ÖVLAD (oğul, qız vəs.) Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək, 30 il onunla gün keçirib övladı olmadı (N.Nərimanov); FƏRZƏND Dünyanı soyub, eyləyə hər gün səni xürsənd; Sağ ol, belə fərzənd! (M.Ə.Sabir); XƏLƏF Derdim ki, gözəl xələf olarsan; Bir ailəyə şərəf olarsan (M.Ə.Sabir); UŞAQ [Veysəl:] Uşağımız yoxdur. Sonsuz olanda bəyəm dünya dağılar? (B.Bayramov); VƏLƏD (köhn.) Amandı, qoymayın övladınız azıb çıxa yoldan; Ola bu yaxşı vələdlər yaman bu boyda, bu boyda!.. (M.Ə.Sabir); VƏLİƏHD Piri baba: Sən də mənə vəliəhd olacaqsan (Mir Cəlal); YAVRU Yavrusunu atır ana; O quzğunun qucağına (S.Vurğun).
2. övlad bax nəsil 1