Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir. Məlumdur ki, Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun sevimli tələbəsi, mərhum Əhsən Dadaşov olmuşdur Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.
Əhsən ət-Təvarix
"Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") — Səfəvi tarixçisi Həsən bəy Rumlunun 12 cilddən ibarət əsəri. Azərbaycan səfəvişünas-tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I Şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb". Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt-təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətən, istərsə də bir sıra Yaxın və Uzaq Şərq ölkələrinin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. == Həsən bəy Rumlunun həyatı == Rumlu tayfası Azərbaycan Səfəvilər dövlətinin yaranması və möhkəmlənməsi uğrunda gedən mübarizədə aktiv iştirak edən tayfalardan biridir. Səfəvilər dövründə bu tayfanın ən tanınmış başçıları Nur Əli Xəlifə, Piri bəy və Div Sultan olmuşdur. Həsən Rumlunun nəvəsi Əmir Sultan Təhmasibin yaxın əmirlərindən biri idi. Səfəviyyə təriqətinə bağlı xəlifələrə ümumi rəhbərliyi həyata keçirən xəlifətül-xüləfa mənsəbi uzun müddət rumlu tayfasının təmsilçilərinə məxsus olmuşdur. Rumlu tayfası yalnız idarəçi və hərbçilər deyil, türkcə və farsca şeirlər yazan Şahqulu bəy kimi şair, tərcümə etdiyimiz mənbənin müəllifi olan Həsən bəy kimi tarixçi də yetirmişdir.
Mirzə Həsən xan Əhsənüddövlə
Mirzə Həsən xan Əhsənüddövlə Təbrizi (?-?) — Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Həsən xan Əhsənüddövlə Təbriz şəhərində doğulmuşdu. O, mükəmməl mədrəsə təhsili almışdı. İctimai işlərlə məşğul olmuşdu. Təbrizin ziyalı şəxslərdən idi. Məşrutə hərəkatını dəstəkləyirdi. Mirzə Həsən xan Əhsənüddövlə Təbrizi İranda ilk Milli məclis təşkil olunanda Təbrizdən öz namizədliyini vermişdi. Cənubi Azərbaycanın mülkədar təbəqəsi bu hörmətli şəxsi vəkil seçmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov — Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Seyid Həsən Əxlaq — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.
Ahsən Əroğlu
Ahsən Əroğlu (27 oktyabr 1994)-Türk aktrisa == Həyatı == 27 oktyabr 1994-cü ildə Çorluda doğulan Ahsən Əroğlunun ailəsi Bolqarıstan köçərisidir. Egey Universiteti Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib və aktyorluq təhsilini Sahne 3MOTA-da alıb. Karyerasına atdığı ilk addım 2015-ci ildə Bir Modern Habil Qabil Hekayəsi serialında canlandırdığı Zəhra obrazıdır. Bu serialdan sonra o, Möhtəşəm Yüz il: Kösəm, Ana, Qızlarım üçün, İstanbullu gəlin kimi seriallarda iştirak etmişdir. 2019-cu ildə ilk başrolu olduğu Quzğun serialında Qumru Cəbəci rolunu ,2020-2021-ci ildə Menecerimə zəng et serialında Dicle başrolunu canlandıraraq Qızıl Kəpənək mükafatının Ulduzu Parıldayanlar Mükafatına layiq görülür.
