ÖVLAD

сущ.
1. ребёнок; дети:
1) сыновья и дочери (независимо от возраста). Övladı olmaq иметь детей, övladı olmamaq не иметь детей, doğma övladlar родные дети, yeğanə övlad единственный ребёнок, övlad böyüdüb tərbiyə etmək вырастить и воспитать детей
2) ближайшие потомки, молодое поколение. Başladığımız işi övladlarımız davam etdirməlidir дела, начатые нами, должны продолжать наши дети
3) о людях, усвоивших характерные черты породившей их среды, обстановки. Təbiətin övladları дети природы
2. сын; сыны (человек как носитель характерных черт своего общества, народа). Vətənin igid övladları отважные сыны Родины (Отчизны), öz zəmanəsinin övladı сын своего времени, öz xalqının övladı сын своего народа
II
прил. сыновний (свойственный сыну, относящийся к сыну). Övlad borcu сыновний долг, övlad məhəbbəti ilə sevmək kimi любить сыновней любовью кого ; övladı olmayanın bir dərdi var, olanın – iki нет детей – горе, есть – горе вдвойне
ÖVKƏŞİK
ÖVLADCANLI
OBASTAN VİKİ
Fransada övladlığa götürmə
Fransada övladlığa götürmə Fransa Mülki Məcəlləsində iki formada müəyyən edilmişdir: adi övladlığa götürmə və plenar övladlığa götürmə. == Adi övladlığa götürmə == Övladlığa götürmənin bu növündə övladlığa götürülən şəxslə onun bioloji ailəsi arasında müəyyən hüquqi münasibətlərin qalmasına icazə verilir. Bu müddəa Fransa Mülki Məcəlləsinin 343-cü maddəsində müəyyən edilmişdir. Plenar övladlığa götürmədən fərqli olaraq, adi övladlığa götürmənin tələbləri daha az məhdudlaşdırıcı və daha az radikaldır. === Tələblər === Yaşı 28 və daha yuxarı olan bir şəxs (iki şəxs eyni zamanda övladlığa götürən ola bilməz) övladlığa götürən ola bilər. Övladlığa götürülən övladlığa götürən şəxsin arvadının (ərinin) uşağı deyilsə, onunla övladlığa götürən arasında yaş fərqi 15-dən az olmamalıdır. Birinci halda isə yaş fərqi 10-dan az olmamalıdır. Əgər övladlığa götürən nikahdadırsa, onun arvadının (ərinin) razılığı tələb olunur. (Mülki Məcəllə, Maddə 361) === Hüquqi nəticələri === Övladlığa götürmə övladlığa götürülən uşaq üçün valideynlərinə münasibətdə mövcud olan hüquq və vəzifələr yaradır. Ona görə də, məsələn, övladlığa götürülən uşağın əvvəlki soyadı dəyişdirilərək övladlığa götürənlərin soyadı verilir.
Günəşin övladları (mif)
Günəşin övladları — azərbaycanlıların mifologiyasında təbiət cisimləri ilə bağlı anlayış. Qaynağı Azərbaycan ritual nəğmələridir. == Ritual nəğmələrində təsviri == === Birinci versiya === Kainatın yaradıcısı və idarəçisi olan Günəşin həddin artıq övladları, nəvə və nəticələri var. Qış aylarında o, yaratdığı dünyanı övladlarına tapşıraraq kəhər atın üzərində səyahətə çıxır, kainatı gəzib-dolaşır. Gün Atanın övladlarından Qış, Duman və Bulud (Keçəl qız) onun istəklisi Şüanı (Saçlı qızı) əsir edib, təndirə salırlar. Qış, Duman və Bulud Saçlı qızın törəmələri və Gün Atanın istəkli nəvələri olan insanlardan üz döndərir, onları Soyuğun, Şaxtanın və Qarın ixtiyarına buraxırlar. Qış, Duman və Bulud meşələri, çəmənləri, dağları işğal edir, canlılara əziyyət verirlər. Günəşin dağların ardında yoxa çıxdığını görən insanlar fikirləşirlər ki, o, xəstələndiyinə görə evində yatır, buna görə də ətrafı Qara bürüyüb. İnsanlar Qışın azğınlığını dayandırmaq üçün Yel Babanı Günəşin yanına göndərirlər. Günəş geri qayıtdıqdan sonra Saçlı qızı əsirlikdə olduğu təndirdən xilas edir, naxələf övladlarını cəzalandırır.
