səadət
səadətdolu
OBASTAN VİKİ
Sevinc
Sevinc sözü rifahın, uğurun və ya yaxşı bəxtin doğurduğu duyğuya aiddir və adətən sıx, uzunmüddətli xoşbəxtlik hissləri ilə əlaqələndirilir. == Səbəblər == Sevincin səbəbləri müxtəlif mənbələrə aid edilmişdir. "Ağıl təmiz olduqda, sevinc heç vaxt tərk etməyən bir kölgə kimi gəlir." — Qautama Budda, "[Sevinc] yaxşı həyatın, həm yaxşı gedən, həm də yaxşı yaşanan bir həyatın emosional ölçüsüdür." — Miroslav Volf "Bu, həyatda əsl sevincdir, özünüz tərəfindən qüdrətli kimi tanınan bir məqsəd üçün istifadə olunmaq; qırıntılar yığınına atılmadan əvvəl tamamilə köhnəlmək; qızdırmalı eqoist kiçik bir parça, dünyanın sizi xoşbəxt etməyə həsr etməyəcəyindən şikayətlənən xəstəliklər və şikayətlər əvəzinə Təbiətin bir qüvvəsi olmaqdır." — George Bernard ShawArianna Huffington, sevinci təhrik edən şeylərin müdafiəçisi, sevincin tətiklənə biləcəyi yolları araşdırmışdır. Tədqiqatında o, sevincin dopamin kimi stimullaşdırıcı fəaliyyətlər zamanı beyindəki bəzi neyrokimyəvi maddələrin yaratdığı müsbət reaksiyalar nəticəsində yarandığını müəyyən etdi. Huffinqtona görə, müsbət neyrokimyəvi reaksiya doğura bilən fəaliyyətlər sevinc istehsalçılarıdır. Inqrid Fetell Lee sevinc mənbələrini araşdırmışdır. O, "Sevincli: Fövqəladə Xoşbəxtlik Yaratmaq üçün Adi Şeylərin Təəccüblü Gücü" kitabını yazmış və bu mövzuda "Sevinc harada gizlənib və onu necə tapmaq olar" adlı TED məruzəsi ilə çıxış etmişdir.
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Burak Sevinc
Burak Sevinc (27 oktyabr 1985, Zonquldak) — Türkiyəli aktyor. == Həyatı == Burak Sevinc, 27 oktyabr 1985-ci ildə Zonquldakda anadan olmuşdur. Ulduz Texniki Universiteti məzunudur. İlk olaraq "Atam üçin" adlı serialda Alpay obrazını canlandırmışdır. == Şəxsi həyatı == Burak Sevinc, 1 Avqust 2015 tarixində Şirin Kılavuz ile evləndi. 2021-ci ilin mayında boşandılar.
Sevinc Hüseynova
Sevinc Hüseynova (28 yanvar 1970, Slavyanka, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı. == Hayatı == Sevinc Hüseynova 28 yanvar 1970-ci il tarixində Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası üzvüdür.
Sevinc Həsənova
Sevinc Telman qızı Həsənova (15 mart 1971) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini. == Həyatı == Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993–2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivənin müəyyən olunması üzrə komissiyanın sədri olub. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Sevinc Muradova
Televiziya aparıcısı. Veriliş ssenari müəllifi. == Həyatı == Əslən Qubadandır. Televiziya fəaliyyətinə 1996-cı ildən ANS kanalında başlayıb. Səhər verilişinə aparıcı müsabiqəsi əsasında seçilib. Efirlə ilk təması gözəllik haqda hazırladığı süjetlə olub. Daha sonra Hava proqnozu. Yeri gəlmişkən, hava proqnozu aparıcı kimi ilk dəfə onun təqdimatında olub. Yəni, ona qədər hava şərati haqda məlumatlar aparıcısız, titrlərlə verilirdi. Daha sonra «Salam», «Şirin çay» səhər verilişləri, 2000-ci ildə gözəlik haqda «Eybi yox» müəllif verilişi...
Sevinc Nuruqızı
İmanova Sevinc Nuru qızı (22 avqust 1964, Bakı) — Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist. AJB-nin üzvü (1999), AYB-nin üzvü (2001). == Həyatı və təhsili == Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam rayonunu Şelli-Qaradağlı kənd orta məktəbində təhsil almışdır (1971–1981-ci illər). O, M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1981–1986). Əmək fəaliyyətinə Ağdam raynu Şelli-Qaradağlı k. orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1986–1991). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini (2003–2006), "Minamedia" nəşriyyat evində "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006–2007), İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı (2006–2007), F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy Qurşağı" uşaq jurnalının redaktoru olmuşdur (2015–2021). Hazırda "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir (2007-dən). == Mükafatları və nailiyyətləri == Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev ad.