Böyük Həsən
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1335-1356) == Həyatı == Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1335-ci ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu. Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Elvin Həsən
Elvin Həsən (10 aprel 1985, İştip[d]) — Makedoniyanın türk əsilli dövlət xadimi, keçmiş Makedoniya Dövlət İmtahan Mərkəzinin müdir müavini, Makedoniyanın hal-hazırkı xarici sərmayə ilə iş üzrə naziri. == Həyatı == Elvin Həsən 1985-ci ildə Makedoniyanın İştip şəhərində türk əsilli ailədə anadan olmuşdur. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra Radoviş şəhərinə bağlı Əliqoç-Qoçəli kəndində müəllim olaraq 10 il çalışmışdır. === Təhsili === 2007-ci ildə Qotse Delçev Universitetinin Metodologiya fakültəsinin Məktəb müəllimliyi bölməsindən məzun olmuşdur. Magistr və doktorantura təhsilini Az. Kiril ve Metodologiya Universitetinin Pedoqoji İnistitutunda almışdır. == Fəaliyyəti == === Qeyri-hökumət təşkilatlarında === 2011-ci ildə qoşulduğu Üfüq dərnəyində bir sıra vəzifələrdə çalışmışdır. 2016–2018-ci illərdə həmin dərnəyin rəhbərliyini etmişdir. Makedoniyanın Türk Hərəkat Partiyası katibinin müavini olmaqla yanaşı, həmin partiyanın III bölgə kordinatorluğunu, partiyanın təhsil komissiyası rəhbərliyini və THP Radoviş təşkilatının rəhbəri vəzfivələrində olmuşdur. === Dövlət orqanlarında === 3 avqust 2017-ci ildə Makedoniyanın Dövlət İmtahan Mərkəzinin müdir müavini vəzifəsinə təyin edilmişdir.
Hacı Həsən
Hacıhəsən-i Xaləsə (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Hacıhəsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Hacı Həsən (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Həsən Həsənov
Həsən Həsənov (siyasətçi) — Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru (2006). Həsən Həsənov (jurnalist) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002 – indi). Həsən Həsənov (alim) — Azərbaycanın görkəmli alimi. Həsən Həsənov (incəsənət xadimi) — Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). Həsən Həsənov (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Həsən Kardanov
Həsən Kardanov (tam adı: Həsən Yakuboviç Kardanov, rus. Хасан Якубович Карданов; 23 fevral 1923, Çeqem, Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 20 yanvar 2019, Nalçik) — Kabarda əsilli SSRİ və Rusiya bəstəkarı, RSFSR xalq artisti, İkinci Dünya müharibəsi iştirakçısı. == Bioqrafiya == Həsən Yakuboviç Kardanov 23 fevral 1923-cü ildə SSRİ-nin RSFSR-nın KBMV-nın Birinci Çeqem kəndində (indiki Çeqem şəhəri) anadan olmuşdur. Məktəbdə təhsil alarkən Kardanovda musiqiyə maraq yaranmışdır. O, xalq musiqi alətləri orkestrında iştirak etmiş, müxtəlif xalq musiqi alətlərini ifa etməyi öyrənmişdir. 1937-ci ildə atasının ölümündən sonra Nalçik şəhərindəki bir internatda təhsil almağa başlamışdır. 1942-ci ildə cəbhəyə getmişdir. O, Mius cəbhəsində pulemyot-minomyot heyətinin komandiri olmuşdur. 18 fevral 1943-cü ildə ağır yaralanan Kardanov sağaldıqdan sonra Ukrayna cəbhəsində vuruşan Konstantinov adına əlahiddə tank əleyhinə qırıcı artilleriya alayına göndərilmiş, orada «RP-12» hərbi radiostansiyanın radio kəşfiyyatı üzrə zabit olmuşdur. O, alayın bir üzvü olaraq Qafqazda, Ukraynada, Belarusda, Polşada və Çexoslovakiyada vuruşmuşdur.
Həsən Kərimov
Həsən Kərimov (çoban)
Həsən Mehdiyev
Həsən Mеhdiyеv (Həsən Musа оğlu Mеhdiyеv; 5 may 1925, Naxçıvan – 21 avqust 2001, Bakı) – yаzıçı, nаsir, publisist. == Həyatı == Həsən Mehdiyev Nахçıvаn Pеdаqоji Tехnikumunu bitirmiş (1941), Bаkıdа ikiillik pаrtiyа məktəbinin müdаvimi (1947–1949) оlmuşdur. Böyük Vətən mühаribəsinin (1941–1945) iştirаkçısıdır. Оrdudаn tərхis еdildikdən sоnrа Şahbuzdа, Naxçıvandа sоvеt, kоmsоmоl və pаrtiyа işində çаlışmışdır. Həsən Mehdiyev 1952-ci ildə Bakıyа köçmüş, nəşriyyаt və mətbuаt sаhəsində fəаliyyət göstərmiş, “Аzərnəşr”də bədii ədəbiyyаt şöbəsinin müdiri (1967–1972), “Еlm və həyаt” jurnаlının bаş rеdаktоru (1975–1993) оlmuşdur. Həsən Mehdiyev “Nахçıvаn” аdlı ilk kitаbı 1959-cu ildə nəşr еdilmişdir. “Mənim Gülgəz bаcım” (1971), “Dаğ çiçəyi” (1980) pоvеstlərinin, “Əlvidа dеmədik” (1969), “Охşаr tаlеlər” (1982), “Sənsiz kеçən günlərim” (1985), “Dünyаmı qаytаr mənə” (1989) rоmаnlаrının müəllifidir. Hеkаyələri (“Sеvgi rаpsоdiyаsı” tоplusu, 1969), publisistik yаzılаrı vаr.
