Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yeşua
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Coşua Kallan
Coşua Kallan (8 aprel 1991) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Coşua Kallan Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Coşua Kallan 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.726 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu.
Coşua Kimmix
Yozua Kimmix (alm. Joshua Kimmich‎, 8 fevral 1995, Flensburq, Şlezviq-Holşteyn) — Alman futbolçusu, Bayern Münhen FK və Almaniya milli futbol komandasının oyunçusu.
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Coşua Reynolds
Ser Coşua Reynolds (ing. Joshua Reynolds; 16 iyul 1723[…], Plimpton[d], Devon qraflığı – 23 fevral 1792[…], London) — tarixi janr və portretçi rəssamı, XVIII əsr ingilis portret məktəbinin nümayəndəsidir. Kral İncəsənət Akademiyasının prezidenti və London Kral Cəmiyyətinin üzvü olmuşdur. Antik incəsənətin öyrənilməsi məqsədilə yaradılmış həvəskar Cəmiyyətin üzvü olmuşdur. == Həyatı və təhsili == 1723-cü il 16 iyul tarixində Plimptonda, Devonşir qraflığında anadan olub. Atası onun tibb sahəsində nəzərdə tutsa da, amma cavan oğlanın tez bir zamanda xüsusi sənətə sevgisi və portretçi Corc Riçardsonun traktatlarını oxuması rəsm haqqında onun əsl istedadını müəyyən etdi. 1741–ci ildə Londonda Reynolds portretçi T. Qudsonun şagirdləri sırasına daxil olub, onun rəhbərliyi altında üç il məşğul olmuş, növbəti üç ili Devonportda və yenidən Londonda keçirmiş, 1746–1749–cu illər arası İtaliyaya getmiş və burada, əsasən, böyük ustaları Tisianı, Korredconu, Rafaeli və Mikelancelonu öyrənmişdir. 1752–ci ildə Londona qayıdışında o, özünə yüksək və qeyri-adi mahir portretçi kimi hörmət qazandı və ingilis rəssamları arasında yüksək mövqe tutdu. Ölümünə bir il qalmış o, görmə qabiliyyətini itirmişdir. 23 fevral 1792-ci ildə Londonda vəfat etmişdir.
Coşua Steyger
Coşua Yanos Qreqor Steyger (6 aprel 2001-ci ildə anadan olub) — Avstriya Bundesliqa təmsilçilərindən olan Volfsberq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusudur. == Klub karyerası == === Volfsberq === Steyger Volfsberq akademiyası vasitəsilə inkişaf etmişdir. Steyger öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Admira Vakker Mödlinq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Dominik Frieseri ilə əvəz olunmuşdur. Həmin görüşdə Volfsberq liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 avqust 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Coşua Tibatemva
Coşua Tibatemva (10 sentyabr 1996, Kampala) — Uqandalı üzgüçü. Coşua Tibatemva Uqandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Tibatemva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 25.98 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Coşua açılış mərasimində Uqandanın bayraqdarı idi.
Coşua Vays
Cəsur Karl
Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433, Dijon – 5 yanvar 1477, Nansi— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi. == Həyatı == Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.
Cəsur ürək
Cəsur ürək (ing. Brave Heart) — 1995-ci ildə Dram janrında çəkilən ABŞ filmidir. Filmə Paramount Pictures və 20th Century Fox kinokompaniyaları distribüterlik etmişdir. Film Oskar mükafatının 5 kateqoriyası üzrə mükafata və digər 5 kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. Film $72 milyonluq büdcə ilə ABŞ-də $9,938,276 milyon, dünya ölkələrində $210,409,945 milyon toplamış və gəlirə görə "İlin ən gəlirli 13-cü filmi" olmuçdur. == Məzmun == Filmin hadisələri 1280-cı ildə Şotlandiyada vaqe olur. Bu, kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun tarixçəsidir. XIII əsrdə ingilislər, şotlandlar üzərində suverenlik qurmuşdur. İngilis soyluları, yeni evli şotland qadınlarıyla ilk gecəni keçirmə haqqına malikdir. Uşaqkən ailəsini Şotlandiya uğrunda itirən Vilyam Volosun arvadı da ingilis birlikləri tərəfindən öldürüldüyü zaman, onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir...