Sevinc Osmanqızı
Mirzəyeva Sevinc Osman qızı — jurnalist, televiziya aparıcısı. ANS TV kanalının xəbərlər xidmətinin rəhbəri olaraq fəaliyyət göstərmişdi. O, bir müddət Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri idi. 1990-cı illərin əvvəllərində gənc yaşlarından siyasi meydanda olduğu üçün onu Azərbaycanın müasir dövrünün ilk qadın diplomatı adlandırmaq olar. Hazırda mühacirətdədir, ABŞ-da yaşayır. 2018-ci ildən “Osmanqızı TV” internet kanalı fəaliyyətdədir. == Həyatı == Sevinc Osmanqızı 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 nömrəli məktəbi qızıl medalla, 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Jurnalist fəaliyyətinə “Assa-İradə” xəbər agentliyində parlament müxbiri kimi başlayıb (1990). Azərbaycan Televiziyasının (AzTV) Xəbərlər Redaksiyasında müxbir işləyib (1990-1992).
Səadət Abdullayeva
Səadət Abutalıb qızı Abdullayeva (18 yanvar 1940, Bakı – 12 mart 2017, Bakı) — Azərbaycan musiqişünas-alim, etnoorqanoloq və pedaqoq, sənətşünaslıq doktoru, professor. == Həyat yolu == 1940-cı il yanvarın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Abutalıb Abdullayevin qızı idi. 1947–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Onillik Musiqi Məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olub. 1962-ci ildə konservatoriyanı “Azərbaycan xalq musiqisi” ixtisası üzrə bitirib. 1962–1971-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının) Memarlıq və İncəsənət İnstitutunun "Musiqi" şöbəsində kiçik elmi işçi vəzifəsində işləyilib. 1965–1967-çi illərdə institutun nəzdində fəaliyyət göstərən aspiranturada oxuyub. 1968-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi verilib. 1971–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, baş müəllimi, 1979–1992-ci illərdə dosenti olub.
Səadət Buta
Səadət Buta (Buta Ömər qızı Nəbiyeva; 15 fevral 1951, Qızılkilsə, Dmanisi rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Hacıxanım. "Aşıq Pəri" Məclisinin qurucularından biri. == Həyatı == Buta Nəbiyeva 15 fevral 1951-ci ildə Gürcüstan Respublikasının Qızılkilsə kəndində müəllim ailəsində anadan olub. 1968-ci il tarixində Qızılkilsə orta məktəbini bitirmişdir. 2003-cü ildə müqəddəs Həcc ziyarətinə getmişdir. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən "Şərəf" medalı ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Borçalı" İctimai cəmiyyətinin qadınlar şurasının sədridir. Hazırda 70 yaşlı şairə yazıb yaratmaqla öz həyatını davam etdirir. == Yaradıcılığı == İlk şerini 6-cı sinifdə oxuyarkən yazmışdır.
Səadət Cahangir
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə. == Həyatı == Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb. 1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib. === Ailəsi === Səadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır.
Səadət Cəmiyyəti
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti. == Tarixi və fəaliyyəti == "Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı. == Səadət məktəbi == 1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər.
Səadət Kadırova
Səadət Qədirova (rus. Саадат Кадырова) — Azərbaycan əsilli Rusiya jurnalisti; Rusiyanın İTAR-TASS agentliyinin aparıcı jurnalisti, Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert. == Həyatı == Səadət Qədirova Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == Səadət Qədirova uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan jurnalist kimi fəaliyyət göstərir.
Səadət Kərimi
Səadət Kərimi (tam adı: Səadət Məmməd qızı Kərimi, d. 17.11.1970, Göyçay ş. Azərbaycan SSR) — İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent. == Həyatı == Səadət Məmməd qızı Kərimi 1970-ci ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988 –ci ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993-cü ildə aspiranturaya qəbul olmuş və 1999-cü ilin 7 may tarixində Azərbaycan Milli Emlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə etmişdir, fizika və riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildən 1997-ci ilə qədər həmin institutda kiçik elmi işçi, 1997- 2000-ci ilə qədər böyük elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildən 2000-ci ilə qədər “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir. 2000-ci ildə Azərbaycan əsilli soydaşla ailə qurduqdan sonra İsveçə köçmüşdür. İsveçdə elmi fəaliyyətini davam etdirmişdir, 2005-ci ildə doktorluq işini müdafiə etmişdir və hal-hazırda İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərir. Çox sayda elmi əsərlərin müəllifidir.
