ÇƏNƏLƏŞMƏK
ÇƏNGƏ
OBASTAN VİKİ
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
Ağbulaq-Çəngalmas (Bicar)
Ağbulaq-Çəngalmas (fars. آقبلاغ چنگ الماس‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Qavyazə kəndistanında, Pintac qəsəbəsindən 2,5 km cənub-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (45 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ağbulaq-Çəngalmas (Həmədan)
Ağbulaq-Çəngalmas — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 103 km şimal-qərbdədir.
I Sven Çəngəlsaqqal
I Sven Çəngəlsaqqal və ya Sven (dan. Svend 1. Tveskæg, norv. Svein I Tjugeskjegg, ing. Sweyn I Forkbeard; 17 aprel 963, Danimarka – 3 fevral 1014, Qeynsboro[d], Linkolnşir qraflığı[d]) — Danimarka və Norveç kralı, İngiltərə monarxı, I Haroldun varisi.
Çəngalmas
Ağbulaq-Çəngalmas (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağbulaq-Çəngalmas (Həmədan) — İranın Həmədan ostanında kənd.
Çəngalmas (Əbhər)
Çəngalmas (fars. چنگ الماس‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 767 nəfər yaşayır (163 ailə).
Çəngmaş (Zəncan)
Çəngmaş — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Əbhər bölgəsinin Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 27 km cənubdadır.
Çəngəl (şahmat)
Çəngəl — Şahmat termini. Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu.
Çəngəlquyruqlar
Çəngəlquyruqlar (lat. Diplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin gizliçənəlilər sinfinə aid heyvan dəstəsi. İndiyə qədər çəngəlquyruqların 800-dən çox növü kəşf olunmuşdur. Onlardan 70-i Şimali Amerikada, 2-si isə Avstraliyada yaşayır.
Çəngələbənzər vəzi
Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur. Çəngələbənzər vəzi iki asimmetrik hissədən. sağ və sol paydan – lat. lobus dexter et sinister ibarətdir. Binlar bir -birilə ancaq piy toxuması ilə birləşmişdir, beləliklə bunların hər birini ayrı-ayrı üzv hesab etmək olur.
İşıq çəngəli
İşıq çəngəli — elektrik cihazlarını elektrik xəttinə calamaq üçün haça şəkilli metal alət. Hər ölkədə fərqli işıq çəngəli və işıq nəlbəkisi standartları tətbiq olunur. Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerikada , digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır.
Limon çəngəli
Limon çəngəli — limon dilimlərini hərəkət etdirmək üçün istifadə edilən kiçik (4+ düym uzunluğunda) süfrə ləvazimatı. Limon çəngəlləri 19-cu əsrin son rübündə digər xüsusi süfrə ləvazimatları ilə birlikdə məşhurlaşmışdır. Çəngəl süfrədə limon dilimlərinin üzərinə qoyulurdu. Bir çox ixtisaslaşdırılmış qablardan fərqli olaraq limon çəngəlləri 21-ci əsrdə, əsas da restoranlarda hələ də istifadə olunur. Limon çəngəli həmçinin xiyar dilimləri, zeytun, kərə yağı, hisə verilmiş balıq və pendir dilimlərini götürmək üçün də istifadə edilə bilər.
Çəngələr
Çəngələr – Şəki rayonu ərazisində dağ. Daşüz silsiləsinin zirvəsidir. Hündürlüyü 672 metr. Yerli əhalinin məlumatına görə, dağın adı çən (duman, çiskin) və gələr (gəlmək felindən) sözlərindən düzəlib "çənli, dumanlı" mənasındadır.

Значение слова в других словарях