Cəsus qızlar
Cəsus qızlar (ing. Totally Spies!) — Vincent Chalvon-Demersay və David Michel tərəfindən yaradılmış, Fransa-Kanada studiyaları tərəfindən istehsal olunmuş anime bənzəri cizgi serialı. Serialda Beverli-Hillzdə yaşayan və Ümumdünya İnsan Mühafizəsi Təşkilatında (ÜİMT) məxfi cəsus kimi fəaliyyət göstərən üç qızdan bəhs edilir. == Məzmun == Serialda ABŞ-nin Beverli-Hillz şəhərində yaşayan Sem, Klover və Aleks adlı üç yeniyetmə qızdan bəhs edilir. Onlar ÜİMT adlı bir təşkilatın məxfi cəsusları kimi gizli fəaliyyət göstərilər. Onların rəhbəri Cerri onları dünyada baş verən cinayətlərin üstünü açmaları üçün işə götürüb. Bunun üçün qızlar lateksdən hazırlanmış rəngli geyimlər geyinir və müxtəlif qacetlərdən istifadə edirlər. Onların əsas missiyaları qisas almaq istəyən və ya bir vaxtlar qızların hərəkətlərindən təsirləndikləri üçün problem yaradan cinayətkarları dayandırmaqdan ibarətdir. Bəzən bu bədxahlar qızların şəxsi həyatını da pozmağa çalışırlar. Cəsus həyatları ilə yanaşı, hekayə qızların orta məktəb və daha sonra universitet tələbələri kimi gündəlik həyatlarına da diqqət yetirir.
Coşua Bassett
Joshua Taylor Bassett (22 dekabr 2000, Oşensayd, Kaliforniya) — amerikalı aktyor və müğənnidir. == Həyatı == Bassett Kaliforniyada, valideynləri Taylor və Lauranın ailəsində anadan olub böyüdü. Beş bacısı var və evdə təhsil alıb.
Coşua Cekson
Coşua Karter Cekson (11 iyun 1978, Vankuver, Britaniya Kolumbiyası) — Kanadalı aktyor. O, 1998–2003-cü illərdə yayımlanan Dawson's Creek teleserialında Peysi Vitter rolu ilə məşhurlaşmışdır.
Çesma çayı
Çesma çayı (xorv. Česma) — Xorvatiyada çay, Lonya-Trebej çayının sol qolu. Çayın uzunluğu 124 km, hövzəsinin sahəsi isə 2890 km²-dir. Çayın orta su sərfi 14,1 sm³ təşkil edir. Çay Dunay çayı və Qara dəniz hövzəsinə aiddir. Çayın ən böyük qolu Qloqovnitsadır. Bu da onun sağ qoludur. Çazma şəhəri və bir neçə kənd Çesma çayı sahilində yerləşir. Çesma çayı Qrdjeviça və Barna çaylarının qovuşduğu yerdən, Bilogora dağ silsiləsinin cənub yamaclarında başlayır. Çayın mənbəyi, Qrubişno-Polye şəhərindən təxminən 6 km şimal-qərbdə, Pavlovaç kəndi yaxınlığında yerləşir.
"Cəsur döyüşçü" medalı
"Cəsur döyüşçü" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Cəsur döyüşçü" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə" medalından sonra taxılır.
Cəsur (film, 2010)
Cəsur (orijinal adı: IAST: Dabangg) — Bollivudda lentə alınmış və 2010-cu ildə Hindistanda nümayiş etdirilən döyüş filmidir. Film Bütün Zamanların Blockbaster filmi kimi təsnif edilmişdir və ilin hit siyahısında bir nömrəli olmağı bacarmışdır.
Cəsur Yeni Dünya
Cəsur yeni dünya — ingilis yazıçı Oldos Hakslinin antiutopiya janrında yazdığı romanı. == Haqqında == İkinci dünya müharibəsindən öncə çıxan bu romanı Oldos Hakslinin şah əsəri sayıla bilər. Müəllifə görə bu roman gələcək haqqında kəhanətdən ibarətdir. O, roman çap olunduqdan sonra verdiyi bir müsahibədə əsərin utopiya, yoxsa distopiya olduğuna qərar vermədiyini deyirdi. Lakin vəfatından bir neçə il əvvəl yazdığı "Cəsur yeni dünyaya səyahət" adlı kitabında 20 il əvvəl etdiyi səhvləri düzəldirdi. Haksli yazdığı distopiyaya utopiya yazan tək müəllifdir. Antik yunan mifologiyası, Polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa, şeir və ədəbiyyat, tənqidlər, politoloji şərhlər və minlərlə müsahibələr… Haksli "Cəsur yeni dünya"nı və "Ada"nı bütün bunlardan topladığını deyir. Müəllifin əsərin finalı haqqında sonradan etdiyi düzəlişsə diqqətə layiqdir. "Şübhəsiz "Cəsur yeni dünya"da da bir çox yanlışlar var.