Həsən Merac
Həsən Merac – milli azadlıq hərəkatı fəalı, "Sabir" Yazarlar Ocağının başqanı, şair-publisist. == Həyatı == Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. "Tanıtım" qəzetində, həmçinin digər bəzi nəşrlərə baş redaktorluq edib. Milli Məclisin aparatında çalışıb. 2000-ci ildə "Sabir" Yazarlar Ocağını yaradıb və ömrünün sonuna qədər onun başqanı olub. 1990-cı ilin ortalarından mətbuatda şeirləri vaxtaşırı çap olunub. "Qobustan", "Ulduz", "Azərbaycan" və başqa dərgilərlə əməkdaşlıq edib, Rusiya, Ukrayna və Çexoslovakiyada şeirlər toplusu işıq üzü görüb. "Şairlər qərib olur bu yer üzündə" adlı şeir kitabı 1993-cü ildə nəşr olunub.
Həsən Mirzə
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) == Həyatı == H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Həsən Mirzəyev
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) == Həyatı == H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Həsən Monax
Həsən Monax (doğum və ölüm tarixləri bilinmir) — 1142–1182-ci illərdə hakimiyyətdə olmuş Xaçın knyazı, sərkərdə. Kürike Baqratuninin qızı Mamaxatunla evlənmiş və altı övladı olmuşdur. Onun hakimiyyətinə Aterk, Ləv qalası, Xaçın qalası və Ablaqaxaç əraziləri daxil idi. Alban Arranşahlari sülaləsindən olan Həsən Monax, Vaxtanq Səkərin oğludur. 1142-ci ildən Xaçın ərazisini idarə etmişdir. 1182-ci ildə hakimiyyəti böyük oğlu Vaxtanq Talavoraza verərək qardaşı Qriqorisin rahib kimi xidmət etdiyi Xudavəng monastırına çəkilmiş və ömrünün sonuna kimi rahib həyatı yaşamışdır. Hələ hakimiyyətdə olduğu dövrdə o, Xudavəng monastırında geniş quruculuq işləri aparmışdı.
Həsən Mülkülü
Həsən Mülkülü (1904, Aşağı Mülkülü – 6 aprel 1994, Aşağı Mülkülü, Tovuz rayonu) — Şair. == Həyatı == Hüseynov Həsən Hüseyn oğlu 1904-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Onun atası Hüseyn kişi sadə kəndli olsa da, söz xiridarı idi. Babası Nəcəf, əmisi Məmmədcəfər isə el-obada aşıq kimi tanınırdı. Güzəranın ağırlığı üzündən məktəb təhsili görməyən, oxuyub-yazmağı öz gücünə öyrənən Həsənin sözlə ilk ülfəti də ailə mühitində yaranır. Qocaman el sənətkarı 1994-cü il aprel ayının 6-da dünyasını dəyişib, Aşağı Mülkülü kənd qəbiristanlığına – ömür-gün yoldaşı Məleykə xanımın və nakam oğlu şair Əziz Məftunun yanına köçdü. == İstinadlar == Qənirə Paşayeva, "Bülbül kimi gül aşiqi", "Ozan dünyası" jurnalı, № 3(10) 2012.
Həsən Məcidov
Həsənağa (Həsən) Əli oğlu Məcidov (12 dekabr 1914, Bakı – 11 yanvar 1978, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1959-1960), Azərbaycan SSR əməkdar inşaatçısı (1960). == Həyatı == Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olmuşdur. O, orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirmişdir. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləmişdir. Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılmış və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılmışdır. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərmiş, bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlamışdır. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləmişdir. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olmuşdur. Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olmuş, XXX və XXXI Bakı şəhər partiya konfranslarında Azərbaycan KP Bakı Komitəsi üzvlüyünə namizəd göstərilmişdir. Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib.