Hanı mənim övladlarım? (film, 1967)
== Məzmun == Tammetrajlı film şah diktaturası dövründə Təbrizdə Cənubi Azərbaycan Demokrat Partiyasının rəhbərlik etdiyi xalq hakimiyyəti süqut etdikdən sonra öz ev-eşiklərini tərk edib keçmiş Sovet İttifaqında, o cümlədən Şimali Azərbaycanda məskunlaşmağa məcbur olmuş Güney Azərbaycan mühacirlərinin-demokratların sonrakı taleyindən bəhs edir. == Film haqqında == Filmdə tarixi sənədlər və arxiv materiallarından istifadə eilmişdir == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Qulamrza Cəmşidi, Sabir Əmirov, Məmmədrza Afiət, Niyazi Bədəlov Operator: Əlibala Ələkbərov, Vladimir Zbudski, Mehman Dadaşov, Vladimir Konyagin Rəssam: Cəbrayıl Əzimov Məsləhətçi: Məmmədrza Afiət Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Heraklın övladları
Herakl (yunanca Ἡρακλῆς, latınca Herculēs) qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur. Bəzi mənbələr Heraklın 3 fərqli qadınla münasibəti olduğunu yazır. Heraklın həyat yoldaşı kimi Kreontun qızı Fivan şahzadəsi Meqara göstərilir. Herakl və Meqaranın 2, 4 və ya 8 övladı olub. Əfsanəyə əsasən, Herakl ağlını itirdiyi zaman Meqaradan olan bütün uşaqlarını öldürür, sonra isə Meqeranı İolaya ərə verir. Heraklın digər həyat yoldaşı Kalidon kralının qızı Deyanira olub. Əfsanələrə görə, Heraklın ölümündə Deyaniranın əli var idi. Deyaniradan bir oğlu və bir qızı olub. Oğlunun adı Heraklid (Hill), qızının adı isə Makariya idi. Makariya döyüşlərdən birində qələbə qazanmaq üçün özünü tanrılara qurban verir.
Qarağac küçəsində qarabasma 5: Yuxu övladı (film, 1989)
Qarağac küçəsində qarabasma 5 (ing. A Nightmare Elm Street 5) – 1989-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ssenariyası bir neçə dəfə yazılmışdır. Filmin ssenarisi orijinal ssenaridən tamamilə fərqlidir. Filmin çəkilişinə bir neçə gün qalmış Maykl De Luka bütov ssenarini hazırlamışdır. Film "Ən pis mahnı" səslənməsinə görə Qızıl Moruq Mükafatı mükafatına layiq görülmüşdür. «It’s A Boy.» (azərb. «O uşaqdır!»‎) «Freddy Delivers.» (azərb. «Onu Freddi gətirdi!»‎) «Evil Has Spawned.» (azərb. «Bu uşaq qorxuncdur!»‎) «Freddy has a son.» (azərb.
Tanrı Övladları
Tanrı övladları - müasir dini cərəyan "Ailə", "Sevgi ailəsi", "Beynəlmiləl ailə", "Xristian ailəsinin xidmətçiləri", "Səmavi magiya", "Müstəqil xristian missioner cəmiyyətlərinin birliyi", "Sevgi Nazirliyi" kimi adlarla da tanınan bu qeyri-ənənəvi dini cərəyan 1968-ci ildə ABŞ-nin Kaliforniya ştatının Hantinqton Biç adlı şəhərciyində yaranmışdır. Onun qurucusu Devid Brand Berq 1919-cu ildə yevangelist-əllincilər təriqətinə mənsub ailədə dünyaya göz açmışdır. Bir müddət Arizonada baptist kilsəsində vaiz işləsə də, uğur qazana bilməyəcəyini başa düşüb, peyğəmbərlik iddiasına düşmüşdür. 1968-ci ildə Berq özünü Musa-Davud ("Axır günlərin peyğəmbəri Musa" və "İsrail kralı Davud"), yaxud sadəcə "Mo" elan edərək, Bibliyanı tədris etmək məqsədilə "Məsihlik üçün yeniyetmələr" adlı birlik yaratmışdı. (ABŞ-da "Tanrı övladları" kimi tanınır). Cərəyanın meydana gəlməsi gənclərin hippi adlanan fəlsəfi-ideoloji hərəkatının yaranması ilə eyni vaxta düşdüyündən, onun ilk üzvləri də məhz hippilər olmuşlar. Hippilərin əksəriyyəti narkotik maddələrə və spirtli içkilərə qurşanmış, yüngül həyat tərzi keçirən evsiz gənclər idi. Berq onları inandırmağa çalışırmış ki, hər biri "Tanrının oğlu və ya qızı" ola bilər. Bunun üçün sevmək kifayətdir. Çünki sevgi inamın və mövcudluğun əsasıdır.
