çaybecərən
çayxana
OBASTAN VİKİ
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Çaydan dənizə
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Bürünc çaydan
Bürünc çaydan (ing. The Brass Teapot) — rejissor Ramah Moslinin çəkdiyi ABŞ filmidir. Filmin ssenarisi Tim Meysi tərəfindən yazılmış və bu film Moslinin 2007-ci ildə çəkdiyi eyniadlı qısametrajlı triller filmi əsasında hazırlanmışdır. Filmin premyerası 8 sentyabr 2012-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin təqdimatı 2013-cü il aprel ayının 5-də, Rusiyada isə həmin ilin 4 aprelində baş tutmuşdur. Filmin hekayəsi Üzüklərin hökmdarı əsərinin süjet xəttinin müasir formada yenidən təsviridir.
Çaydan dənizə qədər
"Çaydan dənizə" (ərəb. من النهر إلى البحر‎, min ən-nəhr ila l-bəhr və ya من المية للمية, min il-mayyə lə-l-mayyə) — coğrafi olaraq İordan çayı ilə Aralıq dənizi arasında müəyyən edilən və Fələstin kimi təsvir edilən əraziyə istinad edən siyasi şüar. Bu, indiki dövrdə İsrail və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə, o cümlədən Qərb sahili, Şərqi Qüds və Qəzzə zolağına aid edilir. Fələstinli proqressivlər bu ifadəni bütün ərazi üzərində vahid demokratiyaya çağırmaq üçün istifadə edir, digərləri isə bunun "milyonlarla fələstinli üzərində onilliklər davam edən, açıq uclu İsrail hərbi idarəsindən sonra sülh və bərabərliyə çağırış" olduğunu qeyd edir. İslamçı militant HƏMAS qruplaşması 2017-ci il nizamnaməsində bu ifadədən istifadə etmişdir. Bu şüarın Fələstin yaraqlı qrupları tərəfindən istifadə edilməsi tənqidçilərin bu şüarın dolayısı ilə İsrailin parçalanmasına, regiondakı yəhudi əhalisinin çıxarılmasına və ya məhv edilməsinə çağırış olduğunu iddia etməsinə gətirib çıxarmışdır. Bu ifadəni İsrail siyasətçiləri də istifadə etmişlər. İsrailin sağçı "Likud" Partiyasının 1977-ci il seçki manifestində deyilirdi: "Dənizlə İordan arasında yalnız İsrailin suverenliyi olacaq". Oxşar ifadə son vaxtlar digər İsrail siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Bəzi ölkələr şüarın istifadəsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Elektrik çaydanı
İlk elektrik qızdırıcı cihazı çaydanın alt hissəsində yerləşdirilirdi. Su ilə qızdırıcı arasında metal təbəqə olduğundan o, çox gec qaynayırdı. 1923-cü ildə Artur Larqc xüsusi mis borudan ibarət qızdırıcı cihazı çaydanın içərsində yerləşdirdi. Bu çaydanda su çox sürətlə qızırdı.
Rasselin çaydanı
Rasselin çaydanı və ya səmavi çaydan — filosof Bertran Rassel tərəfindən dinlərin təkzibolunmaz tərəflərinin təkzib olunması vəzifəsinin şübhəçilərin öhdəsinə düşdüyü düşüncəsini yox etmək məqsədilə ortaya atılan bir oxşarlıqdır. Illustrated jurnalının 1952-ci ildəki nəşrinə daxil edilməsi nəzərdə tutulan (buna baxmayaraq jurnalın bu sayı dərc olunmadı) "Bir Tanrı varmı?" məqaləsində Bertran Rassel öz düşüncələrini aşağıdakı şəkildə ifadə etmişdir: Riçard Dokinz yazmış olduğu Bir Şeytanın Keşişi kitabında bu düşüncəni bir az daha da irəliyə apararaq aşağıdakı şəkildə ifadə etmişdir: Rasselin çaydanı anlayışının daha yumoristik və dinləri parodiya edən formaları inkişaf etmişdir. Bunlara misal olaraq Tək buynuzlu gözəgörünməz çəhrayı at və Uçan spagetti əjdahasını göstərmək olar.

Значение слова в других словарях