Səadət Məmmədova
Səadət Məmmədova (sosioloq)
Səadət Partiyası
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. == Haqqında == Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.
Səadət Qəndilova
Səadət Tağı qızı Qəndilova — Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru. == Həyatı == Səadət Tağı qızı Qəndilova 1967-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirib. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib. 1974-cü ildən universitetdə müəllim işləməyə başlayıb. ADİU-nun Həmkarlar İttifaqı Komitəsi sədrinin müavinidir. Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İdarəetmə” bölməsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının üzvüdür. "Tərəqqi" medalı ilə təltif olunub.
Səadət Sarayı
Səadət Sarayı və ya Muxtarovun evi — Milyonçu Murtuza Muxtarovun 1911–1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelezaveta xanım Tuqanova üçün inşa etdirdiyi saraydır. Sarayın layihə müəllifi memar İosif Ploşkodur. == Tarixi == Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Sarayın tarixi haqqında təkcə Rusiya mətbuatında müxtəlif dövrlərdə 50-dək material çap edilib. Geniş yayılmış məlumata görə, məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır.
Səadət Təhmirazqızı
Səadət Təhmirazqızı (Şirinova Səadət Təhmiraz qızı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi. == Həyatı == S. Hacıbəyov adına Musiqi Texnikumunun "Tarixi nəzəriyyə" fakültəsini bitirdikdən sonra təhsilini BMA-da həmin ixtisas üzrə davam etdirərək bakalavr və magistr mərhələlərini fərqlənmə diplomları ilə bitirmişdir. 1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır. Çoxlu sayda elmi məqalə və oçerklərin müəllifıdir. 2002-ci ildə "Süleyman Ələsgərov xatirələrdə", 2005-ci ildə "Nəğmədir həyat" adlı kitabları işıq üzü görmüşdür. Bu isə müəllifm üçüncü kitabıdır. Musiqişünaslıq sahəsindəki xidmətlərinə görə "Qızıl qələm", "Məhsəti Gəncəvi" və "Gənclər mükafatı"nın laureatıdır. == Əsərləri == Kitabları "Süleyman Ələsgərov xatirələrdə", 2002-ci il "Nəğmədir həyat" 2005-ci il "Sənətin Əliövsət zirvəsi" Məqalələr Sənətkar ömrü: Səid Rüstəmov. Mədəniyyət.- 2010.- 15 may.- S. 14. Firəngiz Əlizadənin sənət dünyasına səyahət.
Səadət Vəliyeva
Səadət Vəliyeva (tam adı: Səadət Mövsüm qızı Vəliyeva; 31 iyul 1956) — kimyaçı alim, AMEA−nın Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru. == Həyatı == Səadət Vəliyeva 1956-cı il iyulun 31-də Bakı şəhərində anadan olub.1963–1973-cü illərdə Bakı şəhər 164 saylı məktəbdə orta təhsil almışdır 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub və 1978-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən AMEA-nın akad. Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun "Motor yağlarına yuyucu- dispersiyaedici aşqarlar" laboratoriyasında işləyir. 1983−cü ildə "Sintetik alkilaromatik birləş- mələr əsasında sulfonat aşqarlarının sintezi, tədqiqi və alınma texnologiyasının işlənilməsi" mövzusunda namizədlik dissertasiyası m-üdafiə etmişdir və o, texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2006-cı ildə Səadət Vəliyevaya dosent elmi adı verilmişdir. Hal-hazırda aparıcı elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Səadət Vəliyevanın iştirakı ilə sürtkü yağlarına çoxfunksiyalı yüksək təsirli alkilfenolsulfonat aşqarlarının ekoloji təhlükəsiz alınma prosesi işlənilmiş, aşqarların effektliyinin onların quruluşundan və qələvi ədədindən asılılığı müəyyən edilmişdir. Sintez edilmiş sulfonatların iştirakı ilə müxtəlif qrup motor yağları yaradılıb tədqiq edilmişdir == Elmi əsərləri == Səadət Vəliyeva 168 elmi əsərin, o cümlədən 13 müəlliflik şəhadətnaməsinin, 12 patentin, 80 məqalənin və 63 tezisin müəllifidir. === Elmi məqalələri === Агаев.А.Н.,Велиева.С.М.,Кулалиев.И.Д.,Зейналова.Н.Н. Гидроксиалкилбензилсульфонаты как многофункциональные присадки к смазочным маслам.// Журнал прикладной химии, 2009.т.82.Вып.11.