Cəsus (film, 2015)
Casus (ing. Spy) — Pol Feyqin 2015-ci ildə çəkdiyi ABŞ filmi. Baş rollarda Melisa Makkarti, Ceyson Stethem, Rouz Birn, Miranda Hart, Bobbi Kannavale, Ellison Cenni və Cud Lou yer almaqdadır.
I Cəsur Boleslav
I Cəsur Boleslav (pol. Bolesław I Chrobry, 967, Poznan – 17 iyun 1025, Qnezno) — Polşa knyazı (992-1025) və Polşanın ilk kralı (1025), 1003—1004-cü illərdə IV Boleslav (çex. Boleslav IV) adı altında Çexiya knyazı. == Hakimiyyəti == Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko (960-992) olmuşdur. O, 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992-1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir. Onun dövründə Polşa knyazlığı özünün ən güclü dövrünü yaşayırdı. Polşa və Vistula çayları arasında yaşamış olan İslav qəbilələrinin qurmuş olduğu bir dövlətdir. O zamanki bu İslavlara "yayla insanları" mənasını verən "Polane" deyilirdi. Zamanla bu ad Polşa halına çevrildi.
I Cəsur Vaçaqan
I Cəsur Vaçaqan — sənədlərdə adı keçən ilk Arşaki Qafqaz Albaniyası çarı. Haqqında çox məlumat yoxdur və böyük ehtimalla Parfiya çarı VI Vağarş dövründə yaşamışdır. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Morris Cesup burnu
Morris Cesup burnu (dan. Kap Morris Jesup) — Qrenlandiya adasının şimalında Piri Torpağı ərazisində yerləşir. İlk dəfə 1900 ildə amerikalı qütb araşdırmaçısı Robert Piri tərəfindən aşkarlanmışdır. Uzun zaman Şimal Qütbünə ən yaxın quru sahəsi kimi qiymətləndirilirdi. Robert Pirinin təşkil etdiyi 1898—1902 illər ekspedisiyasının mesenatı Morris Cesupun şərəfinə adlandırılmışdır.
III Cəsur Filipp
III Filip və ya Cəsur Filip (Fransızca: Philippe le Hardi; 3 aprel 1245 – 5 oktyabr 1285) — Fransa kralı. III Filip təbiətcə mülayim və çəkingən idi və bu səbəblə iqtidarı boyunca qərarsızlıq nümayiş etdirdi. Belə ki, valideynlərinin güclü nüfuzu altında qalmış, atasının yeritdiyi daxili və xarici siyasəti eynilə davam etdirmişdir. Cəsur ləqəbini isə xarakteri və siyasi kimliyi səbəbilə deyil, döyüş meydanında göstərdiyi cəsarəti ilə qazanmışdır. Atası IX Lüdovik səkkizinci səlib yürüşü əsnasında Tunisdə vəfat etmiş, onu müşayiət edən Filip isə dərhal Fransaya yola düşərək 1271-cii ldə Reyms şəhərində taxta çıxmışdır. III Filip səltənəti ərzində bir çox önəmli torpaqları satın alaraq krallığın ərasini böyütdü. Bunlar arasında ən önəmlisi isə taxta çıxdığı il kral mülkiyyətinə birləşdirilən Tuluza əyaləti oldu. Siciliyadakı din xadimlərinin üsyanının ardından Siciliya kralı olan əmisi I Karl əleyhinə Araqon kralı III Pyotrun rəhbərliyində üsyan başlamış, bu üsyanı yatırmaq və əmisinə dəstək vermək məqsədilə III Filip Araqon üzərinə yeni bir xaçlı səfəri tərtibləmişdir. Ancaq bu səfər uğursuzluqla nəticələndi və III Filip dönüş yolunda 1285-ci ildə cənubi Fransada vəfat etdi. Ölüm səbəbi isə dizenteriya olaraq göstərilir.
Cəsur (film, 2012)
Cəsur (ing. Brave) — 2012-ci ildə Walt Disney Pictures və Pixar Animation Studios tərəfindən istehsal olunmuş amerikan fantastik animasiya filmi. Bu filmin Mark Andrews, Steve Purcell, Brenda Chapman, Irene Mecchi, Andrews Chapman-ın rejissoru və Purcellin prodüseridir. Filmin vyce aktyorları Kelly Macdonald, Julie Walters, Billy Connolly, Emma Thompson, Kevin McKidd, Craig Ferguson, Robie Coltrane rol alırlar. 25 ildə ilk dəfə olaraq, Pixar sistemini tamamilə yenidən yazdı. Dolby Atmosun ilk səsli filmdi. Scots Hielandsr-da cəryan edən filmdə Merida adlı bir şahzadə yetkinlik yaşına çatarkən qəbiləsinin məcburi evlilik ənənələrinə qarşı çıxdı və evlənmək istəmirdi. Yardım üçün bir cadudan sonra, Merida təsadüfən ailəsini lənətləyir. Cəsur, 10 Sentyabr 2012 tarixində Seattle Beynəlxalq Film Festivalında yayımlanmış, 22 Sentyabr 2012-ci ildə Şimali Amerikada yayımlanır. Ən yaxşı cizgi filmi üçün Qızıl Qlobus Mükafatı, Ən Yaxşı Cizgi Filmi üçün BAFTA Mükafatına və Ən Yaxşı Cizgi Filmi üçün Akademiya Mükafatını qazanmışdır.