Tanrı övladı (film, 2013)
"Tanrı övladı" (ing. Child of God) — 2013-cü ilin, rejissor Ceyms Frankonun psixoloji dram filmi. Kormak Makkartinin eyniadlı romanının ekranizasiyasıdır. Filmin təqdimatı 31 avqust 2013-cü ildə 70-ci Venesiya Kino Festivalında keçirilmişdi. Film Lester Ballardın həyatı haqda danışır. Cəmiyyətdən qovulmuş səfil Laster, getdikcə sosial dərinliyə gərg olur və elə güclü deqradasiyaya uğrayır ki, sonda mağaraya yaşamağa köçür və sonda manyak-nekrofilə çevrilir. Child of God — Internet Movie Database saytında.
İnsan övladı (film, 2006)
İnsan övladı (ing. Children of Men) — Fillis Doroti Ceymsin eyni adlı romanı əsasında rejissor Alfonso Kuaronun 2006-cı ildə çəkdiyi film.
İnsan övladı (rəsm əsəri)
İnsan övladı (fr. Le fils de l'homme) — Belçika sürrealist rəssamı Rene Maqritin 1946-cı ildə çəkdiyi rəsm əsəri. Rene əsəri avtoportreti kimi çəkmişdir. Rəsmdə kotelok və palto geyinmiş kişi təsvir olunmuşdur. O, alçaq divarın qabağında dayanır, arxasında dəniz və buludlu səma görünür. Kişinin qabağında levistasiya vəziyyətində olan yaşıl alma dayanır və alma onun üzünün böyük hissəsini gizlədir, lakin almanın kənarlarından çətin də olsa, adamın gözlərini görmək mümkündür. Başqa hiss edilməyən detal şəkildə təsvir olunmuş şəxsin sol qolunun dirsəkdən geriyə çevrilmiş vəziyyətdə təsvir olunmasıdır. Şəkil haqqında Maqrit deyir: "İnsan övladı" əsəri bədiilik baxımından Maqritin digər əsəri olan "Fasadlarda Böyük müharibə" əsərinə bənzəyir. Hər iki əsərdə ayaq üstə dayanan adam və dəniz təsvir olunmuşdur, amma ikinci əsərdə əlində çətir tutan qadın təsvir olunmuşdu və üzü çiçəklə örtülmüşdü. Başqa bənzər əsər "Koteloklu adam" əsəridir, amma bu əsərdə alma əvəzinə təsvir olunmuş şəxsin sifətini quş gizlədir.
İsrail övladları
İsrail övladları və ya İsrail xalqı — qədim ibrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının törəmələrinə verilmiş ad. İbrahimi dinlərdə tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub islama görə peyğəmbərdir və "Quran"da İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxmışdır. İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (ivritcə "güləşmək") və əl (sami dillərində tanrı) sözlərindən yaranmışdır. "Tanax"da Yaqubun tanrı ilə güləşindən bəhs edilir. Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi Zilpadan iki, Rahelin cariyəsi Bilhadan iki oğlu olmuşdur.
Ammon övladları
Əmunilər, həmçinin Əmmun xalqı, əmmunlular, Ammon övladları və ya ammonlular (əmn.: 𐤏𐤌𐤍 ʻAmān; ivr. ‏עַמּוֹן‏‎ ʻAmmōn; ərəb. عمّون‎) İordan çayının şərqində, indiki İordaniyada yaşamış qədim samidilli xalq. == Dili == Qeyd edilmiş bir neçə əmuni adları arasında hər ikiis Bibliyadan götürülmüş Nahaş və Hanun mövcuddur. Əmuni dilinin Kənan ailəsinə aid olduğuna inanılır, ivrit və Moav dilləri ilə sıx bağlıdır. Əmuni dili müəyyən arami təsirləri özündə birləşdirmiş olması ehtimal edilir. Əmuni dilində müxtəlif kitabələr məlumdur. == Dini == Əmunilərin dini haqqında az şey məlumdur. Bu haqda mənbələr əsasən Yəhudi Bibliyası və maddi sübutlardır. Onların dinləri Levant dinləri üçün olduqca tipik idi.