Səadət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Səadət adası
Səadət adası (ərəb. جزيرة السعديات‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzind yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. == Tikinti işləri == Bu təbii adada ada-şəhərin qurulması planlaşdırılır. Gələcəkdə adada 160 minisan yaşamalıdır. Burada 5 ulduzlu otelər, qolf meydançaları və s. inaşa edilir. Adaya Əbu-Dabidən gələn körpü ilə getmək mümkündür. Bu planlaşdırılan işlərin 2020-ci ildə bitirilməsi düşünülür.
Səadət Özkan
Səadət Özkan 1978-ci ildə anadaın olmuşdur. O ilk türk uşaq istismaına qarşı mübarizə aparmışdır. == Karyerası == Məktəbdən əvvəl müəllim olmuş, şagirdlər və müdirlərin tərəfindən istismara məruz qalmaya qarşı mübarizə aparmağa başlamışdır. O məktəbdə belə bir ehtimalın olduğunu öyrənib bu günahın üstünü açmağa çalışmışdır. O İzmirin Menderes 6 qız uşağının cinsi istismara məruz qalmasını və müdirin günahını sübut etmişdir. == Mükafatı == 2017-ci ildə ABŞ-nin "Beynəlxalq Cəsur Qadınlar" mükafatına layiq görülüb. Bu mükafatı o Ağ evdə birinci xanım Melani Trumpdan almışdır. Özkanı səhnəyə dəvət edən ABŞ-nın Siyasi İşləri Nazirinin köməkçisi Tomas A.Şannın "Səadət müəllim ona qarşı edilən təhditlərə baxmayaraq o başqaları kimi susmamış və mübarizə aparmışdır" demişdir.
Səadət Əliyeva
Səadət Namiq qızı Əliyeva (13 sentyabr 1986, Bakı) — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. == Həyatı == Səadət Əliyeva 1986-cı il 13 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1993–2001-ci illərdə Nəsirəddin Tusi adına ingilisdilli gimnaziyada təhsil almışdır. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli məktəbi bitirmişdir. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat səviyyəsini Filologiya (ingilis dili müəllimi) ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura səviyyəsini Dilşünaslıq (ingilis dili) ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2017-ci illərdə Azərbaycan Universitetində "Dünya ədəbiyyatı" ixtisası üzrə dissertantura təhsili almışdır. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2017-ci ildə "Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri" mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. 2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. İngilis, alman və rus dillərini bilir.
Səadət Əsgərzadə
Səadət Əskərzadə (tam adı: Səadət Məmməd-Emin qızı Əskərzadə; 14 oktyabr 1949, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması" laboratoriyasının müdiri, texnika elmləri doktoru. == Ümumi məlumatlar == Səadət Məmmədəmin qızı Əsgər-zadə 1949-cu il oktyabrın 14-də hərbi həkim ailəsində Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakıdakı 175 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmiş və həmin il M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakultəsinə daxil olmuşdur. 1971-ci ildə həmin fakultəni “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə bitirmişdir. Təyinatla Azərbaycan EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və texnik vəzifəsindən işə başlamışdır. 1971-ci ildə EA NKPİ-nin “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə aspiranturaya daxil olmuş və M.İ. Rüstəmovun rəhbərlik etdiyi “Katalitik krekinq və piroliz” laboratoriyasında 1971-1974-cü illərdə aspirantura təhsili keçmişdir. 1974-1977-ci illərdə bu laboratoriyada mühəndis vəzifəsində yüksək keyfiyyətli benzinlərin istehsalı istiqamətində tədqiqatlar aparmışdır. == Əsas elmi nailiyyətləri == Azərbaycan neftlərinin xüsusiyyətləri neft-kimya və Enerji sənayelərinin infrastrukturu nəzərə alınmaqla, Müəssisələrin fəaliyyətinin və məhsulların ekoloji və iqtisadi tələblərinə, bazar strukturuna əsaslanaraq Respublikanın neft emalı sənayesinin səmərəli fəaliyyətinin təşkili üzrə əsaslı kompleks işlər aparılmışdır. neftçıxarma, qaz emalı və neft-kimya sahələri ilə uzlaşan və müəssisələrin mərhələli inkişafını təmin edən yanaca və yağ istiqamətində neftin kompleks emal sxemləri işlənib hazırlanmışdır.