Həsən Can
Həsən Can (v. 27 fevral 1567, Bursa) — Dövlət xadimi. Şeyxülislam Xoca Sadəttin Əfəndinin atası, Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbinin babası, Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin ulu babasıdır. == Həyatı == Doğum tarixi bilinməsə də, ailəsi əslən İsfahandandır. Atası Hafiz Mehmed Əfəndi vaxtilə Ağqoyunlu sarayının müftüsü olmuş, Şah İsmayılın dəvəti ilə ailəsiylə birlikdə Təbrizə köç etmişdir. Çaldıran müharibəsinin ardından Təbrizə daxil olan I Səlimin özüylə İstanbula apardığı alim və sənətkarlardan biri oldu. Həsən Can da bu əsnada atasıyla birlikdə İstanbula gəlmiş, bu səbəbdən doğum yerinin Təbriz olduğuna inanılır. Atası Hafiz Mehmed Əfəndi saray hafizi olaraq seçilmiş, Həsən Can isə I Səlimin xüsusi xidmətinə alınmış və onun ən yaxın dostuna çevrilmişdir. Yavuz Sultan Səlimin vəfatına qədər yanında olan Həsən Can bir çox siyasi hadisələrə şahid olmuş, sultanın ən yaxın sirdaşına çevrilmişdir. I Səlimin vəfatının ardından çıxan siyasi ixtişaşların yatırılmasında önəmli rol oynadı.
Həsən Cəbrayılov
Həsən Xəlil oğlu Cəbrayılov (Ahəngi) (1 may 1949, Tehran – 31 iyul 2019, Bakı) — tanımış parodiyaçı, aktyor, müğənni, yazıçı, jurnalist, publisist və şair-qəzəlxan. == Həyatı == Həsən Cəbrayılov, əslən Ərdəbil şəhərindən olsa da, 1949 ilin mayın 1-də İranın paytaxtı olan Tehran şəhərində dünyaya göz açmışdır. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. Bakı şəhəri 39 nömrəli tam orta məktəbini (1964), Rabitə Texnikumunu (1968) və Azərbaycan Politexnik İnstitutunu (hazırda AzTU) bitirib. Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində 3 kursu bitirmişdir. 1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən omrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilirdi. 1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələri ifa edirdi. O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim etdi.
Həsən Məcidzadə
Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas ; Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həsən Məcidzadə 1947-ci ildə Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açıb. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırır, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxır. Bütün bu hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə, sıxıntı və ehtiyaclara məruz qalırdı. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı qanlı hadisələr zamanı həlak olduqdan sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki Təbriz qan gölündə üzürdü. Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. == Həyatı == Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. == Əsərləri == Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə == Mənbə == Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Həsən Qasımov
Həsən Qasımov (filoloq) —
Həsən Quliyev
Həsən Quliyev (filosof) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor. Həsən Quliyev (ədəbiyyatşünas) — professor. Həsən Quliyev (podpolkovnik) — podpolkovnik. Həsən Quliyev (leytenant) — Vətən müharibəsi şəhidi. Həsən Quliyev (əsgər, 1996) — Vətən müharibəsi şəhidi. Həsən Quliyev (əsgər, 2002) — Vətən müharibəsi şəhidi.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. == Tarixi == Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. == İqtisadiyyatı == Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Ehsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttərə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
Ehsan Hacsəfi
Ehsan Hacsəfi (Ərəb Əlifbası ilə: احسان حاج صفی) (25 fevral 1990[…], Kaşan, İsfahan ostanı) — İranlı futbol yarımmüdafiəçisidir. Hacsəfi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulubdur. O Traktor Sazi klubuna gələndən öncə Sipahan klubunda oynamışdır. Hacsəfi İran milli futbol komandasında da oynayır.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Elşən Həşimov
Həşimov Elşən Qiyas oğlu (Lənkəran rayonu) — milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). == Həyatı == Həşimov Elşən Qiyas oğlu 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. 1994–1995-ci illərdə Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişdir. 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetinin əyani adyunkturasında təhsil almaqla xidmətini davam etdirmişdir. 1998–1999-cu illərdə Xarkov Hərbi Universitetinin "Raket silahları və texnoloji qurğular" kafedrasında "assistent" vəzifəsində, 1999–2000-ci illərdə "müəllim" vəzifəsində xidmət etmişdir. 12.01.2000-ci il tarixindən öz xahişimlə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 2000–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi, 2003–2007-ci illərdə Mexanika kafedrası rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2007–2013-cü illərdə Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişdir. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində. 2015–2020-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində xidmət etmişdir.
