çaxnaşıqlıq
çaxnaşmaq
OBASTAN VİKİ
Çaxnaşma
Çaxnaşma — bir affekt növü, doğru ya da yalan təhlükə ilə birgə gələn dəhşət duyğusudru. Çaxnaşmaya düşdüyü zaman insan keçirdiyi böyük qorxu nəticəsində özünü düşüncəli kontrol edə bilmir.
Bazar çaxnaşması
Bazarlıq təşvişi — fövqəladə hal baş verdikdə və ya baş verməsi gözlənildikdə; və ya yüksək qiymət artımı və ya defisit əvvəlcədən hiss edildikdə istehlakçıların eyni bir məhsulu tələbatdan artıq sayda, çox miqdarda alması. Bazar çaxnaşması sürü psixologiyasının bir növüdür. "Moda, keçici həvəs, səhm bazarında atılan addımlar, istehlak mallarının əldə edilməsi, alış-veriş xəstəliyi, məhsul ehtiyatlarının toplanması və bank çaxnaşması kimi kollektiv hərəkətlər"i araşdıran iqtisadi tədqiqatların geniş bir sahəsi olan istehlakçı davranışı nəzəriyyəsində maraq kəsb edən sahələrdən biridir. Bazar çaxnaşması qıtlıq riskinin real olub-olmamasından asılı olmayaraq əsl qıtlıqla nəticələnə bilər; axırıncı ssenari gözlənti effektinə nümunədir. == Nümunələr == Bazar çaxnaşması aşağıdakı hadisələrdən əvvəl, hadisələrin gedişində və ya bitdikdən sonra baş vermişdir: Veymar Respublikasında hiperinflyasiya Benqaliyada kütləvi aclıq (1943) 1962-ci il Karib böhranı — ABŞ-da konservləşdirilmiş qidaların alınmasında çaxnaşmaya səbəb oldu. 1979-cu il neft böhranı — Neftin alınmasında Yaponiyanın başlatdığı çaxnaşmaya səbəb oldu. 2000-ci il problemi — ərzaq. 2001 — 11 sentyabr terror aktlarının ardınca beynəlxalq əmtəə bazarlarında metal, qızıl və neft alışında çaxnaşma. 2003-cü ilin yanvar-fevral aylarında SARS infeksiyasının yayıldığı dövrdə Çinin Quandun əyalətində və qonşu Haynan və Honkonqda duz, düyü, sirkə, bitki yağı, antibiotiklər, maska və Çin xalq təbabəti vasitələri kimi bir sıra məhsulların alışında çaxnaşma baş vermişdi. 2000 və 2005-ci illərdə Böyük Britaniyada dizel yanacağı ilə bağlı etiraz aksiyaları keçirilmişdir.

Значение слова в других словарях