Musanın övladları
Musanın övladları (türk. Musa'nın Çocukları) — Ərgün Poyraz tərəfindən yazılmış, 2007-ci ildə nəşr olunan və əsasən Rəcəb Tayyib Ərdoğanı, eyni zamanda onun həyat yoldaşı Əminə Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AKP) hədəf alan antisemit kitab. Ərgün Poyraz keçmişdə əsasən Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanı, eyni zamanda AKP, Abdullah Gül, Bülənt Arınc, Dəniz Baykal və Fətullah Güləni hədəf alan bir çox başqa kitablar yazmışdır. O, həmin şəxsləri ABŞ və İsrail üçün agentlikdə və ya onlara işləyən gizli yəhudi olmaqda ittiham etmişdi. Kitabda Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən kripto-yəhudi olmaqda, özlərini türk kimi təqdim edərək türk sekulyarizmini zəiflətmək üçün islamçılığı qəsdən artıraraq türk cəmiyyətini daxildən məhv etməkdə və öz növbəsində din vasitəsilə türkləri asanlıqla manipulyasiyaya məruz qoymaqda ittiham olunurdular. Kitabda həmçinin, Rəcəb Tayyib Ərdoğanın özünün və həyat yoldaşının türk olmayan mənşəyini qürurla bəyan etdiyi və özlərini türk hesab etmədiyi müxtəlif məqamlarda sitat gətirilmişdir. Ərdoğanın Türkiyə və onun qurulmasına qarşı düşmənçilik ifadələri də yer almışdır. Onun yəhudi təşkilatları ilə əlaqələri də qeyd edilmişdir. Kitaba görə, Ərdoğan ictimaiyyəti müsəlman türk vətənpərvəri olduğuna inandırmaq üçün geniş tədbirlər görür. ABŞ və Birləşmiş Krallıq Türkiyəyə qarşı işlərində Ərdoğan və İsrailə kömək etməkdə günahlandırılmışdır.
Valideynin qardaş-bacısının övladı
Valideynin qardaş-bacısının övladı — şəxsin valideynlərindən birinin qardaşının və ya bacısının oğlu və qızı. İnsanların ortaq əcdadları varsa və onlar əcdadlarından iki və daha artıq nəsil uzaqdadırlarsa, onlar belə münasibətdə hesab olunurlar.
"Vətən Övladı" ordeni
Atəşin Övladları Təşəbbüsü
Atəşin Övladları Təşəbbüsü (kürd. Înîsiyatîfa Zarokên Agir, türk. Ateşin Çocukları İnisiyatifi) — Türkiyədə fəaliyyət göstərən kürd üsyançı qrup. == Tarixi == "Atəşin Övladları Təşəbbüsü"nün üzvləri vvəllər dəfələrlə yanğın törətmişdilər, lakin qrup 2020-ci ildən əvvəl geniş şəkildə tanınmırdı. Qrup 2019-cu ildə 28 yanğın törətmişdir. Onlar maşınları, qayıqları, yaxtaları, ofisləri və evləri yandırmışdılar. Onların heç bir ideologiyası və strukturu yoxdur və sadə "intiqam" qrupudur. Onlar həmçinin, Suriyanın şimalında xidmət göstərən Türkiyə hərbçilərinin hərbi bazalarını da yandırmışdılar. Qrup iddia edir ki, onlar nə Türkiyə əleyhdarıdır, nə də öz işləri ilə məşğul olan adi türkiyəli mülki vətəndaşlarını hədəf almırlar. Qrupun öz iddiasına görə, onların yeganə hədəfləri Türkiyənin hökumət binaları və kürdlərə zülm etməkdə ittiham etdikləri AKP və ya MHP siyasətçiləri, ofisləri və tərəfdarlarıdır.
Tanrı övladı (film)
"Tanrı övladı" (ing. Child of God) — 2013-cü ilin, rejissor Ceyms Frankonun psixoloji dram filmi. Kormak Makkartinin eyniadlı romanının ekranizasiyasıdır. Filmin təqdimatı 31 avqust 2013-cü ildə 70-ci Venesiya Kino Festivalında keçirilmişdi. == Məzmun == Film Lester Ballardın həyatı haqda danışır. Cəmiyyətdən qovulmuş səfil Laster, getdikcə sosial dərinliyə gərg olur və elə güclü deqradasiyaya uğrayır ki, sonda mağaraya yaşamağa köçür və sonda manyak-nekrofilə çevrilir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Child of God — Internet Movie Database saytında.

Значение слова в других словарях