Elşən Kərimov
Elşən Rövşən oğlu Kərimov (26 iyun 2001, Qızılhacılı, Goranboy, Azərbaycan — 13 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Kərimov 1989-cu il avqust ayının 4-də Göyçay rayonunda dünyaya göz açıb. 7 bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elşən Kərimov Füzulinin azad edilməsində savaşıb. Elşən Kərimov oktyabrın 13-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Goranboyda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Kərimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Elşən Mansurov
Elşən Mansurov (Elşən Məmməd oğlu Mansurov; 30 dekabr 1962) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Elşən Mansurov 30 dekabr 1962-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonundandır.Konservatoriyada təhsil alıb (1985–1990). 2000-ci ildən Konservatoriyada kamança sənətinin sirlərini öyrədir. Bir müddət Alim Qasımovu müşayiət edib (1989–1997). E.Mansurov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur. 1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur. Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s.
Elşən Mehbalıyev
Elşən Təvəkgül oğlu Mehbalıyev (23 iyun 1994, Otuzikilər, Bərdə rayonu – 4 noyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Mehbalıyev 1994-cü il iyulun 23-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Elşən Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Mehbalıyev noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunun Otuzikilər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Musayev
Elşən Musayev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri. Elşən Musayev (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Elşən Mustafaoğlu
Elşən Mustafa oğlu Mustafayev (d. 8 noyabr 1974-cü il, Bakı ) - İslam mütəfəkkiri, ilahiyyatçı-alim, fəlsəfə doktoru, elm və ictimaiyyət xadimi, sabiq vicdan məhbusu. == Həyatı == Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub. 1991-1993-cü illərdə Futurologiya İnstitunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində "ilahiyyat pedaqogikası və İslam maarifi" ixtisası üzrə ali təhsil alıb. 1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib. 10 fevral 2007-ci il tarixdə Bakı Dövlət Universitetində "fəlsəfə tarixi" ixtisası üzrə dissertasiya işi müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 1999-cu ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı olub, 2012-ci ilədək həmin İnstitutun "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb və institutun "Şərq fəlsəfəsi problemləri" jurnalının məsul katibi olub.
Elşən Müslümov
Elşən Habil oğlu Müslümov (azərb. Müslümov Elşən Habil oğlu‎; 2 sentyabr 1995, Yasamal rayonu – 9 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Əslən Ağsu rayonunun Kalva kəndindəndir. Təhsilini 2002-ci ildə 286 saylı tam orta məktəbdə alıb. 2011-ci ildə Bakı Humanitar Kollecin "Turizm və otellərin idarə olunması" fakultəsinə daxil olub. Uşaq yaşlarından karate ilə məşğul olub və müəllimi dünya çempionu Eduard Məmmədov olub. 2014-cü ildə Yasamal rayonundan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi hərbi xidməti zamanı Çavuş rütbəsiylə təltif olunmuş, həm manqa komandiri, həm də məxfi rabitəçi olmuşdur. Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutmuşdur. Hərbi xidmətini 2016-cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurmuşdur.
Elşən Məmmədov
Elşən Məmmədov futbolçu. Elşən Məmmədov (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Elşən Məmmədov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid. Elşən Məmmədov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsi şəhidi.