Cəsur ürək gəlini aparar
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Cəsur Filipp (Burqundiya hersoqu)
Cəsur Filipp (fr. Philippe le Hardi; nid. Filips de Stoute; 17 yanvar 1342, Pontuaz – 27 aprel 1404) — Fransa kralı II İohannın oğlu, Burqundiya hersoqu. Valua-Burqundiya sülaləsinin banisidir. == Həyatı == 1342-ci ildə Pontuazda dünyaya gəldi. Atası Fransa kralı VI Filippin oğlu və varisi İohann, anası isə onun ilk xanımı Lüksemburqlu Bonna idi. Hələ 8 yaşında ikən atası taxta çıxdı ancaq özündən yaşca böyük 3 qardaşı vardı və gələcəkdə Fransa taxtına çıxması gözlənilmirdi. 1356-cı ildə Puatye döyüşündə atasıyla birlikdə iştirak etdi və burada göstərdiyi cəsarəti səbəbilə Cəsur ləqəbi qazandı. Buna baxmayaraq bu döyüş ingilislərin qəti qələbəsiylə nəticələndi. Fransa kralı olan atası II İohannla birlikdə ingilislərə əsir düşdülər.
Aespa
Aespa (kor. 에스파) — "SM Entertainment" tərəfindən yaradılmış Cənubi Koreya qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Cizell, Vinter və Ninqninq. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan-klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.
Cenia
Cotula (lat. Cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Cenna
Cenna — ad. Cenna Santoromito — Avstraliyanı təmsil edən su poloçusu. Cenna Aşkoviç — Cənubi Koreya doğumlu ABŞ aktrisası Cenna Marbls — amerikalı youtuberdir.
Cenqa
Cenqa — Lesli Skot tərəfindən yaradılmış oyundur. Hasbro və Milton Bredly Company tərəfindən satışı həyata keçirilir. == Oyunun qaydaları == 54 taxta blokdan ibarətdir. Hər mərtəbə 3 blok olmaqla 18 mərtəbəli bir qüllə düzəldilir. Bununla belə, əgər ilk üç blok şimaldan cənuba düzülübsə, yuxarıdakı üç blok şərq-qərb sxemi ilə düzülməlidir. Oyun iştirakçıları növbə ilə bu 18 mərtəbəli qüllədən bir blok çəkir və qüllənin üstünə yenidən başlanğıcdakı kimi düzməyə başlayırlar. İştirakçılar toxunduqları bloku tək əlləri ilə çəkmək məcburiyyətindədirlər. Qüllə yıxılmadan əvvəl son bloku kim çəkibsə, oyunu o şəxs uduzur. Yenidən oynamaq istəsəniz, blokları yığmaq və onları bir qüllə etmək vəzifəsi əvvəlki oyunu uduzan şəxsə düşür.
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Cessi
Cessi (müğənni)
Cessur
Cessur — Banqladeşin cənub-qərbində, Khulna vilayətində şəhər. == Əhalisi == Əhalisi 260,8 min (2010). == Coğrafiyası == Bhayrab çayı sahilində yerləşir. Dəmiryol stansiyası. Aeroport. == Memarlığı == Şəhər Kəlkətədən Dəkkəyə gedən yolun üstündə ticarət mərkəzi kimi inkişaf etmişdir. Politexnik institut; Cessur dairə məktəbi (1838; ölkənin qədim və ən nüfuzlu dövlət məktəblərindən biri), Racşahi Universitetinin 4 kolleci və s. var. Kütləvi kitabxana (1854; Banqladeşdə ilk kitabxanalardan biri) fəaliyyət göstərir. == Sənayesi == Cessur mühüm sənaye mərkəzidir.
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Çeşman
Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Əhalisi 276 nəfərdir. Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
Çeşme
Çeşmə (İzmir)
Çeşmə
Çeşmə (İzmir)