Elşən Niftullayev
Elşən Əfqan oğlu Niftullayev (27 may 1999; Cəlilabad rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Niftullayev 1999-cu il mayın 27-də Cəlilabad rayonunun Musalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Elşən Niftullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Niftullayev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Niftullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Niftullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhməd Həsən Əl-Bəkr
Əhməd Həsən əl-bəkr (1 iyul 1914[…], Tikrit, Bağdad vilayəti – 4 oktyabr 1982[…], Bağdad) — İraqın 5-ci prezidenti.Ərəb Sosializmin banisi.Səddam Hüseynin sələfi. Əl-Bəkr ilk dəfə monarxiyanı devirən 14 İyul İnqilabından sonra məşhurlaşdı. Yeni qurulan hökumətdə əl-Bəkr İraq-Sovet münasibətlərinin yaxşılaşdırılmasında iştirak edirdi. 1959-cu ildə əl-Bəkr İraq ordusundan istefa verməyə məcbur oldu; o zaman İraq hökuməti onu hökumət əleyhinə fəaliyyətlərdə ittiham etdi. Məcburi təqaüdə çıxdıqdan sonra Baas Partiyasının İraq şöbəsinin Hərbi Bürosunun sədri oldu. Bu ofis vasitəsilə himayədarlıq və təkfirçilik sayəsində baasistlərin işinə üzv ola bildi. Baş nazir Abd əl-Kərim Qasim Ramazan (8 Fevral) İnqilabında devrildi; əl-Bəkr Baş nazir, daha sonra isə Baas-Nasserist koalisiya hökumətində İraq sədr müavini təyin edildi. Hökumət bir ildən az müddətə davam etdi və 1963-cü ilin noyabrında devrildi. Ərəb Sosialist Baas Partiyasının 1963-cü ildə hökumətdən uzaqlaşdırılmasından sonra əl-Bəkr və partiya gizli fəaliyyətlə məşğul oldu və hökumətin vokal tənqidçilərinə çevrildi. Məhz bu dövrdə əl-Bəkr Baas Partiyasının İraq şöbəsinin baş katibi (rəhbəri) seçildi və əmisi oğlu Səddam Hüseyni partiya hücrəsinin rəhbərinin müavini təyin etdi.
Şeyx Əhməd Əhsai
Şeyx Əhməd Əhsai (ərəb. أحمد بن زين الدين الأحسائي‎; may 1753 – 27 iyun 1826, Mədinə, Həbəşistan əyaləti) —Şeyxiyyə təriqətinin şeyxi. == Həyatı == Şeyx Əhməd 1753-cü ildə (hicrətin 1166-cı ilində) Fars körfəzinin qərbində, yəni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1773-cü (h. q.1186-cı) ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan Ağa Bağir Behbəhani, Seyyid Mehdi Bəhrul-ulum, Şeyx Cəfər Kaşiful-Ğita və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən Fətəli şah Qacar tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu Məhəmmədəli mirzə Dövlətşahinin dəvəti ilə Kermana gələrək üç il orada qalır. 1826-cı (h.q.1241-ci) ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur. == Təlimi == Şeyx Əhməd Əhsainin təlimlərindəki əsas mövzular 12-ci İmam Mehdinin zühuru, İslam Elminin batiniliyi əsas yer tutmuşdur. Şeyxin fikrincə İmam Mehdi haqqında deyilən əlamətlər hərfi yox, rəmzi xarakterlidir.
Elşən Nuriyev
Elşən Nuriyev (tam adı: Elşən Əliisa oğlu Nuriyev; 13 iyun 1996; Göyçay, Azərbaycan — 4 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Nuriyev 1996-cı il iyunun 13-də Göyçay şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elşən Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elşən Nuriyev oktyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşən Nurəliyev
Elşən Rövşən oğlu Nurəliyev (16 dekabr 1997, Sincan, Oğuz rayonu – 11 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Nurəliyev 16 dekabr 1997-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2006-cı ildə Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbə daxil olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir. == Hərbi xidməti == Elşən Nurəliyev 2019-cu ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə fərqləndiyinə görə məzuniyyətə buraxılmışdır. Hərbi xidmətinin başa çatmasına 5 gün qalmış İkinci Qarabağ müharibəsi başlamış və tankçı kimi 29 sentyabrda Goranboy, Ağcabədi, Füzuli istiqamətinə aparılmışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elşən Nurəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində Füzulinin azad edilməsində savaşıb. Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəşlə Elşən Nurəliyev şəhidlik zirvəsinə yüksəlmişdir. Elşən Nurəliyev oktyabrın 12-də Sincan kəndində dəfn olunmuşdur.
Həsən Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Həsan Təhsin
Həsən Tahsin (əsl adı:Osman Nevres; (d.1888, Selanik, Osmanlı İmperiyası - ö.15 may 1919, izmir) — yazıçı, jurnalist, İzmirə dənizdən çıxan işğalçı Yunan əsgərlərinə ilk güllə ataraq Türk müqavimətini başladan qəhrəman.
Həsən Təhsin Banquoğlu
Həsən Təhsin Banquoğlu (d. 1904, Drama, Osmanlı imperiyası), (ö. 3 mart, 1989, İstanbul)— Türk siyasətçi, türkoloq, professor. == Həyatı == 1929-cu ildə İstanbul Darülfünun Ədəbiyyat Fakültəsi Türk dili və ədəbiyyatı bölümünü bitirdi. Berlin və Breslau universitetlərində Osmanlı türkcəsi üzrə 1932-1936-cı illər arasında doktorluq çalışmasını apardı. Döndüyü ildə Ankara universiteti Dil Tarix Coğrafya Fakültəsi Türk dili dosentliyinə təyin edildi. 1943-cü ildə Bingöl milletvekilliğine seçildi. 1948-1950-ci illər arasında təhsil naziri oldu. 1955-1958-ci illər arasında Londa Üniversitetində müqayisəli Türk dilləri dərsi verdi. 1959-1961-ci illərdə Ankara universiteti İlahiyat və İstanbul Universiteti ədəbiyyat fakültələrində müəllim kimi işlədi.
Həsən Təhsin Uzər
Həsən Təhsin Uzər (29 avqust 1877, Saloniki – 3 dekabr 1939 və ya 5 dekabr 1939, Ərzurum), Alban əsilli Türk bürokratı və siyasətçisi. == Həyatı və hərbi xidməti == Həsən Təhsin Uzər Alban Hacı İbrahim Ağa və Xədicə xanımın uşaqları olaraq 1878-ci ildə Selanikdə anadan olmuşdur. Albaniya Şkanderbeqinin son nəsil nəslindən olan ailəsi kökləri, albanların nəcib ailələrindən biri olan Kaştriotiyə əsaslanır. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi. 1897-ci ildə əmlak mühəndisliyini bitirib. İlk dövlət qulluğuna Pruşkan Mahal Müdirliyi ilə başladı. Daha sonra müdirliklərdə çalışdı. 1902-ci ildə Razloq, daha sonra sıra ilə Gevgil, Florina və Kəsəndir valiliyindən ayrıldı. 1913-cü ildə Vanda ilk Qubernator vəzifəsini icra etdi. 1914-cü ildə Ərzurum valisi təyin edildi.
Əhməd İhsan Tokgöz
Əhməd İhsan Tokgöz (türk. Ahmet İhsan Tokgöz; 1868, Ərzurum, Ərzurum vilayəti və ya Konstantinopol – 28 dekabr 1942, Dəyirməndərə[d], Kocaeli ili) — Türkiyə jurnalisti, tərcüməçisi, çapçısı, naşiri, siyasətçisi və idman idarəçisi. Tokgöz Türkiyə mətbuatı tarixinin ən uzunömürlü jurnallarından biri olan "Sərvət-i Fünun"un qurucusu olmuşdur. O, Jül Verni Türkiyədə tanıdan ilk yazıçı olmuş və buna görə də "Jül Vern mütərcimi" kimi məşhurlaşmışdır. Tokgöz Avropada çap texnologiyalarının Osmanlı imperiyasına gətirilməsinə və Türkiyədə çap fəaliyyətinin modernləşdirilməsinə öncülük etmişdir. O, Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkilidir. == Həyatı == Əhməd İhsan Tokgöz 1868-ci ildə Ərzurumda anadan olmuşdur. O, əslən Kastamonun Daşkörpü qəzasındandır. Tokgözün atası Osmanlı imperiyasında dəftərdar və mühasib işləmiş Əhməd Xalid bəy idi. Onun atası Ərzurum, Priştina, Şkoder, Kastamonu, İstanbul, Dəməşq, Ankara və Bursada xəzinədar işlədiyi üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir.